Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Azərbaycan elminin dünyaya inteqrasiyası bütün sahələri əhatə edir”

“Azərbaycan elminin dünyaya inteqrasiyası bütün sahələri əhatə edir”
Bölmə :
KİVDF
Yayım tarixi :
21/1/2016 [22:07]
Baxılıb :
990 dəfə
Almaz Həsrət: “Gənc alimlərimizin beynəlxalq aləmə çıxması üçün dövlət tərəfindən yeni strategiyalar və planlar hazırlanır”

Hər bir millətin, dövlətin yüksəlişi, bilavasitə onun elmə, təhsilə göstərdiyi diqqətə bağlıdır. Müstəqil Azərbaycanda elmin inkişafına yönəlik bir sıra mühüm addımlar atılıb, bu yolda xeyli vəsait sərf olunub.

Məsələn, ölkəmizdə elmin inkişafına yönəldilən xərclər 2003-cü ildə 16,6 milyon manat təşkil edirdisə, 2011-ci ildə bu rəqəm 108,6 milyon manata yüksəldi. Bu rəqəm 2010-cu illə müqayisədə 5,6 faiz və ya 5,8 milyon manat çoxdur. 2011-ci ildə büdcədən elmə ayrılan xərclər ümumi büdcənin 0,9 faizini təşkil edirdi. Və bu rəqəm sonradan daha da artdı.

Bəs Azərbaycan elmi dünya elminin bir parçasına çevrilə bilibmi? Elm institutlarımızı, alimlərimizi dünyada tanımağa başlayıblarmı və əksinə elm xadimlərimiz ölkəmizi beynəlxalq aləmdə tanıda bilirmi? Beynəlxalq elmi simpoziumlara, konfranslara azərbaycanlı alimlər dəvət alırmı, onların elmi işləri beynəlxalq aləmdə necə qəbul olunur? "Bizim Yol"un bu və digər suallarını Azərbaycan Respublikasının əməkdar müəllimi Almaz Həsrət cavablandırır:

- Bəzən elə zənn edirlər ki, Dünya elmi dedikdə, yalnız elə Avropa və Amerika ölkələrinin elmi anlaşılır. Xeyr, əsla belə düşünmək olmaz. Dünya elminin formalaşması tarixini dəqiq araşdırsaq, görərik ki, onun formalaşmasının ən dərin kökündə elə Şərq dünyasının, ələlxüsus da bütöv Türk dünyasının izləri-kökü üstündə qurulmuş bir elm dayanır. Hələ tədqiqatçı C.D.Skazkin beynəlxalq münasibətlər sisteminin formalaşması haqqında yazırdı: "XI-XV əsrlərdə Avropada müəyyən beynəlxalq münasibətlər sistemi yaranır, tədricən bəzi diplomatik normalar və ənənələr işlənib hazırlanırdı. Bu dövrdə müharibə və dəniz hüququ inkişaf etməkdə idi. Eyni zamanda, Avropa ölkələri ilə Şərq ölkələri arasında da iqtisadi, siyasi və mədəni əlaqələr genişlənir və möhkəmlənirdi" (Mənbə: Orta əsrlər tarixi: Ali məktəblər üçün dərslik. S.D.Skazkinin ümumi redaktəsi ilə. Azərbaycan dilinə çevirəni Y.M.Mahmudov. Bakı: Maarif, 1988, 527 s.). 

O dövrdə beynəlxalq münasibətlərin inkişafına bir neçə amil təsir edirdi: xalqlar və dövlətlər arasında inteqrasiya əlaqələrinin sürətlənməsi, Avropada feodallaşma prosesinin başa çatması, daxili və xarici ticarətin genişlənməsi və s. Eyni zamanda, xalqların formalaşması və milli dövlətlərin təşəkkülü prosesinin başlanması, həmçinin XIV-XV əsrlərdə osmanlıların Ön Asiya və Balkan yarımadasında möhkəmlənməsi beynəlxalq münasibətlərin inkişafına böyük təsir göstərirdi. Böyük coğrafi kəşflər dünyanın siyasi xəritəsini zənginləşdirməklə yanaşı, dünya elm sisteminin formalaşmasına da münbit şərait yaratdı. 

Dünya elminə daha yaxın olmaq üçün ən yaxın yol internetdən istifadə yolu oldu. İnternet bütün dünya xalqlarının elmi biliklərini göstərməsi, paylaşması və yeni elmi biliklərə yiyələnməsi üçün çox gözəl bir imkana çevrildi. Bu zəmində bütün bunlara nail olmaq üçün əsas vasitə İnformasiya Kommunikasiya Texnologiyaları oldu. Kompüter və digər texnoloji avadanlıqlardan istifadə bu imkanların sərhədini daha da genişləndirdi və Azərbaycan elmi ilə dünya elminin qarşılıqlı münasibətlərinin formalaşmasına şərait yaratdı. Xaricdə artıq elm adamlarının içərisində fəxrlə adını deyə biləcəyimiz həmvətənlərimiz var ki, onların bilikləri nəinki bir ölkəyə, hətta dünyanın elm sahəsinə yüksək töfhə verə bilmək iqtidarındadır.  

- Hazırda Azərbaycan elminin və təhsilinin dünyaya inteqrasiyası hansı səviyyədədir?

- Azərbaycan təhsilinin dünyaya inteqrasiyası artıq demək olar ki, bütün elm sahələrini əhatə edir. Biologiya, kimya, fizika və digər elm sahələrinin nəzəri və praktik tərəfləri tədqiqatçılarımız tərəfindən araşdırılaraq maraqlı nəticələri əldə etmək üçün qonşu və uzaq xarici ölkələrdəki aidiyyatı qurumlarla iş birliyinin yaradılmasına gətirib çıxarır. Nəticədə inteqrativ elmi biliklər formalaşır və uyğun vəsaitlər hazırlanır, məqalələr yazılır. Elm adamları illərin təcrübəsindən keçmiş alimlərin zehni potensialından istifadə edərək yeni fikirlərlə zənginləşdirirlər. Sonda bu, Azərbaycan alimlərinin dünyaya inteqrasiyasının uğurlu işlərinin göstəricisinə çevrilir.  

- Bəs bu sahədə atmalı olduğumuz və atdığımız addımlar nədən ibarətdir?

- Bu sahədə artıq çox işlər görülür və görülməkdədir. Bir sıra səmərəli addımlar atılır. Gənc alimlərin dünyaya çıxması üçün hər cür uyğun şəraitin yaradılması üçün dövlət tərəfindən yeni strategiyalar və planlar hazırlanır. Alimlərimiz hansı xarici ölkəyə getmək istəyirlərsə, hansı xarici ölkədən alimlə ünsiyyət qurub onunla əməkdaşlıq etmək istəyirsə, bunun üçün demokratik ölkəmizdə heç bir maneə yoxdur, ola da bilməz. Çünki bütün bu imkanların əldə olunması üçün daim yeni-yeni müasir düşüncəli fikirlərin paylaşılması üçün elmi təqdiqat institutlarında elm adamları ilə əlaqələr mütəmadi olaraq yaradılır və görüləcək elmi işlərin məzmunu müasir - beynəlxalq standartlara uyğun kontentlə genişlənərək zənginləşir. 

- Bu gün gənc alimlərimizin nə kimi beynəlxalq əlaqələri var?

- Gənc alimlərin beynəlxalq əlaqələrinin genişləndirilməsi üçün çox geniş və çox əhatəli imkanlar yaradılır. Bu seçimdə təbii ki, ölkəmizdə gənc alimlər sərbəstdirlər. Onlar öz profil və ixtisaslarına uyğun beynəlxalq ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirirlər. Uyğun məzmunlu beynəlxalq konfranslarda, seminarlarda və digər mötəbər tədbirlərdə iştirak edə bilirlər. Bunun nəticəsidir ki, son elmi tədqiqat işləri daha maraqlı mövzuları əhatə etməklə yanaşı, həm də daha əhatəli və daha xarici mənbələrə istinadlardan ibarət olur.  

- Təhsil institutlarımızın digər beynəlxalq qurumlarla əməkdaşlıqları varmı?

- Təhsil qurumları, xüsusilə də elm sahəsi ilə məşğul olan müəssisələrin bu müqabildə beynəlxalq əlaqələri durduqca artır. Azərbaycanda demək olar ki, bütün təhsil müəssisələrinin beynəlxalq qurumlarla əməkdaşlıqları var və bu hal günü-gündən genişlənmək üzrədir. Nə qədər çox əhatəli və məzmunlu elm sahələri yaranırsa, bir o qədər də uyğun xarici ölkələrdə olan təhsil müəssisələri və təhsil mərkəzləri ilə əlaqələr artır. Bilirik ki, elm tarixi inkişafı dövrünün yarandığı günündən ta indiyənə qədər insanların həyat şəraitinin yaxşılaşdırılması və onların rifahının yüksəldilməsinə xidmət edib. Bütün dünyada, o cümlədən Azərbaycanda da elmlə məşğul olan şəxslər, alimlər cəmiyyətdə öz bacarığı, savadı və düşüncə tərzi ilə fərqləniblər. Məhz elə həmin elm adamlarının müxtəlifyönlü fəaliyyətləri nəticəsində elmin bütün sahələrində yeni ixtiralar meydana çıxır. 
İstərdim ki, son elmi nailiyyətlərimiz, son illər meydana çıxan ixtiralar dünyamızda yaşayan hər bir insanın həyat şəraitini daha da yaxşılaşdırsın.Çünki bəşəriyyət və onun əsas varlığı sayılan şüurlu insan gələcəyə daha çox ümid bəsləyir. Arzum budur ki, dünyada elm adamlarının əməyinin qiymətləndirilməsi üçün təsis olunan çoxsaylı beynəlxalq mükafatların: Nobel, Kopli, Albert Eynşteyn, Wolf (Canavar) Fondu, Kyoto, Dan Devid, Kavli, Yapon, Heyniken, Kral Faysal, Abel, Türinq, Franklin İnstitutunun mükafatları, Dmitri Mendeleyev adına böyük qızıl medal, Mixail Lomonosov adına böyük qızıl medal və s. hər birindən qazanan azərbaycanlı alimlərimizin sayı durmadan artsın. Biz bu mükafatların əldə olunmasına nail ola bilərik, çünki dövlətimiz tərəfindən buna imkanlar yaradılır. 

Yalnız qalır bu imkanlardan düzgün və səmərəli şəkildə istifadə edək. Ən ali mükafatı almağa nail olan xalqım bütün elmi nailiyyətləri ilə həmişəki kimi ön sıraları tutacaq. Necə ki, dünyaca tanınmış alimlərimiz buna nail olublar: Sara Aşurbəyli (1906-2001), alim, tarixçi, şərqşünas; Abbasqulu ağa Bakıxanov (1794-1847), tarixçi, şair, maarifçi; Ziya Bünyadov (1923-1997), şərqşünas, tarixçi; Məmmədəli Hüseynov (1922-1994), paleontoloq; Əli bəy Hüseynzadə (1864-1940), ədib, filosof və ədəbiyyat tənqidçisi; Kərim Kərimov (1917-2003), alim-injener; Firidun bəy Köçərli (1863-1920), maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, naşir;  Yusif Məmmədəliyev (1905-1961), kimyaçı; Mirəli Qaşqay (1907-1977), geoloq; Validə Tutayuq (1914-1980), botanic; Lütfi Zadə (1921-), riyaziyyatçı və s.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]