Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Dövlət QHT-lərin beynəlxalq aləmə inteqrasiyasında maraqlıdır”

“Dövlət QHT-lərin beynəlxalq aləmə inteqrasiyasında maraqlıdır”
Bölmə :
KİVDF
Yayım tarixi :
3/2/2016 [22:47]
Baxılıb :
790 dəfə
Faiq İsmayılov: “Dövlətlərarası münasibətlərin formalaşmasına Vətəndaş Cəmiyyəti İnstitutlarının da dəstək vermək imkanları var”

Avropaya inteqrasiya Azərbaycanın könüllü və məntiqi olaraq seçdiyi yoldur. Bu yol Qərb sivilizasiyasına yaxınlaşmaq, bu sivilizasiyanı Azərbaycana tətbiq etmək və ölkəmizi dünyanın ən öndə gedən dövlətləri səviyyəsinə yüksəltməkdən ibarətdir. Təbii ki, bu ölkələrlə qarşılıqlı münasibət qurmaq, əlaqə yaratmaq, birgə fəaliyyət göstərmək Azərbaycan xalqının həmişə arzusu olub. Məlumdur ki, bu istiqamətdə dövlətimiz tərəfindən xeyli işlər görülüb və bu işlər davam etdirilir.

Beynəlxalq təşkilatlara üzvlük, dünyada mövcud olan təhlükələrə qarşı birgə fəaliyyət, bir sıra iqtisadi layihələrin, o cümlədən Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum layihələrinin reallaşması, Bakı-Tiflis-Qars, Nabukko və digər layihələrin həyata keçirilməsi istiqamətində əldə edilən uğurlar da onu göstərir ki, Azərbaycan artıq Qərb sivilizasiyasına qoşulmaqdadır. Bu, bütün sahələrdə, eyni zamanda, mədəniyyət və təhsildə də özünü göstərir. Mədəniyyət və təhsil sahəsində YUNESKO ilə əməkdaşlıq, Azərbaycan təhsilinin Boloniya prosesinə qoşulması bunun bariz nümunəsidir.

Dövlət beynəlxalq əlaqələrinin möhkəmlənməsində qeyri-hökumət təşkilatları sektorunun da xüsusi missiyası olmalıdır. Bütün hallarda QHT-lərin beynəlxalq şəbəkə və hərəkatlarda fəaliyyəti istər dünya ictimaiyyəti, istərsə də dünya əhəmiyyətli beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. İnternet dünyası öz yerində, QHT-lərin beynəlxalq müstəvidə mövcudluğunu onların ikitərəfli, yaxud çoxtərəfli, beynəlxalq və ya regional əməkdaşlıq çərçivəsində tədbirlərin keçirilməsi, birgə layihələrin işlənilməsi, qarşılıqlı səfərlərin edilməsi, təcrübə və informasiya mübadiləsinin aparılması kimi fəaliyyət formaları olmadan təsəvvür etmək çətindir.
Dünya birliyinə, Avropaya inteqrasiya yolunu tutmuş Azərbaycan, bu prosesdə qeyri-hökumət təşkilatlarının roluna xüsusi önəm verir. Dövlət QHT-lərə həm maddi, həm də digər formalarda dəstək verməklə, vətəndaş cəmiyyəti institutlarının beynəlxalq əlaqələrinin güclənməsinə çalışır. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb ki, bu qurum intensiv müsabiqələr keçirmək və qrantlar ayırmaqla, QHT-lərimizin dirçəlməsinə yardım edir, onları dövlət siyasətinə dəstək verməyə təşviq edir.

Azərbaycan vətəndaş cəmiyyəti institutlarının beynəlxalq vətəndaş cəmiyyətləri ilə əməkdaşlığı vacibdir. Bu həm beynəlxalq təcrübənin Azərbaycanda tətbiqinə, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması baxımından mühümdür. 

Bu və digər mövzular ətrafında "Bizim Yol"un suallarını Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov cavablandırır:
- Faiq müəllim, dövlətlərarası münasibətlərin formalaşmasında, möhkəmlənməsində, həmçinin dövlətin beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu nə dərəcədə mühümdür?
- Dövlətin Beynəlxalq səviyyədə tanıdılmasında və bir çox dünyəvi mahiyyət daşıyan qlobal problemlərə Vətəndaş Cəmiyyəti İnstitutlarının təsiri şübhəsizdir. Dövlətlərarası münasibətlərin formalaşmasında və ya dövlətin beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsində Vətəndaş Cəmiyyəti İnstitutları mühüm missiya həyata keçirə bilərlər, prosesə dəstək vermək imkanları var. Doğrudur, Vətəndaş Cəmiyyəti İnstitutlarının dövlətin bu və ya digər işlərinə xüsusi təsir mexanizmi yoxdur. Lakin dövlətin idarə olunmasında və inkişafında Vətəndaş Cəmiyyəti İnstitutlarının rolu danılmazdır. Ölkədə siyasi partiyaların mövqeləri zəiflədikcə bu hal özünü daha qabarıq şəkildə göstərir. Əgər fikir versək, görərik ki, yeni müstəqillik əldə etmiş ölkələrdə cəmiyyətlərə Qərbin müdaxiləsi də məhz Vətəndaş Cəmiyyəti İnstitutlarından (QHT sektorundan) başlayır.     
- Azərbaycanda bu sahədə vəziyyəti necə dəyərləndirirsiniz?
- Azərbaycanda Vətəndaş Cəmiyyəti institutları müəyyən inkişaf yolu keçib. Vətəndaş Cəmiyyəti institutlarının fəaliyyəti bir çox sahədə problemlərin həllinə yardımçı olur. Azərbaycanda  Vətəndaş Cəmiyyəti İnstitutlarının (Qeyri-hökumət təşkilatları - QHT) formalaşdırılması 1980-ci illərin sonlarında başlamışdır. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra, vətəndaş cəmiyyəti daha əlverişli şəraitdə inkişaf etmək imkanı əldə etdi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Konstitusiya həm dövlətçilik, həm də vətəndaş cəmiyyəti üçün mühüm tarixi sənədə çevrildi. 
Əslində müasir və beynəlxalq standartlara əsasən yaradılmış və fəaliyyət göstərən QHT-lər yalnız Azərbaycanın müstəqillik qazanmasından sonra, əsasən 1995-ci ildə Konstitusiyanın qəbulundan sonra yaradılmışdır. 2000-ci ildə Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi və bu qanunla milli QHT platforması, Milli QHT Forumu (MQF) yaradıldı. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 saylı fərmanı ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında"  fərmanı imzalandı. 

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması QHT-lərin əməkdaşlığı üçün yeni üfüqlər açdı. Bundan öncə işlənmiş konsepsiyada QHT-lərə dövlət dəstəyinin prioritet sahələri müəyyənləşmişdi. 2014-cü ildə, 40-dan çox xarici QHT-ni təmsil edən xarici qonaqların, səfirlərin, Milli Məclis üzvlərinin, dövlət qurumlarının təmsilçilərinin, habelə yerli QHT və media mənsublarının qatıldığı konfrans keçirildi. Konfransın keçirilməsində məqsəd Azərbaycan QHT-lərinin beynəlxalq aləmə inteqrasiyası üçün nəzərdə tutulurdu.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev toplantının keçirilməsinin əsas məqsədinin Azərbaycanın beynəlxalq aləmdə QHT-lərlə əməkdaşlığının qiymətləndirilməsi olduğunu deyib: "Konfransın məqsədlərindən biri də dünyanın üzləşdiyi təhdidlər, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı yeni mexanizmlər ətrafında fikir mübadiləsi aparmaq, eyni zamanda mövcud problemlərdən çıxış yolları axtarmaqdır. Azərbaycan dövləti demokratiya və vətəndaş cəmiyyəti quruculuğunda əldə etdiyi nailiyyətləri davam etdirməyə qərarlıdır. Şuranın beynəlxalq əməkdaşlığa verdiyi önəmin əhəmiyyətini bir daha vurğulayaraq Azərbaycanın bu kimi tədbirlərin keçirilməsində maraqlı olduğunu bildirirəm". 
- Azərbaycan QHT-ləri bu yöndə nə kimi fəaliyyətlərdə bulunurlar? 
- Azərbaycan, xüsusilə son 10 ildə iqtisadi sahədə xeyli irəliləyərək dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaqla yanaşı, həm də vətəndaş cəmiyyətinin qurulması istiqamətində bir çox nailiyyətlər əldə edib. Güclü dövləti şərtləndirən amillərdən birinin güclü vətəndaş cəmiyyəti olduğunu nəzərə alaraq, Azərbaycan bu sahənin inkişafına xüsusi diqqət ayırıb, vətəndaş cəmiyyəti təsisatlarının, Kütləvi İnformasiya Vasitələrinin dövlət tərəfindən dəstəklənməsinə dair konkret mexanizmlər formalaşdırılıb, insan haqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə Milli Fəaliyyət Proqramı qəbul edilib. 
Azərbaycanda qeyri-hökumət təşkilatlarının inkişafı  bir neçə mərhələdən keçib. İlkin mərhələ qeyri-hökumət təşkilatlarının yaranmasında sistemliyin olmaması və pərakəndəliklə xarakterizə edilir. Həmin dövrdə dövlət tərəfindən qeyri-hökumət sektoruna münasibətdə ümumi yanaşma və prioritetlərin müəyyənləşməsi prosesi gedirdi. 

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]