Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Dünya ilə ayaqlaşmağın yolu təhsildən keçir”

“Dünya ilə ayaqlaşmağın yolu təhsildən keçir”
Bölmə :
KİVDF
Yayım tarixi :
26/1/2016 [23:27]
Baxılıb :
1230 dəfə
Ərtoğrul Cahandar: “Xaricdə yaşayan hər bir vətəndaşımız həmin ölkələrdə Azərbaycanı təmsil edən konsul kimidir”

Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsi çox mühümdür. Eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığını tarix və xalqların iradəsi də tələb edir. Bu birlik hər iki dövlətin milli maraqlarının mərkəzində durmaqla, regional əməkdaşlığa da öz müsbət töhfələrini verir.

Bu və dünyaya inteqrasiya etmək istiqamətində "Bizim Yol"un bu dəfəki həmsöhbəti İstanbul Beykent Universitetinin iqtisadiyyatın idarə edilməsi fakültəsində magistr təhsili alan həmyerlimiz, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Türkiyə təmsilçisi Ərtoğrul Cahandardır. Onunla müsahibəni təqdim edirik:

- Milli kimliklərin get-gedə zəiflədiyi, qloballaşma dalğasının dünyanı ağuşuna aldığı bir zamanda yaşayırıq. Necə etməli ki, həm milli kimliyini itirməyəsən, həm də dünya ilə ayaqlaşa biləsən?

- Ümumi olaraq "milli kimlik" dediyimiz anlayışı bir fərdin və ya xalqın tanınmasını təmin edən mədəni xüsusiyyətlər kimi ifadə edə bilərik. Bu xüsusiyyətlər, onu digərlərindən fərqləndirir. Məsələn, Türk mədəniyyətinə sahib olan xalqlar Türk şəxsiyyətini daşıyırlar. Yəni onlar Türkdür. Necə ki, bizlər Azərbaycan Türkü olduğumuz kimi. Milli kimliklər o vaxt zəifləyər ki, o millətdə milli kimlik düşüncəsi formalaşmaz. Bizim milli kimliyimiz, bizim qürur mənbəyimizdir. Bizlər tariximizi bilməli, öyrənməli və öyrətməliyik. Bizdən sonrakı nəsillərə də milli kimliyimizlə bağlı geniş məlumatlar verə bilməliyik. 

Dünya ilə ayaqlaşmağa gəlincə isə, bu proses, təbii ki, ilk öncə təhsildən keçən uğurlu yoldur. Hər bir gənc təhsilinə önəm verə bilirsə, o, həm milli kimliyini itirməz, həm də dünya ilə ayaqlaşmağı bacarar. Təhsil bir soyun gələcək yaşamıdır. İnanıram ki, təhsilli olan hər bir gənc öz milli kimliyini qoruyacaqdır və dünya ilə ayaqlaşmağı bacaracaqdır.

- Türk kimliyi bizlər üçün qürur mənbəyidir. Bu gün bu kimliyi daşıyan ölkələr, xalqlar arasında əlaqələr istənilən səviyyədədirmi?

- Təbii ki, Türk kimliyi bizim qürur mənbəyimizdir. Biz bununla qürur duymalıyıq. Mən hər zaman demişəm, yənə də qeyd edirəm ki, Azərbaycan tarixində kimliyimizi, özlüyümüzü bizlərə unutdurmayan, tarixi şəxsiyyətlərimizə hər zaman hörmətlə yanaşmışam. Bizlər Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy və Heydər Əliyev kimi böyük şəxsiyyətlərimiz ilə qürur duymalıyıq. Çünki Azərbaycan millətinin gələcəyini düşünüb, böyük işlərə imza atmışlar. Bunun nəticəsidir ki, bu günlərə qədər Azərbaycan və Türkiyə dostluğunu, qardaşlığını gücləndirmiş, istər strateji mövqedə, istərsə də iqtisadi əməkdaşlıq, enerji, hərbi və siyasi mövzuların inkişafında birgə böyük məsafə qət etmişlər.

Ulu öndər Heydər Əliyevin çox gözəl bir sözü var: "Bir millət, iki dövlət - Azərbaycan-Türkiyə"  deyə. Çox istərdim ki, Türk kimliyinə sahib olan digər türkdilli dövlətlərlə də bütün mövqe və mövzularda əlaqələrimizi daha da inkişaf etdirək. Çünki bizlər Türk dünyası ailəsinin üzvüyük. Soyumuza, keçmişimizə sahib olmalıyıq ki, gələcəyimiz də sağlam formalaşsın. Bu, gələcək nəsillər üçün də ən əsas şərtlərdən biridir. Təbii ki, bu gün Türk kimliyini daşıyan digər türkdilli dövlətlərlə də əlaqələrimizi daha çox inkişaf etdirməliyik. Necə ki, Mustafa Kamal Atatürk Azərbaycan haqqında deyib: "Azərbaycanın kədəri və sevinci, bizlərin də kədəri və sevincidir". 

Fikrimcə, inkişaf olan yerdə, durğunluq ola bilməz. Əgər məqsədimiz Türk dünyası və böyük Turandırsa, bizlər daha çox Türk dünyası ilə əlaqələrimizi hər bir mövzuda inkişaf etdirməliyik. "Tək əldən səs çıxmaz" deyimi bu yanaşmanın isbatıdır. Biz bu yolda gücümüzü ortaya qoyub, dostluq münasibətlərimizi daim qoruyub, inkişaf etdirməliyik. 

- Dövlətlərarası münasibətlərin formalaşmasında, xalqlar arasındakı yaxınlaşmanın möhkəmlənməsində diaspor təşkilatlarının üzərinə mühüm vəzifə düşür. Sizcə, hazırda dünya ölkələrindəki Azərbaycan diasporlarının bu yöndəki fəaliyyəti qənaətbəxşdirmi?

- Belə bir deyim var: Dövləti yaradan onun millətidir. Bir millətin övladları öz vətənindən kənarda, başqa ölkələrdə yaşayarsa, orada diaspor fəaliyyəti göstərərsə, əlbəttə ki, öz ölkəsi ilə, xaricdə yaşadıqları ölkələr arasında, dövlətlər arasındakı münasibətlərin formalaşmasında, xalqlar asındakı yaxınlaşmanın möhkəmləşməsində mühüm rol oynamalıdırlar. Bu mənada diaspor təşkilatlarının üzərinə mühüm vəzifə düşür. Ümumi olaraq belə deyə bilərəm ki, xaricdə yaşayan hər bir vətəndaşımız yaşadıqları ölkələrdə, ölkəmizi təmsil edən konsullar kimidirlər. Düşünürəm ki, nə qədər işlər görsək də, gördüyümüz işlərlə kifayətlənməməliyik. Nə qədər daha çox çalışsaq, bir o qədər də böyük işlərə imza atmış olarıq. 

- Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Siz də ordakı diaspor təmsilçilərimizdənsiniz. Qardaş ölkədə diaspor fəaliyyətinə nə dərəcədə ehtiyac var?

- Bəlli olduğu kimi, Azərbaycanın əsas problemi Dağlıq Qarabağ problemidir. Bizlər xaricdə yaşayan və diaspor fəaliyyəti ilə məşgul olan gənclər olaraq, Azərbaycanın həqiqətlərini yaşadığımız ölkələrdə əlimizdən gəldiyi qədər xarici vətəndaşlara çatdırmalıyıq. Dünya bilməlidir ki, 20 Yanvarda, Xocalı soyqırımında qırılan, qətl edilən Azərbaycan xalqının başına necə vəhşiliklər və kimlər tərəfindən gətirilib. Bilməlidirlər ki, ermənilər dünyada necə bir vəhşi və qatil bir millətdir. Bunu hər kəs bilir ki, ermənilərin dövləti olmamışdır. Var olduqları ərazi, Qərbi Azərbaycan - İrəvan torpaqlarıdır. Bəli, bizlər xaricdə yaşayan və təhsil alan, özəlliklə də diaspor fəaliyyəti ilə məşgul olan gənclər olaraq, ölkəmizin həqiqətlərinin həm Türkiyədə, həm də digər xarici ölkələrdə tanıdılmasında əlimizdən gələni əsirgəməməliyik. 

Qardaş ölkə dediyimiz Türkiyənin, demək olar ki, hər bir şəhərində azərbaycanlı tələbələr təhsil almaqdadırlar. Diaspor dediyimizdə, millətin nümayəndələrinin yaşadıqları xarici ölkələrdə bir olub, bütöv olub, daha ətraflı birlik, bərabərlik şəklində ölkəsinin tarixi keçmişini, mədəniyyətini, mövqeyini xarici vətəndaşlara çatdırmaq kimi qəbul edilməlidir. Bizlər öz ölkəmizin uğurları və sıxıntılarını bölüşməli, uğurların daha çox olması və sıxıntıların aradan qalxması yolunda səfərbər olmalıyıq. 

Sözün həqiqi mənasında, Türkiyədə bir çox diaspor fəaliyyəti göstərən təşkilatlar var. Bizlər daima çalışmalıyıq ki, bir olub, diri olaq. Türkiyə bizə doğmadır, qardaş vətəndir. Bizlər bir olub nəinki Türkiyədə, demək olar ki, bütün xarici ölkələrdə diaspor fəaliyyətlərimizi artırıb, Azərbaycan həqiqətlərini dünyaya tanıtdırmalıyıq. Bunun üçün də diaspor fəaliyyətlərimizi inkişaf etdirməyimiz şərtdir.

- Bu gün Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsini necə qiymətləndirirsiniz?

- Türkiyə-Azərbaycan münasibətlərini çox uğurlu və müsbət qiymətləndirirəm. Düşünürəm ki, bu belə də olmalıdır. Çünki bizim münasibətlərimiz tarixi əsaslara dayanır. Tarix boyu bir olmuşuq. Çünki dinimiz bir, dilimiz bir və ən əsas da soyumuz birdir. Bütün türk dövlətləri də türk soyundandırlar. Tarix boyu həm Azərbaycan, həm də Türkiyə bir-birinə köməklik etmişlər. Tarixə baxdığımızda, istər 1915-ci il Çanaqqala müharibəsində yüzlərlə azərbaycanlının göstərdiyi qəhrəmanlıqlar, o cümlədən də Ənvər Paşanın başçılığı altında 20 minlik Qafqaz İslam Ordusunun qurulması, Azərbaycanın problemlərini həlli üçün türkiyəli qardaşlarımızın yardıma gəlməsi çox qürurvericidir. Əlbəttə, belə şanlı bir tarix yaşamış iki dövlət əbədi qardaşdır. Belə bir söz var: "Ət dırnaqdan ayrılmaz". Biz belə yaxınıq - "Bir bədəndə iki can, Türkiyə-Azərbaycan"ıq. İnanıram ki, iki dövlət olaraq gücümüzü inkişaf etdirib, işğal altında olan Qarabağ torpağımızı, birlik olub düşməndən geri alaraq, orada şanlı Azərbaycan bayrağımızı dalğalandıracağıq. Bizlər bir-birimizə dəyər versək, hər kəs də bizə dəyər verəcəkdir. 

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]