Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Bizi dünyaya tanıdan təkcə sərvətlərimiz deyil...”

“Bizi dünyaya tanıdan təkcə sərvətlərimiz deyil...”
Bölmə :
KİVDF
Yayım tarixi :
30/1/2016 [18:59]
Baxılıb :
971 dəfə
Şəfəq Azər: “Təəssüf ki, xaricdə yaşayan bəzi soydaşlarımız hadisələri doğru-düzgün araşdırmadan, Azərbaycan haqqında yanlış məlumat yayır və ölkəmizin nüfuzuna xələl gətirirlər”

Dövlətçilik tarixi 5 min ilə dayanan Azərbaycan, öz coğrafi mövqeyi, strateji bölgədə yerləşməsi, zəngin yeraltı və yerüstü sərvətləri baxımından daim böyük dövlətlərin maraq dairəsində olub. Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaradıb.

Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar. Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.

18-ci əsrin əvvəllərində Azərbaycan iki böyük dövlət - Rusiya və İran arasında qanlı müharibələr meydanına çevrildi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı. Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: "Şimali Azərbaycan" (və ya "Rusiya Azərbaycanı") və "Cənubi Azərbaycan" (və ya "İran Azərbaycanı").

Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü. Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında - keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə "Erməni vilayəti" yaradıldı. Bununla, Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.
Bütün basqılara, çətinliklərə baxmayaraq, Azərbaycan 20-ci əsrin əvvəlində öz müstəqilliyini elan etdi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Lakin imperialist qüvvələr bu körpə Respublikanı beşiyində boğdular.

Xalqımızın ikinci azadlıq mücadiləsi ötən əsrin sonlarında nəticə verdi. Azərbaycan dövlətçilik tarixinin sonuncu mərhələsi SSRİ-nin süqutu ərəfəsində 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə başlandı və bu gün də uğurla davam edir. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilib.
Bəs bu gün ölkəmiz, onun apardığı xarici siyasət, başqa dövlətlərlə əməkdaşlıq, dünya birliyinə inteqrasiya prinsipləri kənardan necə görünür? Azərbaycan müstəqil dövlət kimi inkişaf etmiş dünya tərəfindən necə qəbul olunur. "Bizim Yol"un bu və digər suallarını, Türkiyədə dərc olunan "TÖRƏ" dərgisinin Almaniya təmsilçisi, azərbaycanlı yazar Şəfəq Azər cavablandırır:


- Şəfəq xanım, bəzi ekspertlərin iddiasına görə, Azərbaycanın Qərb üçün əhəmiyyəti neftə bağlı idi və artıq neft dəyərdən düşdükcə, ölkəmizin önəmi də azalır. Həqiqətənmi neftsiz biz dünya üçün heç kimik? Və gerçəkdənmi kiçik Azərbaycanı nəhəng dünya ilə bağlayan başqa tellər yoxdur? 

- Doğrusunu deyim, dünya ölkələrinin hamısının belə düşündüyünü deyə bilmərəm, amma ilk baxışdan Azərbaycanı yetərincə tanımayan ölkələr tərəfindən bu, belə gürünür. Əgər bu, həqiqətən də belədirsə, narahat olmağa dəyər və bu, çox ciddi bir məsələdir. Biz yeraltı sərvətlərimizin hesabına nəhəng  dünya üçün əhəmiyyətli bir dövlət idiksə, demək ki, bu şansdan istifadə edib iqtisadiyyatımızı inkişaf etdirməli, ruhdan düşməməliyik, şükür ki, ən azından dünyada buna görə tanınırıq. Bizlər dünyanın diqqətini çəkmək üçün deyil, millətimizin, xalqımızın rifahı üçün əlimizdən gələni etməliyik. Yoxsa sərvətimizi  dünyanın bizi tanımasına sərf etməli deyilik. Bunu birdəfəlik dərk etməliyik ki, dünyada bizim yeraltı sərvətimizdən başqa təhsilimiz, elmimiz və bununla da inkişaf etmiş dövlətimiz də var.  

Biz ailəlikcə Qərbin ən inkişaf etmiş ölkələrinin, məsələn, Almaniyanın və digər ölkələrin mətbuatını daim izləyirik. Bəzən ölkəmizə aid yanlış məlumatlar da eşidirik, oxuyuruq. Bu, vətənini sevən birisi kimi bizi çox narahat edir. Lazım gəldiyində iradımızı bildirir, ölkəmiz haqqında müsbət fikirlər yaradırıq. Gənc Azərbaycanı nəhəng ölkələrlə bir tərəziyə qoymağın yanlış olduğunu dilə gətiririk. Biz ölkəsində müharibə vəziyyəti yaşayan, hər gün şəhid verən bir ölkə kimi demək ki, çox inkişaf etmişik.  Əgər mənim xalqım problemsiz, yaxşı yaşayacaqsa, o zaman dünya bizə həsəd aparacaq. Mən buna inkişaf deyərdim, mən buna dünya məni tanıyır deyərdim. Hər birimiz bu istiqamətdə addımlar atsaq, dövlətimizə kömək etsək, daha yaxşı olmazmı? Hər kəs öz işini layiqincə yerinə yetirsə, biz dünyanın diqqətində olacağıq. Allahdan arzum budur ki, biz Azərbaycan insanları bunu birdəfəlik dərk edək, bu yolda əlimizdən gələni əsirgəməyək.

- Ümumiyyətlə, Azərbaycanın xarici siyasəti, dünyaya inteqrasiya olunmaq yolunda atdığı addımlar kənardan necə görünür? 

- Azərbaycan gənc bir ölkə kimi keçmiş Sovet ölkələri arasında irəlidə gedənlər sırasındadır desəm, səhv etmiş olmaram. Azərbaycan dünyaya inteqrasiya edir və inteqrasiya prosesində daim qalmağa böyük dayanıqlıq göstərir. Bu, böyük nailiyyətdir. Amma bunlarla kifayətlənmək olmaz və hər an ayıq olmalı, sürətli bir şəkildə, planlı bir şəkildə Azərbaycan siyasətini həmişə prioritet istiqamətlərdə davam etdirməliyik. Bilirsiniz ki, son dövrlərdə bütün sahələrdə dinamik inkişaf gedir və bu dinamika çox hallarda iqtisadi və siyasi tənəzzüllərə gətirib çıxara bilər. Belə bir neqativ cəhətin qarşısını almaq üçün Azərbaycan hüdudlarından kənarda yaşayan qabaqcıl soydaşlarımızın fikrini bilməkdə yarar vardır deyə düşünürəm. Çünki fərqli ölkələrdə həmişə fərqli siyasət, fərqli strategiyalar vardır. Bu yöndə bizlərin də qatqısı olduğu üçün, topladığımız təcrübələrdən yararlanaraq indiki çətin dövrdə Azərbaycanımıza kömək olacağına əminəm. Bu yolda xalqımıza dövlətimizə uğurlar arzu edirəm. 

- Kənardan yanlış görünən mənzərənin əsl reallıqlarını yaşadıqları cəmiyyətlərə çatdırmaq üçün xaricdə yaşayan soydaşlarımız nə kimi fəaliyyətlərdə bulunurlar? 

- Müşahidələrim onu göstərir ki, bəzi Azərbaycanın hüdudlarından kənarda yaşayanlar bir hadisəni doğru və dürüst araşdırmadan, o hadisə haqqında yalnış məlumat yayır və  ölkəmizin nüfuzuna xələl gətirirlər. Buna son verilməli, insanlarımıza doğru olanı anlatmalı və ölkəmiz naminə, millətimizin gələcəyi naminə hamımız birlikdə addımlamalıyıq. Qısa bir misal: əgər ailədən biri həmin ailənin sirrini başqasına danışırsa, düşmənlər bunu bir alət kimi sənə qarşı istifadə edər və bu ailə ya dağılar, ya da iflasa uğrayar, nüfuzdan düşər. Əgər bu yanlışlıqdan biriləri nəticə çıxarıb öz yanlışını düzəldərsə, o zaman hər şey qaydasına düşər. Bizlər də hər birimiz yanlışlıqlardan nəticə çıxarmalı, bizi  eybəcər, çirkin göstərən güzgünü göstərmək deyil, o çirki təmizləməliyik. O eybəcərliyi aradan qaldırmalıyıq. 

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]