Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Azərbaycan Rusiyadan gələ biləcək təhlükələrə hazır olmalıdır»

«Azərbaycan Rusiyadan gələ biləcək təhlükələrə hazır olmalıdır»
Bölmə :
Müsahibə
Yayım tarixi :
22/1/2016 [23:48]
Baxılıb :
7426 dəfə
Sülhəddin Əkbər: «Putin yeni “qələbələr” qazanmaq istəyəcək, «uğur» üçün ən əlverişli yer isə məhz Azərbaycandır»
«Varşava sammitindən sonra ABŞ, Avropa Birliyi və NATO-nun post-sovet məkanında aktiv siyasət izləyəcəyini düşünürəm»

Neftin qiymətinin ucuzlaşması fonunda dünya siyasətində yeni düzən formalaşır. Hətta illərdir rəqib olan ölkələr dosta, yüz illərdir müttəfiq olan ölkələr isə rəqibə çevrilməkdədir. Belə bir vəziyyətdə Azərbaycanı və ölkənin daxil olduğu regionu nələr gözləyir? "Bizim Yol" qəzetinin suallarını politoloq Sülhəddin Əkbər cavablandırıb. 

- Sülhəddin bəy, neftin qiymətinin kəskin düşməsi və uzun müddət belə qalması bölgənin geopolitik durumuna necə təsir göstərəcək? 

- Bu, hazırda dünyada ən çox müzakirə olunan məsələlərdən biridir. Amma nəzərə almaq lazımdır ki, bölgə dedikdə Cənubi Qafqaz və Xəzər regionunu nəzərdə tuturuqsa, buranın üç kiçik, üç də böyük dövləti var. Yəni kiçik deyərkən Cənubi Qafqaz ölkələri - Azərbaycan, Gürcüstan, Ermənistanı, böyük regional ölkələr deyəndə isə Rusiya, Türkiyə və İranı nəzərdə tuturam. Burada neftin qiymətindən asılı olan üç əsas ölkə var: Rusiya, İran və Azərbaycan. Bu ölkələrdən ikisi Rusiya və İran həm də sanksiyalardan əziyyət çəkir. Ona görə də bölgədəki geopolitik vəziyyəti neftlə bağlı qiymətləndirərkən bu faktoru da nəzərə almaq lazımdır. Yəni İrana qarşı nüvə proqramı ilə bağlı tətbiq olunan sanksiyalar götürülsə də, ballistik raket texnologiyasının inkişafı və terrorizmi dəstəkləməsi ilə bağlı sanksiyalar hələ də qüvvədədir. Rusiya ilə bağlı sanksiyalar rejiminə isə hələlik hər hansı yenilik və dəyişiklik yoxdur. Yəni bu vəziyyətdə dünya bazarında neftin qiymətinin düşməsi sanksiyalarla birlikdə həm İran, həm Rusiya, həm də Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərəcək. Rusiya və İran hazırda aktiv xarici siyasət aparırlar ki, bu da regionun geopolitik inkişafına ciddi təsir göstərir. Sanksiyalarla bərabər neftin qiymətinin düşməsi ilk növbədə Rusiyanın aqressiv xarici siyasət aparmasına getdikcə tormozlayıcı təsir göstərəcək. Bu baxımdan Rusiyanın yaxın perspektivdə həm qonşu regionda, həm də bizim regionda xarici aktivliyində, eyni zamanda hərbi aktivliyində nisbətən azalma müşahidə edəcəyik. Buna görə də Rusiya çalışır ki, həm Suriya, həm də Ukrayna məsələsində Qərb və ABŞ-la aralıq da olsa razılaşma əldə etsin ki, post-sovet məkanında öz qüvvələrini yenidən toparlaya bilsin.

- Bəzi ekspertlər hesab edirlər ki, məngənə arasında sıxılan Rusiyanin gözlənilməz addımları ola bilər. Yəni bölgədə yeni müharibə ocağı, Cənubi Qafqazda gərginliyin artması və s. gözlənilirmi?

- Mümkündür. Mən mətbuata da demişəm ki, bu ilin birinci yarısında Rusiyadan bu addımlar nəinki gözləniləndir, hətta gözlənilməlidir. Reallıq budur. Çünki Rusiyanın Ukrayna və Suriyada güzəştlərə getdiyini və daxildəki narazılığı nəzərə alsaq, bu, istər-istəməz Putinin reytinqinə təsir edəcək. Putin də yeni "qələbələr" qazanmaq  istəyəcək. "Uğur qazanacağı" ən əlverişli yer isə Cənubi Qafqaz və məhz Azərbaycandır. Ona görə də ilin birinci yarısında Rusiyadan gələn təhdidlər aktual olacaq və Azərbaycan buna hazır vəziyyətdə olmalıdır. İlin ikinci yarısından isə bu təhdidlərin azalmasının şahidi ola bilərik. Siz bu məsələləri təkcə neft faktoru ilə əlaqələndirdiniz, amma burada çoxlu başqa faktorlar var. Çünki ABŞ, Avropa Birliyi və NATO-nun Rusiyaya qarşı izlədiyi strategiya ilkin iki illik hazırlıq dövrünü nəzərdə tutur. Bu hazırlıq dövrü isə ilin ikinci yarısında başa çatacaq. Bilirsiniz ki, 8-9 iyulda NATO-nun Varşava sammiti keçiriləcək və bu hərbi-siyasi hazırlığa yekun veriləcək. Həmin müddətdən sonra  ABŞ, Avropa Birliyi və NATO-nun Rusiya da daxil olmaqla bütün post-sovet məkanında aktiv siyasət izləyəcəyini düşünürəm. Azərbaycan həm bu ilin birinci yarısında Rusiyanın, ilin ikinci yarısında isə əks qütbün regionda daha aktiv olmasına hazır olmalıdır. Azərbaycan üçün xüsusi həssas dövrü isə birinci 6 ayı hesab edirəm.

- Sülhəddin bəy, sizcə yaxın gələcəkdə Qərb və Rusiya Cənubi Qafqazda status-kvonu saxlamaqda, yoxsa dəyişməkdə maraqlı olacaq? Cünki Rusiyanın iqtisadi baxımdan zəifləməsi post-sovet məkanına hərbi-siyasi nəzarəti itirməsini sürətləndirə bilər. 

- Təbii ki, Rusiya burada status-kvonun mümkün olduğu qədər saxlanmasına, hətta deyərdim ki, möhkəmlənməsinə çalışacaq. Necə ki, bunu Gürcüstanda etdi. ABŞ və Qərb isə status-kvonun dəyişməsində maraqlı olacaq.

- Bəs Qərbin bölgə ilə bağlı siyasətində kardinal dəyişiklik gözlənilirmi?

- ABŞ və Avropa Birliyinin siyasətlərində oxşar və fərqli cəhətlər var. NATO-da da bəzən ziddiyyətli məqamlar olur. Ona görə də yaxın perspektivdə hansı strategiyanın izlənəcəyini bilmək üçün sammiti gözləməliyik. Çünki NATO sammitində Ukrayna və Gürcüstanla bağlı da müəyyən qərarların veriləcəyi gözlənilir. Bu qərarların xarakterindən və mahiyyətindən asılı olaraq, daha dəqiq proqnoz verə bilərik ki, ABŞ, Avropa Birliyi və NATO post-sovet məkanında hansı dərəcədə aktiv olmaq niyyətindədir. Amma məncə burada başlıca hədəf Rusiya, Putinin rejimi olacaq.  Çünki ötən ilin fevral ayında ABŞ özünün  milli təhlükısizlik strategiyasını dəyişdi və Rusiyanı durdurmağı açıq şəkildə milli hədəf elan etdi. Bu strategiyada Şərqi Avropa ölkələri ilə bərabər, Rusiyanın xarici siyasətinin hədəfi olan GUAM ölkələrinə yardım da nəzərdə tutulub. Bu baxımdan irəliki dövrdə ABŞ-da seçki marafonunun da tam gücü ilə start götürəcəyini nəzərə alsaq, bu ölkə xüsusi aktivliyi ilə fərqlənəcək. Avropa Birliyi isə çox maraqlı olduğuna görə, bəzi dövlətlərin Rusiya ilə münasibətdə çəkingənliyi baxımından, bir qədər ziddiyyətli siyasət izləyə bilər. Amma ABŞ nə qədər aktiv olacaq, lider rolunu tam olaraq oynayıb Avropa Birliyini də öz arxası ilə apara biləcəkmi, bunu dəqiq demək üçün bir qədər gözləməli olacağıq. 

- "Vaşinqton Post" qəzeti Kristofer Smitin sanksiyalar nəzərdə tutan qanun layihəsinin qəbul olunmayacağını yazıb və bunu Azərbaycanın bölgədə Qərbin önəmli enerji və siyasi tərəfdaşı olması ilə əlaqələndirib. Siz necə düşünürsünüz? 

- Bu barədə ən müxtəlif yazılar çıxa bilər. Fakt isə ondan ibarətdir ki, artıq Azərbaycan ən böyük dəyişikliklər mərhələsinə daxil olub. Çünki nəinki bizim region, qonşu regionlar da, bütövlükdə dünya dəyişir və Azərbaycan da dəyişməyə məhkumdur. Bu baxımdan Azərbaycan hakimiyyəti də artıq öz seçimini etməlidir ki, nə istəyir: yəni bu tarixi dəyişikliklərə qarşımı duracaq, yoxsa ona uyğun siyasət yeridəcək. Əgər heç olmasa hakimiyyətin maraqlarını düşünürlərsə, artıq ölkədə köklü, sistemli, kompleks demokratik siyasi, iqtisadi, hüquqi, sosial və hərbi islahatlar həyata keçirilməlidir. O cümlədən, demokratiya və insan haqları məsələsi heç olmasa minimum səviyyədə təmin olunmalıdır. Siyasi dustaq məsələsi Azərbaycanda birdəfəlik həll edilməlidir. Bu məsələni Azərbaycan bir gün içərisində həll edə bilər və sanksiyalar məsələsi də bununla gündəmdən çıxar. Amma hakimiyyət düşünməlidir ki, bu vaxt məhduddur və bir müddət sonra çətinə düşə bilər. Məsələn, ötən ilin fevralında Azərbaycanda maliyyə  böhranı üzə çıxanda lazımi addımlar atılmadığı üçün böhran iqtisadi böhrana çevrildi. İndi isə sosial-iqtisadi böhrana çevrilməkdədir, özü ilə bərabər idarəçilik böhranını da üzə çıxardı. İndi ölkədə sistem böhranı yaşanır. Xarici siyasətdə də belədir. Vaxt keçir, lazımi addımlar atılmasa, görəcəksiniz ki, artıq Azərbaycan xarici siyasətdə çox ciddi problemlərlə üzləşəcək və bu sanksiyalar başlanğıc olacaq. Ona görə də Azərbaycan hakimiyyəti artıq qəti qərarını verməli, demokratik islahatlara getməlidir. Bunun üçün bu hökumət buraxılmalı, milli islahatçı hökumət qurulmalı, cəmiyyətlə, müxlifətlə dialoq başlanmalı, ictimai nəzarət institutları yaradılmalıdır. 

- Son olaraq Azərbaycan-Türkiyə münasibətlərini necə proqnozlaşdırırsınız. Belə bir mürəkkəb vəziyyətdə Türkiyə Azərbaycana qarant rolunu oyana biləcəkmi?

- Türkiyə Azərbaycan üçün qarant rolunu oynaya bilməz. Çünki Azərbaycan üçün bu gün ən başlıca xarici təhdid Rusiyadır və bu ölkədən qaynaqlanır. Türkiyə ilə Rusiyanın potensiallarını müqayisə etsək, xüsusilə də hərbi sahədə Türkiyənin potensialı yetərsiz qalır. Amma Azərbaycan həm xarici, həm hərbi siyasətdə kompleks tədbirlər görərsə, NATO və Avropa Birliyi ilə sıx əməkdaşlığa gedərsə, ABŞ-la strateji tərəfdaşlıq xartiyası imzalayarsa, NATO-dan kənar əsas müttəfiq status almağa çalışarsa və bununla paralel olaraq Türkiyə ilə hərbi-strateji müttəfiqlik sazişi imzalayarsa, beynəlxalq təhlükəsizlik təminatı ala bilər. Amma Türkiyənin təkbaşına təminatçı rolunu oynaya biləcəyini düşünmürəm. 

Rəşad VAQİFOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]