Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İşini itirmək təhlükəsi ilə üz-üzə qalanların NƏZƏRİNƏ

İşini itirmək təhlükəsi ilə üz-üzə qalanların  NƏZƏRİNƏ
Bölmə :
Müsahibə
Yayım tarixi :
29/1/2016 [10:52]
Baxılıb :
6792 dəfə
Şirkətlərdən, bağlanan banklardan çıxarılan vətəndaşlar taleyin ümidinə buraxılır
Qanun işini itirənlərin hüquqlarını müdafiə edir, amma iş sahibləri həmişə «çıxış yolu» tapırlar

Ölkədə yaranan ağır iqtisadi böhrana görə kütləvi ixtisar aparılır. Manatın sonuncu devalvasiyasından sonra bu məsələ daha da aktuallaşıb. Gəlirləri azalan, xərclərini ödəyə bilməyən bir çox şirkətlər əməkdaşların sayını azaltmaqla vəziyyətdən çıxmağa çalışırlar. Bu səbəbdən yaranan çoxsaylı işsizlər ordusunun sırasına son günlər bir-birinin ardınca bağlanan bankların yüzlərlə əməkdaşının qoşulacağı gözlənilir.  1 həftə ərzində 6 bankın rəsmən  bağlanması, bəzi bankların birləşdirilməsi nəticəsində minlərlə insan işini itirib və prosesin davam edəcəyi təqdirdə onların sayının daha da artacağı istisna deyil. 
Dövlət tərəfindən aparılan islahatların nəticəsində işini itirən şəxslərin yeni iş yeri ilə təmin olunmasının məsuliyyəti kimin üzərindədir? Dövlət bu şəxslərin sosial təminatı üçün hansı addımlar atmalıdır? 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov "Bizim Yol"a açıqlamasında bildirib ki, həmkarlar ittifaqı olan müəssisə və təşkilatlarda işəgötürən işçiləri işdən çıxarmazdan əvvəl bu barədə həmkarlar ittifaqını xəbərdar edir. "Həmkarlar ittifaqı bu məsələyə baxandan sonra ki, hansı səbəbdəndir, məsələ həllini tapa bilər. Amma həmkarlar ittifaqının mövcud olduğu müəssisələrdə işəgötürən işçini çıxarsın, yaxud ixtisara salsın, belə söhbət ola bilməz" - deyə N.Ağamirov qeyd edib. 

"Dedilər ki, biz işçiləri ixtisar etmirik, sadəcə müqavilənin vaxtı qurtarıb"

Bir ay əvvəl bankdakı işi ilə vidalaşmalı olan Samir Bədəlov  "Bizim Yol"a bildirib ki, ilk devalvasiyadan sonra bankda ixtisarların olması ilə bağlı söz-söhbət dolaşsa da, rəhbərlik buna getmədi. "Aşkar şəkildə bildirilirdi ki, ixtisarlar zamanı işdən çıxarılan işçiyə 2 aylıq əməkhaqqı məbləğində kompensasiya verilməlidir və bank da buna getmir. Noyabr ayında isə ixtisar məsələsi yenidən gündəmə gəldi. İşçilər dəfələrlə rəhbərlikdən kimlərin işdən çıxarılacağı ilə bağlı məlumat almaq istəsələr də, rəhbərlik hər dəfə məlumat verməkdən yayınırdı. Hər dəfə deyilirdi ki, ixtisar zamanı onsuz da ya məlumatlandırılacaqsız, ya da kompensasiya veriləcək. Dekabr ayının əvvəllərindən artıq işçiləri bununla bağlı məlumatlandırmağa başladılar və ayın sonunda ixtisara düşənlərin siyahısı məlum oldu. İki aylıq kompensasiya məsələsinə gəldikdə, bildirildi ki, biz işçiləri ixtisar etmirik, sadəcə olaraq müqavilələr bir il müddətinə bağlanıb, onların müddəti isə dekabrda başa çatır. Müqavilənin müddətinin bitməsilə bağlı işdən azad olunanlara hər hansı kompensasiyanın verilməsi qanunda nəzərdə tutulmayıb. Beləliklə biz heç bir müavinət almadan, eyni zamanda əvvəlcədən xəbərdar olunmadan öz işimizi itirdik" - deyə S.Bədəlov bildirir.

Sahib Məmmədov: "İşdən çıxarılanlara Əmək Məcəlləsində nəzərdə tutulan minimal paketlər təqdim olunmalıdır"

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov isə "Bizim Yol"a açıqlamasında dedi ki, işçilərin işdən çıxarılması və ya ixtisara salınması qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmalıdır. "İxtisarlar əsasən özəl sektorda aparılır. Bağlanan və ya birləşdirilən banklar da özəl kommersiya qurumlarıdır. Bu sektorda işçilərin ixtisarı qaçılmaz olduğu halda, ən azından Əmək Məcəlləsində göstərilən sosial paketi təqdim etməlidirlər. Ya da Azərbaycan Dövlət Neft Şirkəti kimi daha üstün paket təqdim edə bilərlər. Bunu etməsələr belə, Əmək Məcəlləsinə əsasən, həmin işçilərə iki ay əvvəldən yazılı xəbərdarlıq edilməlidir. Bu iki ay ərzində iş axtarmaq üçün həftədə bir gün işə gəlməmək hüququna malikdirlər və həmin günlərin də əməkhaqqı ödənilməlidir. Həmin iki ay ərzində iş tapa bilməsələr, onlara 1 aylıq orta aylıq əməkhaqqı məbləğində müavinət verilməlidir. Əgər həmin şəxs Məşğulluq Mərkəzində uçota durubsa və arayış gətirirsə ki, layiqli işlə təmin edilə bilməyib, ona ikinci və üçüncü aylar üçün də kompensasiya ödənilməlidir. Bundan başqa, tərəflər razı olarsa, bu prosedurları keçmədən də işəgötürən işçiyə iki aylıq əməkhaqqı məbləğində təzminat ödəyə bilər. Bu zaman işçinin Məşğulluq Mərkəzində uçota durub-durmamasının əhəmiyyəti yoxdur. Bunlar Əmək Məcəlləsində nəzərdə tutulan minimal paketdir. Amma biznes qurumu başqa fərqli paketlər də nəzərdə tuta bilər. Məsələn, qeyd etdiyim kimi, ARDNŞ-də 5 aylıq orta aylıq əməkhaqqını bir dəfədə ona təqdim edirlər. Digər uyğun təkliflər də ola bilər. Ən azından belə güzəştlərə gedilməlidir. Ümumiyyətlə ən yaxşısı odur ki, ixtisarlar baş verməsin. Prezident də çağırış edərək, biznesi sosial məsuliyyətə dəvət etdi. Ölkə başçısı bildirdi ki, işçiləri ixtisar etməsinlər, əksinə, əlavə işçilərin işə qəbulunu həyata keçirsinlər. Artıq bu çağırışa qoşulanlar da var. Amma banklarda ixtisar və işdən çıxarılmalar qaçılmaz olacağı halda, ən azı bu işləri görməlidirlər" - deyə ekspert bildirdi.

Bankda işləyənlər bu sektorda dövlətin apardığı islahatlar nəticəsində işini itirib, o zaman hökumət hansı addımlar atmalıdır? Bu suala cavabında S.Məmmədov bildirdi ki,  əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov atılacaq addımların anonsunu verdi. Bunlardan biri odur ki, sosial dialoq çərçivəsində məsələyə baxılmalıdır. Sosial  dialoqun üç tərəfi var: hökumət, biznes, həmkarlar ittifaqları. Bu çərçivədə şirkətlərlə danışıqlar aparılacaq ki, işçiləri ixtisar etməsinlər və işə qəbul etsinlər. İkincisi, işsizliyə görə sığorta fondunun yaradılması ilə bağlı qanunvericilik layihəsinin hazırlanmasıdır. Bununla bağlı iş gedir və bəlkə də artıq hazırdır, ictimai müzakirəsi keçiriləcək. Bazarı tərk edənlər üçün ünvanlı sosial yardımın artırılması ilə bağlı da məsələlər var. Həmçinin S.Müslümov anons etdi ki, əvvəllər krediti olanlara ünvanlı sosial yardımın verilməməsi ilə bağlı qayda ləğv oluna bilər. Nəhayət bildirildi ki, məşğulluq konsepsiyasının layihəsi üç ay müddətində hazırlanaraq, hökumətə təqdim olunacaq" - deyə S.Məmmədov qeyd etdi. 

Yeganə Məmmədova: "İşəgötürənlər maksimum bir il müddətinə müqavilə bağlayırlar"

"İM-hüquq xidmətləri" firmasının rəhbəri Yeganə Məmmədova bildirir ki, son vaxtlarda iş yerinin itirilməsi ilə bağlı müraciətlər artıb. "Dünyada və Azərbaycanda gedən iqtisadi proseslər bir çox insanların öz iş yerlərini və gəlir sahələrini itirmələrinə, maddi vəziyyətdən çətin duruma düşmələrinə səbəb olub. Buna görə də narazı qalan insanlar düşdükləri vəziyyətdən çıxış yolu axtarır, işəgötürənin haqlı və ya haqsız olması məsələsinin araşdırılması üçün müraciətlər ünvanlayırlar. Təəssüf doğurucu hallardan biri də odur ki, işəgötürənlər məqsədli şəkildə hazırkı dövrdə işçilərlə əmək müqaviləsi bağlayarkən öz hüquqlarından istifadə edərək, müqavilənin müddətinin bir il olmasını şərtləndirərək, öz gələcəklərini sığorta etmiş olurlar. Belə olan halda da işçi ilə müqavilənin bitmə səbəbi kimi, ştatların ixtisarı, müəssisənin ləğvini deyil, müqavilə müddətinin bitməsini əsas gətirərək, əmək müqaviləsinə xitam verirlər. Bəzi şirkətlərdə isə bu müddət daha azdır. Bəzən hətta müqavilələr işçilərlə bir aylıq bağlanır. Bu hal isə təbii ki, işdən azad olunan şəxslərin xeyrinə deyil, ziyanına xidmət edir" - deyə ekspert bildirir.

Y.Məmmədovanın sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsasən işəgötürənin qanunun tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ var. "Əmək müqaviləsi  işəgötürən tərəfindən müəssisə ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Ancaq işəgötürənlər iş yerlərini ixtisar edən zaman qanunla müəyyən edilmiş qaydalara riayət etməlidirlər. Belə ki, işəgötürənlər iş yerlərinin ixtisarı ilə əlaqədar işdən azad olunmuş bir sıra şəxslərə xüsusi güzəştlər etməyə borcludurlar. Xüsusilə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri sonradan həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün öz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb etməlidirlər". 

"Müəssisə tamamilə ləğv edilərkən bu hallar nəzərə alınmır"

Bundan əlavə, əmək müqaviləsinin ləğv olunmasını qanunvericiliklə qadağan edən hallar da vardır. Belə ki, işəgötürən hamilə, üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən, şəkərli diabet, dağınıq sklerozla xəstə olan, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan və s. kateqoriyalı şəxslərlə  əmək müqaviləsini ləğv edə bilməz. Lakin müəssisə tamamilə ləğv edilərkən bu hallar nəzərə alınmır. Hüquqşünas bildirir ki, qanunvericilikdə işçilərin ixtisarı zamanı da işdə saxlanmağa üstünlüyü olan şəxslər də müəyyənləşib. Belə ki, peşəkarlıq səviyyəsi daha yüksək olanlar, peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, əsgər və zabitlərin arvadına (ərinə), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara, həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara, məcburi köçkün və qaçqınlara üstünlük verilir. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar mövcuddur. 

"İşəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Bu halda işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir" - deyə hüquqşünas qeyd edir. 

Rəşad VAQİFOÄžLU / Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]