Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Bütün türk xalqlarının elmi qurumları ilə sıx əməkdaşlığımız var”

“Bütün türk xalqlarının elmi qurumları ilə sıx əməkdaşlığımız var”
Bölmə :
KİVDF
Yayım tarixi :
10/2/2016 [23:28]
Baxılıb :
827 dəfə
Almaz Ülvi: “Alimlərimiz dünyanın bütün nöqtələrində keçirilən beynəlxalq konfrans və simpozyumlara dəvətlər alırlar”
“Dünyanın beş qitəsinə gedib çıxan elm xadimlərimiz milli ədəbiyyatımızı bəşəri kontekstdə təbliğ edirlər”

(Əvvəli ötən sayımızda)

Filologiya elmləri doktoru Almaz Ülvi ilə də Azərbaycanın dünyaya mədəni inteqrasiyası, mədəni mühitlərin qarşılıqlı əlaqəsi və digər mövzulardakı söhbətimizin davamını təqdim edirik:
Dünyanı heyrətə gətirəcək bir məsələ, problem ortaya qoya bilirsənsə, tanınacaqsan. Bunun üçün tərcümə məsələsi vacib məsələdir. Sənin dilini uzaqbaşı Türkiyə oxuya bilir, bəs Qərb ölkələri - fransız, italyan, polyak, ingilis və başqaları? Azərbaycan ədəbiyyatı, ədəbi sərvətimizin necə qəbul olunması məsələsi oxucu zövqündən asılı olduğu kimi, eyni zamanda, münasibətlər zəminində - istər şəxsi, istərsə də müxtəlif qurumlar, institutlar, diplomatik xətlərin də xüsusi rolu olmalıdır. Xarici ölkələrdə yaşayan saysıq-hesabsız ziyalılarımız var, bu məsələdə onların da üzərinə böyük məsuliyyət düşür.

- Alimlərimizin, yazarlarımızın əsərlərinin əcnəbi dillərə tərcüməsi məsələsində nə kimi uğurlar əldə etmişik və hələ də hansı problemlərlə qarşı-qarşıyayıq? 

- Azərbaycan  Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli Sərəncamı ilə Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  yanında Tərcümə  Mərkəzi  (Az.TM) yaradılmışdır. Bu mərkəzin bilavasitə məqsədlərindən biri də məncə, Azərbaycan ədəbiyyatını dünya arenasına çıxarmaqdır. Dünya ədəbiyyatının nadir nümunələrini bizim dilə, bizim ədəbiyyatı başqa xalqların dillərinə tərcümə etmək, yaymaq işində mərkəzin rolunu danmaq olmaz. Gördükləri işlərin tezisvari informasiyalarını böyük oxucu auditoriyası toplamış "Aydın yol" qəzetinin səhifələrində də görmək olur. Orada çalışan insanların bu sahədə böyük təcrübələri olduğunu bildiyimizdən, peşəkar münasibətlərinə şübhə yeri qalmır. Təki niyyət doğru olsun. 

Təbii ki, iş olan yerdə problem də, çətinlik də olacaq. Buna normal baxmaq lazımdır. Hər görülən işin arxasında təcrübə məktəbi yaradır. Problem nədir? Əgər bir işi görmək üçün fəaliyyət göstərirsənsə, orada narahat məqamlar olacaq, amma bu, problem deyil. Problem odur ki, sözü deyəsən, amma əlini əlinin üstünə qoyub sadəcə giley-güzar edəsən. Ayrı-ayrı tərcüməçilər var, şəxsi ədəbi dostluq münasibətləri sayəsində yaranmış tərcümə əsərləri var və s. 

Ədəbi tərcümədən söz düşmüşkən, 2015-ci ildə şəhid şairimiz Ülvi Bünyadzadənin iki tərcümə kitabını nəşr etdirdim: biri Ülvinin tələbəlik dövründə ingilis dilindən tərcümə etdiyi dünya ədəbiyyatı klassiklərinin əsərlərindən nümunələr, digəri isə Ülvinin "Ömür yolu" poemasının Azərbaycan dilindən başqa, Türkiyə türkcəsində, özbək, qırğız, tatar, ingilis, rus (bu dildə iki ayrı-ayrı müəllifin tərcüməsi), gürcü dillərində tərcüməsindən ibarət idi. Birinci kitabda Ülvinin orijinaldan 20-yə yaxın tərcümə etdiyi əsərlərdən (şeirlər və hekayələr) ibarətdir. Ülvi ingilis və rus dillərini yüksək səviyyədə bilirdi, bir neçə dildə isə lüğət vasitəsilə oxuyub, yazırdı. Bu tərcümələr o qədər peşəkarcasına edilmişdi ki, düzəlişə, redaktəyə belə ehtiyac olmadı. İkinci kitabına toplanmış tərcümələr isə məhz şəxsi dostluq və ədəbi münasibətlər çərçivəsində başa gəlmişdi. Bu əsər tərcümə olunduğu dillərə aid ölkələrin mətbuatında da dərc edildi - beləcə, həm Ülvi Bünyadzadə imzası tanındı, həm də Azərbaycanın azadlığı uğrunda gənc bir şairin canını qurban verərək şəhid olması hadisəsindən xəbər tutdular. Necə ki, illər öncə biz macar şairi Şandor Petefini, tatar şairi Qabdulla Tukayı, Musa Cəlili və b. tanımışdıq. Burada fərq odur ki, Ülvi çox gənc idi, cəmi 20 yaşı vardı.

- Konkret olaraq, çalışdığınız AMEA Nizami adına Ədəbiyyat İnstitunun hansısa beynəlxalq əlaqələri, xaricdəki anoloji qurumlarla əməkdaşlığı varmı?

- Təbii ki, var. Bu gün bizim alimlərimiz dünyanın bütün nöqtələrində keçirilən beynəlxalq konfrans və simpozyumlara dəvətlər alırlar. Orada Azərbaycan ədəbiyyatı, mədəniyyəti, dünya ədəbiyyatı ilə müqayisəli araşdırmalar, son illər Azərbaycanın dərdinə həsr olunmuş əsərlər müstəvisində məruzələr edirlər. Burada imkan yaranır ki, həm ədəbiyyatımızı, həm dünya ədəbiyyatları ilə müqayisəyə gətirilə biləcək elmi əsərlərimizin olmasını, həm də dərdimizi mötəbər, ziyalı məclislərdə anlada biləcək fürsət əldə edirik. 

Dünyanın beş qitəsinə gedib çıxan alimlərimiz milli ədəbiyyatımızı bəşəri kontekstdə təbliğ edirlər, elmi şəkildə. Bir alim təkcə özünü təmsil etmir ki, o, həm də çalışdığı qurumu, yaşadığı dövləti təmsil edir. Türk Dövlətləri Birliyi çərçivəsində yaradılmış Türk Akademiyası ilə birgə layihələr həyata keçirilir. Bu günlərdə həmin Akademiyanın bir müjdə informasiyası sosial şəbəkələrdə paylanmışdı: "Ortaq Türk tarixi" dərs kitabı nəşr olunmuşdur. Bu xəbərə sevinməmək olmur ki! Hazırda "Ortaq türk ədəbiyyatı" və "Ortaq türk çoğrafiyası" dərslikləri üzərində işlər getdiyini də həmin informasiyanın davamında oxuduq. Bunlar gözəl və ələdüşməz tarixi hadisələrdir. Ümumi, ortaq tariximizin mənafeyi naminə çox layihələrin həyata keçəcəyinə yəqin ki, yaxın vaxtlarda şahid olacağıq. Akademik İsa Həbibbəylinin təqdim etdiyi Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin yeni konsepsiyası (10 mərhələdən ibarət) müstəqillik qazandığımızdan sonra ədəbiyyatşünaslığımızda böyük hadisədir. 

AMEA Rəyasət Heyətinin iclasında humanitar və ictimai elmlərə dair orta və ali məktəb dərsliklərinin hazırlanmasında akademik İsa Həbibbəylinin təklif etdiyi dövrləşdirilmə konsepsiyasından istifadənin nəzərə alınması barədə qərar təsdiq edilib. AMEA Nizami adına Ədəbiyyat İnstitutunda nəşrə hazırlanan "Azərbaycan ədəbiyyatı tarixi" oncildliyinin yazılmasında yeni konsepsiyaya istinad edilməsi, bundan əlavə "Azərbaycan tarixi", "Azərbaycan incəsənəti tarixi", "Azərbaycan fəlsəfə tarixi" və bu qəbildən olan başqa çoxcildliklərin hazırlanmasında vahid konsepsiyanın müəyyənləşdirilməsi barədə qərar qəbul olunub. Türk Akademiyasının nəşrə hazırladığı "Ortaq türk ədəbiyyatı" da bu konsepsiya əsasında hazırlanır. Bunlar böyük işlərdir.
İnstitutumuzda 2015-ci ildə çox möhtəşəm beynəlxalq elmi konfrans keçirildi: "Türk xalqları ədəbiyyatı: genezisi, inkişaf mərhələləri və problemləri". Konfransın kitabı nəşr olundu - burada konfrans iştirakçılarının 100-ə qədər elmi məqaləsi, bunlardan da 10-dan artıq türk xalqlarının (Türkiyə türkü, rus, qazax, türkmən, özbək, tatar, başqırd, Gürcüstan türkoloqları, rumın türkoloqları, Mahaçqaladan və s.) 60-a yaxın elmi məqalələrı var idi. Bütün türk xalqlarının elmi qurumları, görkəmli alimləri ilə sıx əməkdaşlığımız var. İnstitutumuzda dünya xalqlarının ədəbiyyatı ilə məşğul olan "Dünya ədəbiyyatı və kompravastika" şöbəsi böyük layihələr həyata keçirir. AMEA Nizami adına Ədəbiyyat İnstitutunda görülən və görüləcək işlər çoxdur. Qərb və Şərq ölkələrində yerləşən bütün elmi qurumlarla İnstitutun sıx və faydalı əməkdaşlığının nəticələri öz müsbət nəticələrini verir, bunlar hamısı göz qabağındadr. 

Təki sağlıq olsun, layihələr çox, bu layihələri həyata keçirə biləcək elmi potensialımız, gənc kadrlarımız da yetərincədir. Ustadlarına hörmətlə yanaşan elmi gəncliyimiz var.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]