Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Ermənilər geosiyasi vəziyyətin qurbanıdırlar”

“Ermənilər geosiyasi vəziyyətin qurbanıdırlar”
Bölmə :
Müsahibə
Yayım tarixi :
18/6/2012 [22:46]
Baxılıb :
1060 dəfə
Elnur Baimov: “Qarabağ münaqişəsi həll olunandan sonra yüzlərlə problem ortalığa çıxacaq»
«Geosiyasi reallıq dəyişəndən sonra Rusiyanın Ermənistanda nüfuzu azalacaq, bu, artıq hiss olunur»

“Moskvanın siyasi-iqtisadi elitasında ermənilər inanılmaz dərəcədə çox güclüdürlər”

Disput.az saytının baş redaktoru Elnur Baimov bu günlərdə Moskvada erməni jurnalistləri ilə görüşdən qayıdıb. Onunla söhbətimizdə belə təmasların praktik əhəmiyyəti, Qarabağ münaqişəsinin həlli ilə bağlı cəmiyyətlərdən gələn yeni ideyalar, həmçinin rəhbərlik etdiyi media qurumlarının fəaliyyəti barədə danışıdıq. Müsahibəni təqdim edirik. 

- Elnur bəy, Moskvada erməni jurnalistlərlə görüş hansı qurum tərəfindən təşkil olunmuşdu və məqsəd nə idi?

- Mən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tərəfindən dəvət olunmuşam və bu görüş ikinci dəfədir təşkil olunur. Görüşlər Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin təşəbbüsü və iştirakları ilə baş tutur. 

- İki görüş keçirildiyini bildirdiniz, bu təmaslar arasında fərqlər nədən ibarətdir?

- İkinci görüşdə tərkibdə dəyişiklik olmuşdu, həm də onların səfiri dəyişmişdi. Bizim heyətdə də bir qədər dəyişiklik olmuşdu.

- Mən Azərbaycan nümayəndə heyətinin tərkibinə nəzər yetirdim, amma müstəqil və müxalif yönlü media təmsilçisinə rast gəlmədim. Səbəbi necə izah edərdiniz?

- Ümumiyyətlə, mən həmkarlarıma müxalif-iqtidar bölgüsündən yanaşmağın tərəfdarı deyiləm və bu məsələyə peşəkar jurnalistika baxımından yanaşıram. Ancaq sualınızı şərh etmək istəməzdim. Məgər, Azər Həsrət müxalifyönlü jurnalist deyilmi?

- Xeyr!

- Bilirsiniz, bu məsələyə yanaşmada bizim meyarlarımız fərqlənir, mövqelərimiz üst-üstə düşmür, bunun özü də normaldır.

- Ola bilməzdi ki, nümayəndə heyətinə “Bizim Yol”, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin əməkdaşları daxil edilsin?

- Mən növbəti səfərdə çalışacağam ki, “Bizim Yol”un müxbiri nümayəndə heyətinə daxil edilsin. Tövsiyə edəcəyəm ki, məhz Sizi dəvət etsinlər.

- Mənim iştirakıma ehtiyac yoxdur, baş redaktor Bahəddin Həziyevi dəvət edin...

- Bahəddin müəllim mənim köhnə dostumdur, biz bir qəzetdə işləmişik. 

- Qayıdaq görüşlərə, Ermənistanlı həmkarlarınızla görüşdən hansı təəssüratdan qayıtdınız?

- Biz Ermənistanla müharibə şəraitində yaşayırıq, cəmiyyətlərimiz biri-birinə tam nifrət edir, məsələ ondadır ki, 90-cı illərdə doğulanlar erməni görməyiblər. O cümlədən, Ermənistanda da oxşar durumdur. Nə vaxtsa, ya hərbi, ya da münaqişə yolu ilə münaqişə həll olunacaq. Amma nə ermənilər, nə biz regiondan köçüb getməyəcəyik. Problem həll olunandan sonra məcburi köçkünlər Dağlıq Qarabağ ərazisinə qayıdacaq. Nəzərə alın ki, Dağlıq Qarabağda erməni icması da yaşayır, o zaman dialoqa ehtiyac yaranacaq. Sülhə nail olunan regionda iki icmanın necə yaşama məsələləri dialoqla aradan qaldırıla bilər, misal üçün, polis kimdən ibarət olacaq-ermənilərdən, yoxsa azərbaycanlılardan. Yaxud icra strukturları necə təşkil olunacaq? İnandırıram ki, çoxlu məsələlər var ki, biz hələ onlara toxunmuruq, daha çox problemi siyasi, yaxud hərbi yolla həll etməyə çalışırıq. Ancaq münaqişə həll olunandan sonra yüzlərlə problem ortalığa çıxacaq. O zaman problemlər dialoq vasitəsilə problemlər həll oluna bilər. Dialoq üçün də indidən körpü yaratmaq lazımdır, bax, görüşlərin əsas məqsədi bunla bağlıdır. İkincisi, nümayəndə heyətləri media orqanlarından ibarətdir. Biz onlarla müzakirə zamanı deyirdik ki, baxın, Ermənistan Dağlıq Qarabağı işğal edib və amma bölgənin müstəqilliyini qəbul edə bilmir. Belə olanda, işğal Ermənistana nə verir, əksinə bütün beynəlxalq layihələrdən kənarda qalmısınız. 

- Onların reaksiyaları necə oldu?

- Bilirsiniz, etiraf edirlər, amma bunu açıq şəkildə dilə gətirməyə qorxurlar. Bütün ekspertlər də bilir ki, neft kəmərini Ermənistan ərazisindən keçirsəydik, qat-qat ucuz başa gələrdi və bu dövlət də bütün layihələrin içində olardı. Hazırda Cənubi Qafqazda Azərbaycan ən iri investorlardan biridir, bu iqtisadi siyasət Gürcüstan və Türkiyəyə doğru yönəldiyindən Ermənistan kənarda qalıb. Bu məsələləri erməni həmkarlarımıza izah etdikcə, vəziyyəti dərk edirlər. Təklikdə etdiyimiz söhbətlərdə doğru dediyimizi təsdiqləyirlər, amma ümumi söhbət zamanı gözümüzə baxıb susurlar. 

- Belə olanda, erməni cəmiyyəti qondarma soyqırım və Böyük Ermənistan miflərindən qurtulmaq üçün nə etməlidirlər?

- Bizə aid olan Böyük Ermənistan mifidir, soyqırım mifi Türkiyəyə aiddir. Ermənistanın sıravi vətəndaşına bu durumu izah edəndə, başa düşür ki, burulğana düşüblər. Mən erməni dilində saytın rəhbəriyəm, hərbi ritorikadan istifadə etmirik, sadəcə, iki ölkədəki durumu müqayisə edirik, “Aravot” və “Bizim Yol” qəzetlərində çalışan jurnalistlərin durumunu müqayisə edib qiymətləndiririk. İnandırıram ki, Siz erməni jurnalistindən qat-qat yaxşı yaşayırsınız. Bütün tərəflərdən müqayisə aparanda onlar uduzurlar. Onların udacağı heç bir nöqtə yoxdur. 

- Bu mənada erməni jurnalistlər gələcəyi təsəvvür edirlərmi?

- Bilirsiniz, ermənilər geosiyasi vəziyyətin qurbanıdırlar. Vəziyyət isə tədricən dəyişir, istər-istəməz mövcud problem hansısa yolla həll olunacaq. Mən inanıram ki, bizim xeyrimizə həll olunacaq.

- Bu gün Azərbaycan torpaqları işğal altındadırsa, ermənilərlə danışıq masası arxasında nəyisə dəyişmək mümkündürmü?

- Əlbəttə, mümkündür.

- Necə mümkündür?

- Azərbaycan dövləti ermənilərlə yox, torpaqlarımızı işğal edən ordu ilə müharibə aparır. Mən görüşdüyüm adamlar hərbçilər yox, media strukturlarının rəhbərləridir. Onlarla hər dəfə nəyisə müzakirə aparıb izah edəndə mövqeləri dəyişir. Mən iki il əvvəl təmasda olduğum həmkarlarımla yenidən görüşəndə onu tamamilə fərqli yanaşmada görürəm.

- Bir paralel aparacağam, ötən əsrin 30-cu illərində Hitler hakimiyyətə gələndə alman xalqı ona tam olaraq inanırdı və bütün hərəkətlərini də alqışlayırdı. 40-cı illərin ortalarında bunun əziyyətini çəkdilər, anladılar ki, səhv ediblər. Ötən əsrin 80-ci illərinin sonunda erməni xalqı meydanlara çıxıb şovinistlərin şüarlarını dəstəklədi...

- Erməni xalqı bezib və yorulub.

- Fikrinizi hansı arqumentlə əsaslandıra bilərsiniz?  

- Mən yalnız faktla danışıram, əhalinin sayı azalır, iqtisadi böhran yaşanır, o cümlədən siyasi böhran, bu gün onlar pat vəziyyətindədir. Bilmirlər işğal olunmuş torpaqlarla nə etsinlər, biz isə dialoqa hazır olduğumuz deyirik, yəni torpaqları qaytarın və gəlin birgə yaşayaq. Azərbaycan dövləti Qarabağda olan erməni millətindən vətəndaşlarımızı qəbul edir. Görüşlərimizdə Rusiyanın da nümayəndəsi iştirak edirdi.

- Onların mövqeyi necə idi?  

- Ruslar neytral qalmağa çalışırdılar. Mən bir məqamı vurğulayım ki, Moskvanın siyasi-iqtisadi elitasında ermənilər inanılmaz dərəcədə çox güclüdürlər. Təsəvvür edin ki, səhiyyədə, təhsildə, biznesdə, siyasi strukturlarda, KİV-də ermənilər kifayət qədər yer tutub. Bu məsələ ayrıca mövzunun söhbəti olduğu üçün üzərində geniş dayanmayacağam. Biz ermənilərlə SİTA agentliyində və “Rossiyskaya qazeta”nın redaksiyanın ofisində görüşdük. Bu mənada rusların mövqeyi pozitiv idi.

- Ancaq əksər politoloqlar Ermənistan və Azərbaycan arasında münaqişənin qalmasında daha çox Rusiyanın maraqlı olduğunu bildirir...

- İnanıram ki, iki xalq və dövlət problemi özü çözəcək, az qalıb. Geosiyasi reallıq dəyişəndən sonra Rusiyanın Ermənistanda nüfuzu azalacaq, bu, artıq hiss olunur.

- Qayıdaq Sizin saytlara, day.az və disput.az, özünüzü daha rahat hansında hiss edirdiniz?

- Day.az xəbər saytı olduğu üçün prosesin içindəydim. Disput.az müzakirə meydançasıdır, sosial şəbəkədir, mən bu prosesdə iştirakçı deyiləm. 114 min iştirakçı var və mövzuları da özləri seçir, mənim müdaxiləm demək olar ki, yoxdur. 

- Day.az-da demokratiya forumu olduğu halda disput.az-da bunu görmürük, əksinə, azərbaycanlılardan başqa etnik qrupların forumunu görürük...

- Yox, sayta daxil olan kimi azərbaycanlıların forumu var. Bizdə iqtisadi, siyasət, şou bölümləri var. Etnik azlıqlar üçün forumu ona görə açdıq ki, Azərbaycanda hər bir millətin bizə əziz olduğunu göstərdik. Disput.az özü bir Azərbaycan forumdur və istifadəçilər bizimkilərdir.  

- Əgər talış, kürd, tat forumu olduğu halda, türk forumu da açıla bilməzmi?

- Olar, gəlin, açın və işlədin, niyə də olmasın?!

- Mən hazırda “Bizim Yol” qəzetində işləyirəm.

- (gülür). Bilirsiniz, saytda hazırda Azərbaycanda olan etnik qrupların bölümləri var. Azərbaycanda türklər ayrıca etnik qrup deyil ki, ona ayrıca forum yaradaq. Ona görə ləzgilər, talışlar, ermənilər üçün forum açdıq.

- Amma bu ölkənin əsas əhalisi türkdür...

- Bəli, biz hamımız türkük və bütün disput.az da türklərindir. Bir məqamı vurğulayım ki, bu forumları mən yox, istifadəçilər açır, onlar özləri bu tələbləri irəli sürür. Bu forumlar özünü idarə edən bir qurum kimidir.

- Bəs demokratiya forumu?

- Bəli, elə bölüm yoxdur, amma forumlarda bütün siyasi mövzular müzakirə edilir. 

- Olmazdı ki, bu gün daha çox aktual olan insan haqlarının müdafiəsi forumunu açardınız?

- Bilirsiniz, internet tam azad bir məkandır, kim istəyirsə, hər hansı forum, sayt aça bilər. Siz niyə bunu açmırsınız?

- Mən onsuz da insan haqları haqqında yazıram da.

- Yəqin ki, özünüz disput.az aça bilərsiniz də, niyə açıb işlətmirsiniz?

- Elnur bəy, gəlin razılaşaq ki, disput.az day.az-da olan cəsarəti göstərə bilmir...

- Bilirsiniz, hər iki sayt fərqli mahiyyət daşıyır, biri xəbər, o biri isə müzakirə predmetidir. Mən hazırda Azərbaycan, ingilis və erməni dilində xəbər saytının rəhbəriyəm. Rus dilində bazar kiçildiyindən, bu dildə sayta ehtiyac görmürəm.

Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]