Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Bakıətrafı kəndlərdə 25 tibb məntəqəsi istifadəyə verilib

Bakıətrafı kəndlərdə 25 tibb məntəqəsi istifadəyə verilib
Bölmə :
KİVDF
Yayım tarixi :
12/2/2013 [09:40]
Baxılıb :
1262 dəfə
Əhalinin sağlamlığına təhlükə törədəcək 2500-ə yaxın dərman vasitəsinin satışına qadağa qoyulub

Son 10 ildə Azərbaycanda tibbin inkişafı, səhiyyə sisteminin gücləndirilməsi, əhalinin sağlamlığının qorunması və dövlət qayğısına ehtiyacı olan vətəndaşlara tibbi xidmət göstərilməsi sahəsində hansı işlər görülüb? Bu məqsədlə Səhiyyə Nazirliyinin hesabatlarına nəzər saldıq. Beləliklə, 2003-2008-ci illərdə görulmuş işlərə dair Hesabat:

Bakı şəhərinin qəsəbə və kəndlərinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair qəbul olunmuş Proqram əhalinin həyat və fəaliyyətinin bütün sahələrinə, ilk növbədə səhiyyənin inkişafına öz müsbət təsirini göstərir. Proqramda 25 tibb müəssisəsinin tikintisi, yenidən qurulması və təmiri nəzərdə tutulmuşdur və bu sahədə işlər başa çatdırılmışdır.

Bu illər ərzində ümumiyyətlə 289 tibb müəssisəsinin tikintisi və ya əsaslı təmiri həyata keçirilmişdir. Bunlardan 124-ü xəstəxana, 17-si poliklinika, 81-i ambulatoriya, 53-ü feldşer-mama məntəqəsi və digər tibb müəssisəsidir. Müəssisələrin hamısı müasir tibb texnika və avadanlıqla təchiz edilmişdir. 

Böyük inkişaf mərhələsini yaşayan Azərbaycan səhiyyəsinin bir qolunu da əczaçılıq sektoru təşkil edir. Son 5 ildə ölkə səhiyyəsində baş verən mütərəqqi dəyişikliklər əczaçılıqdan da yan keçməyib. Bunun əsas şərtlərindən biri mükəmməl qanunvericilik bazasının yaradılmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 fevral 2007-ci il tarixli 528 nömrəli Fərmanı ilə “Dərman vasitələri haqqında” Qanun qüvvəyə mindikdən sonra bu sahədəki boşluqlar ciddi şəkildə aradan qaldırıldı. Bu isə öz növbəsində ölkəmizin əczaçılıq sahəsində əsaslı dönüş yaratmağa böyük təkan verdi.

Son bir neçə il ərzində bu qanunla yanaşı, əczaçılıq sektorunu tənzimləyən daha bir neçə qanun və qaydalar qəbul olunub. Bunlardan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” (28 iyun 2005-ci il), “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları” (13 iyul 2007-ci il), habelə “Dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycan Respublikasına idxalı Qaydaları”nı (25 sentyabr 2007-ci il) qeyd etmək olar. Dövlət başçısı cənab İlham Əliyev də 2005-cı ilin yekunlarına dair müşavirədə dərmanların keyfiyyətinə nəzarət və saxta dərmanlarla mübarizə məsələsini ölkə səhiyyəsi qarşısında duran ən vacib vəzifələrdən biri kimi səciyyələndirmiş, saxta dərmanların ölkəyə gətirilməsinin geniş vüsət aldığını bildirmiş, bu saxtakarlığın insan sağlamlığına vurduğu ziyanı nəzərə alaraq, belə dərmanların idxalının qarşısının alınması məsələsini ciddi nəzarətə götürmək barədə tapşırıq vermişdi. 

Bu istiqamətində atılan ən önəmli addımlardan biri Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin (DVAEM) yaradılmasıdır. Əczaçılıqla bağlı bütün işlər - əczaçılıq sektorunun inkişafı, dərmanların qeydiyyata alınması, sertifikatlaşdırılması, keyfiyyətinə, pərakəndə və topdan satışına nəzarət məhz bu quruma həvalə edilmişdir.

Əczaçılıq sahəsində qarşıda duran muhum vəzifələrdən biri dərman preparatlarının qeydiyyata alınmasıdır. Son 5 ildə qeydiyyatsız dərmanların ölkəyə gətirilməsinin qarşısının alınması istiqamətində xeyli işlər görülmüşdür. Dərman vasitələrinin qeydiyyatı ilə əlaqədar hazırlanan normativ sənədlər, o cümlədən “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması qaydaları” Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşdur. Bu günədək 4000-ə yaxın adda dərman vasitəsi Azərbaycan Respublikasının «Dərman vasitələri haqqında» Qanununa müvafiq olaraq dövlət qeydiyyatına alınmış və dərman vasitələrinin dövlət reyestri yaradılmışdır. 

Ölkəyə idxal olunan dərman vasitələrinə nəzarət də ən vacib məsələlərdən biridir. Ölkəyə gətirilən dərmanlardan nümunə götürülərək laboratoriyada analizdən keçirilir. Məhz bundan sonra həmin preparatların ölkəyə buraxılıb-buraxılmaması ilə bağlı qərar verilir. Onu da qeyd edək ki, təkcə 2007-ci il ərzində 16 minə yaxın dərman analizdən keçirilmişdir. Əczaçılıq fəaliyyəti göstərən mqəssisələrə nəzarət gücləndirilmişdir. Respublika üzrə ümumilikdə 1800-ə yaxın aptekə baxış keçirilmiş, qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanmış apteklərin fəaliyyəti dayandırılmışdır. Qeydiyyatdan keçməyən 2500-ə yaxın dərman vasitəsinin pərakəndə və topdan satışına, saxlanılmasına və istifadəsinə qadağa qoyulmuşdur.

Tibb texnikası və tibbi ləvazimatın ekspertizası da önəmli məsələlərdəndir. Tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar, həmçinin fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasına idxal olunan və ölkədə istehsal edilən tibbi texnikanın və tibbi ləvazimatların təhlükəsizliyi və keyfiyyəti üzərində nəzarət həyata keçirilmişdir. 

Son 5 ildə səhiyyə sahəsində əldə edilən uğurlardan biri də narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının Azərbaycana idxalına və ölkə ərazisində dövriyyəsinə ciddi nəzarətə nail olunmasıdır. Hazırda transmilli mütəşəkkil cinayətkarlığın geniş yayıldığı bir şəraitdə narkomaniya qlobal təhlukəsizliyə, cəmiyyətin inkişafına maneə törədən ən ciddi problemlərdən biri olaraq qalır. Bu istiqamətdə bir sıra mühüm işlər görülüb: narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyinin artırılması, polis və milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə dövlət proqramları və milli fəaliyyət planları qəbul edilmişdir.

2005-ci ildən başlayaraq bütün tibb müəssisələrində tibb işçilərinin işə qəbulu yalnız mətbuatda elan verməklə müsabiqə əsasında Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir. Tibbi kadrlara olan real tələbat nəzərə alınaraq Azərbaycan Tibb Universitetinə və orta tibb məktəblərinə tələbə qəbulu müəyyən qədər azaldılmışdır. 2006-cı ildən başlayaraq Azərbaycan Tibb Universitetinin məzunlarının bilavasitə vakant yerlərə təyinatla göndərilməsi sistemi bərpa olunmuşdur. 2006-cı ildə məzunların 63%-i, 2007-ci ildə - 72%-i və 2008-ci ildə - 82%-i təyinatla Respublikanın regionlarına işə göndərilmişlər. 

Səhiyyə Nazirliyi tərəfindən tibb kadrların peşə biliklərinin artırılması və təkmilləşdirilməsi məsələsinə diqqət yetirilmişdir. Özəl ali və orta məktəblərində tədris prosesinin müəyyən olunmuş standartlara cavab vermədiyini nəzərə alaraq, 2006-cı ildən bu müəssisələrin tibb fakültələrinə qəbul dayandırılmışdır.

Respublikamızın Səhiyyə sistemində aparılan islahatların əsas məqsədlərindən biri səhiyyəmizi dünya standartları üzrə inkişaf etdirmək, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsidir. Bu baxımdan çox vacib və mühüm məsələlərdən biri - ölkəmizdə istifadə olunan həkim ixtisaslarını dünyanın inkişaf etmiş ölkələrində qəbul olunmuş reyestrə və yaxın gələcəkdə qəbul ediləcək Respublikanın Təhsil Proqramına müvafiq formada uyğunlaşdırmaqdır. Bununla bağlı Səhiyyə Nazirliyi müəssisələrdə istifadə olunan həkim ixtisaslarının yeni siyahısını hazırlamışdır. Yeni hazırlanan siyahıya 40 ixtisas daxildir və bu ixtisaslara uyğun olaraq səhiyyə müəssisələrində çalışan mütəxəssislərin vəzifələrinin nomenklaturası və vəzifələrin tutulmasının ixtisaslar üzrə müəyyənləşdirilməsi verilmişdir. 

Son 5 il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan ali tibb məktəbləri və elmi-tədqiqat institutlarının dissertasiya şuralarında 70-dən artıq doktorluq və 350-yə yaxın namizədlik dissertasiyası müdafiə edilmişdir. İddiaçı doktorluq, iddiaçı-namizədlik dissertasiyaları üzərində 450-yə yaxın elmi mütəxəssislər işləyirlər. Hazırda ali tibb məktəbləri və elmi-tədqiqat institutlarında 225 elmlər doktoru və 1186 elmlər namizədi fəaliyyət gostərir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlu siyasəti nəticəsində inkişaf edən müstəqil Azərbaycan dövlətinin ictimai həyatının bütün sahələri kimi, səhiyyə və tibb elmi də qloballaşan dünyada inteqrasiya proseslərinə cəlb olunmuşdur. Səhiyyəsi daha çox inkişaf etmiş ölkələrin müsbət təcrübəsindən Azərbaycanda istifadə edilməsi, təbabətin müxtəlif sahələri üzrə konsepsiya və strategiyaların yaradılması, tibb təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması, yeni müalicə və diaqnostika metodlarının, eləcə də müasir tibb texnologiyalarının tətbiqi, səhiyyədə təşkilatçılıq və tibb müəssisələrinin menecmenti, maliyyə vəsaitlərinin istifadəsi, regional epidemioloji təhlükəsizlik, təbii fəlakətlərin aradan qaldırılması və bir çox digər sahələrin inkişafı üçün səhiyyədə beynəlxalq əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir. 

Ölkələr arasında siyasi, iqtisadi və elmi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin də beynəlxalq aləmə inteqrasiyası artır və əlaqələri genişlənir. Məlumdur ki, XXI əsrdə səhiyyə qloballaşır - dünya səhiyyəsindən çox şeyləri öyrənməklə bərabər, Azərbaycanda aparılan islahatlar da beynəlxalq ictimaiyyətə çatdırılır.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]