Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Neft Fondunun əmlak icarəsi ilə bağlı müəmma

Neft Fondunun əmlak icarəsi ilə bağlı müəmma
Bölmə :
Araşdırma
Yayım tarixi :
5/2/2016 [23:57]
Baxılıb :
1405 dəfə
Azərbaycanın mülkləri Britaniyanın əmlak bazarının şərtləri ilə icarəyə verilməyib
Qurum İngiltərədə daşınmaz əmlaka yatırdığı sərmyəni 18 ilə çıxarar

"Bizim Yol" qəzeti Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirləri araşdıranda məlum oldu ki, investisiya portfelinin 4,3%-ni daşınmaz əmlak təşkil edir. Amma Fondun bir sıra ölkələrdə daşınmaz əmlaka yatırdığı vəsaitlər mübahisə doğurur. Odur ki, internet resurslarında əmlakına investisiya qoyduğumuz ölkələrin qeyri-yaşayış obyektlərinin satış və icarə qiymətlərini araşdırmışıq. Fondun keçən ilin 9 aylıq hesabatına görə daşınmaz əmlaka investisiya dövrü 2012-2014-cü illəri əhatə edir. 

İlk sərmayə yatırılan Birləşmiş Krallıqdan başlayaq. Londonun West End səmtində, Seynt Ceyms 78 (Saint James 78) ünvanında yerləşən, ümumi sahəsi 11.018 kv/m təşkil edən ofis kompleksinin satın alınmasının investisiya prosesi 2012-ci ilin dekabrında başa çatdırılıb. Dəyəri 177.350.000 ingilis funt sterlinqi (hazırkı məzənnəylə 230.306.710 avro) olan binanın kv/m-i 20.902 avroya başa gəlib. Bura Londonda tarixi memarlıq binalarının yerləşdiyi mərkəzi ərazidir, "A" tipli ofis binaları sinfinə uyğunlaşdırılıb. Binanın alqı-satqı prosesində satıcı qismində "Deutsche Bank"ın Vəsaitlərin idarə edilməsi bölməsinin daşınmaz əmlak investisiyaları ilə məşğul olan şirkəti RREEF Real Estate çıxış edib. Bina 2023-cü ilə qədər HSBC bankına icarəyə verilib. Fondun 2013 və 2014-cü ilin hesabatlarında sözügedən ünvanda əmlakın icarəyə verilməsindən daxil olan gəlir 9.650.000 funt sterlinq və ya 12.531.490 avro təşkil edib - 5,44% sabit gəlirlilik var. Bu hesabla hər kv/m illik 1.137 avroya icarəyə verilib. Müqavilə şərtlərində qeyd edilibsə, Londondakı əmlakımız növbəti 7 ildə bundan artıq rentabelli olmayacaq. Bu qiymətlə davam etsə, Fondun sərmayəsi 18 ilə özünü doğruldar. Əgər vəsait Azərbaycanda ən "ölü" banka depozitə qoyulsaydı, bundan iki dəfə artıq gəlir gətirərdi və qoyulan sərmayəni geri götürmək müddəti də iki dəfə azalardı. Amma bunu Şərqi Asiya və Rusiyadakı əmlakımız haqında deyə bilmərik, həmin ölkələrdə müddət daha da uzun çəkəcək kimi görünür. Əlbəttə, yenə qeyd edirəm ki, bu yazıda hansısa iqtisadçı rəyi yoxdur, sırf qəzetçi baxışıdır. Yəqin ki, Fondda buna daha tutarlı arqumentlər mövcuddur. Bəlkə də hansısa riskləri əsas götürürlər, amma necə deyərlər, risk etməyən şampan içmir.

Mərkəzdə 100 milyona mülk almaq çətin deyilmiş 

Rusiyanın www.prian.ru  saytında dünyanın istənilən ölkəsində investorlar üçün daşınmaz əmlakın alqı-satqısı, icarəsi var. Housage şirkəti 2015-ci il dekabrın 2-də Londonun mərkəzi Shaftesbury Avenue və High Holbornda sahəsi 4.838,7 kv/m olan 44.379.000 avroya (kv/m üçün 9.171.11 avro) görkəmli ofis binası təklif edib. Bina şəhərin sürətlə inkişaf edən, infrastrukturuna 1 mlrd. funt sterlinq yatırılan Tottenham Court Roaddan 500 m. məsafədədir. 12 mərtəbəli binanın 13 parking yeri var. Hazırda icarədən daxil olan gəlir illik 2.088.500 funt sterlinq və ya 2.712.126 avro təşkil edir. Gəlirlilik 5,48% hesablanıb, yeni icarədə qiyməti 6,32%-ə qədər qaldırmağa potensial var (prian.ru/price/955423.html). Dedikləri kimidirsə, bu sərmayə 10 ilə çıxar. Rəqəmləri dördə vursaq Fondun aldığı dəyərə yaxın bir əmlak olar, amma bizim aldığımızın sahəsi 19.354 kv/m təşkil edər - Fondunkundan 8.336 kv/m çox. Rentabelliyi də ondan bir balaca yuxarı. Şirkət keçən il fevralın 2-si Londonun mərkəzində sahəsi 7.396 kv/m, dəyəri 52.007.000 avro (kv/m-i 7.031.77 avro) beş mərtəbəli ofis binasını satışa çıxarıb. 45 parking yeri də daxildir. Bina PG Media Services Limitedin icarəsindədir. Hazırda icarə haqqı 2.200.000 funt sterlinq və ya 2.856.920 avro təşkil edir, gəlirlilik 5,55%-dir. İcarə haqqına yenidən baxmaqla bu il 7,22%-ə qaldırılması nəzərdə tutulub (prian.ru/price/955420.html). Yenə ikiyə vurmaqla yuxarıdakı müqayisə ortaya çıxacaq - 104.014.000 avro və 14.792 kv/m-lik daşınmaz əmlak. PG Medianın icarəsində olan daha bir beşmərtəbəli ofis binası 49.076.250 avroya təzəcə satışa çıxarılıb, Alliance Luxinvest elanı bu ilin fevralın 2-də verib. Sahəsi 7.396 kv/m, hər kv/m 6.635.51 avro dəyərindədir. İcarə haqqı 2.200.000 funt sterlinq və ya 2.856.920 avro, gəlirlilik 5,5%-dən 7,22%-ə qədərdir (prian.ru/price/1170043.html). Sahəsi 14.792 kv/m olan daşınmaz əmlakın satış qiyməti 98.152.500 avro olacaq. 

Fondun icarə gəliri ucuz ofislərlə eynidir 

Yenə Londonun göbəyində, dünyaca məşhur elit Chelsea Kings Roadda öz klassında Civic Design-ın ən yaxşı mükafatına layiq görülən investisiya mülkü, ofis və icarə qeyri-yaşayış sahələrini özündə birləşdirən unikal obyekt kimi təqdim olunub. Ümumi sahəsi 3.360,2 kv/m-dir. İcarə haqqı 1.710.095 funt sterlinq və ya 2.220.720 avro, təmiz gəlirlilik 5%-dir. İcarə haqqını artırmaqla mənfəəti də çoxaltmaq potensialı var. Qiyməti 44.934.000, hər kv/m-in qiyməti 13.373.21 avrodur (prian.ru/price/955421.html). Sahə böyüdükcə həm onun likvidliyi aşağı düşür, həm də ekspozisiya müddəti artır. Alternativ istifadə imkanları genişlənsə də, alıcılarının sayı azalır. Ona görə də sahə azaldıqca satış qiyməti bazar qanunlarına görə artmalıdır, sahə artdıqca isə uyğun olaraq qiymətdə azalma baş verir. Rəqmləri 3-ə vursaq 10.080,6 kv/m 134.802.000 avro olacaq. 15 milyon avronu da 1000 kv/m-ə görə üzərinə gəlirəm - 150 milyon avroya Londonun mərkəzində əmlakdan əldə etmək mümkündür - 80,3 milyon avro da ucuz. 

Bu il yanvarın 29-da şəhərin Kensington rayonunda 49.690.000 avroya 7.396 kv/m sahəsi (kv/m-i 6.718.50 avro) olan 5 mərtəbəli mülk satışa çıxarılıb. Gəlirlilik 5,5%-dən 7,22%-dəkdir. (prian.ru/price/1134060.html). Rəqəmləri ikiyə vursaq 14.792 kv/m-in qiyməti 99.380.000 avro olacaq - yenə Fondunkundan 2.3 dəfə ucuz və sahəsi də ondan 3.774 kv/m çox. Mərkəzi London, Temza çayının sürətlə inkişaf edən Cənub sahili Bridge Tower-də 42.400.000 avroya 4.828 kv/m (kv/m-i 8.782 avro) ticarət obyekti satışdadır. Rentabellik 5,94% təşkil edir (prian.ru/price/1134062.html). Bunu da üçə vursaq, 14.484 kv/m 127.200.000 avro olacaq. 100 milyon ucuz və 4.466 kv/m də çox. Yenə bu ilin yanvarın 29-da şəhərin Oldgate rayonunda sahəsi 5.674 kv/m, qiyməti 53.000.000 avroya (kv/m-i 9.340.85 avro) kommersiya obyekti təklif olunub. Hazırda Krallığa məxsus Royal Bank of Scotland şirkətində kirayədədir. İcarə gəliri 2.325.000 funt sterlinq və ya 3.019.245 avrodur. İllik gəlirlilik 5,71% təşkil edir (prian.ru/price/1134059.html). 106 milyon avroya 11.348 kv/m almaq mümkündür. Alıcı ilə satıcı arasında qiymət razılaşması həmişə mümkündür. Yəqin ki, təklif edilən qiymətdən aşağı almaq olar. Londonda əmlakımız baha alınsa da, müqayisədə icarə gəliri digərləri ilə eynidir. 

West Enddə bahalı əmlaka investisiya məqbul sayılmır 

Forbes.ru saytında 2014-cü ildə Londonun əmlak bazarına dair bir təhlil yazısı var. Ekspertlər sərmayəçilərin burada daşınmaz əmlaka marağını onun bir növ sabit gəlirli olması ilə əlaqələndiriblər. Özəl investor və ya investisiya fondları burada daşınmaz əmlak almaqla sanki istiqraz sahibi olurlar. Əvvəla, sabit bir icarə gəliri var, ikincisi də qiymət artımına ümid edilir. İki il əvvəl icarə stavkaları illik orta hesabla 1.100 funt sterlinq və ya 1.420 avro civarında olub. Maksimum icarə West Enddə 1700 funt sterlinq və ya 2.200 avrodur. Təəssüf ki, Fondun illik icarə haqqı heç orta rəqəmə də çatmır, halbuki, o qiymətə alınan əmlak üçün maksimal stavkaya da ümid etmək olar. Bazarda 10-20 milyona ofis binaları uzağı iki həftəyə satılır. Belə mülkün gəlirliyi avropa korporativ istiqrazlarından daha da cəlbedici görünür. İri sərmayələr üçün ekspertlər Londonun maliyyə mərkəzi olan City və Docklandsı daha maraqlı hesab edirlər. 20 milyon sərmayə üçün isə West Endi seçmək daha yaxşıdır. Ona görə ki, inkişaf layihəsi baxımından bu yer aktualdır və daha çox kiçik binalar satılır. West End və City arasında Midtown, Holborn və Russell Meydanı yerləşir. Burada 20-50 milyon funt sterlinq xərcləməyi arzulayan investorlar üçün çox aktivlər var. Qiymətlər kv/m-ə görə 5.000-7.000 funt sterlinq arasında dəyişir ki, bu da yaşayış üçün nəzərdə tutulan binalardakından iki dəfə ucuzdur. Avro ilə ifadə etsək, Londonun mərkəzi yerlərində investorların daha çox tələbatı olan daşınmaz əmlakın kv/m-i 6.500-9.000 avrodur. Müqayisə üçün deyim ki, Fondunku bundan iki-üç dəfə çox - 20 min civarındadır. Yeri gəlmişkən, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun da bu rayonda mülkü olduğu barədə məlumatlar dərc olunub və indiyə qədər sabiq nazir tərəfindən də təkzib edilməyib.  

Desələr ki, "Saint James mərkəzi yerdir, qiymət bahadır", o zaman mənim də qarşılıqlı sualım var: bəs onda niyə rentabellik onlardan çox deyil? Əmlakın özünə verilən pul çoxdur, gəlirlilik digər rayonlarınkı ilə eynidir. Bu gəlirlə Londonun daşınmaz əmlak bazarında 100 milyon civarında da sərfəli təkliflər var. 230 milyon bizim üçün böyük dəbdəbədir. Məsələn, elə həmin saytda iki ay əvvəl satış qiyməti 221.895.000 avroya maliyyə rayonu olan London-Citydə ümumilikdə 468 otaqdan ibarət, sahəsi 15.000 kv/m iki hotel satışa çıxarılıb. Dünən - fevralın 5-də təklif olunan paket təzədən 212.400.000 avroya təklif olunub. Belə bahalı əmlak göründüyü kimi, uzun müddət satılmadığından qiyməti endirməyə məcbur qalıblar. Fond investorları adətən West Endin Mayfair, Saint James və digər prestijli rayonlarına üstünlük verirlər. Keçən ilin martında burada icarə haqları 120 funt sterlinq və ya 155 avro təşkil edib. London-Citydə qiymət 82 avro olub. Belə çıxır ki, biz Saint James-də aldığımız mülkü London-City qiymətlərinə icarəyə veririk.  

40 milyona üç hotel kompleksi bu Avropa ölkəsindədir

Müqayisə üçün digər Avropa ölkələrindən İspaniyanın paytaxtı Madridin mərkəzində NaMoreDom Real Estate şirkətinin bu ilin yanvarın 14-də verdiyi elana diqqət edək. Sahəsi 12.740 kv.m olan hotel 40.000.000 avroya təklif olunub - kv/m-i 3.139,72 avro. Hoteldə 143 nömrə, 5 salon, restoran, bar, bərbərxana, suvenir mağazaları, parking var (prian.ru/price/1117885.html). 2015-ci il noyabrın 12-də Housage şirkəti İspaniyanın Barselona şəhərində paket halında beynəlxalq hotellər şəbəkəsinə aid üç hotel kompleksini 40.000.000 avroya satışa çıxarıb. Birinci hotel Barselonada yerləşir, dördulduzludur, satışa təklif olunduğu zaman 80 nömrə var, ancaq 116 nömrəyə qədər artırıla biləcəyi yazılır, ümumi sahə 5.000 kv/m, torpaq sahəsi 500 kv/m-dir. İkinci hotel Barselonanın şəhər kənarındadır, dördulduzludur, 120 nömrədən ibarətdir, tikilialtı sahə 9.000 kv/m, torpaq sahəsi 3.500 kv/m-dir. Üçüncü hotel yenə Barselonanın bağ zonasıdır, ikiulduzlu kompleksdə 40 nömrə var, sahə 950 kv/m, ərazisi 6.000 kv/m-dir. Adamın heç inanmağı gəlməsə də, istinad olunan linkdən baxa bilərsiniz (prian.ru/price/1093864.html). Əlbəttə, İspaniyada çox bahalı obyektlər də var. Məsələn, Salouda 120 kv/m sahəsi olan hotel də 40.000.000 avrodur, amma gedib niyə o qədər bahalı yerdən yapışıram ki?! 

(ardı növbəti sayda)

H.HƏMİDOVA | Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]