Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

50 mindən artıq yenidoğulmuş uşağa “Sağlamlıq Kartı” tərtib edilib

50 mindən artıq yenidoğulmuş uşağa “Sağlamlıq Kartı” tərtib edilib
Bölmə :
KİVDF
Yayım tarixi :
9/2/2013 [09:31]
Baxılıb :
970 dəfə
Respublika üzrə peyvənd planı hər il təxminən 96-98% yerinə yetirilib

Son 10 ildə Azərbaycanda tibbin inkişafı, səhiyyə sisteminin gücləndirilməsi, əhalinin sağlamlığının qorunması və dövlət qayğısına ehtiyacı olan vətəndaşlara tibbi xidmət göstərilməsi sahəsində hansı işlər görülüb? Bu məqsədlə Səhiyyə Nazirliyinin hesabatlarına nəzər saldıq. Beləliklə, 2003-2008-ci illərdə görulmuş işlərə dair Hesabat:

2008-ci ildə özəl sektorun inkişafı davam etdirilmişdir. Son 5 ildə özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün 499 və əczacılıq fəaliyyətiylə məşğul olmaq üçün 977 lisenziya verilmişdir. Yeni yaradılan tibb müəssisələrinin, o cümlədən özəl müəssisələrin müasir standartlara cavab verməsini təmin etmək məqsədilə beynəlxalq təcrübə nəzərə alınaraq, Səhiyyə Nazirliyi tərəfindən “Lisenziyalaşdırma işinə dair tələblər” hazırlanmışdır. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi respublikanın bütün bölgələrində məskunlaşmış qaçqınlara və məcburi köçkunlərə göstərilən tibbi yardımın yaxşılaşdırılması istiqamətində, eləcə də “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının icrası ilə bağlı məsələlərin həllində məqsədyönlü iş aparır.

Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən qaçqınlar arasında xəstəliklərin diaqnostikası və müalicəsi məqsədilə onların məskunlaşdığı rayonlara mütəmadi olaraq elmi-tədqiqat institutlarının və aparıcı klinikaların mütəxəssislərdən ibarət briqadalar gondərilir. Aşkar olunmuş xəstələr yerli tibb müəssisələrində, mürəkkəb cərrahi müdaxiləyə ehtiyacı olan xəstələr isə Bakı şəhərinə gətirilərək, müvafiq tibbi yardımla təmin olunurlar.

Azərbaycanda əhalinin sanitariya-epidemioloji salamatlığının qorunması işini yaxşılaşdırmaq istiqamətində məqsədyönlu iş aparılır. Son illərdə aparılmış islahatlar nəticəsində sanitariya-epidemioloji xidmətinin idarə olunmasında olan təkrarlanmanın, paralelliyin aradan qaldırılması, xidmətin güc və ehtiyatlarının prioritet sahələrə yönəldilməsi onun fəaliyyətinə müsbət təsir gostərmişdir.

Yoluxucu xəstəliklərlə mubarizə işi Səhiyyə Nazirliyinin prioritet sahəsi kimi irəli çəkilərək, irimiqyaslı kompleks Milli Proqramların həyata keçirilməsi nəticəsində bəzi yoluxucu xəstəliklərin praktik ləğvinə, digərlərinin isə dinamik şəkildə azalmasına nail olunmuşdur. Bu nailiyyətlərin davamlığının təmin edilməsi məqsədilə «Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı» işlənib hazırlanaraq Nazirlər Kabineti tərəfindən qəbul olunmuşdur. Qısa vaxtda poliomielit xəstəliyinə görə endemik sayılan Azərbaycan hazırda bu xəstəlikdən azad diyara çevrilmiş və bu statusu saxlamaq üçün Səhiyyə Nazirliyi mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir.

Səhiyyə Nazirliyi yoluxucu xəstəliklərlə mübarizə işində beynəlxalq və qeyri-hökumət təşkilatları ilə yaradılan işgüzar əməkdaşlıq çərçivəsində yeni layihələr həyata keçirir. Son illər profilaktik peyvənd təqviminə daxil olmayan idarəolunan xəstəliklər, o cümlədən epidemik parotit və məxmərəklə xəstələnmənin nisbətən yuksək səviyyədə olmasını nəzərə alaraq Rostropoviç-Vişnevskaya Fondu ilə aparılmış danışıqlar nəticəsində profilaktik peyvənd təqviminə qızılca vaksini əvəzinə üç komponentli - qızılca, parotit və məxmərək əleyhinə vaksin daxil edilmişdir.

Respublikamız Ümumdunya Səhiyyə Təşkilatının Avropa regionunda qızılca və məxmərəyin 2010-cu ilə kimi eliminasiyası proqramına qoşularaq 2006-cı ilin fevral-mart aylarında Azərbaycanda 7-23 yaşlı əhali arasında Milli İmmunlaşdırma Kampaniyası keçirilmişdir. Respublika uzrə peyvənd planı hər il təxminən 96-98% yerinə yetirilmişdir. Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərin profilaktikası sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində gızılca xəstəliyi 2003-cu ildə 1950 hadisə, məxmərək 1058 hadisə olduğu halda, 2008-ci ildə bu xəstəliklər qeydə alınmamışdır, epidemik parotit 2003-cu illə müqayisədə təxminən 12 dəfə azalmışdır.

Malyariya xəstəliyinə qarşı geniş miqyaslı təşkilatı, müalicə-profilaktik və kompleks əksepidemik tədbirlərin aparılması və xəstəliklə mübarizədə düzgün strategiyanın seçilməsi nəticəsində malyariya ilə xəstələnmə halları ilbəil azalaraq 2003-cü illə müqayisədə 2008-ci ildə 6,6 dəfə azalmış və respublikada epidemioloji sabitlik əldə olunmuşdur. Əldə olunmuş nailiyyətləri saxlamaq və gələcəkdə malyariyanın ləğv edilməsi məqsədilə “2008-2013-cü illər üçün Azərbaycan Respublikasında malyariyanın eliminasiyası uzrə Milli Strategiya” və “Milli Fəaliyyət Planı” işlənib hazırlanmış və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir.

2006-cı ilin əvvələrində respublikamıza quş qripi xəstəliyinin gətirilməsi ehtimalı olduğunu nəzərə alaraq, respublika ərazisinə quş qripi xəstəliyinin gətirilməsi və yayılmasının qarşısının alınması istiqamətində xeyli işlər görülmüşdur. Qabaqlayıcı profilaktik tədbirlərin ləngidilmədən aparılması üçün köçəri quşlar arasında quş qripi xəstəliyinin fəal aşkar olunması məqsədilə Kənd Təsərrufatı Nazirliyinin baytarlıq xidməti tərəfindən Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssislərinin iştirakı ilə monitorinqin aparılması təşkil edilmişdir. Respublika əhalisinin quş qripi xəstəliyinin profilaktikası sahəsində biliklərinin artırılması məqsədilə geniş maarifləndirmə işi həyata kecirilmişdir.

Respublikamızda 2006-cı ilin fevral-mart aylarında ilk olaraq suda üzən çöl quşları, sonra isə insanlar arasında quş qripi xəstəliyi qeydə alınmışdır. Əhali arasında baş vermiş quş qripi ilə xəstələnmə nəticəsində 8 nəfər xəstələnmiş, onlardan 5-i vəfat etmişdir (4-ü Salyan rayonu sakinləri, 1-i - Tərtər rayon sakini). Quş qripinin profilaktikası məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən aparılmış məqsədyönlü profilaktik və əksepidemik tədbirlər nəticəsində xəstəlik ocağı qısa müddətdə lokallaşdırılmış və ləgv edilmişdir.

“Azərbaycan Respublikası Nazirlər Kabineti və Amerika Birləşmiş Ştatları Müdafiə Departamenti arasında bioloji silahların inkişaf etdirilməsində istifadə edilə bilən texnologiya, patogenlər və təcrübənin yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən «Bioloji Təhlukənin Azaldılması Proqramı» çərçivəsində Respublika Taun Əleyhinə Stansiyada və onun 4 rayonlararası şöbələrində əsaslı işlər aparılacaqdır. Artıq adı cəkilən müəssisələrin tikinti layihələri başa çatmaq üzrədir və 2009-cu ildə onların inşası planlaşdırılır. Tikinti başa çatdırıldıqdan sonra həmin müəssisələr layihə çərçivəsində müasir laborator avadanlıqları ilə təchiz olunacaqdır.

Səhiyyə Nazirliyi tərəfindən Rostropoviç-Vişnevskaya Fondu ilə əməkdaşlıq çərçivəsində helmintozların profilaktikası üçün Respublikanın 250 min nəfər ibtidai sinif şagirdləri arasında kütləvi dehelmintizasiya tədbirləri həyata keçirilmişdir. Bu tədbirlərin nəticəsində şagirdlər arasında yoluxma dərəcəsi 3,4 dəfə azalmışdır. Yoluxucu xəstəliklərlə mubarizə ilə yanaşı sanitariya-epidemioloji xidmət tərəfindən ətraf mühitin mühafizəsi sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli 1697 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülmüşdur. Ətraf mühit amillərinin əhalinin sağlamlığına olan mənfi təsirinin aradan qaldırılmasına yönəldilmiş tədbirlərin işlənib hazırlanması, Bakı şəhəri üzrə hava hövzəsinin çirklənməsinin öyrənilməsi istiqamətində və əhalinin içməli su təchizatının vəziyyətinin qiymətləndirilməsi sahəsində məqsədyönlü işlər aparılır. Sanitariya-epidemioloji xidmətin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də xeyli iş görülmüşdur. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin binasının əsas və yardımçı otaqlarında təmir işləri aparılmış, naqilsiz kompüter şəbəkəsi və internet xidməti yaradılmış, yeni mebel dəstləri alınmış, laboratoriyalar texniki səlahiyyətliliyə və müstəqilliyə görə akkreditasiyadan keçirilmişdir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin və Respublika Sanitariya-karantin Müfəttişliyinin ərzaq məhsullarının təhlükəsizliyinə nəzarət üzrə laboratoriyaları müasir avadanlıqla təchiz edilmiş və yeyinti məhsullarının təhlükəsizliyi üzərində dövlət sanitariya nəzarəti gücləndirilmişdir. Səhiyyədə İnformasiya texnologiyalarının geniş tətbiqinin təmin edilməsi və “Elektron Azərbaycan” Dövlət Proqramının icrası çərçivəsində tədbirlər həyata kecirilmişdir. 50 mindən artıq yenidoğulmuş uşağa “Sağlamlıq Kartı” tərtib edilmişdir. Obliqat qrupların elektron registrini təmin edən “Tibbi muayinə kartı” sistemi yaradılmışdır. Səhiyyə müəssisələrinin fəaliyyətini təmin edən tibbi-informasiya sisteminin tətbiqinə başlanmış və Klinik Tibbi Mərkəzdə bu sistem quraşdırılmışdır. Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının dispetçer xidmətinin işinin effektivliyinin artırılması üçün burada ən müasir rabitə və kompüter sistemləri quraşdırılmışdır və artıq fəaliyyət gostərir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” məlum Fərmanı səhiyyənin inkişafına böyuk təkan vermiş və geniş imkanlar yaratmışdır. Təsdiq olunmuş Dövlət Proqramına əsasən respublikanın 20-dən artıq şəhər və rayonunda müasir səhiyyə obyektlərinin tikintisi və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuş və icrası başa çatdırılmışdır. Belə ki, 20 ildən artıq tikintisi yarımçıq qalmış Elmi-Tədqiqat Oftalmologiya institutunun hal-hazırda yuksək templə inşası aparılır. Milli Onkoloji Mərkəzinin yeni çoxmərtəbəli korpusunun tikintisi də böyük sürətlə aparılır. Digər elmi-tədqiqat müəssisələrində də, o cumlədən Elmi Cərrahiyyə Mərkəzində, mamalıq və ginekologiya, hematologiya və transfuzilolgiya, travmatologiya və ortopediya, pediatriya, kardiologiya institutlarında təmir və yenidənqurma işləri görülmüşdür. Azərbaycan Tibb Universitetinin onkoloji, cərrahiyyə və terapiya korpuslarının tikintisi aparılmışdır. Bakı şəhərində ən iri tibb müəssisəsi olan Klinik Tibbi Mərkəzdə iri həcmli əsaslı təmir və yenidənqurma işləri aparılmış, ən müasir tibbi avadanlıq və cihazlarda təchiz olunaraq istifadəyə verilmişdir. Xəstəxananın açılışında iştirak edərkən ölkə rəhbəri tərəfindən görülən işlərə yüksək qiymət verilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]