Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“İstənilən beynəlxalq layihə milli maraqlarımıza ziddirsə, orada Azərbaycan yoxdur”

“İstənilən beynəlxalq layihə milli maraqlarımıza ziddirsə, orada Azərbaycan yoxdur”
Bölmə :
KİVDF
Yayım tarixi :
11/2/2016 [22:14]
Baxılıb :
871 dəfə
Əkbər Qoşalı: “Haqlı davamızla bağlı beynəlxalq təşkilatlara, böyük dövlətlərə QHT-lərimiz tərəfindən saysız-hesabsız müraciətlər ünvanlanıb, çoxsaylı konfranslar, mitinqlər, yürüşlər düzənlənib”

Azərbaycanın qarşısında böyük məqsədlər durur. Bunlar dünyanın yalnız siyasi deyil, həm də iqtisadi, elmi, informasiya məkanlarına inteqrasiya amillərini də əhatə edir. Ölkənin geosiyasi vəziyyəti nəzərə alınaraq, hərtərəfli iqtisadi və sosial inkişafın təmin olunması üçün beynəlxalq maliyyə institutları, iqtisadi təşkilatlar, regional birliklərlə əməkdaşlıq genişləndirilir. Bütövlükdə dünya iqtisadiyyatına inteqrasiya prosesini sürətləndirmək üçün tədbirlər görülür. 

Ümumdünya miqyasında transformasiya, həmçinin regional proseslərin intensivləşməsi şəraitində qlobal iştirakda dövlətin rolu və yeri dəyişir. Yeni dünya nizamı təkcə qarşılıqlı münasibətlərin sərhədlərini və formalarını dəyişmir, həm də insanlar arasında münasibətlərin yeni mədəniyyətini formalaşdırır. Azərbaycanın dünyaya inteqrasiya modelinin qlobal əhəmiyyət kəsb edən dəyərini müəyyənləşdirməyə çalışsaq, deyə bilərik ki, milli dövlətin dünyaya inteqrasiyasının uğur və nailiyyətlərini təmin edə bilən ən mühüm resurs - bütün zamanlar üçün - lider resursudur. İnteqrasiya məkanları "açıq" məzmunlu anlayış olsa da, bu məkanlarda əvvəlcədən məskunlaşmış ölkələr öz qapılarını heç də hamıya taybatay açmır (Türkiyənin Avropa Birliyinə inteqrasiya istiqamətində otuz ilə yaxın göstərdiyi səyləri xatırlayaq). İnteqrasiyaya nail olmaq üçün siyasi, iqtisadi, sosial, mədəni, hüquqi məkanlarda inkişafın sürət və templərinin bir-birinə uyğunlaşdırılması lazımdır. Ona qoşulmaq üçün bu məkanlarda artıq kök salmış ölkələrin qət etdiyi əsrlərə bərabər mərhələləri bir göz qırpımı hesab edilən müddətə qət etmək, bütün sınaqlardan çıxmaq, Azərbaycanın mümkün tərəfdaşlar arasında ən etibarlı, optimal müttəfiq olduğuna inandırmağa qabil olan lider siyasəti çox önəmli rol oynayır.

21-ci əsrdə inteqrasiya proseslərində vətəndaş cəmiyyəti institutları da önəmli rol oynayır. Dövlətin beynəlxalq arenadakı uğurlu gedişləri, milli maraqların keşiyində dayanılması, başqa dövlətlərlə səmərəli əlaqələrin yaradılması, xalqların bir-biri ilə yaxınlaşması, sivilizasiyaların qaynayıb-qarışması işində QHT-lərin əvəzsiz rolu olur. Vətəndaş cəmiyyəti institutları dövlətlərə dünya miqyasında mövqeyini daha da gücləndirmək üçün "yol xəritələri" hazırlaya, müxtəlif təkliflər verə, layihələrlə çıxış edə bilər.


Beləliklə, "Bizim Yol"un bu mövzudakı suallarını, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü, yazıçı-publisist Əkbər Qoşalı cavablandırır:

- Əkbər müəllim, dövlətlərarası münasibətlərin formalaşmasında, möhkəmlənməsində, həmçinin dövlətin beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu nə dərəcədə mühümdür? 

- Bəlli olduğu kimi, dövlət özünün idarəetmə üsulundan, qanunvericilik sistemindən, tarixə, olaylara, gələcəyə konseptual yanaşmasından asılı olaraq, özünəməxsus uluslararası ilişkilər sistemi qurur, yaxud belə sistemlərə qoşulur. Əgər uluslararası ilişkilərin elmi incələnməsi, mahiyyəti ən azı 2 min il öncələrdən (Fukididin "Peloponn savaşının tarixi" əsərini xatırlada bilərik) insanları ilgiləndiribsə, onun dünyanın bugünkü qarışıq dönəmində, bölgəmizin bu həssas dönəmində də mediada, bütün zənginliyi ilə sual mövzusu olması başa düşüləndir. 

Əslində, necə ki dövlətlər var, bu mövzu da var olacaq, elm-təhsil ocaqlarında öyrədiləcək, öyrəniləcəkdir. Belə deyək, Vatikan kimi, iki qutsal ocağın ərazisində yerləşdiyi Səudiyyə Ərəbistanı kimi teoloji, Almaniya kimi klassik, Fransa kimi liberal, başqa bir dövlət misalında sosioloji, yaxud hüquqi dövlət xarakterinə görə dövlətlərarası ilişkilər də özgür anlam daşıyır. Neçə dövlət varsa, o qədər də fərqli münasibət var.  

Yaxşı, bəs "vətəndaş cəmiyyəti" anlayışı bizə nə deyir? Kitab cümləsi ilə desək, o, toplumun inkişafının bəlli bir pilləsində formalaşan insanların birliyi olub, özündə bu toplumun, sosial, iqtisadi, mədəni (o cümlədən siyasi) sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını ifadə edir. Qısa desək, "vətəndaş cəmiyyəti" qavramı ilə, tarixi təcrübə ilə əldə edilmiş, bəlli bir meyara cavab verən toplum başa düşülür. Yenə vurğulayaq ki, dünyada nə qədər ölkə varsa, ən azı o qədər də fərqli vətəndaş institutları mövcuddur.

Ayrı-ayrı mövzular, sahələr, hətta dövlətlər haqqında hesabatlar hazırlayan bəzi uluslararası ictimai qurumların adını çəkə bilərik, lakin onların bir çox "hesabatlar"ı, açıqlamaları, arxalarında hansısa dövlətin, dövlətlərin durması şübhəsini yaradır. Mən, "dünyada heç bir böyük layihə, böyük iş, dövlət dəstəyi olmadan mümkünsüz görünür" fikrini qəribçiliyə salmazdım; demək istərdim, bizə yaxından-uzaqdan aid olan hansısa mövzu üzrə çalışmalar, hansısa böyük iş, bizim milli maraqlara, dövlət maraqlarımıza cavab vermirsə, demək, o çalışmanın, o işin arxasında bizim dövlət yoxdur, bizim dövlət yoxsa, başqa dövlət var... (Əlbəttə, dünyəvi, hamı tərəfindən qəbul edilmiş, yaxud dövlətimizin könüllü qoşulduğu platformaları, çağırışları anlayışla qarşılayırıq, bunlar öz yerində.) 
Hesab edirəm, özəlliklə, ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyin etmə hüququ, insan haqları, milli və dini dözümlülük, habelə terror və s. kimi fərqli mövzularda son illər gördüyümüz, umduğumuz, üzləşdiyimiz, acı çəkdiyimiz, ikili standartlarla üz-üzə qaldığımız mürəkkəb hallar, çal-keçir durumlar... dediyim fikirləri gücləndirməkdədir. Əlbəttə, bizimçün Azərbaycan Respublikasının uluslararası ilişkiləri, müstəqil dövlətimizin başqa dövlətlərlə ilişkiləri, vətəndaş cəmiyyəti institutlarımızın bu ilişkilərdə yeri, rolu diqqət tələb edir, öncəlik qazanır... 

 - Mən ikinci sualımı elə tam da, bu barədə vermək istəyirəm: Azərbaycan QHT-ləri bu yöndə nə kimi fəaliyyətlərdə bulunurlar? 

- Bizim dövlət müstəqilliyimizin bu il hələ yalnız 25 ili tamam olacaq, bu da vətəndaş cəmiyyəti qurumlarının dövlətlərarası ilişkilərdə sayğın bir şəkildə iştirakı baxımından böyük zaman kəsimi sayılmaz. Artıq QHT-lərlə işə dair dövlətin konseptual baxışını ifadə edən sənədlər, qurumlar formalaşıb; milli donor institutları yaradılıb. Bizim müstəqil dövlətimiz kimi QHT-lərimiz də, özünü elan edib, müstəqil həyata başlar-başlamaz taleyüklü məsələlərlə üz-üzə qaldı. Bəzən konkret nizamnamə məqsədlərindən daha artığına nail olmaq, "təyinat"dan, "ixtisas"dan savayı işlərlə də uğraşmaq lazım gəldi... 

QHT-lərimizin bir bölümünün qeyri-peşəkarlıqdan, bir bölümünün yaxşı resurslara malik olmamasından və s. irəli gələn problemləri qeyd etməklə yanaşı, bu yerdə müsbət düşünüb, əksər QHT-lərimizin konstruktiv mövqeyə can atdıqlarını deyə bilərik. Deyə bilərik ki, ötən illərdə səsimiz eşidilsə də, eşidilməsə də, uluslararası qurum və quruluşlara, böyük dövlətlərə Azərbaycan QHT-ləri tərəfindən saysız-hesabsız müraciətlər ünvanlanıb, çoxsaylı konfranslar, mitinqlər, yürüşlər düzənlənib, neçə səfərlər gerçəkləşdirilib, neçə qonaq çağrılıb, İKT resursları yaradılıb və s. Bütün hallarda eşitmək istəyən eşidib, eşitmək istəməyən eşitməyib. Mən kiminsə eşidib-eşitməməsindən asılı olmayaraq, səsimizin duyurulmasından əsla əl çəkməmək yolunu seçənlərdənəm, təbii. Təbii, yalnız haqlı olduğumuzun sübutuna enerji xərcləməklə işi bitmiş saymaq sadəlövhlük olardı.

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]