Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Dünyanın bütün qapıları üzümüzə açılmışkən, bu fürsətdən düzgün yararlanmalıyıq”

“Dünyanın bütün qapıları üzümüzə açılmışkən, bu fürsətdən düzgün yararlanmalıyıq”
Bölmə :
KİVDF
Yayım tarixi :
10/2/2016 [00:33]
Baxılıb :
1301 dəfə
Almaz Ülvi: “Millət sivil dünyanı dərk edərkən, dünənini bu günə elə daşımalıdır ki, nə tarixini unutsun, nə də müasirlikdən geridə qalsın, yəni milliliyini bəşəri müstəviyə daşıya bilsin”

Bu gün dünya yeni "inteqrasiya dalğasını" yaşayır. XXI yüzilliyin əvvəli inteqrasiya fenomeninin mahiyyətinə, suveren dövlətlərin inkişafına onun təsirinin öyrənilməsinə son dərəcə artan ictimai və elmi maraqla səciyyələnir. Azərbaycanda da yaxın və uzaq əhatədə gedən sürətli inteqrasiya proseslərinin dərin təhlilinə, ölkəmizin milli təhlükəsizliyinə və perspektivlərinə, yeni geosiyasi reallıqda başlıca inkişaf vektorlarının seçiminə, Avropa və MDB ölkələri ilə dəyişən şəraitdə qarşılıqlı münasibətin və əməkdaşlığın optimal formatının müəyyənləşməsinə olan zərurət bu proseslərin elmi əsaslandırılmış konsepsiyasının olmasını tələb edir.

İnteqrasiya probleminin dünya inkişafının konkret təcrübi reallığı səviyyəsindən, dövlətlərin daxili və xarici siyasətindəki dönüş nöqtələrini müəyyən edən həyati vacib məsələ kimi nəzəri təhlil səviyyəsinə qədər genişlənməsi son yarım əsrdə aşkar müşahidə olunan meyllərdən birinə çevrilmişdir. Bu baxımdan qeyd etmək vacibdir ki, inteqrasiya məsələlərinin bu gün dünya inkişafının mövcud yeni reallıqları və perspektivləri işığında təhlili son dərəcə aktuallıq kəsb edir.
Bugünə qədərki inteqrasiya proseslərinin müzakirəsinin nəticələrini ən ümumi şəkildə səciyyələndirməyə çalışsaq, deyə bilərik: beynəlxalq inteqrasiya prosesləri son dərəcə çoxşaxəli, rəngarəng məzmunlu fenomendir. Onun konkret mükəmməl ifadəsinin indiyə qədər formalaşmamasının səbəbini məhz prosesin ifadə etdiyi fövqəlmürəkkəb hadisə, faktlar və ziddiyyətli, bəzən bir-birini istisna edən şərhlər və nəzəri mövqelər şərtləndirir. Bunu problemin təhlilində müxtəlif mövqe, yanaşma, dəyərləndirmə və proqnozların ümumi mənzərəsinə qısa nəzər salmaqla da aydın müşahidə etmək olar. Onu da qeyd etmək vacibdir ki, inteqrasiyanın mürəkkəb məzmununun təhlili bir neçə elmi nəzəriyyənin - siyasi, iqtisadi, hüquqi, mədəni və s. araşdırmaların qovşuğunda kompleks tədqiqat aparılmasını zərurətə çevirir.

İnteqrasiyanın politoloji konsepsiyalarında iqtisadi amillərə də mühüm əhəmiyyət verildiyi üçün onları siyasi-iqtisadi yanaşma da adlandırmaq olar. Mövcud mövqelərin müxtəlifliyi hətta "inteqrasiya" termininə verilən fərqli şərhlər səviyyəsində də müşahidə olunur. Anlayışın lüğətdə izahına görə "inteqrasiya- ETT-nin sürətləndirdiyi ictimai həyatın bütün sahələrində baş verən internasionallaşma bazasında inkişaf edir, dövlətlərin və xalqların qarşılıqlı asılılığını artırır". Əksər şərhlərdə prosesin təməlində hər şeydən əvvəl, iqtisadi amillərin durması vurğulanır: "Beynəlxalq inteqrasiya prosesləri - ümumdünya əmək bölgüsü prosesi olub, mikro və makro səviyyələrdə ticarət və sairə mübadilə münasibətləri ilə şərtlənmişdir. Beləliklə, inteqrasiya - ölkələrin ardıcıl şəkildə bir-birinə "açılmasının" nəticəsi olub, onların pillə-pillə bütöv bir məkanda bir araya gəlməsi, zaman keçdikcə yeni, daha səmərəli iqtisadi orqanizmdə strukturlaşmasını ifadə edir.

Bir də "mədəni inteqrasiya" anlayışı var. Bu məhfum özündə xalqların, millətlərin təfəkkürlərində yaxınlaşma, mədəni mühitlərin sintezi, ədəbi-bədii əlaqələrin güclənməsi və sairi ehtiva edir. "Bizim Yol"un bugünkü qonağı olan, filologiya elmləri doktoru Almaz Ülvi ilə də Azərbaycanın dünyaya mədəni inteqrasiyasından danışdıq.

- Bir millətin dünyada tanınması onun mədəniyyəti, ədəbiyyatı ilə nə dərəcədə bağlıdır?
 
- Fikrimi sadə və konkret misalla izah etməyə çalışacam. Uzaq bir dağ kəndində doğulub böyümüşəm. Orada dünyamızın ən ucqar yerində yerləşən Amerikanı bir xəritədə okeanlarla əhatələnmiş böyük quru sahəsi kimi, bir də Teodor Drayzerin, Cek Londonun, O. Henrinin, Ernest Miller Heminqueyin, Mark Tvenin, Uilyam Folknerin və başqalarının əsərləri ilə tanıyırdıq. O əsərlərdə sovet dövrünün ideoloji təbliğatına görə sadə xalqın nümayəndəsinə qarşı amansızlıq izləri axtarmaqla yanaşı, qəlbimizin gizli bir yerində də heyrətamiz bir dünya - yaşam dünyası ilə rastlaşırdıq. 

Özümüz öz oxucu zövqümüzə çəpərlədiyimiz senzuradan da xəlvətcə maraqlı epizodlar, həyat ziddiyyətləri içərisində bir işıq arayar, özümüzə qəhrəman seçərdik. O əsərləri oxuyarkən biz düşünməzdik ki, bu Amerika ingilisidir və ya kimdir. İnsan faktoru - onun yaşamı, arzu və idealları, mövqeyi və s. problem - hadisələrlə əhatələnmiş insan taleyini izlərdik. Təbii ki, gözəl bir əsəri oxuyub bitirərkən müəllifinin kimliyi, vətəni ilə bağlı suallara cavab axtarmaq marağından keçmək olmur. Elə buradan sizin sualınızın cavabı da görünə bilər. Ədəbiyyatın millətə görə tanınması isə gerçəkliklə səsləşmir. Gerçəklik odur ki, millət sivil dünyanı dərk etsin və dünəni bu günə elə daşısın ki, nə tarixini dansın, nə də müasirlikdən geridə qalsın. Milliliyini bəşəri müstəvidə daşıya bilsin.

- Artıq 25 ildir Azərbaycan müstəqildir və dünya birliyinə inteqrasiya yolunu tutub. Bu prosesdə ədiblərimiz, ziyalılarımız nə kimi rol oynaya biliblər? 

- Çox şükür Allaha ki, bizim müstəqil, azad Azərbaycan dövlətimiz var. Bu dövləti halal qanımızla, azadlıq mücadiləsi apararaq qazanmışıq. Bu gün onu qoruyub saxlamaq, gələcək nəslə ötürmək ən vacib və müqəddəs borcumuzdur. Fəxrlə deyə bilərik ki, bəli, bu gün Azərbaycan öz milli maddi və mənəvi sərvətləri ilə dünya dövlətləri sırasında yer alıb. 

İlkin olaraq bu prosesdə ədiblərimizin, ziyalılarımızın nə kimi rol oynadığını deyə bilmərəm. Çünki Sovetlər Birliyindən əliboş ayrılmış Azərbaycan təbii sərvətləri ilə, daha doğrusu, 1994-cü il sentyabrın 20-də Bakıda bağlanmış "Əsrin müqaviləsi" adlı  məşhur kontraktı ilə dünya arenasına çıxdı. Bu Müqavilədə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət iştirak etdi. Demək elə buradaca bu ölkələrlə Azərbaycan adına birbaşa əlaqələr yarandı (unutmayaq ki, müstəqilliyimizə qədər SSRİ-nin tərkibində olan ölkələr kimi bizim vətənimiz də SSRİ, yəni Moskva, rus adı ilə təmsil olunurdu). 

Bu əlaqələrlə Azərbaycan incəsənətinin, mədəniyyətinin, ədəbiyyatının təbliği üçün fürsət yarandı. Rəssamlar rəsm sərgiləri təşkil edərkən, orada ruh oxşayan, qəlbə yatımlı, Üzeyir sədalı musiqilərimizdən ibarət konsertlər verdilər, kitab sərgiləri təşkil edildi. Bunlar təbii ki, maraqlı, dünyanın nüfuzlu ölkələrində təbliğ olunmaq üçün şərait idi. Demək olar ki, hər gün dünyada bəlkə də onlarla, yüzlərlə elmi-ədəbi tədbirlər keçirilir və bu məclislərdə Azərbaycan ünvanlı kimsə iştirak edir, söz deyir. Dünyanın bir çox ölkələrində yeni kitabxanalar yaradılıb ki, buraya da hər ölkənin ədəbiyyat və ədəbiyyatşünaslıq nümunələri yerləşdirilir, kataloqlaşdırılaraq internet səhifələrinə daxil edilir. 

Bir sözlə, dünyanın bütün qapıları üzümüzə açılıbsa, bu fürsətdən də yararlanmağı bacarmaq lazımdır, kifayət qədər buna nail olunur. Elə bu işlər ədiblərimizin, ziyalılarımızın vasitəsilə həyata keçirilir. Namiq müəllim adlı gözəl bir ziyalı tanıyıram, son 25 ildə ədəbiyyatşünaslıq adına nə kitab çap olunursa, ondan bir nüsxə Almaniyada yaradılmış - yuxarıda qeyd etdiyim şəkildə yaradılmış kitabxanaya göndərir, orada kataloqlaşdırılaraq internet vasitəsilə yayılır. O kitabxanadan müxtəlif ölkələrin tədqiqatçıları, alimləri yararlanır. Çox belə misallar deyə bilərəm. 

- Bu gün dünyada Azərbaycan ədəbiyyatı, ədəbi sərvətimiz necə qəbul olunur və nə dərəcədə bu sərvətimizi beynəlxalq aləmə tanıda bilmişik? 

- Ədəbiyyatın meydanı çox genişdir. Əgər əsərdə nəsə varsa, onun sərhədi olmur, bir andaca bütün dünyada səs-küy yaradır. İnternetlə dünyanın bütün ölkələrinin qapısını bir andaca aça bilirik. Yəni bu gün yayılmaq, paylaşmaq çətin deyil, təki paylaşdığın əsərin içində bir şey olsun. 

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]