Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

1200-ə yaxın böyrək xəstəsi pulsuz dərmanlarla təmin olunur

1200-ə yaxın böyrək xəstəsi pulsuz dərmanlarla təmin olunur
Bölmə :
KİVDF
Yayım tarixi :
7/2/2013 [09:44]
Baxılıb :
1144 dəfə
Ölkədə keçirilən könüllü qanvermə aksiyaları nəticəsində pullu donorlara qalmayıb

Son 10 ildə Azərbaycanda tibbin inkişafı, səhiyyə sisteminin gücləndirilməsi, əhalinin sağlamlığının qorunması və dövlət qayğısına ehtiyacı olan vətəndaşlara tibbi xidmət göstərilməsi sahəsində hansı işlər görülüb? Bu məqsədlə Səhiyyə Nazirliyinin hesabatlarına nəzər saldıq. Beləliklə, 2003-2008-ci illərdə görulmuş işlərə dair Hesabat:

2003-cü ildə səhiyyə ehtiyaclarına 69,0 milyon manat ayrılmışdısa, 2008-ci ildə bu rəqəm 557.8 milyon manat olmuşdur ki, bu da son beş ildə səhiyyənin budcəsinin 8 dəfə artması deməkdir. 2007-ci illə muqayisədə 2008-ci ildə səhiyyənin büdcəsi 20% artmışdır.

Səhiyyəyə ayrılan maliyyə vəsaitinin səmərəli istifadə edilməsi məqsədilə tam gücü ilə işləməyən, özünü doğrultmayan, binaları bərbad vəziyyətdə olan, köhnəlmiş və yararsız cihaz və avadanlıqla təchiz olunmuş, əhaliyə tibbi yardımın gostərilməsində elə bir rolu olmayan tibb muəssisələrinin bir hissəsinin ixtisar edilməsi, çarpayı fondunun azaldılması və strukturunun optimallaşdırılması istiqamətində tədbirlər həyata kecirilmişdir. Belə ki, Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən Dünya Bankının dəstəyi ilə həyata kecirilən Səhiyyə Sektorunda İslahatlar Layihəsi ilə birgə beynəlxalq ekspertlərin tövsiyələri nəzərə alınaraq, əhalinin xəstəxana çarpayıları və tibb kadrları ilə təminatını müəyyənləşdirən yeni say hədləri hazırlanmışdır. Qeyd olunan məsələ 20 oktyabr 2008-ci il tarixdə Səhiyyə Nazirliyi Kollegiyasında geniş muzakirə olunmuş və hazırda Respublikanın şəhər və rayon tibb muəssisələri şəbəkəsi və strukturu yenidən hazırlanır. 

Son illər ərzində dövlət rəhbərinin təşəbbusu və bilavasitə dəstəyi ilə səhiyyənin prioritet sahələri uzrə 9 Dövlət Proqramı hazırlanmış və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir. Bundan əlavə hər yeni doğulan uşağa dövlət hesabına onun peyvənd, muayinə və mualicəsində boyuk yardımcı olacaq plastik sağlamlıq kartlarının, eləcə də tibbi muayinə kartlarının tətbiqi qaydaları da hökumət tərəfindən təsdiq edilmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2006-cı il tarixli 142 və 143 nomrəli qərarları). Proqramların reallaşması üçün ilk dəfədir ki, dovlət tərəfindən maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulmuşdur.

Səhiyyə Nazirliyinin əmri ilə “Dövlət Proqramlarına daxil edilmiş xəstəliklərin ilkin aşkarlanma hallarının qeydiyyatı vərəqi” - vahid registr forması və “Dövlət Proqramlarına daxil edilmiş xəstəliklərin ilkin aşkarlanma hallarının qeydiyyatı vərəqinin doldurulmasına dair təlimat” təsdiq edilmişdir. Ötən illər ərzində bu proqramların həyata kecirilməsi uğurla davam etdirilmişdir. 

“Şəkərli diabet uzrə Dövlət Proqramı” çərçivəsində aparılan tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata götürülən xəstələrin sayı 2003-cu illə muqayisədə 2 dəfədən çox artmış və 100 minə çatmışdır.

Ana və uşaqların sağlamlığının qorunması dövlətin ən vacib, prioritet sahələrindən biridir. Bildiyiniz kimi, respublikanın 7 şəhər və rayonunda (Bakı, Naxçıvan, Gəncə, Şəki, Quba, Lənkəran, Sabirabad) perinatal mərkəzlərin yaradılması və onların ən müasir avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulmuşdur. Artıq Gəncə şəhərində ən müasir avadanlıqla təchiz olunmuş Perinatal Mərkəz bu günlərdə açılaraq istifadəyə verilmişdir. Bakıda - Respublika Doğum Evində də mərkəz bu yaxınlarda istifadəyə veriləcək. 

Sozugedən Tədbirlər Planı çərçivəsində doğuşayardım müəssisələrinin pasportlaşdırılması işi sona çatdırılmışdır. Regionlarda doğuşayardım xidmətini gücləndirmək və nəzarəti artırmaq məqsədi ilə 14 “zona mərkəzi” təşkil edilmişdir. Azərbaycan Respublikasının “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim edilmişdir. UNİCEF-in dəstəyi ilə “Yenidoğulmuşların reanimasiyası”, “Yenidoğulmuşlara effektiv qulluq”, “Hamiləliyin hipertenziyası” uzrə klinik protokollar hazırlanmışdır. Doğuşayardım xidməti göstərən tibb müəssisələri muasir rabitə vasitələri ilə (internet, faks, telekommunikasiya) təmin edilmişdir.

Görülən tədbirlərin nəticəsində uşaq və ana ölümü göstəriciləri ilbəil azalır və bu tendensiya davam edir. Belə ki, 2000-ci ildə uşaq ölümü göstəricisi 16,7 promilli olmuşdusa, 2008-ci ildə 12,0-yə enmişdir. Ana ölümü əmsalı isə (100 min diri doğulana) muvafiq olaraq, 37,6-dan 26,1-ə enmişdir. Əhalinin rifahının və sosial təminatının yüksəlməsinin təzahürü kimi doğum və təbii artım göstəriciləri də yaxşılaşmışdır. 

Son illər ərzində əhaliyə gostərilən hematoloji yardım və qan xidmətinin inkişafına dövlət səviyyəsində yüksək diqqət yetirilir. “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dovlət Proqramı” çərçivəsində qan xidməti müəssisələri qan torbaları, qanı yoxlamaq üçün reaktivlərlə təmin olunmuş, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdindəki Mərkəzi Qan Bankı əsaslı təmir edilərək, muasir avadanlıqla təchiz edilmişdir. Bakı şəhərində yerləşən bütün müalicə-profilaktika müəssisələrinin qanköçurmə şöbələrində tədarük edilən qanın yoxlanılmasının mərkəzləşdirilmiş qaydada Mərkəzi Qan Bankında həyata keçirilməsi təmin edilmişdir ki, bu da oz növbəsində hepatit, HİV/AİDS və başqa infeksiyalara qanla yoluxma riskini, demək olar ki, aradan qaldırmışdır.

Görülən tədbirlər nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı xeyli artmışdır. Yalnız 2008-ci il ərzində 124 könüllü qanvermə aksiyası keçirilmiş və bu aksiyalarda 40 minə yaxın insan iştirak etmişdir. Beləliklə, pullu donorlara ehtiyac aradan qaldırılıb. 

2003-cü illə müqayisədə 2008-ci ildə qanvermələrin sayı 2 dəfəyə yaxın artmışdır. Beləliklə də, 2007-ci ildə 10 tona yaxın qan tədarük olunmuşdur, 2008-ci ildə isə bu rəqəm 17 tona çatdırılmışdır. Bu da respublikanın qana olan ehtiyacını tam ödəməyə imkan verir. Hemofiliya və talassemiyalı xəstələrin qanın laxtalanması faktorları preparatları ilə, dəmirqovucu preparatlar, elektron pompalar, şprislər, kəpənək tipli iynələrlə tam pulsuz təmin olunması davam etdirilmişdir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyi ilə tikilmiş Talassemiya Mərkəzinin yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulur. Bu Mərkəzdə sümük iliyinin köçürülməsi əməliyyatlarının həyata keçirilməsi də mümkün olacaqdır.

“Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı uzrə Tədbirlər Proqramı” qəbul edildikdən bədxassəli şişlərlə mübarizə işində nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə olunmuşdur. Onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmışdır. Milli Onkoloji Mərkəz ən muasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilmişdir ki, bu səyyar qurğu bölgələrdə onkoloji xəstələrin aşkar edilməsi ucun geniş imkanlar yaradır. Bu Mərkəzin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş yeni korpusunun tikintisi də başa çatmaq üzrədir. Azərbaycan Tibb Universitetinin ən muasir tibb avadanlığı ilə təchiz olunmuş onkoloji klinikası da istifadəyə verilmişdir. 

Dövlət Proqramının icrasına başlandıqdan sonra onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatında uzun illərdən bəri movcud olan problem aradan qaldırılmışdır. Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşmış və bununla bərabər bu xəstəliklərdən ölüm azalmışdır.

Xroniki böyrək çatışmazlığından əziyyət cəkən insanların hemodializ müalicəsi ilə təmin olunması son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri idi. Bu problem də olkə Prezidentinin qayğı və diqqəti nəticəsində öz həllini tapıb. Hazırda Respublikada 16 dializ mərkəzi fəaliyyət gostərir. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən 1200-ə yaxın xəstə dövlət hesabına hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Naxçıvan, Gəncə, Siyəzən, Şirvan, Lənkəran, Qazax, Zaqatala və Qəbələ şəhərlərində hemodializ mərkəzləri istifadəyə verilmişdir. Yaxın vaxtlarda, Sumqayıt, Şamaxı, Bərdə, Tovuz, Quba və Cəlilabad şəhərlərində belə mərkəzlərin istifadəyə verilməsi nəzərdə tutulur. Bu günlərdə “Azərsutikinti” xəstəxanasında ən iri hemodializ mərkəzi fəaliyyətə başlayacaqdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Respublika Klinik Uroloji Xəstəxanasında yaradılan Böyrəkkocurmə Mərkəzi bu yaxınlarda istifadəyə veriləcək. 

Respublikada vərəmlə mübarizə işinə xususi diqqət yetirilir. Artıq bir neçə ildir ki, Ümumdunya Səhiyyə Təşkilatının tövsiyəsinə uyğun olaraq birinci qrup vərəm preparatları ilə müalicə uzrə DOTS proqramı müvəffəqiyyətlə həyata kecirilir. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun bazasında Milli İstinad Laboratoriyası tikilmişdir və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. 2008-ci ildə ilk dəfə olaraq Bakı şəhəri 4 saylı Vərəm Əleyhinə Dispanserdə təşkil olunmuş xüsusi şöbədə multirezistent vərəm xəstələrinin mualicəsinə artıq başlanmışdır. Butun bunların nəticəsində son bir neçə ildə vərəm xəstəliyinin əsas epidemioloji göstəriciləri yaxşılaşmış, vərəmin aşkarlanması artmış, bu xəstəlikdən ölənlərin sayı isə azalmışdır. 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]