Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

300 mindən artıq qaçqın və məcburi köçkün uşağı tibbi müayinədən keçirilib

300 mindən artıq qaçqın və məcburi köçkün uşağı tibbi müayinədən keçirilib
Bölmə :
KİVDF
Yayım tarixi :
14/2/2013 [10:07]
Baxılıb :
1028 dəfə
41 mindən artıq insanın iştirakı ilə 148 könüllü qanvermə aksiyası təşkil olunub

Son 10 ildə Azərbaycanda tibbin inkişafı, səhiyyə sisteminin gücləndirilməsi, əhalinin sağlamlığının qorunması və dövlət qayğısına ehtiyacı olan vətəndaşlara tibbi xidmət göstərilməsi sahəsində hansı işlər görülüb? Bu məqsədlə Səhiyyə Nazirliyinin hesabatlarına nəzər saldıq. Beləliklə, 2009-cu il ərzində görulmuş işlərə dair Hesabat:

İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaiti artırılır. 2003-cü ildə səhiyyə ehtiyaclarına 59,0 milyon manat ayrılmışdısa, 2009-cu ildə bu rəqəm 502 milyon manat olmuşdur ki, bu da son beş ildə səhiyyənin büdcəsinin 8 dəfə artması deməkdir. 2008-ci illə müqayisədə 2009-cu ildə səhiyyənin büdcəsi 50%-dən çox artmışdır.

Səhiyyəyə ayrılan maliyyə vəsaitinin səmərəli istifadə edilməsi məqsədilə tam gücü ilə işləməyən, özünü doğrultmayan, binaları bərbad vəziyyətdə olan, əhaliyə tibbi yardımın göstərilməsində elə bir rolu olmayan tibb müəssisələrinin bir hissəsinin ixtisar edilməsi, çarpayı fondunun azaldılması və strukturunun optimallaşdırılması sahəsində islahatlar həyata keçirilmişdir. Bu məqsədlə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən Dünya Bankının dəstəyi ilə həyata keçirilən Səhiyyə Sektorunda İslahatlar Layihəsi ilə birgə beynəlxalq ekspertlərin tövsiyələri nəzərə alınaraq, əhalinin xəstəxana çarpayıları və tibb kadrları ilə təminatını müəyyənləşdirən yeni say hədləri hazırlanmışdır. 

Aparılan islahatlar nəticəsində respublikanın rayonları üzrə çarpayı fondu orta hesabla 50-55%, stasionarların sayı 50%-dək azaldılmışdır.

Son zamanlar Respublika rəhbərliyinin yüksək siyasi dəstəyi ilə respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla, keyfiyyətli dərman vasitələri ilə təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” məlum Fərmanı səhiyyənin inkişafına böyük təkan vermiş və geniş imkanlar yaratmışdır. 

Təsdiq olunmuş Dövlət Proqramına əsasən müasir səhiyyə obyektlərinin tikintisi 2009-cu ildə daha yüksək templə davam etdirilmiş və 60-dan artıq tibb muəssisəsinin tikintisi, əsaslı təmiri və yenidən qurulması işləri həyata keçirilmişdir. Bunlardan Respublika Talassemiya Mərkəzinin, Milli Oftalmologiya Mərkəzinin, Respublika Perinatal Mərkəzinin, Yevlax rayon 25çarpayılıq uşaq xəstəxanasının, Hacıqabul Uşaq Tibb Mərkəzinin, Göygöl Rayon Mərkəzi Xəstəxanasının, Naxçıvan şəhərində Respublika Doğum Mərkəzinin və Şahbuz rayon Mərkəzi Xəstəxanasının istifadəyə verilməsində, eləcə də Şəki rayonunda 100 çarpayılıq xəstəxananın təməlqoyma mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmişdir. 

Səhiyyənin prioritet sahələri üzrə qəbul edilmiş Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlər həyata keçirilmişdir. Bu proqramların reallaşması üçün dövlət büdcəsindən 2008-ci ildə 47,5 milyon manat, 2009-cu ildə isə 49,9 milyon manat xərclənmişdir. Ana və uşaqların sağlamlığının qorunması dövlət proqramı çərçivəsində nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 4-ü (Bakı, Naxçıvan, Gəncə, Lənkəran) artıq istifadəyə verilmişdir. 

Azərbaycan Respublikasının “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 fevral tarixli 163 nomrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Elmi-tədqiqat Pediatriya İnstitutunun, Azərbaycan Tibb Universitetinin və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarından ibarət səyyar briqadalar yaradılmış, respublikanın regionlarında, xüsusən qaçqın və məcburi köçkünlər məskunlaşdığı ərazilərdə 300 mindən artıq uşaq tibbi müayinələrdən keçirilmiş, xəstəlik aşkar edilən uşaqlar dispanser qeydiyyata götürülərək müalicəyə cəlb olunmuşlar. Diaqnostik çətinlikləri olan, müxtəlif patologiyalı xəstə uşaqların yüksək ixtisaslı mütəxəssislər tərəfindən birgə konsultasiyalarla təmin etmək məqsədilə Bakı şəhərində Respublika Uşaq Konsultasiya Mərkəzi yaradılmışdır. 

Görulən tədbirlərin nəticəsində uşaq və ana ölümü göstəriciləri ilbəil azalır və bu tendensiya davam edir. Belə ki, 2000-ci ildə uşaq ölümü göstəricisi 16,7 promilli olmuşdusa, 2009-ci ildə 11,4-ə enmişdir. Ana ölümü əmsalı isə (100 min diridoğulana) müvafiq olaraq, 37,6-dan 23,7-ə enmişdir. “Şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində aparılan tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə 2009-cu ildə 2 dəfədən çox artmış və 117 mini keçmişdir. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabeti olan xəstələrin ölüm göstəricisi 21,7-dən 9,2-yə (hər 100 000 nəfər əhaliyə) düşmüşdür. 2009-cu ildə respublikanın şəhər və rayonlarında qeydiyyatda olan bütün şəkərli diabet xəstələrinə pulsuz olaraq özünənəzarət vasitələri olan qlukometrlər və dərman preparatları verilmişdir.

Son illər ərzində qan xidmətinin inkişafına dövlət səviyyəsində yüksək diqqət yetirilir. “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı” çərçivəsində qan xidməti müəssisələri qan torbaları, qanı yoxlamaq üçün reaktivlərlə təmin olunmuşdur. Görülən tədbirlər nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı xeyli artmışdır. Yalnız 2009-cu il ərzində 148 könüllü qanvermə aksiyası keçirilmiş və bu aksiyalarda 41 mindən artıq insan iştirak etmişdir ki, bu da pullu donorlara ehtiyacın aradan götürülməsinə imkan vermişdir. Qanvermə aksiyaların artırılması nəticəsində 2008-ci ildə 16,7 tona qarşı, 2009-cu ildə 18 tona yaxın qan tədarük edilmişdir. 

Hemofiliya və talassemiyalı xəstələrin qanın laxtalanması faktorları preparatları ilə, dəmirqovucu preparatlar, elektron pompalar, şprislər, kəpənək tipli iynələrlə tam pulsuz təmin olunması davam etdirilmişdir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbusu və bilavasitə dəstəyi ilə tikilmiş Talassemiya Mərkəzi istifadəyə verilmişdir. Bu Mərkəzdə talassemiyalı xəstələrin ən müasir səviyyədə müayinə və müalicəsi üçün şərait yaradılmışdır. 

“Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” qəbul edildikdən bədxassəli şişlərlə mubarizə işində nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə olunmuşdur. Onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmışdır. Milli Onkoloji Mərkəz ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilmişdir. Bu Mərkəzin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş yeni korpusunun tikintisi də başa çatdırılaraq istifadəyə verilmişdir. Dövlət Proqramının icrasına başlandıqdan sonra onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatında uzun illərdən bəri mövcud olan problem aradan qaldırılmışdır. Belə ki, 2006-2008-ci illərdə onkoloji xəstələr üçün müvafiq olaraq 14, 27, 37 adda kimya terapiyası dərmanları alınmışdırsa, 2009-cu ildə bunların sayı 52-ə çatdırılmışdır. Görulən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşmış və bununla bərabər bu xəstəliklərdən ölüm azalmışdır. 

Xroniki böyrək çatışmazlığından əziyyət cəkən insanların hemodializ müalicəsi ilə təmin olunması da yaxşılaşmışdır. Hesabat ilində əlavə olaraq 60 süni böyrək aparatı ilə təchiz olunmuş 4 dializ mərkəzi istifadəyə verilmişdir ki, nəticədə daha 360 xəstə hemodializ seansları ilə təmin olunacaqdır. Beləliklə, hazırda Bakı şəhəri ilə bərabər, Naxçıvanda, Gəncə şəhərində, Siyəzən, Şirvan, Lənkəran, Qazax, Zaqatala, Qəbələ, Şamaxı, Bərdə, Tovuz, Quba və Cəlilabad rayonlarında fəaliyyət göstərən 19 mərkəzdə xroniki böyrək çatışmazlığından əziyyət cəkən 1400-ə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar. 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Respublika Klinik Uroloji Xəstəxanasında aparılan əsaslı təmir işləri artıq tamamlanmışdır və istifadəyə hazırdır. Hazırda Respublikada vərəmlə mübarizə sahəsində də əhəmiyyətli işlər görülür. Artıq bir neçə ildir ki, ÜST-nin tövsiyəsinə uyğun olaraq DOTS proqramı müvəffəqiyyətlə həyata keçirilir. 2009-cu ildə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun bazasında Milli İstinad Laboratoriyası tikilmiş və istifadəyə verilmişdir. Bundan əlavə Bakı şəhəri 4 nömrəli Vərəm Əleyhinə Dispanserdə təşkil olunmuş xüsusi şöbədə multirezistent vərəm xəstələrinin müalicəsinə artıq başlanmışdır. Bütün bunların nəticəsində son bir necə ildə vərəm xəstəliyinin əsas epidemioloji göstəriciləri yaxşılaşmış, 2003-cu illə müqaisədə vərəmin erkən aşkarlanması 22,5% artmış, bu xəstəlikdən ölənlərin sayı isə 53,6% azalmışdır. -

Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq, dərman preparatları, sarğı materialları və tibb ləvazimatları ilə davamlı təchizatının yaxşılaşdırılması istiqamətində də işlər görülmüşdur. Büdcə vəsaitlərinin daha səmərəli istifadə edilməsinə nəzarətin təmin edilməsi, eləcə də səhiyyə resurslarının kooperasiyası məqsədilə Hazırda Bakı şəhəri uzrə 17 mərkəzləşdirilmiş təchizat məntəqəsi yaradılmışdır ki, bunlar Bakının butun xəstəxanaların təchizatını mərkəzləşdirilmiş qaydada həyata keçirirlər. 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]