Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Şokolad dilimi

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
3/2/2016 [23:12]
Baxılıb :
1292 dəfə

Axırıncı dəfə sizə kiminsə şokolad bağışladığını heç xatırlaya bilirsizmi? Əlbəttə, şokoladı uşaqlara bağışlayıb sevindirərlər. Amma heç kim nə şirnidən, nə də məzəli hədiyyələrdən imtina eləməz, təki onu xatırlayanı olsun. Yəqin siz də sovqat verib sevindirməyi xoşlayırsız. Uşaqlara hədiyyə verəndə, o qədər səmimi sevinirlər ki, əvəzində adama bir qucaq sevinc qaytarırlar. Xırdavata uşaq kimi sevinən qadınlar da tez-tez hədiyyə alır, elə həmin səbəbdən. Heç kim bu məqamın üzərində uzun müddət dayanmır, amma əslində vermək almaqdan ləzzətlidir. Verəndə, bölüşəndə, bəzən öz maraqlarından imtina edəndə biz böyüyürük, insan oluruq, özümüzə inamı qaytarırıq.

Bir video var, İnternetdə dolaşır. Ola bilər çoxunun qarşısına çıxıb. Söhbət yəhudilərdən və faşizmdən getdiyindən onu mütəmadi şəkildə bəzi serverlərdən silirlər. Amma o, yenə də başqa bir yerdən peyda olur və tamaşaçının ürəyinin sarı siminə toxunur. Kiçik bir videoçarxın cəmi bir iştirakçısı var. Qoca, qırışıq dərisi, titrək səsi olan bir qarı fransızca öz həyatından, başına gələnlərdən danışır. Ola bilər, bu əhvalat uydurmadır, ya kiminsə bədii fantaziyasıdır, ya da real hadisələr bir qədər bəzədilir. Amma o qədər təsirlidir ki, bunun uydurma olduğunu bilsən belə mahiyyəti dəyişmir. Videoçarx insanlığa ümid verəcək, yaxşılığa inandıracaq və gələcəyə işıq saçacaq qədər qüdrətlidir.
Bu yaşlı qadın ikinci dünya müharibəsi zamanı olanları xatırlayır. Müharibə vaxtı azyaşlı uşaq idi. Faşistlər Fransanı işğal etdikdən sonra yəhudilərə qarşı ümumi qaydaları burada da tətbiq edir. Qadın o vaxtlar sinəsinə yapışdırmalı olduğu sarı altıguşəli ulduzu indiyədək saxlayıb və tamaşaçılara da göstərdi. O vaxt azyaşlı uşağı olan qadınları düşərgəyə aparanda onlara müəyyən imtiyazlar verilmişdi. Yəni uşağın xətrinə ana balaca bir düyünçə hazırlayıb özüylə apara bilərdi. Kimisi düyü, qənd, kimisi konserv qutusu, yəni əlinə keçəndən yığıb götürürdü. Həmin bu xanımın anası iki dilim şokolad götürür. Qızının gözünün içinə diqqətlə baxıb deyir: «Bu şokoladları ona görə götürürəm ki, sənin halın pisləşəndə verə bilim. Onları sənə ən kritik məqamlarda verəcəm, görsəm ki, artıq çıxış yolu yoxdur. Amma o ana qədər döz, hamı kimi». 

Qadın düşərgə həyatının dəhşətlərini, gördükləri və yaşadıqlarını təsvir eləmədi. Cəmi bir əhvalat danışdı. Dedi ki, orda bir hamilə qadın vardı. O qədər arıq idi ki, hamilə olduğu güclə bilinirdi. Doğmaq zamanı çatanda anam barak üzrə başçı olduğundan onunla getdi. Barakdan çıxmazdan əvvəl gəlib yenə də gözümün içinə diqqətlə baxıb soruşdu: «Özünü necə hiss edirsən? Sənin üçün saxladığım şokoladı bu hamilə qadına versəm necə olar? Onu yesə bəlkə gücü olar, ölməz». Cavabında qızcığaz qətiyyətlə «Vi, mama!» (yəni fransızca «Bəli, ana!») deyir. Hamilə qadın həmin şokoladın bir hissəsini yeyir və bir qədər qüvvəsi əmələ gəlir. Bəlkə də ona görə sağ qalır və uşağına da qulluq etməyə taqəti olur. Əhvalatın qəhrəmanı danışır ki, düşərgədə qaldıqları 6 ayda bu yeni doğulan uşaq bir dəfə də ağlamadı, sanki həbsdə olduğunu, ya da gizlənməyin vacibliyini anlayırmış kimi. Azadlığa çıxan günü çoxlu əskilərə bələnmiş uşağı açanda bir dilim şokolad sayəsində həyata gətirilmiş körpə var gücüylə çığırdı.
İllər sonra, həmin bu qadının öz uşaqları əmələ gələndə bu əhvalatı onlara da danışıbmış. Anasını dinlədikdən sonra onun qızı soruşur: «Görəsən o vaxt, yaxud bir qədər sonra  sizin yanınızda psixoloq olsaydı olayları həzmə vermək bəlkə daha asan olardımı?» Bu fikirlə onlar, yəni düşərgə həyatını yaşamış və psixoloji travma almış insanlar yığılıb psixoloq yanına gedir. Onlar illər uzunu içərilərində gəzdirdikləri həqiqətləri, olmuş əhvalatları danışıb yüngülləşmək istəyir. Növbə bizim xanıma çatanda eşitdiklərindən psixoloqun gözləri yaşarır. O, əlini cibinə salıb ordan neçə qat kağıza sərinmiş bir qırıq şokolad çıxarır: «Sizin xilas etdiyiniz körpə mənəm. Bu şokoladı da anamdan yadigar saxlamışam».
Adamın «Bir dilim şokolad möcüzələr yarada bilərmiş!» deməyi gəlir. Amma anlayırsan ki, məsələ şokoladda deyil. Düşərgədə qızı üçün şokolad gizləmiş qadın onu başqası ilə bölüşməyi ilə həm qızını, həm zahı qadınla körpəsini xilas elədi. Mənasız əşyalarla, dadlı çərəzlə, ya da sadəcə bir təbəssümlə insanlar bir-birinə dünyalar boyda müsbət enerji payı verə bilir. Ona görə də inanırsan ki, analar  bir tək fikir və dualarla döyüşən oğullarını hifs eləyir. Gəlinlər toxuduğu əlcək və corablarla ərlərinin, uşaqlarının sağlığını qoruyur. Müəllimlər xüsusi göz qoyduğu tələbələrin taleyini elə birinci sinifdən həll eləmiş olur. Dünya sevgi və qayğı ilə idarə olunur, hakim qurumlarla deyil. Ona görə də dövlət üçün bir yetimin başını sığallamaq xaricdə bir dəstə adam oxutdurmaqdan daha vacibdir. 

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]