Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Çətinlikləri dəf edəcəyiksə, üfüqə ümidlə baxıram»

«Çətinlikləri dəf edəcəyiksə, üfüqə ümidlə baxıram»
Bölmə :
Müsahibə
Yayım tarixi :
10/2/2016 [23:40]
Baxılıb :
4075 dəfə
Rafiq Əliyev: «Mən hələ 2008-ci ildə “Azərbaycanda post-neft dövrünü düşünmək lazımdır” adlı bir məqalə yazmışdım”¦Â»
Görkəmli ziyalımız doğum günündə «Bizim Yol»a danışdı: «Allaha min şükür olsun, elə bir yorğunluq hiss etmirəm»

Dünən Azərbaycan və dünya elminin görkəmli nümayəndəsi, tanınmış ziyalı, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru professor Rafiq Əliyevin doğum günü idi. Rafiq Əliyev 10 fevral 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1958-1963-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda oxuyub və təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1964-1967-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspirantı olub. 1967-ci ildə texnika elmləri namizədi, 1975-ci il texnika elmləri doktoru alimlik dərəcəsi alıb. 1976-cı ildən professor,  1989-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.  1989-cu ildən 2011-ci ilə kimi Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri olub. 1998-ci ildən indiyə kimi Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Dövlət Universitetinin (Atlanta, ABŞ) MBA proqram direktoru, 2001-dən indiyə kimi isə bu universitetlərin BBA proqram direktorudur.
Azərbaycan və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində böyük rolu olub. Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlayıb. Tələbələri hazırda təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran və s.) fəaliyyət göstərirlər.
Bilavasitə onun rəhbərliyi və iştirakı ilə 1994-cü ildən başlayaraq hər iki ildən bir Avropanın bir sıra ölkələrində “Qeyri-səlis sistemlərin tətbiqi”, 2000-ci ildən başlayaraq hər iki ildən bir Özbəkistan Respublikasının Daşkənd şəhərində “Qeyri-səlis sistemlərin tətbiqi və Soft Kompyutinq”, 2000-ci ildən başlayaraq hər iki ildən bir Türkiyənin Antalya şəhərində “Sistem təhlilində, qərarqəbuletmə və idarəetmədə sözlə işləyən kompyuter və Soft Kompyutinq” üzrə beynəlxalq elmi konfranslar keçirilir.

İnformatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və Soft Kompyutinqə həsr olunmuş 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir. 

Professor Rafiq Əliyevlə doğum günündə söhbətləşməyə imkan tapdıq. Akademikin "Bizim Yol" qəzetinə geniş müsahibəsini oxucularımıza təqdim edirik.


- Rafiq müəllim, doğum gününüzü təbrik edirik. Sizə can sağlığı və yeni elmi nailiyyətlər arzulayırıq. Xoş təsadüfdür ki, bu günlərdə sizin müəlliminiz, dünya şöhrətli alim Lütfi-zadənin və  dostunuz, görkəmli dramaturq  Rüstəm İbrahimbəyovun da doğum günləri qeyd olundu. 

- Çox təşəkkür edirəm, diqqətinizə görə çox minnətdaram. Mən onların hər ikisini təbrik etdim. 

- Hər zaman gərgin iş qrafikiniz olub, tez-tez xaricdə olursunuz, kitablar üzərində işləyirsiniz, dərs, mühazirələr deyirsiniz. İndi gəldiyiniz yaşda özünüzü necə hiss edirsiniz, yorulmamısınız ki? 

- Vallah, düzünü deyim, Allaha min şükür olsun, elə bir yorğunluq hiss etmirəm. Bilirsiniz, iş, xüsusilə zehni iş adamı saxlayır. Tərif üçün demirəm, amma son üç ildə dünyanın müxtəlif ölkələrində - Amerikada, Almaniyada, Rusiyada 5 kitabım çıxıb. Yəni hələlik bir yorğunluq hiss etmirəm. İndi də Amerika nəşriyyatları ilə iki müqaviləm var. 

- Elmi fəaliyyətinizdə hansı yeniliklər var? 

- Əsas nailiyyətlərdən biri onu hesab edirəm ki, Lütfi-zadə ilə birlikdə bir kitab yazmışıq. Kitab yazmaq üçün də nəzəriyyə yaratmaq lazımdır. Yəni bir var dərslik-zad yazasan, bir az ordan-burdan götürəsən, amma dünya çapında monoqrafiya yazanda gərək dünyada olmayan şeydən yazasan. Biz də yeni bir hesab nəzəriyyəsi, yeni ədədlər hesabı yaratdıq. Yəni indiyədək adi ədədlər tanıyırdıq, məsələn, 5, 3, 8 və s. Məsələn, deyirlər ki, bayırda hərarət 8 dərəcədir. Bir az ağıllı adam deyir ki, temperatur 7-9 dərəcə intervalındadır.  Daha ağıllı adam isə onu qeyri-səlis deyər: təxminən 8 dərəcə ətrafındadır. Yəni 7 də ola bilər, 9 da. Yəni  Ağıllılıq səviyyəsi dedikdə informasiyanı ümumiləşdirmə səviyyəsinə görə götürülür.  Amma təəssüf ki, ikinci və üçüncü səviyyə Azərbaycanda tədris olunmur. Dünyanın əksər universitetlərində qeyri-səlis hesab, interval hesabı keçirlər. Bizdə isə adi hesab tədris olunur: 5x5=25. Lütfi Zadə də, mən də 30 il ömrümüzü sərf etmişik, görürük ki, qeyri-səlis məntiqdə də çatışmazlıqlar var.  Çatışmayan odur ki, indiyədək dediyim o üç səviyyədə informasiyanın dürüstlük məsələsi nəzərə alınmayıb. Yəni siz deyirsiniz ki, sabah temperatur 15-20 dərəcə arasında olacaq. Mən də soruşuram ki, bu məlumata inam dərəcəniz nə qədərdir. Yüz faiz olan yalnız Tanrıdır. Siz də deyirsiniz ki, informasiyaya inamım tutaq ki, 30 faiz ətrafındadır. Yəni ədədlərin dürüstlüyü indiyədək nəzərə alınmamışdı və bunun hesabı yox idi. Biz də həmin qeyri-müəyyən ədədə inam dərəcəsinin hesabı nəzəriyyəsini yaratdıq və ABŞ-da bu barədə kitab çap etdik. Hesab edirəm ki, uğurumuzdan biri budur, yəqin dünya qiymət verər. Bundan başqa, çox önəmli hesab etdiyim bir məsələ də var. Lütfi-zadə də çox yüksək qiymətləndirib və üç kitabıma ön söz yazıb. Bu isə qeyri-müəyyənlik şəraitində qərar qəbul etmə nəzəriyyəsidir. Yəni insan adətən bu şəraitdə olur: tam informasiya yoxdursa, necə qərar qəbul edilməlidir. Bunun nəzəriyyəsinə uyğun məqalələr, ABŞ-ın  "Springer" nəşriyyatında kitablar çap etdirdik. 

- Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında struktur dəyişikliyi aparılır. Azərbaycan elminin inkişafı üçün sizin təklifləriniz, konsepsiyanız varmı?

- Konsepsiya deyə bilmərəm, onun üçün AMEA var, Təhsil Nazirliyi var, mən elmi işçi kimi öz fikrimi deyə bilərəm. Allah Xudu Məmmədova rəhmət eləsin, deyərdi ki, ay Rafiq, adam da özünə alim deyərmi, alim Nyuton olar, Eynşteyn olar, Lütfi-zadə olar. İndi bir elmi işçi, elm adamı kimi onu deyə bilərəm ki, əgər biz dünyaya inteqrasiya ediriksə, elm və təhsildə dünyanın inkişaf etmiş ölkələrinin yolunu getmək istəyiriksə, elm ayrı-ayrı qurumlarda yox, universitetlərdə olmalıdır. Elmlər Akademiyası da olmalıdır, amma Fransa və başqa ölkələrdəki akademiyalar kimi. Yəni orda ən seçilmiş insanlar olmalıdır, daha təyin olunmuşlar yox. Bir də ki, elmə gərək sosial sifariş olsun. Elmin özünün bir qanunu, siyasəti var. Elm siyasət sevməz, amma özünün bir siyasəti var. Əgər ÜDM-dən elmə iki faizdən az ayırmalar olursa, o elmin nəticələri həmin ölkənin iqtisadiyyatına təsir etmir. Bu baxımdan, uzun müddət elmə meyl azaldı, bir boşluq yarandı, kadr potensialı azaldı. İndi hökmən o boşluğu  doldurmaq lazımdır. Çünki istənilən ölkəni, hətta dünyanı ziqzaqlardan, kataklizmlərdən həmişə elm çıxarıb. Mənim sizin sənətə, jurnalistikaya böyük hörmətim var. Azad mətbuat olmayan yerdə digər azadlıqlardan söhbət gedə bilməz. Yəni jurnalistikaya da, poeziyaya da, digər sənətlərə də hörmətim var. Amma həmişə o çətin təlatümlərdən bəşəriyyəti elm xilas edib. Ona görə də elmsiz bir ölkənin gələcəyi ola bilməz. 

- Bəs ictimai-siyasi prosesləri izləyirsinizmi, müşahidələrinz nə deyir?

- Mən 2008-ci ildə "Azərbaycanda post-neft dövrünü düşünmək lazımdır" adlı bir məqalə yazmışdım. Sonra bir çox KİV-lərdə, deyəsən sizin qəzetdə də çap olundu. Məqalədə göstərmişdim ki, yeni iqtisadi model yaradılmasa, bizim iqtisadçılarımız bu sahədə işləməsə, bizi belə bir vəziyyət gözləyir. İndi həmin gün gəlib çatıb. 2011 və 2012-ci ildə də həmin mövzuya qayıdıb bir də yazdım. İndi "post-neft" sözünü hamı işlədir, amma ilk dəfə 2008-ci ildə mənim yazımda gedib. Nəhayət, 2015-ci ilin fevral ayında ilk devalvasiya olanda jurnalistlər əvvəlki yazılardan da müəyyən hissələri yazıya əlavə etmişdilər və mənə müraciət etdilər ki, "post-neft dövrü" deyəndə nəyi nəzərdə tuturdunuz?  Dedim, elə bu günü deyirdim. Çünki göstərmişdim ki, neftin hasilatı azalacaq. "Bizim 300 il neftimiz var" sözləri sadəcə şüar idi. 

- İndiki böhrandan çıxmaq üçün hökumət müəyyən addımlar atır, bir çox iqtisadçılar, ekspertlər müəyyən təkliflər verirlər. Siz post-neft dövründə vəziyyətdən çıxmaq üçün nə təklif edirsiniz?

- Ötən ilin fevral ayında "İqtisadçılara və iqtisad universitetlərinə mürciət" adlı yazını yazdım və bir daha qayıtdım o məsələyə ki, iqtisadi model elmi baxımdan yaradılmalıdır. Yazıda modeli də, strukturu da vermişdim. Yəni dünya ölkələrinin 90-95 faizinin elmi cəhətdən əsaslandırılmış iqtisadi modeli var. Gəlin, kənd təsərrüfatına, digər sahələrə diqqət yetirək. "Sosial hesabatlar matrisası" deyilən şey var: hansı sahələr inkişaf etməlidir, sahələr arasında hansı əlaqələr olmalıdır, tutaq ki, maşınqayırmadan kənd təsərrüfatına nə gəlməlidir, kənd təsərrüfatından hansı məhsullar ixrac olunmalıdır, bunun hamısının hesabatı var. Bundan sonra tarazlıq modeli yaratmaq lazımdır ki, iqtisadiyyat taraz olsun. Bunları vaxtilə mətbuata da demişəm, elmi məqalələrimdə də yazmışam. Rafiq Əliyev olaraq bilmirəm ki, bu addımı atsaq belə olar, etməsək belə olar. Mən sadəcə iqtisadi model tərəfdarıyam. İndi yenə iqtisadçılara müraciət etmək istəyirəm ki, deskriptiv statistikadan əl çəkmək lazımdır. Yəni faktları toplayıb tort şəkli, diaqram çəkməklə statistika açıqlamaq lazım deyil: neçə qız doğuldu, neçə oğlan doğuldu və s. Dünya iqtisadi modellərlə işləyir, onu qurmaq lazımdır. 

- Belə vəziyyətlərdə inkişaf etmiş ölkələrin təcrübəsi nədən ibarətdir? 

- Mənim elmi istiqamətlərimdən biri də elmi proqnozlaşdırma məsələləridir. 2008-2009-cu illərdə dünyada iqtisadi böhran olan zaman biz onun elmi cəhətdən kompyuter siqulyasiyası, elmi proqnozlaşdırılması ilə məşğul olduq. Həmin vaxt bir alman qəzeti məndən müsahibə almışdı. Mən onda deyəndə ki, bu, hələ başlanğıcdır, təxminən 6-7 ildən sonra ikinci dalğa bundan da dəhşətli olacaq, qadın jurnalist iki əli ilə başını tutdu. Yəni bu dünyada gedən bir prosesdir, yaradan amillər də çoxdur. Burada Rusiya amili də, başqa nüanslar da var. Bir şeydən əminəm ki, xalq da fərd kimidir, gərək çətinlikdən keçsin. O çətinlikləri dəf edəcəyiksə, üfüqə ümidlə baxıram. 

Rəşad VAQİFOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]