Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Azərbaycançılıq ideologiyası: Tarixdən müasirliyə

Azərbaycançılıq ideologiyası: Tarixdən müasirliyə
Bölmə :
Araşdırma
Yayım tarixi :
10/7/2012 [12:23]
Baxılıb :
2340 dəfə
Şah İsmayılın xanımı Çaldıran döyüşündə əsir düşübmü?

Çaldıran savaşı haqqında çoxlu əsərlər yazılıb, çox sözlər deyilib. Kimisi bunu Osmanlıların şanlı zəfəri, kimisi Səfəvilərin acı məğlubiyyəti kimi qiymətləndirib. Amma kimin nə deməsindən və nə yazmasından asılı olmayaraq, fakt faktlığında qalır ki, bu döyüş türkün hər zaman öyündüyümüz şanlı tarixinin qızıl səhifəsi deyil və ola da bilməz. Ən azı ona görə ki, Çaldıran düzündə türk oğulları bir-birinə qılınc çəkmiş, sonda bu oğullardan biri qılıncın işə yaramadığını gördükdə qardaşına qarşı odlu silahdan istifadə etmişdi...

XVI yüzilliyin başlanğıcı Yaxın və Orta Şərqin tarixində ciddi dəyişikliklərlə xarakterizə olunur. Avropalıların böyük coğrafi kəşflərlə məşğul olduğu bir zamanda İslam Şərqində böyük imperiyalar müharibə vəziyyətində idilər. Bu münaqişələrdən daha ciddisi Osmanlı imperatorluğu ilə Səfəvilər dövləti arasında yaşanırdı. Şərqi Anadolunu bürüyən qızılbaş təbliğatı və Asiyadan Avropaya gedən ticarət yollarına nəzarət uğrunda mübarizə sonucda 1514-cü il avqustun 23-də iki böyük türk dövlətinin Çaldıran düzündə üz-üzə gəlməsi ilə nəticələndi. Sayca daha üstün olan Osmanlılar həm də odlu silahın verdiyi üstünlükdən bəhrələnərək bu döyüşdə qalib gəldilər.

Çaldıran savaşından sonra Osmanlıların Səfəvilərə qarşı ideoloji savaşında yeni səhifə açıldı ki, bu da Şah İsmayılın həyat yoldaşı Taclı xanımın adı ilə bağlı oldu. Osmanlı sarayının ideoloqları Taclı xanımın döyüşdə əsir alındığını və Sultan Səlimin əmri ilə Osmanlı sərkərdələrindən birinə nikahlandığını israrla bəyan etməyə başladılar. Sonradan bu “ideoloji tezis” Osmanlı tarixçilərinin əsərlərində əksini tapdı və əsrlərlə davam etdi. Təbii ki, burada əsl məqsədin gənc Səfəvi şahını aşağılamaq və gözdən salmaq olduğu sirr deyildi. Çünki istənilən kişiyə və hökmdara qarşı belə bir kampaniya nəinki XVI əsrdə, hətta yaşadığımız XXI əsrdə belə effekt vermək gücündədir. Bəs əsl həqiqət necə idi? Doğrudanmı Şah İsmayılın həyat yoldaşı Çaldıran döyüşündə Sultan Səlimə əsir düşmüşdü?

Çaldıran savaşında Osmanlılara qarşı qızılbaş kişiləri ilə yanaşı, qadınlar da iştirak etmişdilər. Katerino Zeno və Seqredonun əsərlərində bu barədə bəzi məlumatlara rast gəlinir. Osmanlı sarayının Divan dəftərxanasının rəisi (rəis-ül-küttab) olan Qoca Hüseynin “Bədayə-ül-vəqayə” (“Heyrətamiz hadisələr”) əsərində də bu məsələyə geniş toxunulub. Hüseynin yazdığına görə, Çaldıran savaşı zamanı “qızılbaş ləşgərgahı nazənin pəriçöhrələrlə dolu idi”. Buradan belə anlaşılır ki, Səfəvilər döyüşə gedərkən qadınlarını da özləri ilə birgə savaş meydanına aparırdılar. Öz növbəsində bunun səbəbini açıqlayan “Tac-üt-təvarix” (“Tarixlərin tacı”) əsərinin müəllifi Xoca Sadəddin Əfəndi qeyd edir ki, məqsəd “əsgərinin qaçışını əngəlləmək” idi. Təsadüfi deyil ki, həm Türkiyə, həm də İtaliya tarixçiləri Çaldıran savaşından sonra döyüş meydanında xeyli qızılbaş qadının meyitlərinin tapıldığını bildirirlər. Bu xüsusda S.Onullahi və Ə.Vilayətinin qeydləri böyük maraq doğurur. Onların yazdığına görə, qızılbaş qadınlarının vətənpərvərliyinə və qəhrəmanlığına heyran qalan Sultan Səlim Yavuz “cəsədlərin hərbi təşrifatla dəfn edilməsi barədə göstəriş vermişdi”.

Çaldıran savaşı ilə bağlı ən çox müzakirə və mübahisə doğuran məqamlardan biri də, yuxarıda qeyd etdiyimiz kimi, Şah İsmayılın zövcəsi Taclı xanımın əsir düşməsi ilə bağlıdır. Bu məlumat qızılbaşlara xüsusi nifrəti ilə seçilən Osmanlı tarixçilərinin əsərlərində geniş və çox vaxt təhrif olunmuş şəkildə öz əksini tapmış, əsas məqsəd isə Şah İsmayılı aşağılamaq olmuşdur. Qoca Hüseyn Xoca Sadəddin Əfəndiyə (o da öz növbəsində Çaldıran döyüşündə qızılbaşlar tərəfindən iştirak etmiş babası Hafiz Məhəmməd İsfahaniyə) istinadən yazır: “Biz (yəni Hafiz Məhəmməd İsfahani - C.C.) qaranlıq gecədə Təbrizə doğru qaçarkən bəzi qızılbaşlara rast gəlib onlardan şahı sorardıq. “Şah irəlidədir, amma Taclı xanımdan xəbəriniz varmıdır?” derlərdi”. Həmin gecə Halvaçı oğlu Hüseyn bəylə də rastlaşdıqlarını bildirən Hafiz Məhəmməd İsfahani yaralı şahın “Taclı xanımı tapmaq üçün onu məmur etdiyini” nəql edir. Daha sonra isə məlumat verir ki, Təbrizdə gizlənərkən Taclı xanımın Xoya qaçdığını, Xoy məlikinin isə onu Şah İsmayıla göndərdiyini eşidib.

Çox maraqlıdır ki, bu məsələdə Xoca Sadəddinin babası Hafiz Məhəmməd İsfahani ilə atası Həsəncanın verdiyi məlumatlar bir-biri ilə ziddiyyət təşkil edir. Həsəncan “bəzi inanılmış adamlara istinadən” bildirir ki, Taclı xanım döyüş zamanı Məsih Paşanın oğlu tərəfindən əsir tutulmuş, bir gecə onun çadırında qaldıqdan sonra çox qiymətli cəvahirdən hazırlanmış sırğaları ona verməklə əsirlikdən xilas olmuş, məhz bundan sonra qaçıb Xoya varmışdı. Türkiyə tarixçisi İ.H.Uzunçarşılı qeyd edir ki, Taclı xanım Məsih Paşanın oğluna yox, Vidin sancaqbəyi Məsih bəyə əsir düşmüşdü. Bu faktı mərhum akademik Ziya Bünyadov da “Tarixi-Selaniki” əsərinə yazdığı qeydlər və şərhlər bölməsində təsdiqləyir.

Qoca Hüseyn qeyd edir ki, Çaldıran döyüşündən sonra Sultan Səlimin əmri ilə Taclı xanım qazıəsgər Tacizadə Nişançı Cəfər Çələbiyə nikahlanmış, əsir düşən digər qızılbaş qadınları isə azad edilmişdilər. Lakin çox maraqlıdır ki, həm Qoca Hüseyn, həm də Xoca Sadəddin Taclı xanımı Şah İsmayılın zövcəsi yox, məhbubəsi (bu sözün həm “sevgili”, “məşuqə”, həm də “kəniz”, “cariyə” kimi mənalandırmalarına rast gəlinir - C.C.) kimi təqdim edən digər Osmanlı müəlliflərindən fərqli olaraq, əsir düşən qadının məhz Taclı xanım olmasına şübhə ilə yanaşırlar: “Doğrusunu Allah bilir. Ola bilsin, bu hekayədə anladılan məhbubə Şah İsmayılın zövcəsi Taclı xanım deyildir. Amma onun qayət bəyəndiyi və rəğbət bəslədiyi olduğuna şübhə yeri yoxdur. Hətta sülh üçün göndərdiyi elçi ilə onu istəmişdi. Amma Xudavəndkar həzrətləri (Sultan Səlim - C.C.) göndərməyib üləmanın məşvərəti ilə Tacizadə Cəfər Çələbiyə nikah etdiyi müqərrərdir”.

Səfəvi mənbələri milli, dini və əxlaqi prinsiplərə riayət edərək, Taclı xanımın əsir düşməsi haqda o qədər də geniş məlumat vermirlər. Taclı xanımı yanlış olaraq Əbdi bəy Şamlunun qızı, Durmuş xanın bacısı və Şah Təhmasibin anası kimi təqdim edən anonim “Aləmara-yi Şah İsmayıl” əsərinin müəllifi onun Çaldıran döyüşündə əsir alınmadığını, sadəcə, yaralandığını və iki gün səhrada dolaşdıqdan sonra Mirzə Şah Hüseyn İsfahaniyə rast gələrək təhlükədən qurtulduğunu bildirir. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan “Şah İsmayıl və Taclı xanım” dastanında da ikincinin əsir düşməsi haqda heç bir qeydə rast gəlinmir.

Görkəmli tatar alimi, şair, yazıçı və jurnalist Rzaəddin ibn Fəxrəddin “Məşhur xatunlar” əsərində Taclı xanımı Şah İsmayılın məhbubəsi kimi təqdim edərək, onun Çaldıran döyüşündə Məsih Paşazadəyə əsir düşdüyünü və zinətlərini verməklə qurtulduğunu bildirir. Üstəlik, qeyd edir ki, Tacizadə Cəfər Çələbiyə nişanlanan qadın Səfəvi şahının xatunu Bəhruzə olub.

Azərbaycan Səfəvişünaslıq məktəbinin banisi, AMEA-nın müxbir üzvü, professor O.Əfəndiyev də Çaldıran döyüşündə Şah İsmayılın Taclı və Behruzə adlı xanımlarının əsir düşdüyünü yazır: “Taclı xanım əsirlikdən azad olaraq Təbrizə qaçmağa müvəffəq olmuş, Behruzə xanım isə Osmanlı sultanı Səlim tərəfindən Konstantinopola aparılmışdı”. S.Onullahi isə müxtəlif mənbələr əsasında sübut etmişdir ki, Şah İsmayılla 20 il birgə həyat sürmüş Taclı xanım Çaldıran döyüşündə iştirak etsə də, əsir düşməmiş, Şah Təhmasib dövründə Səfəvilər sarayında yaşamış, dövlət işlərində fəal iştirak etmiş və 1540-cı ildə Şirazda vəfat etmişdi. Behruzə xanıma gəlincə, “çox ehtimal ki, bu, müharibə cəbhəsində vuruşan qadınlardan biri olub, əsir alındıqdan sonra özünü şahın arvadı kimi də qələmə verə bilərdi. Yaxud bu da Osmanlı hökmdarı və sərkərdələrinin Şah İsmayılı nüfuzdan salmaq üçün ortaya atdıqları uydurmalardandır”.

“Tac-üt-təvarix”in tədqiqatçısı T.Cəfiyev də hesab edir ki, tarixən formalaşmış milli psixologiyanı nəzərə alan Osmanlı tarixşünaslığı uzun zaman ideoloji mübarizə apardığı Səfəvi dövlətinə qarşı bu saxta faktdan istifadə etmişdi.

“Bədayə-ül-vəqayə” və “Tac-üt-təvarix” kimi ciddi sayıla bilən Osmanlı mənbələrinin müəlliflərinin Çaldıran döyüşündə Taclı xanımın əsir düşməsinə və Tacizadə Cəfər Çələbiyə nikahlanmasına, yuxarıda qeyd olunduğu kimi, şübhə ilə yanaşmasını nəzərə alaraq, biz daha çox O.Əfəndiyevin yekun qənaətini bölüşürük. Hesab edirik ki, Taclı xanım həqiqətən də Çaldıran döyüşündə iştirak edərək əsir düşmüş, lakin zinət əşyalarını verməklə xilas olmuşdu. Eyni zamanda Behruzə xanımla bağlı S.Onullahinin qənaətinin həqiqətə daha yaxın olduğunu qəbul edirik. Tarixi mənbələrdə Çaldıran savaşında iştirak edən bu iki qadından başqa digər qadınların adına rast gəlinməməsi də bu fikrin doğruluğunu təsdiqləyir.

Bu deyilənlərə yekun vuraraq onu demək olar ki, Osmanlı mənbələrində Taclı xanımla əksini tapmış məlumatlarda həqiqət yükü olsa da, daha çox uydurmalarla zənginləşdirilmiş və əsrlər boyu Şah İsmayılı nüfuzdan salmaq məqsədinə xidmət etmişdi.

Cavid CABBAROĞLU

APA İnformasiya Agentliyinin redaktoru


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Qaynaqlar:
1. Cəfiyev T. Xoca Sadəddin Əfəndinin “Tac-üt-təvarix” əsəri Taclı xanım haqqında // Şərqin aktual problemləri: tarix və müasirlik (akademik Z.Bünyadovun anadan olmasının 75 illiyinə həsr olunmuş elmi-nəzəri konfransın materialları), Bakı, 2000.
2. Hoca Sadettin Efendi. Tac-üt-tevarih. Hazırlayan: İ.Parmaksızoğlu. c. 4. İstanbul, 1992.
3. Məmmədov Ə.H. Şah İsmayıl Xətai. Bakı, 1988.
4. Onullahi S.M. Taclı xanım // Azərbaycan SSR EA-nın Xəbərləri (dil, ədəbiyyat və incəsənət seriyası). Bakı, 1981, № 1.
5. Rzaəddin ibn Fəxrəddin. Məşhur xatunlar. Tərtib edəni, çevirəni və ön sözün müəllifi Z.Hacıyeva. Bakı, 1993.
6. Selaniki Mustafa Əfəndi. Tarix-i Selaniki (1563-1600). Azərbaycan və qonşu ölkələrin tarixinə dair iqtibaslar (türk dilindən tərcümə edəni Z.M.Bünyadov). Bakı, 1992.
7. Vilayəti Ə. Şah İsmayıl Səfəvi dövründə İranın xarici əlaqələr tarixi. Tehran: Əl-Huda, 1998.
8. Xöseyn. Bedai ul-vekai (Udivitelğnıe sobıtiə). (İzdanie teksta, vvedenie i obhaə redaküiə A.S.Tveritinovoy). Moskva, 1961.
9. Gfendiev O.A. Obrazovanie Azerbaydjanskoqo qosudarstvo Sefevidov v naçale XVI veka. Baku, 1961.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]