Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

"Zaman çox itirilib və ciddi israfçılıq olub" - VİDEO

Bölmə :
Müsahibə
Yayım tarixi :
10/2/2016 [22:21]
Baxılıb :
1540 dəfə
Qüdrət Həsənquliyev: “Son qərarlar xarici investorlar üçün normal mühiti bir az da korlayır”

Parlamentdə təmsil olunan partiya funksionerləri mövcud şəraitdə iqtisadi problemlərə ehtiyatla yanaşırlar. Hətta vəziyyətin necə adlanmasında da fərqli baxışlar sərgiləyirlər. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevlə söhbətimizə baxış fərqlərinin aydınlaşdırılmasından başladıq.


-  Qüdrət bəy, söhbətimizə günün ənənəvi sualından başlamaq istəyirəm: Azərbaycanda iqtisadi böhran varmı?

- “Böhran” sözünü hər bir siyasətçinin necə qəbul etməsinə baxmaq lazımdır. Əlbəttə, iqtisadiyyatımızda ciddi çətinliklər var. İqtisadi böhran deyəndə gözümün önünə Yunanıstandakı proseslər gəlir. Ölkə defolt vəziyyətinə düşmüşdü, dövlət borcunu ödəyə bilmirdi və insanlar da meydanlara axışıb buna etiraz edirdilər. Əgər böhranı Yunanıstandakı durum baxımından etalon kimi qəbul etsək, Azərbaycanda elə deyil. Amma çox ciddi iqtisadi çətinliklər var, manat 2 dəfə devalvasiyaya uğrayıb, özü də 100 faizdən artıq. Bu mənada ölkə ciddi iqtisadi problemlərlə üz-üzədir.

- Bu, hara aparır?

- Əlbəttə, hökumət ölkənin defolt vəziyyətinə düşməməsi və böhrana gətirilməməsi üçün müəyyən addımlar atır. Ancaq atılan addımlar qənaətbəxş deyil, çox vaxt itirilir.

- Yəni qəbul olunan qərarlar adekvat deyil?

- Neftin qiyməti aşağı düşəndə dünyanın tanınmış və nüfuzlu ekspertləri yaxın 1-2 ildə qiymətin qalxmayacağını deyirdilər. Ölkənin əsas gəlir mənbəyi isə neftdir, ona görə də dövlət 2014-cü ilin ikinci yarısından bu istiqamətdə addımlar atmalıydı. Amma biz nəinki o zaman, birinci devalvasiyadan sonra mühüm qərarlar qəbul etmədik. Düzdür, çoxlu sayda müəyyən fərmanlar imzalanıb, qərarlar qəbul olunub, ancaq bunlar vəziyyəti dəyişmək üçün yetərli deyil.  
  
-  Yumşaq keçid etmək üçün konkret hansı addımlar atılmalıdır?

- Zaman çox itirilib. Parlamentdə olduğum birinci ildən hökumətin hər hesabatında, büdcə müzakirələrində özəlləşdirmənin həyata keçirilməsi, rəqabət mühitinin gücləndirilməsi, qanunların aliliyinin təminatı, məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi istiqamətində siyasi islahatların aparılmasını gündəmə gətirmişəm. Əsasən də parlamentli respublika modelinə keçilməsini söyləmişəm. Sonuncu amil bizim partiyanın bütün seçki platformalarında öz əksini tapıb. Ancaq indi də gec olmadığını və özəlləşdirməni yubatmamağı tövsiyə edirəm.

Hazırda hökumət xaricdən investorlar və ekspertlər dəvət etmək istəyir. Sözün doğrusu, investorların cəlb olunması üçün əlverişli iqtisadi mühit olmalıdır.  Son atılan addımlar və qərarlar isə bu mühiti bir az da korlayır. Məsələn, sahibkarların qiymət artımına görə həbsi, təqibi. Bu hadisələr nəinki xarici investorları cəlb edir, əksinə, bir az da qorxudur. Mətbuatda oxudum ki, Siyəzəndə quşçuluq fabrinin direktoru qiymət artımına görə həbs olunub. Əvvəla, Azərbaycanda prokurorluğun ümumi nəzarət funksiyası yoxdur, konkret, hər hansı cinayət faktı üzrə şikayət daxil olduqda prokurorluq həmin faktı araşdırır. Yəni prokurorluq gedib hardasa yoxlama apara bilməz. Mərhum prezident Heydər Əliyevin dövründə “Prokurorluq haqqında qanun”a dəyişiklik etdik və ümumi nəzarət funksiyası prokurorluğun əlindən alındı. Hesab edirəm ki, son hadisələr prokurorluğun səlahiyyət həddini aşmasıdır. İkincisi, sahibkar toyuğu 3 manata satırdısa, qiyməti kim müəyyənləşdirmişdi? Özü. İndi də kimsə ona deyə bilməz ki, əvvəl niyə 3, bu gün isə 4 manata satır. Konstitusiyaya görə, mülkiyyət hüququ var və sərəncamı da onun sahibinə məxsusdur, burdan belə nəticə çıxır ki, sahibkar öz əmlakını neçəyə istəyirsə, o qiymətə də sata bilər. Yalnız təbii inhisarçılardan söhbət gedə bilər, “Azərsu”, “Azərişıq”, “Azərqaz”... Bunlar üçün Tarif Şurası qiymətləri müəyyənləşdirməlidir. Amma Tarif Şurası dərmana qiymət müəyyənləşdirəndə, artıq qurum burda təbii inhisarçı olduğunu qəbul edir. Söhbət dərmanı bir şirkətin satmasını qəbul etməsindən gedir. Deməli, rəqabət mühiti yaratmaq əvəzinə, sahibkarın malına qiymət qoymaq, sabah investorları cəlb etmək əvəzinə normal düşüncəli sahibkarları qaçıracaq.

- Ancaq prokurorluğa da göstərişi prezident İlham Əliyev verir. Bu mənada dediyiniz indiki iqtisadi çətinlik dövründə İlham Əliyevin məsuliyyəti varmı?  

- Azərbaycanda prezidentin, parlamentin, siyasi qüvvələrin, hətta xalqın da yaranmış vəziyyətdə məsuliyyəti var. Bəli, icra hakimiyyətinin başında prezident dayandığından onun məsuliyyəti daha çoxdur. Amma adi vətəndaşın da məsuliyyəti var. Çünki vətəndaşlar hökumətdən islahatların keçirilməsini tələb etmir. Neft pulları gəlirdi və hamı ona pay çatdığını düşünüb, qanunların aliliyinin təmin olunması və vətəndaş cəmiyyətinin yaradılması istiqamətində fəal deyildi.

-  Tələb edənləri də həbs edirlər...

- Söhbət ondadır ki, bütün xalq bunu desə, o zaman ayrı-ayrı şəxslərə də təzyiqlər olmazdı. Amma tək-tək fərdlər bu problemləri dilə gətirəndə, bəzən də mövcud problemlər nəzərə alınmayanda, bunlar nəinki öz həllini tapır, əksinə, həmin fərdlərin özünə də müəyyən problemlər yaradır.

- Mövcud reallıq nədən ibarətdir?

- Mövcud reallıq odur ki, hər bir xalqın sosial-inkişaf indeksi var. Bura xalqın qurduğu dövlətin iqtisadi inkişaf səviyyəsi, siyasi mədəniyyət, təhsilin, səhiyyənin səviyyəsi və adət-ənənələr daxildir. BMT-nin məlumatına görə, xalqımızın sosial-inkişaf səviyyəsi 76-cı sıradadır, bunun nə dərəcədə doğru olduğunu bilmirəm. Şəxsən mən hesab edirəm ki, biz daha aşağıda olmalıyıq, 76-cı yer Azərbaycan xalqı üçün uyğun deyil. Belə olduğu təqdirdə ayrı-ayrı işıqlı insanlar bütün kütlədən ayrılıb. Bilirsiniz, demokratik cəmiyyəti qurmaq üçün demokratik dünyagörüşə malik insanların çoxluğu lazımdır. Mən Elçibəydən demokratik insan tanımıram. Amma hakimiyyətə gələndən sonra xalq onu dəstəkləmədi. Surət Hüseynovun 70 nəfər qulduru dövləti iflas vəziyyətinə gətirdi.

-  Bəs xalqın indiki vəziyyətində hakimiyyətin məsuliyyəti nə qədərdir?

-  Hakimiyyətin məsuliyyəti odur ki, xalqı inkişaf etmiş Qərb standartlarına hazırlamalıdır.

-  Bəs 22 ildə hazırlaya bildimi?

- Hesab etmirəm ki, 22 il yetərlidir. Əlbəttə, neft pulları hökuməti xeyli tənbəlləşdirdi və xalqın da tələbkarlığını azaltdı. Ölkədə demokratikləşmə gedir, amma, bu, çox zəif templə gedir.

-  Necə düşünürsünüz, tarix indiyə qədər gələn bahalı neft gəlirlərinə görə kimdən haqq-hesab sormalıdır?

- Tarix kimdən haq-hesab sormalıdır deyəndə, bəli, Azərbaycana böyük neft pulları gəldi və düşünmürəm ki, bundan səmərəli istifadə etdik. İnfrastrukturun qurulmasını heç kim dana bilməz, yalnız Dərnəgül şosesini xatırlamaq yetər, orda yolun ortasında bəzən dərinliyi 1 metrə çatan çüxurlar vardı. Körpülər salındı, şəhərlərdə müəyyən işlər getdi.

- Amma israfçılığa da yol verildi...

- Bu, birmənalıdır və heç kim bunu inkar edə bilməz ki, israfçılığa yol verilmədi. Özü də ciddi israfçılıq oldu. Məsələn, 1 kilometr yolun asfaltlanmasına xeyli pul xərcləndi. O cümlədən, səhiyyə obyektlərinin, məktəblərin inşasına bir neçə dəfədən çox vəsait xərcləndi. Hər zamandır deyirdim ki, Azərbaycanda səhiyyə obyektləri özəlləşdirməlidir və bu işləri sahibkarlar həyata keçirməlidir. Düşünürəm ki, Azərbaycan neft pullarından çox səmərəli istifadə etmədi.

- Xalqın məsuliyyəti məsələsinə toxunduğunuz üçün bu sualı verirəm. Rayonlarda aksiyalar oldu, yatırdıldı, əgər çox güclü aksiyalar baş versə, hakimiyyət atəş açarmı?

- Düşünmürəm. Əlbəttə, hakimiyyətin zorakılıqla devrilməsinə cəhd olsa, hüquq-mühafizə orqanlarının silah tətbiq etmək səlahiyyəti var. Həm də Konstitusiya quruluşunu qorumaq hər bir vətəndaşın hüququ və borcudur. Amma düşünmürəm ki, hakimiyyət insanlara silah tətbiq edər. Belə praktika da olmayıb.

- Ümumiyyətlə, hakimiyyət dəyişməlidirmi? Baxın, Əliyev 3 dəfə prezident olub, amma kiminləsə debata çıxmayıb, hətta sizinlə də. O cümlədən, 22 ildir eyni adamları görürük, Artur Rəsizadə, Ramil Usubov 20 ildir vəzifədədirlər. Bu mənada hakimiyyət dəyişməlidirmi, sizinlə də debata çıxmalıdırmı?

- Əgər Azərbaycan Qərb standartlarına cavab versəydi, belə debatların olması aksioma olardı. Amma Azərbaycan Qərb dəyərlərini mənimsəmiş ölkə deyil, biz o standartlara cavab vermirik. Ona görə də prezident o cür debatlara qatılmır, Azərbaycan jurnalistlərinin qarşısında mətbuat konfransı keçirmir. Xarici mətbuata müsahibə versə də, yerli jurnalistlərə müsahibə vermir.

-  Bu yaxşı haldırmı?

-  Əlbəttə, yaxşı hal deyil. Yenə deyirəm, bu, ölkədə ümumi siyasi mədəniyyətə bağlı məsələdir. Prezident də əminlik olsa ki, dəvət olunan jurnalistlərin hamısı Qərb jurnalistləri səviyyəsində davranacaqlar, suallarında da bunu nəzərə alsalar, bəlkə də çəkinməz.

-  Amma Heydər Əliyev yerli jurnalistlərin qarşısına çıxırdı...

-  Heydər Əliyev öz miqyasına görə çox böyük bir dövlət və siyasi xadim idi. Onun yaşı ən xoşagəlməz, konfliktsiz vəziyyətlərdən çıxmağa, yaxud durumu yüngülləşdirməyə imkan verirdi. Xatırlayırsınızsa, jurnalistlərlə görüşü zamanı Rauf Arifoğlunun mərhum Cəlal Əliyevlə bağlı sualına Heydər Əliyev necə ustalıqla aydınlıq gətirdi. Söhbət Heydər Əliyevin tamam başqa insan olmasından gedir. İlham Əliyevin yaşı da tamam başqadır.

-  O zaman Saakaşvilini misal gətirək...

-  Azərbaycan Gürcüstan deyil. Hətta çar Rusiyası dövründə də Gürcüstan Cənubi Qafqazda mərkəz olub, ötən əsrin əvvəlində də gücrü və erməni xalqları bizdən tez müstəqilliklərini elan etdilər. XX əsrin sonunda onlar bizdən tez önə çıxdılar. Halbuki, Ermənistan Kremlin köməyi ilə Azərbaycan torpaqlarını işğal edib. Amma onlar Moskvadan bizdən tez ayrıldılar.

-  Bəs avtoritar Putinin ildə iki dəfə mətbuat konfransı keçirməsi, yaxud Ukrayna prezidentləri...?

-  Rusiya da, Ukrayna da bizdən bu mənada çox irəlidir. Rusiya bizdən qat-qat öndə olub, baxın onların televiziyalarına və bizim kanallarla müqayisə edin. Mənin qiymətləndirməm budur ki, biz sosial inkişaf səviyyəsinə görə bu ölkələrin hər birindən geri qalırıq. Baxın, Gürcüstan, Ermənistan parlamentli respublikaya keçib, Ukraynada addımlar atılır.

-  O cümlədən, Qazaxıstandakı irəliyə doğru qərarları necə izah edərdiniz?

-  Qazaxlar və qırğızlar da Sovet İttifaqı dövründə  rus dilini mənimsəmək və siyasi fəallıq baxımından fərqləniblər, bizdən də öndə olublar.

- Azərbaycan Şərqdə ilk demokratik respublika qurmayıbmı?

- Bizi Türkmənistan, Tacikistan və Özbəkistanla müqayisə edə bilərsiniz. Qırğızlar və qazaxlar həmişə bizdən öndə olub. Nə olsun ki, Şərqdə ilk respublikanı qurmuşuq?! Amma təəəssüf ki, həmin respublika da normal fəaliyyət göstərə bilməyib. O dövrdə də gürcülər və ermənilər bizdən qabağa düşdülər. Bunun hamısı sonda xalqın inkişaf səviyyəsinə bağlanır.

-  Dediyiniz xalqın inkişaf səviyyəsi hakimiyyətə xalqla istədiyi kimi davranmaq səlahiyyəti verirmi?

-  Xalqın özü nə qədər imkan verəcəksə, hakimiyyətlər də onunla o qədər davranacaq.   

-  Deməli, günahkar xalqdır?

-  Əlbəttə, o insanlar da Azərbaycan xalqının təmsilçiləridir. Sadəcə, ayrı-ayrı xalqların bəxti gətirir. Şanslı insanlar olduğu kimi şanslı xalqlar da olur. Şanslı xalq olanda, bir də görürsən ki, onun lideri heç bir böhran təhlükəsi olmadığı halda regiondakı, dünyadakı prosesləri qiymətləndirib yuxarıdan islahatlara start verir və xalqı addım-addım demokratik cəmiyyətə hazırlayır.

-  Hakimiyyətin davranışları bu istəyi göstərirmi?

-  Görünən odur ki, neftin qiyməti düşməsəydi, hakimiyyət mövcud addımları atmazdı. İndi də atılan addımları yetərli saymıram. Bir daha deyirəm, şanslı xalq deyilik ki, hakimiyyət yuxarıdan könüllü nəsə etsin. Sadəcə, başqa xalqlar kimi müəyyən tələblər irəli sürülməlidir. Amma bu tələblər vətəndaş, siyasi qarşıdurma və müharibə ilə nəticələnməməlidir. Misirdə, Liviyada və Suriyada da xalq demokratiya istəyirdi. Amma ona nail olmadılar. Hətta dövlətçiliklərini itirdilər və xalq böyük fəlakətlə üz-üzədir, Suriya buna misaldır.

-  Qüdrət bəy, devalvasiyanı, korrupsiyanı xalq etmir, Dubayda da villaları xalq almır. Bu mənada hər şeyi xalqın üzərinə yıxmaq olmaz...

-  Yox, mən deyirəm ki, hər bir xalq hara qədər imkan verirsə, hakimiyyət də o formada davranır.

-  Mübahisəli fikirdir...

- Əvvəlki sualınıza cavabda dedim, xalqdan asılıdır. Xalq ətrafında baş verən proseslərə göz yumursa, demokratik cəmiyyətin qurulmasında maraqlı deyilsə və düşünürsə ki, onun əvəzinə hakimiyyətdəkilər qərar qəbul etməlidir, o, heç bur məsuliyyət daşımamalıdır, belə olduqda hakimiyyətlər istədiyi formada davranacaqlar. O zaman sui-istifadə halları da olacaq. Mən hər bir xalqın inkişaf səviyyəsini vurğulayanda hakimiyyətin, parlamentin, öz partiyamın, müxalif qüvvələrin də məsuliyyətini kənara qoymuram. Biz dəfələrlə hakimiyyəti islahatlara çağırırdıq. Deyirdim: nə qədər ki, hakimiyyət güclüdür, xalq ona qarşı qalxmayıb, etirazlar kütləvi xarakter almayıb, iqtidar yuxarıdan müəyyən islahatlar aparmalıdır.

-  İqtidar islahatlara gedəcəkmi, əks təqdirdə, yaxın 6 ayda nə gözlənilir?

-  Yaxın 6 ayda heç nə gözləmirəm. Hətta iqtidar heç nə etməsə belə, Neft Fondunda 34 milyard vəsait var,  bu ehtiyat əhalini ərzaqla təmin etməyə imkan verir. Yəni bu amil də prosesin illərlə uzanmasına gətirib çıxarda bilər. Amma ciddi ərzaq böhranı yaransa və nəticədə insanlar ailələrini də dolandıra bilməsə, nəsə baş verə bilər.  

- Amma idxal aşağı düşüb...

- Bəli, idxal düşür. Ancaq hesab edirəm ki, hakimiyyət bunun fərqindədir və ölkənin ərzaqla təmin olunması üçün müəyyən addımlar atacaq. 

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]