Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Beş ölkədə Azərbaycanın müasir inkişafına həsr olunan konfranslar keçirilib”

“Beş ölkədə Azərbaycanın müasir inkişafına həsr olunan konfranslar keçirilib”
Bölmə :
KİVDF
Yayım tarixi :
4/2/2016 [23:58]
Baxılıb :
854 dəfə
Faiq İsmayılov: “Azərbaycançılıq ideyasının beynəlxalq səviyyədə təbliğ edilməsi Vətəndaş Cəmiyyəti İnstitutlarının qarşısında prioritet vəzifədir”
“Müasir dövrdə konfliktoloji problemləri araşdıran tədqiqatçıları düşündürən məqamlardan biri də beynəlxalq münaqişələrin həllində QHT-dövlət əməkdaşlığının əhəmiyyətidir”

(Əvvəli ötən sayımızda)

Azərbaycan dövlətinin dünya birliyinə inteqrasiyası, bu prosesdə QHT-lərin üstləndiyi vəzifə, dövlətin vətəndaş cəmiyyəti institutlarının beynəlxalq əlaqələrinin güclənməsi yolundakı dəstəyi və digər mövzular ətrafında, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun "Bizim Yol"a müsahibəsinin davamı:

- Həyatın müxtəlif sahələrini əhatə edən yüzlərlə qeyri-hökumət təşkilatlarının yaranması və cəmiyyətimizdəki demokratik proseslərə qoşulması onların fəaliyyətinin müəyyən koordinasiyasını, dövlət orqanları və beynəlxalq qurumlarla daha səmərəli əlaqələrin qurulmasını zəruri edirdi. 1999-cu ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təsis olunması bu boşluğu xeyli dərəcədə aradan qaldırdı. QHT-lərlə İş üzrə Resurs və Təlim Mərkəzinin təşkilati və texniki dəstəyi ilə 11 iyul 1999-cu ildə Milli QHT Forumu 95 təşkilat tərəfindən təsis edildi. Bununla, ölkə QHT-lərini öz ətrafında toplayan Milli QHT Forumunun üzərinə böyük vəzifə düşdü. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin mövcudluğu şəraitində birbaşa dövlətçilik maraqlarını müdafiə etməli olan Milli QHT Forumu həm müstəqil fəaliyyət göstərməli, həm cəmiyyətin bütün təbəqələrini əhatə etməli, həm də dövlət quruculuğunda fəal iştirak etməli idi. Məncə Azərbaycanda Vətəndaş Cəmiyyəti institutları qarşıya qoyulan vəzifələri bacardı.

Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dünyada fəal şəkildə təqdim edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, azərbaycançılıq ideyasının beynəlxalq səviyyədə təbliğ edilməsi  Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyətini prioritet kimi müəyyən edir.

- Beynəlxalq münaqişələrin həllində qeyri-hökumət təşkilatlarının hansısa fəaliyyəti mümkündürmü?

- Müasir dövrdə konfliktoloji problemləri araşdıran tədqiqatçıları düşündürən  məqamlardan biri də münaqişələrin həllində QHT-dövlət əməkdaşlığının əhəmiyyətli olmasıdır. Münaqişələrin qarşısının alınmasında və həlli prosesində QHT-dövlət əməkdaşlığının vacibliyi bu gün aktual məsələlərdən biridir. Bu baxımdan da münaqişələrin qarşısının alınması və həlli üçün mövcud informasiyaların toplanması, emalı, ondan istifadəsi üçün QHT-lərin dövlətlə əməkdaşlığı faydalı ola bilər. Əməkdaşlığın bu forması gələcəkdə yarana biləcək münaqişələrin qarşısının alınması və mövcud problemlərin zamanında  həll olunması üçün vacibdir.

Əməkdaşlığın  bu forması konfliktlərin qarşısının alınması və həlli zamanı  QHT-lər tərəfindən dövlətin vəzifəli şəxslərinin baxdıqları müxtəlif  məsələlər üzrə məsləhətləşmələrdən ibarətdir. Fikrimizcə, son siyasi tövsiyə çox vaxt qısa, sadə və qeyri-rəsmi formada, adətən təxirəsalınmaz tələbata uyğun olaraq verilməlidir. Bir çox ölkələrdə isə, xüsusilə hakimiyyətin icra, hesabat vermənin qanunvericilik qollarında cəmləşdiyi  və ictimaiyyətin zəif olduğu ölkələrdə siyasi tövsiyənin ictimaiyyət üçün yazılan hesabatlardan daha çox siyasi rəhbərlik üçün keçirilən brifinqlərdə verildiyi halda daha səmərəli olur.

Azərbaycan vətəndaş cəmiyyəti institutlarının beynəlxalq vətəndaş cəmiyyətləri ilə əməkdaşlığı vacibdir. Bu həm beynəlxalq təcrübənin Azərbaycanda tətbiqinə, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması baxımından mühümdür.  

- Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası qeyd etdiyimiz mühüm missiyanın həyata keçirilməsinə necə bir dəstək verir?

- Bu gün QHT-lərə Dövlət Dəstəyi Şurası hökumətlə QHT sektoru arasında körpü rolunu oynayır. Könüllülük, demokratiya, aşkarlıq, qanunçuluq və digər prinsiplər əsasında fəaliyyət göstərən Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycanda faktiki fəaliyyət göstərən QHT-lərin böyük bir hissəsini öz ətrafında birləşdirir. QHT-lərə Dövlət Dəstəyi Şurası yarandığı gündən Azərbaycanın ən ağrılı yeri olan ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyinin dünyaya fəal şəkildə təqdim edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması istiqamətində fəal iş aparır.  

Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində dəstəklədiyi layihələr çərçivəsində Azərbaycanın milli mənafelərinin müdafiəsi istiqamətində mühüm beynəlxalq konfrans və tədbirlər də keçirilib. Belə ki, 4 aprel 2014-cü ildə Macarıstanın paytaxtı Budapeştdə "İnsan hüquqlarının vəziyyəti və vətəndaş cəmiyyətlərinin əməkdaşlıq imkanları", 11 aprel 2014-cü ildə Litvanın paytaxtı Vilnüsdə "Həll edilməmiş münaqişələrin siyasi təsirləri və həlli perspektivləri ", 3 iyun 2014-cü ildə Şimali Avropanın ən qədim ali məktəbi olan Vilnüs Universitetində "Dağlıq Qarabağ probleminə geosiyasi perspektivlər prizmasından baxış", 12 iyun 2014-cü ildə Britaniyanın Vindzor şəhərində "Qafqaz: Xarici və daxili qüvvələrin rolu", 9 iyun 2014-cü ildə Çexiyanın paytaxtı Praqada "Azərbaycanın təhlükəsizlik siyasəti: regional təhlükəsizliyin və sülhün təminatçısı kimi" 
mövzularında beynəlxalq ekspertlərin, diplomatik korpus nümayəndələrinin, parlamentarilərin iştirakı ilə konfranslar təşkil edilib.

Ötən illərdə olduğu kimi, 2014-cü ilin 2-ci rübündə də Şura beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verib, müxtəlif beynəlxalq təşkilatların rəhbərləri ilə mühüm görüşlər keçirilib. Şura sədrinin başçılıq etdiyi nümayəndə heyəti ötən rüb ərzində Macarıstan, Danimarka, Litva, Almaniya, Türkiyə və Çexiyada səfərlərdə olmuş, müvafiq dövlətlərin deputatları, QHT təmsilçiləri, diplomatik korpus nümayəndələri və digər yerli ictimaiyyət nümayəndələri ilə görüşlər keçirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin mövcud inkişaf səviyyəsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti və multikulturalizm ənənələri haqqında geniş məlumat veriblər. 2015-ci ildə Şuranın maliyyə yardımı ilə xarici QHT-lər tərəfindən Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika və Latviyada Azərbaycanın müasir inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında konfranslar keçirilib. Şuranın dəstəyi ilə hər il xarici QHT-lər layihələr həyata keçirib.

- Konkret olaraq, Sizin rəhbərlik etdiyiniz təşkilat indiyədək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün nə işlər görüb?

- Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyi, 2015-ci ildə "Erməni vandalizmi ilə bağlı Türkiyə və Avropa ölkələrində tədbirlərin təşkili" adlı layihə icra etdi. Layihənin həyata keçirilməsində məqsəd - Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin ermənilər tərəfindən vandalizmə uğradılmasının səbəblərinin indiyə qədər beynəlxalq elmi ictimaiyyətə məlum olmayan  tərəflərini araşdırmaqdır.  Münaqişənin nəticəsi olan erməni vandalizmi ilə bağlı beynəlxalq səviyyədə  müzakirələr təşkil etməklə, dünya ictimaiyyətində bu problemə bağlı real təsəvvür yaratmaqdan ibarətdir. Layihə  xalqımızın ümummilli probleminə çevrilmiş Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin ermənilər tərəfindən vandalizmə uğradılmasının tarixini, məsələnin həlli ilə bağlı danışıqlar prosesinin gedişini, beynəlxalq birliyin bu məsələdə tutduğu mövqeyin nə dərəcədə ədalətli olduğunu araşdırır. 

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]