Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Həmsədr Azərbaycanın sülh istəmədiyini isbat etməyə çalışırdı...”

“Həmsədr Azərbaycanın sülh istəmədiyini isbat etməyə çalışırdı...”
Bölmə :
KİVDF
Yayım tarixi :
5/2/2016 [23:47]
Baxılıb :
1032 dəfə
Faiq İsmayılov: “Cənubi Qafqazda təhlükəsizliyə və sabitliyə mane olan çox mürəkkəb bir məsələnin həqiqi mahiyyətini insanlara çatdırmağa və dünya birliyinin problemə münasibətdə ədalət meyarlarına əsaslanmasının zəruriliyini sübut etməyə çalışırıq”

(Əvvəli ötən sayımızda)

Azərbaycan dövlətinin dünya birliyinə inteqrasiyası, bu prosesdə QHT-lərin üstləndiyi vəzifə, dövlətin vətəndaş cəmiyyəti institutlarının beynəlxalq əlaqələrinin güclənməsi yolundakı dəstəyi və digər mövzular ətrafında, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun “Bizim Yol”a müsahibəsinin davamı:

- Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyi, 2015-ci ildə “Erməni vandalizmi ilə bağlı Türkiyə və Avropa ölkələrində tədbirlərin təşkili” adlı layihə icra etdik. Layihə xalqımızın ümummilli probleminə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin ermənilər tərəfindən vandalizmə uğradılmasının tarixini, məsələnin həlli ilə bağlı danışıqlar prosesinin gedişini, beynəlxalq birliyin bu məsələdə tutduğu mövqeyin nə dərəcədə ədalətli olduğunu araşdırır. Bu gün bütün Cənubi Qafqazda təhlükəsizliyə və sabitliyə mane olan çox mürəkkəb bir məsələnin həqiqi mahiyyətini insanlara çatdırmaq və dünya birliyinin problemə münasibətdə ədalət meyarlarına əsaslanmasının zəruriliyini sübut etməkdən ibarət olmuşdur. Ötən il, həmçinin Türkiyənin İzmir şəhərində QHT rəhbərlərinin iştirakı ilə erməni vandalizminin ifşası ilə bağlı fikir mübadiləsi aparıldı. 

- Maraqlıdır, o cür tədbirlərdə nə kimi qərarlar qəbul olunur? Hansı nəticələr əldə olunur?

- Məsələn, Türkiyənin İzmir şəhərində QHT rəhbərlərinin iştirakı ilə erməni vandalizminin ifşası ilə bağlı keçirilən tədbirdə, aparılan müzakirələrin yekunu olaraq qərara alındı ki, işğal altında olan Azərbaycan abidələrinin təbliğində kütləviliyin artırılması məqsədi ilə növbəti ildən təlimat xarakterli proşuraların, əyani təşviqat materiallarının və plakatların kütləvi şəkildə çap etdirilməsinə yardım göstərmək üçün müvafiq Azərbaycanın dövlət təşkilatları qarşısında məsələ qaldırılsın. Qeyd edildi ki, abidələrin qorunması, mühafizəsi və onun mahiyyətinin araşdırılması ilə bağlı Azərbaycanın və Türkiyənin bir çox ali və orta ixtisas məktəblərində təbliğatın təşkili kəmiyyət və keyfiyyət baxımından dövrün tələblərinə cavab vermir. Odur ki, bu problemin həllini zamanın zəruri tələbi kimi qeyd etmək olar.

- Azərbaycan Avropaya inteqrasiya yolunu tutub. Eyni zamanda ən böyük problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin bu qitə əhalisi tərəfindən olduğu kimi qəbul edilməsinə, ədalətin bərqərar olunmasına çalışır. Və bu yöndə istər Avropa Birliyi, istərsə də ayrı-ayrı Avropa dövlətləri ilə sıx əlaqələr yaradıb. Sizin Avropa məkanında hansısa layihələriniz olubmu?

- 2015-ci il sentyabrın 10-dan həmin ilin 15 oktyabrınadək İngiltərə və Polşada erməni vandalizmi ilə bağlı təbliğat işləri təşkil edilmişdir. Birmingham Universitetində təşkil edilmiş “Qafqaz regionunda Dağlıq-Qarabağ münaqişəsi: Münaqişədən sui-istifadə “adlı tədbirdə  Minsk Qrupunun həmsədri Jak Faure iştirak edirdi. Erməni və Azərbaycan tədqiqat qrupları da tədbirdə yer alırdı. Azərbaycan tərəfi tarixi xırdalıqları ilə qonaqların diqqətinə çatdırdı. Qarabağda olan tarixi abidələrin Azərbaycana məxsus olduğu sübuta yetirməyə çalışıldı. Ermənistan tərəfini təmsil edən nümayəndə isə öz cılız tədqiqatlar ilə abidələrin ermənilər tərəfindən tikildiyini sübut etməyə çalışırdı. Təbii ki, Jak Faure bu faktlar qarşısında tutarlı bir fikir söyləmədi, ermənilərin bu ərazilərə ruslar tərəfindən köçürüldüyünü  bizim  nümayəndələr tarixi faktlarla əsaslandırdılar.  Erməni nümayəndəsi vurğuladı ki, ermənilər və azərbaycanlılar keçən əsrin 90-cı illərinə kimi bir yerdə sülh içində yaşayıblar. 

Burada nəzərimə çarpan o oldu ki, Faure heç də sülhün tərafdarı deyil. O zamanlar mediada müxtəlif çıxışlarda ölkə başçısı İlham Əliyev cənablarının Azərbaycanın sülh yöndəmli siyasətindən danışdığı halda, Faure qonaqların qarşısında Azərbaycanın münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olmadığını bildirdi. Təbii ki, burada Leyla Qasımova öz etirazını bildirdi və ölkə başçısının və eyni zamanda Azərbaycanın birinci xanımının sözlərini ona bir daha çatdırdı. 

- Həqiqətlərimizi dünyaya hansı formalarda, nə kimi müasir imkanlardan istifadə edərək çatdırırsınız?

- Hazırda bu sahədə vasitələrdən biri görüntülü faktlar, sənədli və bədii filmlərdir. Məsələn, 01-30 sentyabr 2015-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunda layihə çərçivəsində “Azərbaycanın işğal altındakı ərazilərdə erməni vandalizmi” adlı sənədli filminin təqdimatı keçirildi.  Filmdə Azərbaycanın işğal altındakı ərazilərindəki xristian dövrü bazillikalar və monastırların üzərindəki ornamental görüntülərin ermənilər tərəfindən dəyişdirilməsi  barədə söhbət açılır. Ermənilərin bu ərazilərdəki abidələrə erməni kilsəsi statusu verməsi xüsusi həyəcanla təqdim edilir.

2006-cı ildə ABŞ-ın Kaliforniya Ştatının kilsə xadimlərindən əldə edilmiş ianələr hesabına ermənilər Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan məbədini  təmir etmək bəhanəsi ilə, abidənin divarlarının müxtəlif yerlərinə, erməni qriqoryan dininə məxsusluğunu göstərən 26 daş yazı lövhəsini yerləşdirdilər. Kompleksin həyətinə sağ tərəfdən giriş qapısının yaxınlığına cərgə ilə 3 məzar daşı və kompleksin ümumi giriş qapısının önündə İrəvandan qırmızı bozalt daşdan yonulub gətirilmiş 2 ədəd xaçdaşı basdırdılar, binanın fasadını söküb dəyişərək, dəmir örtüklə əvəzlədilər. Beləliklə də, bu abidənin divarları üzərində göstərilən əvvəlki tarixindən və öz əzəli orijinal daxili interyerindən və baxanları heyran qoyan öz əzəli gözəlliyindən də məhrum olması barədə görüntülər nümayiş etdirilir.

Ermənistan Respublikasının 168 HOURS Analitik İnformasiya Agentliyinin verdiyi məlumata görə, 24 iyun 2013-cü il tarixində Ermənistanın 350 nəfər tanınmış ziyalısı və görkəmli adamları tərəfindən, Azərbaycanın Kəlbəcər rayonunun Vəngli kəndindəki Gəncəsər monastır kompleksinin formasının dəyişdirilməsinə etiraz olaraq, Ermənistan Prezidenti Serj Sərkisyana, Qarabağdakı erməni icmasının rəhbəri, separatçı Bako Saakyana və Ümumerməni katalikosuna açıq məktub ünvanlayaraq, hadisəni vandalizm aktı adlandırıblar. Bu həqiqətləri əks etdirən arxiv sənədləri və binanın mövcud görüntüləri filmdə əks etdirilir.

Filmdə Alban dövrü memarlıq abidələrinin hətta xristianlığa qədərki dövrə aid daş və divar rəsmlərində və eləcə də süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi, hazırkı dövrdə bu abidələrin ermənilər tərəfindən daha çox zərər görməsi əyani olaraq nümayiş etdirilir. Filmin əsas süjet xətti - ermənilərin məskunlaşdıqları ərazilərdəki tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul edə bilməmələrindən bəhs edir. Çünki ermənilər alban dövrü abidələrinin üzərindəki ornament və simvolları olduğu kimi qəbul etsələr, onda bu abidələrin erməniləşdirilməsi mümkün olmazdı.
Filmdə Azərbaycanın işğal altındakı ərazilərində müxtəlif  bəhanələrlə Ermənistan hökumətinin məqsədli şəkildə xristianlıq dövrü abidələrin üzərindəki ornamentləri, elementləri və digər yazı nümunələrini dəyişərək saxtalaşdırdığı da əks olunur. Ermənistan bununla, kütləvi şəkildə Alban dövrü abidələrin ilkin görkəminin itirilməsinə və Alban mədəniyyətinin tədricən məhv edilərək tarixdən silinməsinə çalışır.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]