Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Qoynunda balaca səadət qızdırmış balaca adamlar

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
22/1/2016 [23:52]
Baxılıb :
1361 dəfə

Yazmaq lazımdı. Mütləq lazımdı. "Bəlkə yazmayım!?" kimi diversant fikirləri dərhal qovlamalıyam. Demə ki, sən və cızmaqaraların olmasa ötüşə bilər. Nəinki konkret dərgiyə, məlum insanlara, sevdiklərinə, hətta sevmədiklərinə də bir göz dağı kimi lazımsan. Hər halda belə düşünmək daha rahatdı. Onsuz da bilirsən ki, - bunu da çeşidli kitablardan oxumusan, özün tapmamısan - nədən yazacağını bilən adamdan yazar olmur. İdeya varsa əsərə ehtiyac qalmır. Yazarın beynində ideya dolaşarkən yazmaq istəyi artıq tikilmiş ev üçün doğranmış ağac kimidir. Lazımsızdır, mənasızdır, artıqdır”¦ Hətta israfçılıqdır. Yazarın varı-yoxu quruca formadır, yəni yazmaq istədiklərini qablaşdırmağa bir qutu. Onun bütün çarpışmaları, özünü didmələri, məna toqquşdurmaları forma doldurmaq üçündür. Sonunda təzəcə tikilmiş bu evdə ideya doğulacaqmı, kim bilir? İdeyalar boğulmasın deyə bir baca, nəfəslik qoymağı gərək unutmayasan.

Düşünmək həzz almaqdan çətindi. Hər şey çətindi, əslində. Şeir yazmaq da, geyinmək də, dünyanı xilas etmək də. Hamısı səndən istedad istəyir. Saçını lazımi qaydada darayıb təzə ətəyini ona kontrast koftanla uyuşdurmaq və ən əsası adam arasında özünü yüksək nöqtədə duymaq bir qarışlıq romanın təqdimat mərasimini keçirmək qədər çətindir. Lazımdırmı, ya yox, bu artıq başqa məsələdir. Kiçik bir detal gözə girdisə, məsələn, corabın sapı qaçdısa, ya da cümlənin məna daşıyıcı bir sözü yerində olmadısa nəticəsi olmur. Eybi yox, deyirsən. Səhər işə gedəndə dolabını açıb nəsə yeni geyim kompozisiyasını düzüb qoşa bilərsən. Bu səhər çayından sonra kompüterə yaxınlaşıb bir köşə guppuldatmaq qədər adi işdi. Çətini yataqdan qalxmaq istəməyəndə geyim barədə düşünmək, yazmaq istəməyəndə hər gözünə dəyən cümlədə mövzu axtarmaqdı. Söz arsenalı da paltarların kimi vaxtaşırı yenilənməlidir. Bəzən bircəcik söz adama ən öndəgedən brenddən, fransız parfümündən baha başa gəlir. Nə olacaqmış, bəyəm qəbirsanlıqda çiçəklər bitmir ki?

Cəmiyyət də təbiətin bir parçasıdı. Məlum qanunlarla inkişaf edir, genişlənir. Deməli, təbiətdə yazın gəlişini duymaq olduğu kimi cəmiyyətin də tumurcuqladığı zamanı qabaqcadan görmək mümkündür. Adam var, yağışdan 2 gün əvvəl sümükləri sızıldayır. Təcrübəsindən bilir ki, qar, yağış, yoxsa sulu qar yağacaq. Sənətkarlar da həmin işi görür. Ürəyi daim sızıldayanlar gələcəyi lap yaxşı bilər. Hamının yazısından niyabətlik tökülürsə hansı axmaq gün çıxacağını fikirləşər? 
Keçmişindən yapışanların gələcəyi parlaq olmaz. Əgər mənim bundan əvvəlki yazımı 398, onlan əvvəlkini isə 13 min adam oxumuşdusa, deməli mən 2 həftə əvvəldə ilişib qalmalıyam ki, eyforiyadan düşməyim? Mən axı bilirəm ki, gələcəyə barmaqlarının ucuyla toxuna bilənlər var. Azdı, amma var. Onlar bu günün kumirlərindən fərqlənir, ola bilər sayılıb seçilmir. Kimsə ölüb gedəcək, amma adını uca kürsüdən heç vaxt eşitməyəcək. Elələri də var ki, onların zamanı heç vaxt gəlməyəcək. Onların şansı kiminsə xatirələrində təsadüfən ilişib qalmış bir cümlə qədərdir. Amma bu cümlə əsrlər sonra kiminsə beyninə ilişib yeni bir şeylər doğuracaq. Suxurlar da həmin qaydada formalaşır, qat-qat topalanır, zamana sığınır və bir arxeoloqun hamının sözündə şübhə edib məhz bu yerdə qazıntı aparacağı günü gözləyir. Bir qədər əbədiliyə də bənzədi. 

Nəyə lazımdı bu sentimentallıq, tənbəllikdən doğan abstraktlıq, bir saniyəni əbədiləşdirmək cəhdi?! Tarixi tərpətmək, zamanı diyirlətmək lazımdı, özü də şikayətsiz filansız, zingildəmədən. Cəmiyyət sözünə qımıldanmadısa donub qalmalısan, depressiyaya düşməli, həyatın rənglərini itirməlisən? Hamı sənə istedadlı olduğun üçün, təcrübə və bilik topladığın üçün baş əyməliymiş?! Ona görə də zamanın ən əlamətdar kəsiklərində ilk əvvəl cəmiyyətin lazımsız hissəsi, qaynara düşəndə kəf kimi üzə yığılmış iddialı zümrəsini yığıb tullayırlar. Hikkəsini yığışdırandan sonra xalqın gələcəyi görünməyə başlayır. Xalqın bir təvazökar aktyoru yoxdusa, yazarı özünü azı Şekspir qədər dahi sayırsa, hər ali savadlısı özünü mənəvi elitanın nümayəndəsi bilirsə, elmi dərəcə seksual cazibə doğurursa deməli hamını bir kəfgirin ağzına verib topalayıb rədd eləmək lazımdı. Bəlkə xatırlayarsız, hansı aktyorumuz, ifaçımız müsahibə verərkən sənətinin özəlliklərini başqa peşələrdən üstün saymadı, bunun müqabilində xüsusi imtiyazlar istəmədi. Deməli, cəmiyyət səbrli olub başqa peşə sahiblərinə bagışlamadığını bunlara keçəcək eləməli, ürəyi bulansa da dözməli və onu ovcunun içində saxlamalıdır. Yəni professorlara gic-gici yazıları, dosentlərə səviyyəsizliyi, xalq artistlərinə xoruz buraxmağı, intellektsizlik və nadanlığı cəmi müdirlərə avtomatik bağışlamalıyıq. Ödül sahibləri də gün-gündən artır, çaşqınlıqlar kimi.

İqtisadi böhran zamanıdır, özünü didmək böyük israfçılıq olar. SSRİ zamanı intimliyi qadağan eləmişdilər ki, insan özünü çox incitməsin. Qoynunda balaca səadət gizləmiş balaca adamların tapdaq altında qalan vaxtıdı. Çünki yerdə qalanı qarışqa səadəti istəmir, bütün dünyanı minmək fikrindədir. İnsanlığın bir yarısı çörək axtararkən həyatda məna axtarmaq abdallıqdır. Məna konsepsiyadır, formadır. Yəni yazılacaq roman, opera, baletdir, zümzümə və bayatı deyil. Yem axtarışını səhnəyə çıxarmaq olmaz. İqtisadi durumumuz düzələr, eləyərik. Yazarıq, oynayarıq, oxuyarıq, düşünərik. İndi haydı hərə öz torpağını əkib becərməyə! Çoxluca falklor yaranasıdı, hamısı da segah üstündə”¦

Şərq mistikləri "Həyat axar sudur" deməklə başımızı piyləyib. Həyat axar, xüsusilə də şəffaf su deyil. Durğun bataqlıqlar və uğursuz filosofu hələ heç nə anlamamış çəkib aparır. Üzmək istəyənlərsə, gərək əvvəl bu zibildən çıxsın, sonra axar suyu tapsın və yalnız bundan sonra axına qoşula bilər. Amma sonunu yenə də heç kim bilmir. Üzənlərdən soruşarsız”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]