Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Azərbaycan heç bir ölkəyə qarşı savaş açmayıb”

“Azərbaycan heç bir ölkəyə qarşı savaş açmayıb”
Bölmə :
KİVDF
Yayım tarixi :
29/1/2016 [11:14]
Baxılıb :
893 dəfə
Fərid Şahbazlı: “Ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları bir sıra beynəlxalq təşkilatlara üzv olmaqla bərabər, həmtəsisçi statusunda çıxış edirlər”
“Düşünürəm ki, Vaşinqtonda keçiriləcək sammitdən sonra Azərbaycanla ABŞ arasında münasibətlər bərabərhüquqluluq prinsipi çərçivəsində uğurla inkişaf edəcək”

Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında münasibətlərin yaranması müstəqilliyimizin ilk illərinə təsadüf edir. 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra Amerika onu tanıyan ölkələr arasında ön sıralarda yer aldı. Diplomatik münasibətlər isə 1992-ci il fevralın 28-də quruldu. Həmin ilin mart ayında ABŞ-ın Azərbaycanda, 1992-ci ilin noyabr ayında isə Azərbaycanın Amerikada səfirliyi fəaliyyətə başladı. 

Rəsmi Vaşinqton Azərbaycan neftinin və qazının dünya bazarlarına çıxarılması məsələsində ölkəmizin həyata keçirdiyi siyasəti daim dəstəkləyib. ABŞ-ın nüfuzlu şirkətlərinin də iştirakı ilə  1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" bunun ən gözəl nümunəsidir. Bir çox beynəlxalq ekspertlər tərəfindən əfsanə hesab olunan Bakı - Tiflis - Ceyhan neft kəməri məhz ABŞ administrasiyasının dəstəyi ilə inşa edilmiş və istifadəyə verilib. Bu neft kəmərinin tikintisi Azərbaycana öz resurslarını beynəlxalq bazarlara çıxarmaq imkanı yaratmaqla bərabər, həm də  yeni enerji dəhlizi, yeni  marşrut kimi önəm qazanıb.

Azərbaycanın xüsusilə etibarlı tərəfdaş olması, gündən-günə daha da güclənməsi, daxili və xarici siyasətini daim qlobal çağırışların tələbləri çərçivəsində yeni meyarlarla zənginləşdirməsi və Cənubi Qafqazın aparıcı dövləti kimi regionun qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsi istiqamətində mühüm diplomatik-siyasi səylərini əsirgəməməsi dünyanın aparıcı dövlətlərinin, xüsusilə ABŞ-ın diqqətini cəlb edir. Bu reallığı ifadə edən Amerikanın dövlət xadimləri, siyasətçiləri və ekspertləri Amerika üçün ölkəmizin, hətta inkişaf etmiş Avropa dövlətlərindən daha etibarlı tərəfdaş, müttəfiq  olduğunu qeyd edirlər.
Bununla yanaşı, "Ərəb baharı", Wikileaks olayı, Amerika əsgərlərinin İraqdan çəkilməsi, Əfqanıstan tranzitinə diqqətin azalması, Birləşmiş Ştatların Yaxın Şərq və Cənubi Qafqazda bəzi separatçı qüvvələri dəstəkləməsi, həmçinin ABŞ-la Avropanı bürüyən iqtisadi çətinliklər və Nabucco kimi bahalı layihələrin gündəmdən düşməsi Vaşinqtonun regionda maraqlarını həvalə etdiyi bir çox müttəfiqləri kimi, Azərbaycanla da münasibətlərinə təsirsiz ötüşməyib. Bu soyuqluq dərinləşməkdə davam etdi və rəsmi Bakı Vaşinqtondan öz siyasətini yenidən gözdən keçirməsini, aradakı etimadı sarsıdacaq addımlardan çəkinməsini tələb etdi.
Ötən il də davam edən soyuqluğun ardından, münasibətlərdə yeni səhifə aça biləcək hadisə yaşandı. ABŞ Prezidenti Barak Obama azərbaycanlı həmkarı İlham Əliyevi Vaşinqtonda keçiriləcək Qlobal Təhlükəsizlik Sammitinə dəvət etdi. Ermənistanın deyil, məhz Azərbaycanın rəhbərinin bu tədbirə dəvət edilməsi siyasi müşahidəçilərin diqqətini cəlb etdi. Bu iki dövlət arasında əlaqələrin yenidən möhkəmlənəcəyi, yeni səhifə açılacağı, münasibətlərdəki soyuqluğun aradan qaldırılacağı yönündə mülahizələr yürüdülməyə başladı. Bu və digər mövzular, həmçinin gənclərimizin Azərbaycanın xarici siyasətində nə dərəcədə rol üstlənmələri, beynəlxalq aləmdə uğur qazanılmasında nə kimi fəallıq göstərdikləri məsələsində "Bizim Yol"un suallarını "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı cavablandırır:

- Azərbaycan xarici siyasətdə seçimə sürüklənir sanki. Bir tərəfdə təhlükəli qonşular - Rusiya və İran, digər tərəfdə güclü Qərb dünyası və qardaş Türkiyə. Bizim yolumuz nə olmalıdır?
- Həqiqətən də, bölgədə və dünyada siyasi ehtirasların son dərəcə alovlandığı, bir sıra ölkələr arasında münasibətlərin ciddi şəkildə kəskinləşdiyi bir dönəmdəyik. Şübhəsiz ki, bu proseslər geosiyasi mövqeyi, müstəqil xarici siyasət yürütməsi və dünyada hər ötən gün artan nüfuzundan dolayı Azərbaycandan da yan keçə bilməz. Düşünürəm ki, belə mürəkkəb siyasi situasiyada Azərbaycanın yürütdüyü xarici siyasət kifayət qədər məqsədyönlü və uğurludur. Bu siyasət Azərbaycanın milli və dövlət maraqlarına söykənməklə, dövlətimizi belə gərgin şəraitdən maksimum az zərərlə çıxarmağa xidmət edir. Düşünürəm ki, xalqdan da böyük etimad görən bu siyasət qətiyyətlə davam etdirilməlidir.
- Son zamanlarda Azərbaycanla ABŞ arasında soyuq savaş yaşanırdı. Və bu günlərdə Barak Obama azərbaycanlı həmkarı İlham Əliyevi Vaşinqtonda keçiriləcək Qlobal Təhlükəsizlik Sammitinə dəvət etdi. Sizcə, bu jest idimi və nəyə hesablanıb? 
- Azərbaycan heç bir ölkəyə, o cümlədən ABŞ-a qarşı savaş açmayıb. Əksinə, ölkəmiz zaman-zaman Azərbaycanın müstəqil xarici siyasətindən narahatlıq keçirən beynəlxalq dairələrin hədəfinə çevrilib. Azərbaycan bütün ölkələrlə qarşılıqlı hörmətə və etimada əsaslanan əməkdaşlıqda maraqlıdır. Hər kəs qəbul etməlidir ki, Azərbaycanla təhdid dilində danışmaq yolverilməzdir və bu yolla müstəqil siyasət həyata keçirməkdən çəkindirmək mümkün deyil. Bu mənada düşünürəm ki, Barak Obamanın Prezident İlham Əliyevi Vaşinqtonda keçiriləcək Qlobal Təhlükəsizlik Sammitinə dəvət etməsi Cənab Prezidentin şəxsi siyasi nüfuzuna və Azərbaycanın bölgədə artan siyasi gücünə olan adekvat münasibətdir. 
- İlham Əliyevin həmin sammitdə iştirakı ABŞ-Azərbaycan münasibətlərində yaranan soyuqluğu aradan qaldıra bilərmi və hansı yeni səhifələr açıla bilər? 
- Qeyd etdiyim kimi, Azərbaycan bütün ölkələrlə qarşılıqlı hörmətə əsaslanan faydalı əməkdaşlıq münasibətlərinin qurulmasına çalışır. Ölkəmiz uzun illərdir ki, terrorçuluqla mübarizə, hərbi əməkdaşlıq və bir sıra digər sahələrdə ABŞ-la yaxından əməkdaşlıq edir. Şübhəsiz ki, bu sammitdə Azərbaycanın iştirakı ikitərəfli münasibətlərin gələcək inkişafı xüsusunda olduqca əhəmiyyətli məqamdır. Düşünürəm ki, Azərbaycanla ABŞ arasında münasibətlər bu sammitdən sonra da bərabərhüquqluluq prinsipi çərçivəsində uğurla inkişaf edəcəkdir.  
- Necə düşünürsünüz, Azərbaycanın taleyüklü məsələlərinin həllində gənclərin rolu artıbmı? Məsələn, Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında gənc nəsil nə işlər görə bilir?
- Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti həyata keçirilir. Bu siyasətin mahiyyətində Azərbaycan gəncliyini dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda dünyadakı rəqabət şərtlərinə davam gətirəcək səviyyədə intellektual və mobil qüvvə kimi görmək istəyi dayanır. Bu siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncliyinin ayrı-ayrı təmsilçiləri hakimiyyətin müxtəlif qollarında təmsil olunmaqla, dövlətin idarəçiliyində yaxından iştirak edirlər.
Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təbliği məsələsi Azərbaycan gəncliyinin qarşısında duran ən ümdə vəzifələr sırasında ilk pillədə gəlir. Gənclərimiz həm fərdi qaydada, həm də gənclər təşkilatları səviyyəsində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ifşası istiqamətində fəal iş aparırlar. Xüsusən də xaricdə təhsil alan gənclərimiz Qarabağ həqiqətlərinin təbliği işində yaxından iştirak edərək, oxuduqları universitetlərdə bununla bağlı konfranslar, seminarlar, aksiyalar təşkil edirlər. Gənclərimizin bu fəaliyyəti Azərbaycanın milli donor institutları tərəfindən də aktiv şəkildə dəstəklənməkdədir. 
- Bu gün gənclərimizin, gənc fəallarımızın, gənclər təşkilatlarımızın nə kimi beynəlxalq əlaqələri var? 
- Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətinin məntiqi davamı olaraq ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları bir sıra beynəlxalq təşkilatlara üzv olmaqla bərabər, həmtəsisçi statusunda çıxış edirlər.  Buna misal olaraq, Avropa Gənclər Forumu, BMT-nin İqtisadi və Sosial Şurası, Dünya Gənclər Assambleyası və bir sıra digər mühüm  beynəlxalq qurumları göstərmək olar.  Belə nüfuzlu beynəlxalq qurumlarda təmsilçilik gənclərimizin Azərbaycan həqiqətlərinin dünyada təbliği işindəki fəaliyyətində olduqca mühüm tribunadır.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]