Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Beynəlxalq birliklə əməkdaşlıq Azərbaycana müxtəlif sahələrdə dividendlər qazandırır”

“Beynəlxalq birliklə əməkdaşlıq Azərbaycana müxtəlif sahələrdə dividendlər qazandırır”
Bölmə :
KİVDF
Yayım tarixi :
22/1/2016 [23:01]
Baxılıb :
969 dəfə
İntiqam Məmmədov: “Dünya qloballaşmağa doğru getdiyi, sərhədsiz dünya düzəninə doğru can atıldığı bir zamanda, ölkənin öz içinə qapılmasına çalışan qüvvələr var”

Müasir dünyada gedən inteqrasiya prosesləri bütün ölkələri, Yer kürəsinin bütün qitələrini əhatə edir. İnteqrasiyanın bir çox tədqiqatçıları onun yalnız zamanın tələbi deyil, həm də tarixin yenidən kəşf olunmuş qanunu adlandırırlar. Regional və qlobal əməkdaşlığın intensivləşməsi meyllərini Asiyada da, Afrikada da, Amerikada da müşahidə etmək olar. Lakin ən aşkar və əyani inteqrasiya nümunəsini, gerçək tədqiqini tapmış inteqrasiya modelini, əlbəttə ki, hələlik yalnız Qərbi Avropanın timsalında tam mənzərəsi ilə görmək olar. Son əlli ildə dünya birliyinin bütün dövlətlərinə nüfuz edən qarşılıqlı əməkdaşlıq münasibətlərinin əlli il əvvəl təsəvvürə belə gəlməyən nəticələrinə, bəhrəsinə məhz bu məkanda nail olunmuşdur.

Azərbaycanın dünya birliyinə inteqrasiyası, onun regional inteqrasiya qurumlarını yaratmaq, burada təmsil olunmaq prosesində milli inkişaf strategiyasının üzvi tərkib hissəsi kimi qlobal meyllərlə nə dərəcədə uzlaşması, dövlət suverenliyinin müqəddəs şərt kimi, beynəlxalq münasibətlərin bərabərhüquqlu siyasətinin atributu kimi qəbul edilməsi kimi mövzular aspektində araşdırılması bu proseslərin ən səmərəli forma və modellərinin ayırd edilməsinə xidmət edir. Belə ki, müasir beynəlxalq münasibətlərin subyektləri qismində yeni çoxsaylı qurumların meydana gəlməsi "suveren milli dövlət və inteqrasiya proseslərinin siyasi aspekti" problemini həddən çox aktual etmiş, müzakirələrin mərkəzinə gətirmişdir. İnteqrasiya prosesində dövlət, onun roluna, funksiyalarına və vəzifələrinin dəyişməsinə dair fikir müxtəlifliyi çeşidli mövqelər, nəzəri yanaşma və baxışlar doğurmuşdur.

Müasir dövrdə siyasi və iqtisadi inteqrasiya prosesləri, dövlətlərin regional birlik və ittifaqlarının formalaşması geniş vüsət almışdır. Bunun ən parlaq nümunəsi Avropa Birliyidir. Avropada inteqrasiya məsələsinin dünya dövlətləri arasında çoxtərəfli əməkdaşlığın optimal forması olduğunu bu quruma üzv olmaq istəyənlərin sayının artması da sübut edir. Siyasi inteqrasiyanın Avropa modelinə bütün dünyada müşahidə olunan maraq, bu proseslərin nəinki sadəcə şərhini, həm də dərin elmi-konseptual əsaslarının tətbiqini gündəmə gətirir.

Təsadüfi deyil ki, Azərbaycan da müstəqillik qazandıqdan sonra xarici siyasətində Avropaya inteqrasiya, Qərb ölkələri və beynəlxalq təşkilatlarla əməkdaşlıq, region ölkələri, xüsusilə qardaş Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsi xəttini götürdü. Nəticədə qısa zamanda böyük uğurlar əldə etdik.

Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmiş və 1992-ci il mayın 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. 1993-cü ildən etibarən Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə maraqlı olduğunu bəyan etmiş və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlamışdır. 2001-ci ilin yanvar ayında Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmiş və bununla da Azərbaycan diplomatiyası Avropaya inteqrasiya proseslərinə qoşulmaq uğrunda mübarizədə böyük qələbə əldə etmişdir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İslam Konfransı Təşkilatına üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrında üzv seçilmişdir. Azərbaycan - NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq 1992-ci  ilin oktyabrında Türkiyədə NATO üzvü olan ölkələrin seminarında iştirak edib və NATO-nun Baş katibi Manfred Vernerlə görüşüb. Bu siyahını daha da uzatmaq olar.

Beləliklə, bu və digər mövzular ətrafında "Bizim Yol"un suallarını, Almaniyanın Düsseldorf şəhərində yaşayan həmyerlimiz, siyasi şərhçi İntiqam Məmmədov cavablandırır:

- XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası könüllü olaraq, müstəqil şəkildə Avropaya inteqrasiya yolunu seçdi. Azərbaycan-Qərb münasibətləri dedikdə, hələ SSRİ zamanlarında bir çox kommunistlər dildə deyil, ruhunda xalqla eyni düşüncədə sərhədlərin açılmasını və xarici ölkələrlə əlaqələrin yaradılmasını istəyirdilər. Qərbin həm adı, həm də dadı maraqlı idi. Yəni Qərb iqtisadiyyatına bağlanmaq həsrətləri vardı. 

Elə indi də xalqımızın böyük əksəriyyəti ölkəmizin Qərblə iqtisadi bağlılığının dərinləşməsini istəyir. Zamanla Rusiya ilə bağlı olduğumuzun nəticəsi göz qabağındadır. Qısa olaraq qeyd edim ki, xalqımız Qərb mallarını indi də almaqdadır. Hələ SSRİ-nin zamanında hər kəs həmin malları almağa can atardı. Yollar açılandan sonra məsələlər adiləşsə də, lakin xalqın mövqeyi və istəyi Qərbə inteqrasiya olmaqdan yana idi. Ötən müddət ərzində bəzi Qərb ölkələri ilə ara-sıra siyasi əlaqələrimizdə soyuqlaşma yaşansa da, bu katastrofik həddə çatmayıb və iqtisadi əlaqələrimiz olduğu kimi davam etməkdədir. 

Dünya qloballaşmağa doğru getdiyi, sərhədsiz dünya düzəninə doğru can atıldığı bir zamanda, ölkənin öz içinə qapılmasına çalışan qüvvələr də yox deyil. Bundan əlavə, iqtisadi baxımdan neftdən asılı olan ölkələri zəif hala salmaq, savaş açmaq kimi hallar, habelə ölkələri ram etmək kimi siyasi planlar həyata keçməkdədir.  Belə yanaşmanın isə nə zaman qədər davam edəcəyi bəlli deyil.

- Azərbaycan-Qərb münasibətlərində siyasi və iqtisadi amillərdən danışdınız. Nədir bu amillər?

- Qərbin Azərbaycana yanaşması göz önündədir. Siyasi sahədə istəkləri məlumdur - demokratik islahatların dərinləşməsi, iqtisadi islahatların sürətlənməsi və sair. Təbii ki, Azərbaycan hakimiyyəti bu istiqamətdə Qərblə danışıqları davam etdirir və müəyyən müsbət addımlar atılır. İqtisadi məsələyə gəlincə, burada neft-qaz layihələri, Uzaq Şərq və Orta Asiyadan Avropaya uzanan ticarət yolunda Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti, Qərb məhsullarının Azərbaycan bazarında üstünlük qazanması və sair amilləri sadalamaq olar. 

Azərbaycan-Qərb münasibətlərində təhlükəsizlik, beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə kimi mühüm elementlər də yer alır. Bu sahədə də müxtəlif proqramlar, müqavilələr, öhdəliklər icra olunur. Məsələn, 2015-ci ilin oktyabrında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Avropa İttifaqı Şərq Tərəfdaşlığının Polis Proqramına rəsmi olaraq qoşulub. Almaniya ilə birgə hazırlanmış Polis Proqramı üzrə fəaliyyət planı bu ildən etibarən həyata keçirilməyə başlanmalıdır.

- Azərbaycanın xarici siyasətində Türkiyə faktoru necə bir rol oynayır?

- Çox mühüm rol oynayır. Türkiyə Azərbaycanın bir nömrəli dostu, tərəfdaşı, qardaşıdır. Azərbaycanla Türkiyə arasında regional əməkdaşlıq, ticari, siyasi, mədəni əlaqələr, xarici siyasət və bir çox sahələrdə vahid mövqedən çıxış etmə strategiyası uyğulanır. İki ölkə arasında olan enerji layihələri bu dostluğu daha da dərinləşdirir. Türkiyə və Azərbaycan hakimiyyətlərinin baxışı ilə desək, son illərdə əldə edilən yüksək inkişaf və iqtisadi sıçrayış dünya tərəfindən heyranlıqla izlənilir.

- Azərbaycanın qonşu ölkələrlə regional əməkdaşlığı, daha çox hansı məqsədlərə söykənir?

- Reğional əməkdaşlığın əsas sahələrindən biri və birincisi iqtisadi əməkdaşlıqdır. Həyata keçirilən iqtisadi layihələr də bunun isbatıdır. Azərbaycanda maşınqayırma sənayesi bərqərar olarsa, düşünürəm ki, regionda olan dövlətlərlə sıx əməkdaşlıq qurmaq mümkündür. Məsələn, ətrafımızda olan Türk dilli ölkələrlə əlaqə yaradıb bir çox sahələrdə əməkdaşlığı genişləndirmək mümkündür. Qonşumuz Gürcüstan və Ukraynanın buna çox ehtiyacı var deyə düşünürəm. Azərbaycan Türkiyə və Avropa dövlətləri kimi avtomobil zavodu aça bilər. Hələ 2005-ci ildə neftin ən baha qiymətə satıldığı dövrdə bu təklifimi mətbuat vasitəsilə işıqlandırmışdım. Ancaq əhəmiyyət verən olmadı. Yenə də gec deyil. Dost ölkələrlə birgə səylər nəticəsində buna nail olmaq olar.

- Ümumiyyətlə, beynəlxalq əməkdaşlıqlar ölkəmizə nə qazandırır?

- Burada bir çox məqamları qeyd etmək olar: işğal altında olan ərazilərimizin azad olunması hədəflərindən tutmuş, suverenliyimizin möhkəmlənməsinə, iqtisadi inkişafın sürətlənməsinə, ölkədə iqtisadi-siyasi islahatların dərinləşməsinə qədər. Yəni beynəlxalq birliklə əməkdaşlıq Azərbaycana müxtəlif sahələrdə dividendlər qazandırır. Əsas odur ki, Azərbaycan dünya birliyi ilə əlaqələrinin daha da güclənməsi yolunda səylərini artırsın, ərazi bütovlüyü məsələsindən tutmuş, ölkədə haqq-hüquq, firavanlıq məsələlərinədək bütün sahələrdə beynəlxalq aləmlə işbirliyini davam etdirsin. 

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]