Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Azərbaycanın göstərdiyi qardaşlıq Türkiyənin də eyni cür davranmasını şərtləndirir”

“Azərbaycanın göstərdiyi qardaşlıq Türkiyənin də eyni cür davranmasını şərtləndirir”
Bölmə :
KİVDF
Yayım tarixi :
3/2/2016 [08:43]
Baxılıb :
1004 dəfə
Ənvər Türkoğlu: “Bu gün Türkiyədə rəy sorğusu keçirib, insanlara “Sizin üçün ən yaxın ölkə hansıdır?” sualını ünvanlasanız, 100 nəfərdən 95-i Azərbaycanın adını çəkər”

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamış və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub.

Müstəqilliyin ilk illərində Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda respublikamızın səylərini daim dəstəkləməklə, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərib. Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə dövlətimiz tərəfindən xüsusi əhəmiyyət verilib.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Eyni zamanda Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan  milli mücadiləyə azərbaycanlılar maddi və mənəvi yardım göstəriblər.

Azərbaycan - Türkiyə münasibətlərinin inkişafında hər iki tərəf maraqlıdır. Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artması deməkdir. Ona görə də bu iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişafı zəruridir.
Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir.

Azərbaycan-Türkiyə münasibətlərinə dair "Bizim Yol"un suallarını Türkiyə Azərbaycan Dərnəyinin (TÜRKAZDER) sədri Ənvər Türkoğlu cavablandırır:

- Ənvər bəy, Türkiyə-Rusiya gərginliyi və Moskvanın türk şirkətlərinə qarşı sanksiya tətbiq etdiyi dövrdə Azərbaycan Türkiyə üçün yeni qapılar açdı. Bu addım qardaş ölkədə necə qarşılandı?

- Türkiyə-Rusiya gərginliyi və Moskvanın türk şirkətlərinə qarşı sanksiya tətbiq etdiyi dövrdə, yəni Türkiyənin çətin zamanlarında Azərbaycanın Türkiyənin yanında yer alması, öz imkanlarını türk şirkətlərinin sıxıntıdan çıxması üçün səfərbər etməsi bizlərə bir daha qardaşlığın nə demək olduğunu xatırlatdı. Eyni zamanda, istər Rusiya, istər İran, istər Ermənistan, istərsə də digər dövlətlər Türkiyə və Azərbaycanın nə qədər qardaş, dost olduqlarını, eyni mövqeni paylaşdıqlarını görmüş oldu. Şübhəsiz ki, bu müsbət hadisədə ən böyük təşəkkür Azərbaycan Prezidentinə, onun siyasi iradəsinə düşür. Siyasi qərar verən şəxslərin qüvvələr balansını deyil, dostluğu, qardaşlığı üstün tutması qarşı tərəfdən də eyni davranışın sərgilənməsini təmin edir.

- Ümumiyyətlə Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı durumu oradan necə görünür?

- Bu gün Türkiyədə rəy sorğusu keçirsəniz və insanlara "Sizin üçün ən yaxın ölkə hansıdır?" sualını ünvanlasanız, 100 nəfərdən 95-i Azərbaycanın adını çəkər. Sualınızın ən qısa və dürüst cavabı məncə budur.

- Bu iki qardaş ölkə arasında əlaqələrin daha da sıxlaşması üçün nələr təklif edərdiniz?

- Türkiyə və Azərbaycan arasında, dövlət və hökumət qurumları arasındakı əlaqələrin hansı səviyyədə olması hər kəsə bəllidir. Bu münasibətlərin inkişaf etdirilməsində vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük vəzifə düşür. Ki, biz daim vətəndaş cəmiyyəti institutlarımızdan bu dəstəyi görürük. Xalqlar və cəmiyyətlər arasındakı əlaqələrin daha da güclənməsi, bir-biri ilə qaynayıb-qarışması üçün bu dəstək çox önəmlidir. Bundan əlavə, hər iki ölkə arasında qarşılıqlı tələbə mübadilələri mövcuddur: xeyli sayda azərbaycanlı tələbə təhsil almaq üçün Türkiyəyə və əksinə türkiyəli tələbələr bu məqsədlə Azərbaycana üz tuturlar. Təhsil sahəsindəki bu yaxınlaşma Türkiyədə yaradılacaq Heydər Əliyev Universiteti və Azərbaycanda yaradılacaq Mustafa Kamal Atatürk Universitetinin təməlini təşkil edəcək. 

- Sıxıntılar insanları yaxınlaşdırır deyirlər. Son zamanlarda Türkiyə və Azərbaycan sıxıntılı dönəmlər yaşayır. Bu sıxıntılar bizi nə qədər yaxınlaşdıra bildi?

- Türkiyə və Azərbaycanı, sadəcə sıxıntılı dönəmlər yaxınlaşdırmayıb və son sıxıntılı dövrdə də bu yaxınlaşmanın başladığını söyləmək doğru olmaz. Bu iki ölkə tarixin bütün mərhələlərində, bütün çətin və rahat günlərdə bir yerdə, bir arada olub və qardaşlıqlarını bütün dünyaya isbat edib. Dediyim odur ki, son hadisələrdə dostluq qurulmadı, sadəcə aradakı dostluğun nə qədər qırılmaz tellərlə bağlı olduğu bir daha təsdiqlənmiş oldu.

- Yeni dönəmdə birliyimiz və diriliyimiz üçün nələr etməliyik, təklifləriniz varmı?

- Dünyada "kartlar" yenidən qarışdırılır, köhnə dəngələr dağıdılıb, yeni dəngələr qurulur. Bu yeni qüvvələr dəngəsində yer ala bilmək, ayaqda dura bilmək, mövcudluğunu qoruyub saxlamaq və daha da güclənmək üçün, Türkiyə və Azərbaycan vahid mövqedən geri çəkilməməli, öz torpaq bütövlüklərini və suverenliklərini birlikdə hərəkət etməklə zəmanət altına almalıdırlar. Azərbaycan Türkiyəyə PKK terror təşkilatı ilə mübarizədə daha güclü dəstək verməklə yanaşı, Türkiyə də Dağlıq Qarabağ münaqişəsində, Rusiya və Ermənistanı qarşısına alaraq, Azərbaycanın yanında durması çox mühümdür və bütün dünyaya mesaj olacaq. Türkiyə və Azərbaycan birlikdə sevinib, birlikdə kədərləndikləri kimi, birlikdə zəfərlər qazanmasalar, birlikdə də məğlubiyyətlərə düçar olacaqlar. Yaşadığımız coğrafi bölgədə ən çətin tapılan şey dost və dostluqdur. İstər Türkiyə, istərsə də Azərbaycan bu istiqamətdə bir-biriləri üçün gərəkli olan bütün addımları atmalıdır. 

- Türkiyə və Azərbaycanın birgə səyləri nəticəsində işğalçı Ermənistan təcrid vəziyyətinə düşüb. Əgər Türkiyə-Ermənistan sərhədləri açılarsa, regionda hansı dəyişikliklər baş verə bilər?

- Bu məsələdə öncə Türkiyə - Ermənistan sərhədlərinin bağlanma səbəblərinə baxmaq lazımdır. Türkiyənin bu sərhədi bağlamasının səbəbi Azərbaycanın Dağlıq Qarabağ və digər 7 rayonunun Ermənistan tərəfindən işğal edilməsidir. Deməli, sərhədin açılması üçün tək şərt işğalın sona çatmasıdır. Əgər iki qardaş olan Türkiyə və Azərbaycanın arasına arzuolunmaz bir soyuqluğun girməsinə səbəb olmaq istəmiriksə, o zaman sərhəd məsələsi Azərbaycanın iştirakı ilə müzakirə olunmalı və Azərbaycanın şərtləri nəzərə alınmalıdır. Bu, sadəcə qardaşlıqdan doğan tələb deyil, eyni zamanda iki ölkə arasındakı iqtisadi əməkdaşlığın da diqtə etdiyi məsələdir. Bu də məsələdə Türkiyə Azərbaycan Dərnəyi olaraq, istər ictimaiyyət, istər də dövlət səviyyəsində fəaliyyətlərdə bulunuruq. İki ölkənin qardaşlığına, dostluğuna, işbirliyinə zərər dəyilməməsi, münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün əlimizdən gələni edirik. 

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]