Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Bu, «O» deyil!

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
30/1/2016 [00:02]
Baxılıb :
1336 dəfə

Sənin duyğularında əmin olmayan bir dəstə məşuqu əldə saxlamaq artıq sevildiyində yüz faiz əmin olan bir kişini yanında saxlamaqdan daha asandı.
Peyc Mitçel

Çox təəssüf, amma artıq bir ərin olandan sonra kişi tapmaq min dəfə asan olur. Ya özündə əminliyin artır, bir dəfə alınıb deyə min dəfə də alınar düşünürsən və bu məsələ artıq mürəkkəb, həlledilməz görünmür. Ya da kişilərin bekar qadın görəndə beynində yanıb sönən qırmızı təhlükə siqnalı işə düşmür və onların məsuliyyət qorxuları, qadının dalında dayanmağa, mühafizə və arxa olmağa məcbur edən instinktləri işə düşmür. Həmin səbəbdən səmimi və hətta dost ola biləcək qədər açıq olurlar. Qadınlar da təbiətcə qiyamçıdır, seçimdə uğursuzluq olarsa çox vaxt özlərinə qarşı çıxır və özlərini didirlər. Ona görə də məsuliyyətli addımı atmazdan əvvəl qadınların bir qədər məlumatlı olmaları lazımdır.

Sevib seçmək, yoxsa düşünüb getmək?!
Bu, "O"durmu, ya yox?! Hər ailə qurmaq astanasında duran qadın bu sualı özünə bəlkə də min dəfə verir.  Heç kim səhv eləmək, peşman olmaq istəmir. Ətrafda  o qədər müxtəlif keyfiyyətli insanlar dolaşır, hərəsinin də öz həyat fəlsəfəsi. Adama elə gəlir ki, cəmiyyətdə "Bu, mən istəyən deyil", "Bu, mənim seçimim ola bilməzdi" fikirləşib peşman olanlar daha çoxdu. Kiminsə nəvazişi azdı, kiminsə maddi durumu müvafiq deyil, kiminsə çiyinlərinə ağırlığı çox düşüb, kiminsə həyatda ruhi rahatlığı, müvazinəti çatışmır. Bu narazılıqlar içimizdə gəzdirdiyimiz sevgi modelinə heç müvafiq gəlmir. Hamı da bilir ki, seçim məsələsində həmişə iki yol var: ya sevib, ya da variantları hesablayıb həyat yoldaşı seçirsən. Biri dədə-baba yolu, o biri müasir zamanın verdiyi azadlıqlardan biridir. Keçmişdə qıza elçi gələndə çox vaxt qızın özü xəbər tutmazdı. Böyüklər yığışıb məşvərət edər, bir tək  maddi durumu deyil, bütün variantları nəzərə alar, götür-qoy edər və sonda namizədi araya çıxaraq, ya yox deyə qərar verərdilər. Qızın azadlığı bundan sonra başlaya bilərdi. Demokratik ailələrdə "Məşədi İbad" operettasındakı kimi "Qızım sənə başmaq alım?" kimi ehtiyatla soruşula bilərdi. Amma sonunda "Qızım səni ərə verim?" sualının cavabı "Yox, dədə, qurbanın olum" olmamalıdı. Çünki bunu deməmişdən əvvəl qız da əsas tutduğu meyarları bilməli idi. Keçmişdə "Axı, sevirəm!" həlledici rol oynamırdı. Bu günün elçiliyində isə "Neynək, sevirlər də" ən vacib və həlledici məqamdır. 

İstəyirsən üz, istəmirsən bat
Hər iki variantı araşdıraq: Götür-qoy edib ailə qurmaq çox vaxt uğurlu alınardı. Elçiliyə gələnlər, ya daha əvvəl ara düzəldənlər sanki bağlanacaq müqavilənin ilkin şərtlərini açıqlayardı. Hər qadının anlaya biləcəyi dildə bütün parametrlər, evin ölçülərindən tutmuş adaxlının boy-buxununa qədər təqdim edilirdi. Evin otaqlarının sayı və içində yaşayan sakinlərin miqdarı və xasiyyətnamələri də göstərilirdi. Bütün bu sadalananlar əsas namizədin portretinin cizgilərini təşkil edərdi. Bu koordinat sistemi və hesablama qaydaları hamı üçün aydın və anlaşıqlı idi. Təqdim olunanları qəbul etmək də olardı, etməmək də. Bu sistemdə ümidqırıqlığı az olurdu, çünki xeyir və şər anlayışları bir-birindən ayrı olduğu kimi hər şey aydın idi. İndi bu boyda meyarlar institutu artıq işləmir. Ara düzəldənlər də müvafiq peşəkarlığını itirib. Cavanlar olmasa da yaşlı nəsil bu sistem üçün hətta darıxır da. Çox rahat idi, sən gedib nə eləməli idinsə, onu da edirdin. Necəsə sevgi də, bağlılıq da gəlib çıxırdı. Yaxud gəlməsə də insana dərd olmurdu. Həyat sakit dənizə bənzəyirdi, istəyirsən üz, istəmirsən bat.

Sevgi partlayışdı, ailə isə hadisə yeri
İndiki ailələrdə dəqiq meyarları sevgi əvəz etməlidir. Sevgi isə hamı bildiyi kimi, qeyri-dəqiq, hətta sürüşgən meyardır. O, daha çox partlayışa bənzəyir, ailə gəmisini bərkitməli olan mıx və çəkicə deyil. Sevmək hər şey alınarsa böyük sevinc bəxş etsə də, ümumilikdə ağrılıdır. Sevgi çatışmazlıqlara, əyriliklərə göz yummaq imkanı verir. Amma hayıf ki, 5-6 aydan o yana sürmür. Sonra vurulduğun adamı sevməyi öyrənməlisən. Bu bacarığın yoxsa, həyatın kiçik partlayışlardan ibarət karvana bənzəyəcək.
 
Əlbəttə, hər kəsin içində bu barədə intuitiv biliklər var. Ev-eşik necə qurulmalıdı, ailədə münasibətlər necə olmalıdı, qohumlarla necə davranmalısan. Amma bu biliklərlə ev qurmaq naşı ustanın tikdiyi evə bənzəyəcək. Gah borusu axıdacaq, gaz divarı əyri olacaq, gah tavanı töküləcək. Yenidən düzəltməli olacaqsan, çünki bunun səndən başqa kimsəyə aidiyyəti yoxdur.  
Yetkinlik yaşına təzə çatmış qızın həyat təcrübəsi hardan olsun axı? İlk baxışdan namizədin kimliyini necə anlasın? Yaxşı ki, müasir zamanın bir vaxtlar pıçıltıyla danışılan mövzuları ictimailəşdirmək kimi dəyərli xüsusiyyəti var. Kimin nə sözü varsa internetə deyir. Yoxsa ki, cavan qızlar bütün bu çoxbilmişlikləri hardan öyrənəsidi? Sizə 5 kişi növünü təqdim edirik. Bunlar evlilik üçün tamam yararsızdı. Ola bilər kimsə maraqlı və məzəlidir, amma ailə qurmaq fikrindəsiz və beləsinə rast gəlmisiz, ayıq olun, aldanmayın.

Göyçək kişi
Təsəvvür edin, küçəylə gedirsiz, Di Kaprio, Tom Kruz və Conni Deppin ən yaxşı keyfiyyətlərini özündə birləşdirmiş birisi qarşınıza çıxır. O qədər gözəldi ki, hər gözünü bir milyona dəyərləndirmək olar. Bunu o da bilir. Əriməyə tələsməyin. Çünki bu tip münasibətlərdə sizin yerinizi tutmağa çalışacaq. Adətən qadın özünə bu qədər diqqət verməyi icazə verir. O, massaja da, bahalı restoranlara da, dəbdəbəli qonaqlıqlara da, adlı-sanlı idman salonlarına getməyi də sizdən üstün tutacaq. Cibində boşluq əmələ gələndə sizin cibinizə də girməyə utanmayacaq. Axı işləməyə vaxtı yoxdu. Amma onu da bilin ki, belə göyçək kişilər yerdə qalmır. Həmişə maraq dairəsində olurlar, xüsusilə də imkanlı xanımların marağında. Təbiətcə böyük eqoist olduğundan çətinə düşəndə ondan kömək gələcəyini heç gözləməyin də. Qaranlıq döngədə qarşınıza təhlükə çıxarsa bu göyçək kişi uzun məsafələrə qaçış üzrə dünya rekordu nümayiş edə bilər. 

Kefcil kişi
Beləsi yığıncaqda qarşınıza çıxsa bütün axşamı sizi əyləndirib maraq dairənizi ələ alacaq. Lətifələr, gülməli əhvalatlar, yerində deyilmiş ifadələr - hamısı məzəli səslənir. Onunla vaxt elə bil uçur. Kefcil kişi ilə hər yerə, operaya, qonaqlıqlara, gəzintiyə də getmək maraqlı olur. Hamı da onu sevir. Amma həyat ciddi olanda, daha doğrusu ciddi problemlərlə üzbəüz qalanda kefcil kişi öz adəti üzrə onları da bir qucaq zarafatla həll eləməyə çalışacaq. Problemlər qapı ağzında olanda "Gülə-gülə yaşamaq lazımdı", "Sən gülümsəsən cavabında hamı güləcək" tipli frazalar artıq yersiz görünməyə başlayır. Onun zarafatcıllığı ruhi travma nəticəsində, ya da natamamlıq kompleksinin nəticəsində yarana da bilər. Onu ciddiləşməyə məcbur etmək də olmur, çünki cavabında nəsə gülməli bir söz deyəcək. Daim gülən, zarafatlaşan orqanizm çoxlu enerji itirir. Ona görə də beləsi adamı çox tez yorur. Əsəbilik və qıcıqlılıq gəlir. Kefcil kişi vaxtaşırı görüşüb stress atmaq üçün daha rahatdı.

Pullu kişi
İlk görüşə o, mütləq bir qucaq bahalı qızılgülləri ilə gələcək. İkincidə balaca suvenir verəcək, üçüncüdə artıq zinət əşyası. Restoranlar, bahalı maşın da öz yerində. Bunu yalnız arzulamaq olardı. Amma nağıl onun təsirinə tam düşənə qədər çəkəcək. O, sizin tam təsir altında olduğunuzu qəti biləndən sonra marağını itirəcək. Bəzən ən pis hallarda xərclədiyini geri almağa da cəhd edə bilər. O, qadın kolleksiyası yığır. Onun kitabçasında bir zənglə heç olmasa 2 saatlıq qaçıb gələ biləcək qadınların siyahısı saxlanır. Pulu imkan verir ki, özünə belə maraqlı hərəmxana yaratsın. Onun özündə əminliyi hərəmxanasının sayından birbaşa asılıdır.

Həssas kişi
Həyatınızın ağır zamanında, kimsənin qoltuğuna başını soxub ağlamaq istədikdə həyat sürpriz olaraq belə bir kişini qarşınıza çıxara bilər. İlkin mərhələdə ona dost deyəcəksiz. O, sizi dinləyəcək, dəsmal çıxarıb gözünüzün yaşını siləcək, məsləhət verəcək, güldürüb eyninizi açacaq, səhəri gün zəng edib əhvalınızı soruşacaq. Həmin an o, bütün rəfiqələrdən lazımlı görünür. Elə bilirsiz ki, o, sizin qəlbinizin ən dərin qatlarındakı xırda detallaradək hər şeyi elə bil ki, görür. Amma zaman keçdikcə onun empatiya səviyyəsinin sizin bədən ölçüləri, xüsusilə də sinənizin ölçüsündən asılı olduğunun şahidi olacaqsız. İntimdən sonra bütün bunlar ilğım kimi yoxa çıxacaq. Kişi və qadın arasında dostluq ola bilərmi mövzusuna bu əhvalatın heç dəxli yoxdu. O, dost deyil. Hər şeyi anlayan və başa düşən insan maskası geymiş adi yırtıcıdır. Məqsədi əlbəttə ki, ali deyil və dişi uğrunda çarpışan erkək qorilladan bir o qədər də fərqlənmir. 

Zır-zır kişi
Bundan əvvəlki tipin tam əksidir. O, heç vaxt sizi ovutmağa cəhd etməyəcək. Bu iş indi sizin boynunuza düşür. Onun işdə də, dostlarıyla da problemləri var. Valideynləri onu anlamır, bəzi hallarda yetim olduğunu deyir. Siz rəhmdil olub ona dayaq olmalısız, çünki arabir intihardan da danışır. O, sizi dünyanın ən yaxşı qadını olduğunuza inandıracaq. Ən həssas, ən incə, ən xeyirxahı olmaq əlbəttə çox xoşdur. O, deyəcək ki, anası çox qəddar və sərtdir. Siz onun yerinə keçib ana rolunu oynamağa başlayacaqsız. Artıq bu yerindən başlayaraq hörümçək toruna düşmüş milçək kimisiz. Sizin balaca vampiriniz enerjinizi xımır-xımır sümürür. Qımıldanmaq istəyən kimi o, dərhal başını sinənizə qoyub zıqqıldayacaq. Əmin ola bilərsiz, bu, müvəqqəti depressiya deyil, həyat tərzidir. Bu tamaşa onu bezdirənədək davam edəcək. Yenilik istəyən kimi onun gözlərinin necə parıldadığını, qəddini qaldırıb gələcəyə inamla baxdığını da görəcəksiz. Deməli onun yeni partiyası, şikayət eləməyə təzə namizədi əmələ gəlib. 

***

Bunu yəqin bütün qadınlar bilir, kişilər qadın haqqında mübaliğələrlə, şişirtmələrlə danışanda çox gülünc görünür. Amma yenə də hər qadın kişidən bir cümlə kompliment gözləyir. Əslində qadını çiçəyə, gülə bənzədən şairlər də əttökən görünür. Ola bilər, qadını ilk dəfə çiçəyə bənzədən şair dahi olub, amma yerdə qalanı axmaqdır. Qadın haqqında pis danışan kişilər də az deyil. Adətən, bütün qadınları yıxıb sürüyən kişi ürəyində birisini nəzərdə tutur. Odur ki, əsl tayımızı tapaq ki, həm gülünc görünməyək, həm də xoşbəxt ola bilək.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]