Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Odlar Yurdu”nda elektron kitabxana reallığı

Bölmə :
Köşə
Yazar :
Nadir Israfilov
Təqdimat :
Ekspert
Yayım tarixi :
3/2/2016 [22:58]
Baxılıb :
1067 dəfə

Ötən ayın son həftələrində ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş "İctimai iştirakçılıq haqqında" Qanunun müddəa və tələblərinə, bununla əlaqədar təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən sessiya imtahanlarında obyektivliyin və şəffaflığın təmin olunmasında nəzarət qrupunun üzvü olaraq təhsil eksperti kimi bir sıra ali məktəblərdə müşahidəçi qismində iştirak etmiş, ali təhsil müəssisələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturlarının müasir beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində aparılan davamlı işlərinin bilavasitə şahidi olmuşam. Xoş təəssüratlarım yetərincədir. 

Belə təəssüratlarımdan biri və ən təsirlisi Odlar Yurdu Universitetində 2003-cü ildən fəaliyyət göstərən elektron kitabxanasının yeni modelinin-elektron kitabxana portalının tələbə və müəllim heyətinin istifadəsinə verilməsinin təqdimat mərasimində bir təhsil mütəxəssisi kimi qonaq qismində iştirakım olub. Təqdimat mərasimində OYU-nun professor-müəllim heyəti, tələbə kontingenti və digər qonaqlar iştirak edirdi.

Məlumdur ki, son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri "Elektron hökumət"in formalaşdırılması hesab edilir. Bəri başdan xatırladım ki, Ölkəmizdə "Elektron hökumət"in formalaşdırılması Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında Sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında " 23 may, 2011-ci il tarixli Fərmanı və digər normativ-hüquqi aktlarla fəaliyyəti üçün hüquqi baza yaradılmışdır. Bu baxımdan OYU-da yaradılan elektron kitabxana dövlətin "Elektron hökumət" formalaşdırılması istiqamətində apardığı siyasətə mühüm töhfədir. 

Universitetin və ümumilikdə təhsilimizin səlnaməsi üçün əlamətdar olan tədbirin açılışında Universitetin rektoru, professor Əhməd Vəliyev, XXI əsr Təhsil Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Etibar Əliyev, Moderator-az xəbər portalının baş redaktoru Zülfüqar Hüseynzadə və digər rəsmilər məhz bu məqamları xüsusi vurğulayaraq kitabxananın mahiyyəti və əhəmiyyətinə, dərin və dayanıqlı   biliklər və məlumatlar əldə edilməsində virtual məkanın, müasir texnologiyaların imkanlarına, yaradılan sistemin sadəliyinə və operativliyinə diqqət çəkdilər. 

Geniş məruzə və çıxışlardan sonra nümayiş etdirilən videoçarxdan məlum oldu ki, Odlar Yurdu Universiteti müasir texnologiyaları və beynəlxalq standartları öz işində tətbiq edərək qlobal təhsil sisteminə inteqrasiya etməkdədir. Universitet Avrasiya və ABŞ-ın aparıcı universitetləri ilə geniş əməkdaşlıq əlaqələri qurub ki, bu da tələbə və müəllimlərə öz işlərinin səmərəliliyini artırmaq üçün geniş imkanlar yaradır.Ali məktəb kitabxanaları arasında ilk dəfə olaraq OYD-da elektron kitabxana yaradılmış və tələbələrin ixtiyarına verilmişdir. Bunun nəticəsi kimi Universitetin bütün tədris bölmələri müvafiq ədəbiyyatlarla təchiz edilir və oxucularını istənilən elm sahəsində kitablarla təmin edir.
Universitetdən nostalji hisslərlə ayrıldım. Yol boyu xəyalım məni bir anlığa 70-ci illərin tələbəlik həyatına qaytardı.Oxumaq, bilik əldə etmək üçün hansı problemlərlə üzləşməmişdik? Tədris vəsaitlərinin məhdudluğu ucbatından bizə oxunan mühazirələrin hər bir cümləsini qaçırmamaq üçün yazmaqdan barmaqlarımız qabar atardı. Günümüzün böyük hissəsini müəyyən defisit nüsxələrlə tanış olmaq üçün qiraət zallarında keçirərdik, zaçot və imtahanlara hazırlaşmaq üçün digər mərkəzi kitabxanalara uzun yol qət edib konspekt çıxarardıq. Daha nələr, nələr... 

Öz-özümə sual verdim. Bəs indi oxumaq, lazımi bilikləri əldə etmək, vətənə layiqli vətəndaş kimi yetişmək üçün daha nə lazımdır? Kimsə mübahisə edə bilər ki, maddiyyat, sosial təminat da zəruri şərtdir.Elə isə, biz oxuyanda maddi vəziyyətimiz və şəraitimiz indikindən qat-qat ağır idi.Lakin, biz oxuduq, çətinliklərə sinə gərdik, ərsəyə yetdik. Çünki həvəs, istək və səy vardı. 

Sonda Nobel mükafatçısı Amerika-Misir alimi Əhməd Zevaylın gənclərə bir tövsiyəsi ilə fikrimi tamamlamaq istərdim: "İstək ekstremal dərəcədə vacibdir ki, mənə bu gün əldə etdiklərimi nəsib edib. Əgər istək yoxdursa, heç bir şey əldə etmək mümkün deyildir. Məsələn, hər hansı bir ideyan varsa, lakin istək yoxdursa, sən irəliləyə bilməzsən.Sənin istəyə, sevgiyə və gördüyün işə həvəslə yanaşmağa ehtiyacın var". 

Onu bilmirəm ki, bəlkə də Zevaylın dünya şöhrətli alimə çevrilməsində boya-başa çatdığı İskəndəriyyə şəhərinin məşhur və  zəngin  kitabxanalarının rolu və təsiri olub. Ancaq onu bilirəm ki, Odlar Yurdu Universiteti rəhbərliyinin ekstremal istəyi sayəsində OYU-da belə bir kitabxana yaradılıb, tələbələrin istifadəsinə verilib. Bircə qalıb tələbələrin istəyi. O ki qaldı mənim istəyimə, kaş ki, bir də tələbə olsaydım...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]