Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Məhsul niyə istehsalçının əlində qalır? - Aqrar böhran

Məhsul niyə istehsalçının əlində qalır? - Aqrar böhran
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
10/7/2012 [12:59]
Baxılıb :
1864 dəfə
Aqrar sektorda acınacaqlı vəziyyət yaranıb, kəndlilər min bir əziyyətlə becərdikləri məhsulları sata bilmirlər
Vahid Məhərrəmov: «Hökumət sistemli şəkildə heç bir aqrar siyasət həyata keçirmir»

Azərbaycan fermerlərinin problemlərini saymaqla bitməz. Məhsul istehsalı, satışı və ondan gəlir əldə edilməsi ilə bağlı kifayət qədər çətinliklərlə üzləşirlər. Bir tərəfdən daxili bazarda monopoliya, başqa tərəfdən maddi-texniki imkansızlıq kənd təsərrüaftına marağı azaldır. Bu üzdən hazırda kartof, pomidor, taxıl əkib-becərən kəndlilər çətin vəziyyətlə üzləşib. Ölkənin kartofçuluq rayonlarından olan Cəlilabadda və Şəmkirdə sahibkarlar böyük zərərlə üzləşib, onların becərdikləri məhsul demək olar ki, əllərində qalıb. Əsas problem odur ki, bazarı ələ keçirən monopolistlərin idxal etdikləri məhsul yerli istehsalının maya dəyərindən ucuz təklif olunduğundan yerli feremerlər çıxılmaz vəziyyətə düşüb. 

Yerli məhsulları ölkə xaricindən satmaq imkanları da məhdudlaşıb. Azərbaycan mallarına ən çox təlabat olunan Rusiya və Gürcüstan keyfiyyət sertifikatını tələb etməyə başlayıb. Hər iki dövlət aşağı standartlı məhsulların idxalına qadağa qoyub. Beləliklə, heç bir keyfiyyət standartı və qablaşdırılması olmayan Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac imkanları azalıb.

Əgər ölkə daxilində emal müəssisələri çox olarsa, fermerlər üçün yeni bazarlar, yeni imkanlar yarana bilərdi. Təəssüf ki, sovet dönəmindən qalmış müəssisələr ləğv edilsə də, onların əvəzinə yeniləri tikilmədi. «Regionların sosial-iqtisadi inkişaf Dövlət Proqramın»da bəzi rayonlarda emal müəssisələrinin tikintisi nəzərdə tutulsa da, əksəriyyəti həyata keçirilimədi. Bir neçə müəssisə prezidentin iştirakı ilə açılsa da, sonradan müxtəlif səbəblərdən bağlanıb. 

Azərbaycan kənd təsərrüfatı məhsularının istehsalı və satışı ilə bağlı qarşıya çıxan problemlərin kökünü araşdırmaq üçün müvafiq qurumlarla və ekspertə müraciət etmişik.

Kənd təsərrüfatı məhsulları keyfiyyət standartlarına necə bölünür?

Əvvəlcə öyrənmək istədik ki, istehsal olunan məhsulların keyfiyyət standartları necə müəyyən olunur. Standartlaşma, Metereologiya və Patentləşmə üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı kənd təsərrüfatı üzrə xam mallarda hər hansı bir standartın tətbiq edilmədiyini vurğuladı. O, qurumun yalnız emal olunmuş məhsullara təsnifat tətbiq etmə səlahiyyəti olduğunu söylədi: «Məsələn, çörəkdə, dondurmada belə təsnifatlar təqdim olunur. Belə bir çeşidlənmə hər hansı bir göstəriciyə əsasən aparılır. Konkret olaraq kənd təsərrüfatında xam mal kimi standartların tətbiqini biz deyil, Kənd Təsərrüfatı Nazirliyinin müəyyənləşdirmək səlahiyyəti var».

Kənd Təsərrüfatı Nazirliyindən isə bildirdilər ki, aqrar sektor azad bazardır. Orada hər hansı bir qablaşdırma və standartlaşdırma sahibkarlar tərəfindən həyata keçirilməlidir. Nazirlik yalnız müraciət edən sahibkarlara bu istiqamətdə yardım göstərə bilər. 


«Fermerlərə öz məhsullarını təşkil olunan yarmarkalara belə çıxarmağa imkan verilmir»

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun fikrincə, aqrar sektorda heç bir sistemli siyasət qurulmayıb: «Məsələn, kartofun timsalında bir neçə faktı göstərək. Bu gün 1 milyon ton kartofa daxili təlabat var. Bunu daxili istehsal hesabına həyata keçirmək mümkündür. Ümumiyyətlə, digər kənd təsərrüfatı məhsullarına olan təlabatımızı da yerli istehsal hesabına ödəmək mümkündür. Cəlilabad, Şəmkir, Tovuz və Gədəbəy geniş kartof istehsalı ilə məşğuldurlar. May ayından avqustun axırlarına kimi istehsal olunan ümumi kartof məhsulu nəzərə alınmalıdır. Onların bazara mərhələ-mərhələ daxil olmasına şərait yaradılmalıdır.

Təlabatı ödəmək üçün bir neçə rayon üzrə normal aqrar siyasət həyata keçirmək gərəkdi. Həvəsləndirici tədbirlər aparılmalı, normal istehsal mühiti yaradılmalıdır. Normal anbarlar olmalıdır ki, fermerlərin əkib-becərdiyi məhsulları müəyyən mərhələyə qədər saxlaya bilsinlər».

Mütəxəssis yerli istehsal məhsullarının baha başa gəlməsini bəzi aqrotexniki qaydalara əməl olunmamasında görürü: «Belə ki, müvafiq qurumlar Rusiyadan ərzaq üçün nəzərdə tutulmuş kartofun kilosunu 60-70 qəpikdən alaraq, fermerlərə satıb. Əldə olunan məhsuldarlıq isə çox aşağı səviyyədə olub. Hər hektar üçün ən yaxşı halda 15-20 ton məhsul əldə etmək mümkündür. Bu da istehsal olunan məhsulun maya dəyərinin baha olmasına rəvac verir. Halbuki, idxal olunan kartofla rəqabət aparmaq üçün hər hektar üçün 40-45 ton istehsal olmalı idi. Hazırda bir hektar əkin fermerlərə 3 min manata başa gəlib. Bununla kartofun maya dəyəri 1 kq üçün 20 qəpiyə düşür. Bazara çıxardıqda isə ticarətçilər məhsula 8-10 qəpikdən yuxarı qiymət vermək istəmirlər. Nəticədə kəndlilər zərərə məruz qalırlar. Amma bazarda 40 qəpikdən aşağı yerli kartof tapmaq olmaz. Mayasından 4 dəfə baha satılan məhsuldan tədarükçülər qazanır, əziyyət çəkən fermerlər isə zərərlə işləyirlər. Hətta kəndliləri öz məhsullarını təşkil olunan yarmarkalara belə çıxarmağa imkan tapmır. Orada yalnız monopoliyaya yaradan qüvvələr məhsul satır. Bu ölkədəki monopoliyanın bariz nümunəsidir. 

Xaricdən idxal olunan kartofun isə məhsuldarlığı çox olduğundan Azərbaycan bazarına kifayət qədər ucuz daxil ola bilir».

Emal müəssisələri niyə yaradılmır?

V.Məhərrəmov, həmçinin, marketinqlə bağlı problemlərin mövcud olduğunu deyir: «Azərbaycan fermerinin istehsal etdiyi məhsul mütləq standarta uyğun olmalıdır. Yəni onlara verilən gübrələr normaya uyğun tətbiq olunmalıdır. Məsələn, kartof əkinində azot gübrəsində normadan çox istifadə edildiyindən tərkibində nitrat çox olur və məhsul tez xarab olur. Bundan əlavə məhsullar keyfiyyətinə uyğun olaraq çeşidlənməli və növə ayrılmalıdır. Qablaşdırılan zamanı istehsalçı olan fermerin adı, çəkisi və keyfiyyət xüsusiyyətləri göstərilməlidir.Əgər sadaladığım standartlar gözlənilərsə, nəinki Rusiya, digər ölkələrdə də vermerlər üçün geniş bazar aça bilərlər.

Həmçinin ölkənin müxtəlif zonalarında mütləq emal müəssisələri açılmalıdır. Təkcə kartofdan kraxmal, spirt, plastik materialların istehsalı üçün xam mal əldə etmək olar. Kənd təsərrüfatı məhsulları üzrə emal müəssisələri yaradılarsa, fermerlərə böyük stimul ola bilər. Bu sahəyə investorlar cəlb edilməli, onların rahat işləmələri üçün şərait yaradılmalıdır. Təəssüf ki, hökumət sistemli şəkildə heç bir aqrar siyasət həyata keçirmir».  


Vüsalə RÜSTƏMOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]