Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Müəllimi yüksək varlıq kimi görmək arzusu

Bölmə :
Köşə
Yazar :
Nadir İsrafilov
Təqdimat :
Təhsil eksperti
Yayım tarixi :
2/2/2016 [01:30]
Baxılıb :
1729 dəfə
Müəllim-şagird münasibətlərinə diqqət artırılmalıdır

"Əgər günlərin bir günü bizim tərbiyəmizlə yüksək varlıq məşğul olsa, onda həqiqətən insanın nəyə qadir olduğu məlum olar".

İmmanuil Kant


Müəllim-şagird münasibətlərinə dair xüsusilə yaxın son günlər gündəmi zəbt edən olaylarla bağlı bəzən öz-özünə  sual verirsən. Görəsən, bu kimi arzuolunmaz halların baş verməsinə səbəb nədir, uşağa qarşı zorakılıq nədən qaynaqlanır? İstər-istəməz yadına düşür ki, bəlkə bu zəmanədəndir. Dilemma qarşısında qalırsan. Bəli, zəmanə dəyişib, dəyərlər başqalaşıb, hətta canınla, qanınla inandığın, qəbul etdiyin hansısa ideya-məfkurə heç də birmənalı qarşılanmır.Bu təbiidir. Əski dini mənbələrin birində deyildiyi kimi, həqiqəti anlatmaq mümkünsüz dərəcədə çətindir, çünki hər kəsin öz həqiqəti var.Digər tərəfdən isə əgər zamanı, məkanı qınayırıqsa, zəmanəni yaradanlar da, dəyişənlər də elə insanlardır, bizlərik.

Elə götürək müəllimin uşağı döyməsi faktını.Uşaq hüquqları Konvensiyası, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının qanunu və bir çox normativ-hüquqi aktlar cəzalandırma vasitəsi kimi uşağa fiziki zorakılıq tətbiq etməyi qadağan edir. Yəni bu sənədlərə əsasən uşağın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Bu mənada uşaqlarla qəddar rəftara yol verilməsi, onlara qarşı psixi və fiziki zor tətbiq edilməsi mövcud qanunvericiliyə görə inzibati, hətta cinayət məsuliyyətinə səbəb olur. Müəllimlərin etik davranış qaydaları hazırlanıb, müəllimlərin peşə standartları hazırlanır. Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsində müəllimlərin və şagirdlərin hüquq və vəzifələri konkret şəkildə öz əksini tapıb. Onu da xatırladım ki, "sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq, insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq" təhsil alanın, yəni şagirdin mövcud Nizamnamə ilə müəyyən edilmiş birbaşa hüququdur. Digər tərəfdən ümumtəhsil məktəbində təhsil prosesi təkcə öyrədici deyil, eyni zamanda tərbiyəedici və inkişafetdirici xarakter daşıyır. 
Di gəl, uşaqların döyülməsi, təhqir edilməsi, şəxsiyyətinin aşağılanması kimi digər xoşagəlməz hallara hələ də rast gəlinir və sosial mediada geniş işıqlandırılır. O da maraqlıdır ki, müəllim-şagird münasibətlərindəki problemlər geniş ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır.
Kimisi müəllimə bəraət qazandırır, kimisi isə bu halı sərt təpki ilə qarşılayır. O qədər də uzaq olmayan bir vaxtlar "Əxlaq kodeksi", "Ədəb qaydaları" bütün məktəblərin foye və dəhlizlərinin başlıca atributları idi. Şagirdlərin bilikləri  ilə yanaşı onların əxlaq və davranışları da qiymətləndirilirdi. Orta məktəbləri bitirənlərə attestatla yanaşı, davranışına dair xarakteristika, yəni xasiyyətnamə də verilirdi. 

"Əgər günlərin bir günü bizim tərbiyəmizlə yüksək varlıq məşğul olsa, onda həqiqətən insanın nəyə qadir olduğu məlum olar. "Göründüyü kimi, dahi Kant  belə  müəllimi yüksək varlıq qismində görmək arzusunda idi. Mədəniyyət və ictimai fikir tarixinə çoxcəhətli və ensiklopedik şəxsiyyət kimi daxil olmuş Əhməd bəy Ağaoğlu isə yazırdı ki, tərbiyə üsulunda hansı mühit bir idealı ən çox həqiqətə çevirməyə nail olmuşsa, həmin mühit də ən yüksək inkişafa çatmışdır. Tərbiyədən bəhs edərkən bu məfhumu ən geniş mənada anlamaq lazımdır.İnsan ruhunun üzərində təsiri olan bütün amillər nəzərə alınmalıdır. Ailə, məktəb, ədəbiyyat, sənət, fikri və hissi cərəyanlar-bütün bunların hamısı tərbiyəyə daxildir. Nə isə uzun məsələdir. Keçək indiki vəziyyətlə bağlı mətləbə.
Mənim konkret subyektiv fikirlərimə gəlincə düşünürəm ki, insani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən "əməkdaşlıq pedaqogikası" adlanan canlı ünsiyyətə keçmək zorundayıq, müəllim-şagird-valideyn münasibətlərinin genişləndirilməsi yollarını axtarmalıyıq. Telekanallarda zorakılıq, şiddət hallarının təkrar-təkrar göstərilməsi, ayri-ayrı saytlarda bu qəbildən olan video görüntülərin yayımlanması yolverilməzdir. Şagirdlərin məktəbə telefonla, smartfonla daxil olmasına qadağa qoymaq lazımdır. Məktəbdə psixoloqlar təkcə uşaqlarla yox, müəllimlərlə də işləməlidir. Bu kimi hallarda təkcə müəllimi prosesin subyekti kimi önə çəkmək hesab edirəm ki, düzgün mövqe deyil. Nəzərə alaq ki, hansısa beş-üç müəllimin qeyri-ixtiyari hərəkəti cəmiyyətdə 150 minlik müəllim ordusunun hərəkəti kimi assosiasiya olunur, onsuz da sarsılmış müəllim nüfuzunu bir az da sarsıdır.Hörmətli professorumuz Şahlar Əsgərovun "qulaqburma" ilə bağlı ibrətamiz fikirləri heç də uşağı fiziki zorakılığa məruz qoymaq kimi başa düşülməməlidir.

Bu baxımdan bu günlərdə Təhsil Nazirliyinin iştirakçılığı ilə "APA-Holdinq" və "Azad Azərbaycan" Müstəqil Teleradio Şirkətinin informasiya dəstəyi ilə Abşeron rayonundakı Heydər Əliyev mərkəzində "Müəllim-şagird münasibətləri və sinfin idarə edilməsi" mövzusunda keçirilən geniş tərkibli seminarda bu qəbildən olan suallara cavab axtarıldı. Hesab edirəm ki, Təhsil Nazirliyi, İcra hakimiyyəti orqanları nümayəndələrinin, Respublikanın tanınmış təhsil ekspertlərinin, KİV-lərin, məktəb rəhbərlərinin və təhsil ictimaiyyətinin iştirakı ilə keçirilən bu kimi müzakirələr və toplantılar digər rayonlarda da təşkil olunmalı, problemin ictimai, pedaqoji, psixoloji aspektləri dərindən araşdırılmalı, müəllim nüfuzuna, bütövlükdə isə  təhsilimizə heç də başucalığı gətirməyən bu kimi neqativ təzahürlərə obyektiv qiymət verilməlidir. Belə dinləmələr müəllim-şagird-valideyn üçlüyünün anlaşması probleminin həllinə müəyyən töhfə verə bilər. Məktəb cəmiyyətə açıq olmalıdır, çünki təhsil həm də ümumxalq işidir. 

Kiçik bir yazıda müəllim-şagird münasibətlərinin bütün ictimai, pedaqoji-psixoloji aspektlərini əhatə etmək mümkünsüzdür. Pedaqoji ədəbiyyatda  məktəblinin rəğbətləndirmə, o cümlədən tənbeh, məzəmmət kimi cəzalandırma üsulları kifayət qədər öz əksini tapıb.Yazını yazmaqda məqsədim o oldu ki, nəyə görə bizim bəzi telekanallarımız ayrı- ayrı ölkələrdə deyək ki, Ukraynada və yaxud elə Türkiyənin özündə millət vəkillərinin əlbəyaxa davaya çıxmasının, bir-birinin başına kreslo endirməsinin üstündən ani olaraq keçirlər, müəllimin bir uşağa qarşı əsəbini cilovlaya bilməməsi üzündən yanlış hərəkətə yol verməsini təkrar- təkrar nümayiş etdirirlər? Hesab edirəm ki, problemin bu yolla "ictimailəşdirilməsi" heç də vəziyyətdən çıxış yolu deyil, əksinə...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]