Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Ankarada anlayırdılar ki, İlham Əliyev Türkiyəni müdafiə etməklə necə riskli addım atır”

“Ankarada anlayırdılar ki, İlham Əliyev Türkiyəni müdafiə etməklə necə riskli addım atır”
Bölmə :
KİVDF
Yayım tarixi :
27/1/2016 [23:06]
Baxılıb :
1476 dəfə
Rəhim Cavadbəyli: “Azərbaycan Prezidenti Moskva ilə olan sıx münasibətlərindən yararlanaraq, Türkiyə ilə Rusiya arasındakı böhranın qısa müddətdə ortadan qalxmasında ən önəmli rolu oynaya bilər”

Ötən ilin sonlarına doğru Türkiyə hava sahəsini pozan rus qırıcısının Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulması, regionun iki böyük dövlətini qarşı-qarşıya gətirdi. Türkiyənin hərbi yetkililərinin məlumatına görə, hava sərhədini pozan rus qırıcısına bir neçə dəfə xəbərdarlıq edilib, amma təyyarə Türkiyə hava sərhədini tərk etməyib və bundan sonra təhlükənin qarşısı alınıb. Bundan fərqli olaraq isə, Moskva təyyarə olayında günahsız olduğunu və Ankaranın yanlış addım atdığını iddia edərək, Türkiyə ilə əlaqələrin kəsilməsinə yönələn tədbirlərə əl atdı.

Nəticədə Yaxın Şərqdə onsuz da çox gərgin olan geosiyasi vəziyyətə yeni bir faktor da əlavə olundu. Türkiyə qırıcı təyyarəsinin Rusiyanın "Cu-24" tipli hərbi bombardmançı təyyarəsini vurmasından sonra hər iki tərəfdən həyəcan doğuran informasiyalar yayılmağa başladı. Ankara məcburən bu addımı atmalı olduğunu sübuta yetirməyə çalışsa da, Moskva heç bir arqumenti qəbul etmədən, sərt cavab tədbirlərinə əl atmaqdan çəkinmədi.

Aydındır ki, Rusiya-Türkiyə münasibətlərinin bu hadisədən əvvəlki vəziyyətdə qalması çətinləşib. Problemin geosiyasi aspektdə yarada biləcəyi fəsadlar üzərində düşünməyə böyük ehtiyac vardır. Həm də təcrübə göstərir ki, yaranmış vəziyyətdən bir sıra qüvvələrin öz məqsədləri üçün istifadə etmək cəhdlərini istisna etmək olmaz. Bu baxımdan, baş verən hadisəni hər iki tərəfin strateji səhvi kimi qiymətləndirmək mümkündür. Digər faktorlarla yanaşı, həm də ona görə ki, iki böyük dövlətin əməkdaşlıq potensialı çoxdur. Onların bir-biri ilə dil tapması geniş geosiyasi məkanda, hətta Avrasiya miqyasında sabitlik və sülhə ciddi töhfə verərdi.

Rusların iqtisadi sanksiyalara başlaması türk şirkətlərinə sıxıntı yaşatmağa başladığı bir zamanda Azərbaycandan qardaş ölkəyə böyük dəstək gəldi. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Rusiya gömrüyündə maneələrlə rastlaşan yük maşınlarının Qazaxıstan, Qırğızıstan və Tacikistana getməsi üçün öz qapılarını Türkiyəyə açdı. Rusiyadan tranzit keçid etmək istəyən Türkiyə nömrəli maşınların Xəzər dəhlizindən istifadəsinə imkan yaradıldı. Azərbaycan Prezidenti türk yük maşınlarının keçidi üçün bütün növ xidmətin göstərilməsi təlimatını verdi. Ayrıca, Azərbaycan rəhbəri hər iki ölkənin rəhbərliyi ilə olan xoş münasibətlərinə dayanaraq, Moskva ilə Ankaranın barışması üçün vasitəçi ola biləcəyinin mesajını verdi.

Beləliklə, regionda baş verən bu və digər məsələlərlə bağlı "Bizim Yol"un suallarını Türkiyədə yaşayan azərbaycanlı siyasi ekspert, İran və Cənubi Qazqaz üzrə araşdırmaçı Rəhim Cavadbəyli cavablandırır:

- Rəhim bəy, Türkiyə-Rusiya gərginliyi və Moskvanın türk şirkətlərinə qarşı sanksiya tətbiq etdiyi dövrdə Azərbaycan Türkiyə üçün yeni qapılar açdı. Bu addım qardaş ölkədə necə qarşılandı?

- Qeyd etdiyiniz təyyarə böhranı hadisələrin pik nöqtəsi olaraq, bölgəmizdə zərərli geosiyasi dəyişikliklərə səbəb oldu. Türkiyə, son 12-13 ildə Qərb, xüsusilə də ABŞ-la olan dərin siyasi-iqtisadi münasibətlərinə paralel şəkildə, Yaxın Şərqə yönəlik aktiv siyasət yürütməklə, Rusiya və digər Şərq qonşuları ilə uğurlu iqtisadi, siyasi əlaqələr yarada bilib. Bu fəal və balanslaşdırılmış xarici siyasət, başda Türkiyə olmaqla, regionun digər dövlətlərinə müsbət təsirlərini göstərərək, bölgə ölkələri arasında daha da yaxınlaşmalara səbəb olub. Bu yaxınlaşmalar və qarşılıqlı münasibətlər bölgədə yüksək templə artmaqda olan siyasi problemlərin kənar müdaxilə olmadan həll edilməsinə zamanla şərait yarada bilərdi. Ancaq bu təyyarə böhranı və ardınca Putinin böyük dövlətlərə yaraşmayan aqressiv münasibəti, Türkiyəni riskləri azaltmağa və profilaktik tədbir olaraq keçmiş siyasətini tətbiq etməyə məcbur buraxdı.

Təyyarə olayından dərhal sonra Putinin Türkiyəyə yönəlik tətbiq etdiyi olumsuz siyasət təkcə Türkiyəni deyil, eyni zamanda həm region ölkələrini, həm Türkiyəni, həm də Rusiyanın özünü olduqca mənfi proseslərə sürüklədi. Putinin aqressiv siyasəti, bölgənin kənar müdaxiləyə yol vermədən mövcud sorunların həll edilməsinə olan təşəbbüslərə zərbə oldu. Putinin bu mənfi və aqressiv siyasəti Qərbi məmnun etdi və Qərb tərəfindən bölgəyə tətbiq edilmək istənilən Böyük Yaxın Şərq layihəsinin önündə duran maneələrə zərbə oldu. Bu gərgin ortamda Azərbaycan Prezidenti İlham Əliyevin, bütün risk və problemlərə rəğmən, Türkiyənin yanında olması, qardaş ölkənin mövqeyinə dəstək verməsi olduqca cəsarətli və təqdirəlayiq addımdır və Türkiyə millət və dövlət olaraq İlham Əliyevdən bu cəsarətli çıxışını sevinclə qarşılamış və belə bir qan qardaşın varlığından qürur duymuşdur. Amma dövlət idarəçiliyi ilə məşğul olan xadimlər bunu çox yaxşı anlayırlar ki, bu qərarın icra edilməsi müddəti qardaş Azərbaycan dövlətçiliyi üçün böyük risk tələb edər.   

- Ümumiyyətlə, Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı durumu oradan necə görünür?

- Türkiyə və Azərbaycan eyni kökdən gələn, eyni dini, eyni mədəniyyəti paylaşan bir millətdir. Dövlətlərin münasibətlərinə gəldikdə isə, burada bəzi obyektiv və subyektiv amillər səbəbindən, bəzi sıxıntılar var. Türkiyə ilə Azərbaycan arasında bu birliyi və bütünlüyü daha da qabağa aparan makro siyasət müşahidə edilmir. Bunun da əsas səbəblərindən biri Türkiyənin Şərq, özəlliklə Rusiya ilə davamlı inkişafda olacaq siyasi münasibətlərin qurulması yönündə yanlışlara yol verməsi, həmçinin Azərbaycanda bu yöndə müəyyən tərəddüdlərin yaşanmasıdır. Hesab edirəm ki, hər iki dövlətdə siyasi iradə var və bu iradə qardaşlığın daha da dərinləşməsinə xidmət etməlidir.

- Bu iki qardaş ölkə arasında əlaqələrin daha da sıxlaşması üçün nələr təklif edərdiniz?
 
- Mövcud durumda görülməsi gərəkən ən əsas iş Türkiyə ilə Rusiya arasındakı siyasi gərginliyin ortadan qalxması üçün Azərbaycan Prezidenti İlham Əliyevin vasitəçi olaraq ciddi təşəbbüslərdə bulunmasıdır. Mövcud durumda qardaş ölkənin dövlət başçısı olaraq İlham Əliyev tərəfindən həyata geçirilməsi gərəkən ən önəmli şey Ankara ilə Moskva arasındakı gərginliyin bir an öncə ortadan qalxması və təyyarə böhranından qabaq mövcud olan münasibətlərin bərpasın nail olmaqdır. İlham Əliyev Moskva ilə olan dərin ilişkilərindən yararlanaraq, bu böhranın qısa müddətdə ortadan qalxmasında ən önəmli rolu oynaya bilər. 

Bundan əlavə, Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin daha da gücləndirilməsi istiqamətində addımlar atılmalıdır. Məsələn, Azərbaycanda türkçülük ideyaları gücləndirilməli, təhsil sistemində bu ideologiya xüsusi tətbiq olunmalıdır. Habelə, hər iki ölkə arasında iqtisadi və sənaye birlikəri qurulmalıdır. Rusiya ilə Türkiyə arasındakı siyasi ilişkilər Azərbaycan üzərindən öz həllini taparsa və bu ilişkilər zamanla gəlişdikcə, Moskva Azərbaycandakı milli islahatlara o qədər də riskli və təhlükəli yanaşmayacaq. 

- Yeni dönəmdə birliyimiz və diriliyimiz üçün nələr etməliyik?

Mövcud durumda həyata keçirilməsi vacib olan işləri aşağıdakı kimi sıralaya bilərik:
1. Türkiyə ilə Rusiya arasındakı gərginliyin bir an öncə ortadan qalxması və sağlam dostluq ilişkilərinin qurulması üçün Prezident İlham Əliyevin ciddi təşəbbüslərdə bulunması;
2. Türklüyün (Türkiyəçilik kimi başa düşülməsin) təbliği və dövlət siyasətinin tərkib hissəsinə çevrilərək, ön plana alınması;
3. Regional problemlərin kənar müdaxiləyə yol vermədən həllinə üstünlük verilməsi;
4. Türk və müsəlman ölkələri arasında istənilən sahələrdə gərəkli işbirliyinin qurulmasına önəm verilməsi;
5. Regional iqtisadi işbirliklərinin gücləndirilməsi;
7. Daxili siyasətdə sənayeləşmənin ön plana alınması, iqtisadiyyatın, əkinçiliyin inkişafı yolunda qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi; 
8. Gerçek Türk dünyasının varlığı ortaq Türkçənin varoluşundan keçir. Ortaq Türkçənin formalaşması da regional və qlobal siyasətdə Türk dövlətlərinin vahid blokda birləşə bilməsindən asılıdır. Bunun üçün Türkiyənin Rusiya ilə yüksək templə inkişaf edəcək istiqamətdə siyasi və iqtisadi münasibətlər içində olması əsas şərtlərdən biridir.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]