Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Yaşamağa vaxt yoxdu

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
28/1/2016 [00:28]
Baxılıb :
1252 dəfə

Səhər-səhər əhvalım xeyli düzəldi. "Neftdən sonra həyat varmı?" başlıqlı yazı adamın eynini aça bilərmiş. Ağlamalı məsələlərdən yumorla yazanda yaşam o qədər də ağrılı olmur. Əslində başlığı görüb gülümsədim və ardını oxumaq istəmədim heç. Aydın məsələdi, yenə də şikayət, bədbin proqnozlar, sonunda yəqin bir qədər işıq, bir çimdik optimizm və üzü qaranlıq tunelə doğru bir addım”¦ Çıxılmazlıq, əlacsızlıq və ölüm qarşısında insan bütün yaradıcı potensialını bir saniyəyə itirir. "Ölərik, görərik" kəlamı "Ordan hələ salamat qayıdan olmayıb" fikri ilə cüt bacıdır elə bil. Yəqin neftdən sonra da həyat yoxmuş, ya da ordan da kimsə salamat qayıtmayıb.

İşini, gələcəyə planlarını, ipotekada olduğundan evini, firavan həyatını, ruhi tarazlığını bir göz qırpımında itirənlər oldu. Bu dəfə dərd kasıb dərdi deyil, imkanlı, savadlı və bacarıqlıların dərdidi. Oğurluqla mal yığanlardan danışmayacağıq. Yerdə qalan kasıba nə var, bir parça tapıb yeyəcək və şükür edəcək. Amma ömrünü oxumağa, dil öyrənməyə, kompüter bilikləri, sosial şəbəkə zirəkliklərini mənimsəməyə sərf eləmiş insanlar var-yoxunu qumara qoyub uduzmuş kimi görünür. Axı həmişə deyərdilər, "Oxu, yoxsa süpürgəçi olacaqsan!". İndi süpürgəçilərin halı həmişəki kimidir. Dərd savadlı və bacarıqlı dərdidir. Bank sektorunun da camaatını xışmalayıb küçələrə tökürlər. İndi onlar dəqiq biləcəklər, neftdən sonra həyat var, yoxsa yox?!

Əslində sivil həyat arabasından düşüb geri qalmış adamın çoxlu boş vaxtı əmələ gəlməlidi. Axı bu günə qədər vaxt tapmaq mümkün olmurdu. Nə kitab oxumağa, nə sərgilərə getməyə, nə musiqi dinləməyə, xüsusilə də düşünməyə, təbiətlə vəhdət duymağa vaxt tapılmırdı. Hamı eyni rolu məşq eləyirmiş kimi "Özümə heç vaxtım qalmır" deyir. Qadınlar məişət qayğılarını, kişilər yem axtarışını əlində bayraq eləyib. Əslində, çox böyük riyakarlıqdı bu. İnsanın təbiətlə və cəmiyyətlə harmoniyası olmayanda yaşamaq şansı da qalmır. 

Dünyagörmüş kişilər kritik məqamlarda bir ayaq saxlayıb, isteriyaya düşməzdən bir qədər əvvəl nəfəsini dərib götür-qoy eləməyi təklif edir. Dünya bunun adını meditasiya qoyur. Biz zikr eləmək də deyə bilərik. Meditasiya da, zikr eləmək də daxili harmoniyanın bərpası və ali enerji mərtəbələrinə qoşulmaq deməkdir. Meditasiya yapmaq o qədər də çətin deyil. Bir qədər sakitlik və nəfəs alma prosesinin şüurlu nəzarətini tələb edir. Ən vacib şərt daxili dialoqu kəsməkdir. Kimdəsə bu alınarsa onunçün meditasiya mümkün olur. Bəziləri elə ilkin, yəni dialoqu kəsmə məqamında "kəsilir". Zikr eləməyin vacib şərti daimi, mütəmadi olmasıdır. Vəssalam. Şərtləri ağır deyil, amma müasir insan üçün az qala əlçatmaz görünür. Çünki biz xəstəlik başlayarkən dərhal dərman atıb prosesin qarşısını almağı sevmirik. Onda şikayət eləməyə, özünə yazığın gəlməyə, əzabkeş roluna girməyə imkanın olmur. Hamı bilir ki, bütün xəstəliklərin başında depressiya və stress durur. Amma bizim stressdən qaçmaq fikrimiz də yoxdur. Hətta özünü xilas işində də adamın canını tənbəllik alır. Bəzən məsləhət dolu bir yazını sonacan oxumağa həvəs yoxdu. 

Mahiyyətcə meditasiya o qədər sadədir ki, onu avtobusda gedərkən, avtomobil tıxacında, hətta duş qəbul edərkən də iki daş arasında eləmək mümkündü. Növbədə durarkən, gəzinti zamanı, yuxusuzluq gəlmişkən, əsəbilik incidəndə, vacib qərar verməzdən əvvəl, hətta yemək bişirərkən həyatın cilovunu bir az boşaltmaq olar: "Hər şey yaxşıdır, aramla nəfəs alıram. Nəfəsini içinə çəkəndə bu, üzü yoxuşa qalxmaq kimidir. Nəfəsi buraxdıqca aşağı diyirlənirəm”¦". Əminəm, əksəriyyəti meditasiyanın cəmiyyətin maddi problemlərdən  nisbətən azad, yüksək zümrəsinin "oyuncağı" olduğunu düşünür. Hamı özünə heç olmasa bir neçə dəqiqə vaxt ayıra bilər, xüsusilə də neftdən sonrakı həyatda.

Çox məşğul adamlarçün meditasiya üsulları yayımlansa, kitabları yazılsa, kursları  açılsa da, yükünü çiynindən yerə qoyub nəfəsini dərmək istəyənlər həmişə az olur. Məşğul görünmək xoşbəxt olmaqdan vacib gəlir sanki. Bədii əsər oxuyursansa 1-2 günə bir kişinin ömür boyunca yığdığı təcrübənin konspektilə tanış olursan. Sərgiyə gedirsənsə bir neçə dəqiqəyə rənglər sənə həyatı başa salır. Həyatda görmədiklərini filmlərdə yaşayıb duyursan. Sadalanan ləzzətlərin dadını bilməyənlər valideynin qadağası olsa da, gölməçəyə girib ayaqlarını suda şappıldadan uşaqların hərəkətinə bənzəyir. Nə olsun ki, deyirlər, eləmirəm! Müdriklər deyir ki, ölümdən sonrakı həyat yoxdu. Heç ölümün özü də yoxdu. Sadəcə bir haldan o birisinə keçid var. Ölüm son deyil, başlanğıcdı. Yəqin neftlə də belədir ”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]