Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“İnteqrasiya başqalarının dəyərlərini olduğu kimi mənimsəmək deyil”

“İnteqrasiya başqalarının dəyərlərini olduğu kimi mənimsəmək deyil”
Bölmə :
KİVDF
Yayım tarixi :
22/1/2016 [22:46]
Baxılıb :
848 dəfə
Fariz Vəliyev: “Türkiyədəki Azərbaycan diasporu iki qardaş ölkə arasındakı ilişkilərin daha da dərinləşməsinə öz töhfəsini verir”

"Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların maraqlarının təminatçısı rolunda çıxış edirdi. Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, ölkədə xaos yaradan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri siyasi oyunların alətinə çevirirdi. Gənclər elmdən, təhsildən, yaradıcılıqdan kənarlaşdırılır, bir sıra hallarda cəmiyyət üçün təhlükəli qüvvəyə çevrilirdi. Bu da Azərbaycanın gələcəyini sual altına alır və dövlətçiliyi məhvə doğru aparırdı. Ulu öndər Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gələrkən gənclərlə işə xüsusi diqqət yetirirdi. O, Azərbaycan gənclərinin xaricdə təhsil alması məsələsinə böyük əhəmiyyət verirdi. 1969-1970-ci dərs ilində respublikadan kənara cəmi 47 nəfər təhsil almağa göndərilmişdisə, 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə yaxın olub. Sonrakı illərdə bu artım yüksələn xətt üzrə davam edərək 1000 nəfərə çatıb. Ümumilikdə, ötən əsrin 70-80-ci illərində 15 mindən çox Azərbaycan gənci respublikamızdan kənarda - keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnib. 1970-ci ilədək respublikadan kənarda təhsil almağa göndərilənlərin yalnız 40 faizini azərbaycanlılar təşkil etdiyi halda, bu göstərici 1976-cı ildə 85%-ə, 1977-ci ildə 92%-ə, 1980-ci illərin əvvəllərində isə 97,6%-ə çatıb. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən birinə çevrildi, gənclər ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etməyə başladılar. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı, 1996-cı ildən Gənclər Forumları keçirilməyə başladı, bir sıra normativ-hüquqi aktlar və proqramlar qəbul olundu. Bütün bunlar gənclərin hərtərəfli inkişafına imkan yaratdı".

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov səsləndirmişdi. Ə. Həsənov qeyd etmişdi ki, 2003-cü ildən sonra Azərbaycanda gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009)" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nı təsdiq etməklə, gənclərə müstəsna diqqət və qayğısını nümayiş etdirdi. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, regionlardakı gənclər mərkəzlərinin və evlərinin yaradılması ilə dövlətçiliyimizin möhkəmləndirilməsində gənclərin yaxından iştirakına əlavə stimul verdi. Ölkə başçısı Azərbaycan gənclərinin mükəmməl təhsil alması, davamlı inkişafının təmin edilməsi, ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin üzə çıxarılması məqsədilə 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı təsdiq etdi. Proqram çərçivəsində minlərlə azərbaycanlı gəncin xarici ölkələrin ali məktəblərində təhsil alması nəzərdə tutuldu. Bu gün artıq proqram çərçivəsində dünyanın aparıcı universitetlərində yüzlərlə gəncimiz təhsil alır".

Təbii ki, Azərbaycanın mövqeyinin dünyada möhkəmlənməsi, beynəlxalq əlaqələrimizin güclənməsi, haqq səsimizin dünyaya çatdırılmasında gənc nəslin üzərinə böyük bir vəzifə düşür. Bəs gənclərimiz bu missiyanı nə dərəcədə daşıyır. "Bizim Yol"un bu mövzuya dair suallarını, İstanbul Kültür Universitetinin Beynəlxalq əlaqələr fakültəsində təhsil alan həmyerlimiz, Universitetdəki azərbaycanlı tələbələrin koordinatoru, Azərbaycan Gənclik Platformasının sədri, Azərbaycan-Türkiyə münasibətlərinə dair kitabın müəllifi Fariz Vəliyev cavablandırır. 


- Hazırda dünyanın ən müxtəlif ölkələrində azərbaycanlı tələbələr təhsil alırlar. Gənclərimizin təhsil üçün əcnəbi ölkələrə üz tutmasının kökündə hansı istəklər dayanır? 

- İndiki dövrdə gənclərimizin təhsil almaq üçün xaricə üz tutmalarının kökündə bir neçə səbəb dayanır. Əvvəla, gənclərimiz dünya təhsil sisteminin üstünlüklərindən faydalanmaq və təhsillərini bitirdikdən sonra normal işlə təmin olunmaq istəyirlər. Məsələn, təhsil aldıqları əcnəbi universitetlərdə oxuya-oxuya işləmək, həmçinin təhsilini başa vurduqdan sonra iş tapmaq imkanları olur. Bu hallar gənclərimiz üçün cəlbedicidir. Digər tərəfdən, daha keyfiyyətli təhsil hər zaman elm arxasınca gedən insanların arzusu olub. Bu da bizim gənclərimizin diqqətini çəkən məqamlardandır ki, nəticədə həm insanımız, həm də dövlətimiz və millətimiz qazanır. Həmin yüksək təhsili almış vətəndaşımız sonradan öz bilik və bacarığını ölkəsinin inkişafı, rifahı yolunda sərf edir.

- Xaricdə təhsil alan gənclərimizdən biri olaraq, necə görürsünüz: bizim digər cəmiyyətlərə inteqrasiya olunmağımız çoxmu çətindir?

- Əvvəla onu qeyd edim ki, mən Türkiyədə təhsilimi başa vurduqdan sonra ölkəmə geri qayıtmaq niyyətindəyəm. Və Türkiyədə təhsil almağa başlayarkən, belə düşüncələrin nə qədər fərqli olduğunu gördüm. Sualınıza gəlincə, biz inteqrasiya dedikdə, üz tutduğumuz əcnəbi ölkələrin, məsələn, Avropa cəmiyyətlərinin dəyərlərini olduğu kimi mənimsəməyi düşünməməliyik. İnteqrasiya dedikdə - başqa cəmiyyətlərlə, xüsusilə Avropa ilə əməkdaşlığa açıq olmaq, Qərbin elm, texnologiya, təhsil, səhiyyə sahəsində əldə etdiyi nailiyyətləri mənimsəmək və bununla paralel olaraq, öz milli kimliyimizi, üstün cəhətlərimizi itirməmək anlaşılmalıdır. Yoxsa düşünmədən, tarixini, kimliyini arxa plana ataraq, başqalarının dəyərlərini əxz etmək doğru yol deyil.

- Türkiyədə təhsil alırsınz. Türkiyə və Azərbaycan bir millət-iki dövlətdir. Bir-birimizlə yetərincə qaynayıb-qarışa bilmişikmi?

- Türkiyə və Azərbaycan qardaş ölkə, qardaş xalqlardır. Daim bir-birilərinə arxa durub, dəstək olublar. Bunu hər iki tərəf özünə mənəvi borc bilib. Bu baxımdan, eyni zamanda burada içərisində olduğum mühitə əsaslanıb, deyə bilərəm ki, biz artıq o qədər birləşib, qaynayıb-qarışmışıq ki, ikinci belə bir nümunə yoxdur. Sadəcə, bu iki qardaşın arasını vurmağa çalışan qüvvələr də yox deyil və biz birlikdə həmin qüvvələri ortaya çıxarmalı, arzularını gözlərində qoymalıyıq. Bizim dostluğumuz hər sahədə özünü göstərir və biz bunu irs kimi gələcək nəsillərə ötürməliyik.

- Azərbaycan dövləti Qərbə inteqrasiya və beynəlxalq aləmlə sıx əməkdaşlıq siyasəti yürüdür. Bu siyasət qardaş ölkədə necə qarşılanır?

- Türkiyə özü də Qərbə inteqrasiya yolundadır, burada da Avropa dəyərləri get-gedə güclənir. Bu baxımdan, əlbəttə ki, Azərbaycanın bu siyasi kursu Türkiyədə çox müsbət qarşılanır. Eyni zamanda Türkiyə və Azərbaycan öz milli köklərini, dəyərlərini də unutmur, onun silinməsinə icazə vermir. Türkiyə Qərb texnologiyasını, elmini bizdən qabaq tanıyıb və daha çox mənimsəyib. Azərbaycan da bu istiqamətdə irəliləyir və zənnimcə, bu yoldakı siyasətlərimiz bir-biri ilə koordinasiya olunmalıdır.

- Türkiyədəki Azərbaycan diasporu iki dövlət arasındakı əlaqələrin güclənməsində ciddi bir rol oynaya bilirmi?

- Təbii ki, Türkiyədəki Azərbaycan diasporu çox fəaldır və dövlətlər arasındakı ilişkilərin daha da dərinləşməsinə öz töhfəsini verir. Bununla yanaşı, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu bu əlaqələrin güclənməsində mühüm rol oynayır, ciddi tədbirlər görür. 

- Nəhayət, konkret olaraq Sizin qardaş ölkədə vətənimizin daha yaxından tanıdılması yolunda nə kimi çalışmalarınız olub?

- Mən artıq 5 ildir ki, İstanbulda təhsil alıram. Eyni zamanda, buradakı Azərbaycan Gənclik Platformasının sədriyəm. Təhsil aldığım müddətdə İstanbul Kültür Universitetində xeyli sayda tədbirlərin təşkilatçısı olmuşam. 2013-cü ildə Universitetdə Xocalı faciəsi ilə bağlı tədbir düzənlədim və bu, Universitet rəhbərliyi tərəfindən çox müsbət qarşılandı. Tədbirdə Dr. Aygün Hasanoğlu, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təmsilçiləri Mətin Özər və İlqar Bozalqanlı və digər qonaqlar iştirak edirdilər. 

Daha bir tədbirimiz Beynəlxalq Gün çərçivəsində, Azərbaycanı tanıtmaq məqsədilə təşkil olundu və ölkəmizlə bağlı stend nümayiş etdirdik. Stenddə Azərbaycanı əks etdirən suvenirlər, fotolar nümayiş etdirildi. Həmçinin, tələbələrə Azərbaycan mətbəxi ilə tanış olmaq imkanı yaratdıq. Həmin stendi İstanbul Kültür Universitetinin rektoru Sıddıka Səmahat Dəmir, İNDEX təşkilatının təmsilçisi Nərmin Balayeva, "Ötkem" jurnalının məsul şəxsi Məltəm Zəngin və digər qonaqlar da iştirak edirdi.

Bunlarla yanaşı, 2015-ci ilin aprel ayında, Azərbaycanda keçirilən İlk Avropa Oyunları ilə əlaqədar, İstanbulda Avropa Oyunlarının təqdimatını təşkil etdim. Çox uğurlu bir tədbir oldu. Tədbirdə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun nümayəndələri, Türkiyə Gənclər və İdman Nazirliyinin təmsilçiləri və digərləri iştirak edirdi. Sevindirici haldır ki, tədbirə əcnəbi tələbələr də böyük maraq göstərdilər və iştirak etdilər.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]