Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Azərbaycana magik hücumlar var”

“Azərbaycana magik hücumlar var”
Bölmə :
Müsahibə
Yayım tarixi :
18/6/2012 [22:39]
Baxılıb :
1399 dəfə
Tünzalə Bayramova: “Bunun nəticəsində cəmiyyətimizdə depressiya, aqressivlik və bir-birinə qənim kəsilmək problemləri yaşanır”

Çox zaman gördüyümüz aləm gözümüzə çox böyük və əzəmətli görünür. Materiya hesab etdiyimiz Planetin ucsuz-bucaqsız sahəsində itib-batacağımızdan qorxuruq. Və bir zaman dünya gözü ilə görə bilmədiyimiz bir aləmlə qarşılaşırıq. O zaman dünyamız kiçilib gözümüzdən düşür. Bu aləmin o tərəfində hansı ənginliklərin olduğunu təsəvvür belə edə bilmirik. Amma ən azından o sirli aləmə bizdən daha yaxın olan insanlarla söhbət edib, nələrsə öyrənməyə çalışırıq. Öyrəndikcə, öz daxili aləmimizə yaxınlaşırıq və görə bilmədiyimiz aləmin sonuna öz ruhumuzda çatırıq.
Müsahibimizi Azərbaycandan çox xaricdə, xüsusilə Türkiyə və Rusiyada tanıyırlar. Bu - mərhum Etibar Elkin məktəbinin davamçısı, bioloq, fitoterapevt, parapsixoloq Tünzalə Bayramovadır. 
- Bildiyim qədəriylə, ölkəyə yeni qayıtmısınız, burada çalışmırsınız...
- Əslində, mən Azərbaycanda həm varam, həm yoxam. Yəni, dünyanın harasında olursam olum, mənə doğma olan hansısa insanla bağlı təhlükə hiss etdiyim anda, vətənə dönürəm. Tutalım, qəfildən bir yaxınımı xatırlayıram və içimə qəribə hiss dolur. Başqa şey düşünmədən, tez qayıdıram ölkəyə və görürəm ki, həqiqətən o adamın nəsə problemi, mənə ehtiyacı var.
- Mən görüşmək üçün sizi aradığımda içinizə hansısa təhlükəli hiss dolmadı ki?
- Xeyr. Axı Sizinlə bağlı elə bir problem yoxdur.
- Bəs bu dəfə Bakıya hansı hiss gətirdi Sizi?
- Darıxdım. Habelə, gəldiyimdə gördüm ki, müalicəsi ilə məşğul olduğumu 2 nəfərin mənə çox ehtiyacı var.
- Hazırda Moskvada nə işlə məşğulsunuz?
- Əvvəla, öz üzərimdə çalışıram, yeni şeyrlər öyrənirəm, mütəxəsislərlə fikir mübadiləsi aparıram. Çünki Azərbaycanda bu cür mərkəz yoxdur. Hər zaman bu sahəylə məşğul olan insanları bir araya gətirib, hansısa mərkəz yaratmağa, burada insan aurasının şəklini çəkən müasir aparat yerləşdirməyə cəhd etmişəm, amma alınmayıb. Moskvada eyni zamanda, müayinə, diaqnoz, müalicə, psixoloji və parapsixoloji yardım işləri ilə məşğulam.
- Auranın şəkli necə olur ki?
- İnsanın ətrafında olan auranın müxtəlif şəkilləri olur, həmin şəkillərlə insanın daxilində gedən fiziki proseslər təyin edilir. O aparatdakı xüsusi yerə əlini qoyursan və auranın şəkli çəkilir. Bilirsiniz, insan əli onun ən böyük məlumat mənbəyidir. Orada bütün fiziki proseslər, sağlam və nasaz nöqtələr, hansı orqanlarda nələrin baş verməsi tak əks olunub. Bir dəfə bir nervpotoloq mənə dedi ki, insanı həqiqətdə təsvir edərkən, görünür ki, ən böyük hissələr 2 əl və dil, ən kiçik hissə isə bədəndir. Ümumiyyətlə, insan bədəni 12 merediandan ibarətdir, hər barmaqdan da o meredianlar keçir. Beyinə gedən bütün informasiyaların toplandığı nöqtə də məhz yoğun barmaqla şəhadət barmağının birləşdiyi yer - üst tərəfdir.
- Tünzalə xanım, daxilimdə bir sıxıntı, gərginlik var, sakit qərarlar verə bilmirəm, əsəbi olmuşam...
- Bu, siqnaldır. İnsanın sinir sistemi pozulanda, yaxud qan-damar sistemində problem yarananda, həmin təhlükə barədə bu cür siqnallar gəlir. Tibbi baxımdan, Sizin sıxıntınızın bir neçə səbəbi var - düzgün qidalanmama, yuxusuzluq, yaxud yaş dövrü ilə bağlı gedən proseslər ola bilər. Bunu aradan qaldırmaq üçün bəzi sakitləşdirici preparatlardan istifadə edin, əgər 15 gün ərzində fayda verməzsə, o zaman qan analizi verib ciddi yoxlamadan keçməlisiniz. Əsəbiliyin daha bir səbəbi qara ciyərdə düzgün proseslərin getməməsi, piylənmə və qan-damar sistemində problem yaranmasıdır. Əgər kiminsə qara ciyəri düzgün işləmirsə, onun əsəbi heç vaxt sakit ola bilməz. Təəssüf ki, bu gün cəmiyyətimizdə əksər insanlar bu narahatlıqdan əziyyət çəkir.
- Yuxarıda dediklərim fiziksal bir narahatlıqdır, yoxsa mənəvi sıxıntı?
- Hər ikisi, çünki biri digərindən ayrı deyil.
- Bu gün cəmiyyətimizdə mənəvi depressiya yaşanır. Artıq problem olmayan ailələr, kollektivlər nadir tapılır, insanlar sanki bir-birilərinin düşməninə çevrilib, aqressiya kəskin şəkildə artıb. Bəlkə bütün bunlar magik təsirlə bağlıdır...?
- Bu problemlərin səbəbləri sırasında magik təsir 20 faiz təşkil edir. Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Əslində, müharibə təkcə silahla aparılmır. Bu savaşın dalğaları ən müxtəlif yollarla yayılır. Məsələn, yurd-yuvalarını itirmiş insanların daxilində aqressiya yaranır, yaxud köçkünlərlə yerli insanların uzlaşa bilməməsi üzündən problemlər meydana çıxır, kənd sakinləri ilə şəhər əhli arasında ziddiyyətlər baş qaldırır və sair. Bu sırada qarşı tərəfdən edilən magik hücunlar da mühüm yer tutur. Digər tərəfdən, bu gün məni narahat edən ən böyük problemlərdən biri odur ki, bizim cəmiyyətdə sevgi hissi azalmağa, insanların daxilində boşluqlar yaranmağa başlayıb. Bunun yerini isə keçid dövrünün təsirlərindən doğan hər şeyi maddiləşdirmək, çoxlu pul qazanmaq, hərislik hissləri turur.
- Hələ də keçib qurtarmamışıq?
- Xeyr. Hələ uzun illər bu dövrü yaşayacağıq.
- Magik təsirlərdən danışdınız. Deməli, Ermənistan tərəfdən magik hücumlara məruz qalırıq?
- Hazırda bütün dünya ölkələrində magiya, parapsixologiya, ekstrasensorika elmləri dərindən öyrənilir, təəssüf ki, Azərbaycandan başqa. Və həmin ölkələr öz elmlərini praktikada tətbiq edirlər. Beləliklə, öz qüvvələrini sevmədikləri ölkələrə yönəldirlər. Bu mənada Azərbaycana magik hücumlar var.
- Bunu kimlər edir, el dili ilə desək, cadugərlər?
- Cadugərlər burada 15-20 fazi təşkil edər. Hər bir ölkənin siyasi laboratoriyası, yuxarıda qeyd etdiyim elmi mərkəzləri var. Nəticədə həmin mərkəzlər ölkə rəhbərliyinin sifarişini yerinə yetirir.
- Ümumiyyətlə, magik hücum nədir?
- Ötürülən ağır enerji dalğası. Bunun nəticəsində insanlarda ağır mənəvi depressiyalar, aqressivlik, ruh düşkünlüyü, bir-birinə qənim kəsilmək kimi problemlər yaşanır.
- Ağrılı haldır ki, bu gün cəmiyyətimizdə intiharların yaşı çox cavanlaşıb. Bir mətbuat işçisi olaraq, hər gün neçə-neçə gəncin, yeniyetmənin canına qıydığını eşitməsək, təəccüblənərik. Bunun səbəblərini nədə görürsünüz?
- Hər şey başlayır təlim-tərbiyədən. Bu gün bir neçə səbəbdən müəllimlər şagirdlərlə dil tapmağa, onları həyata hazırlamağa, yaşam eşqi ilə doldurmağa çalışmır. Amma sovet dövründə bizlər həmin sevgini, ilgini görürdük. Yaxud çox vaxt valideynlərin başı gündəlik dolanışığa o qədər qarışır ki, övlada həmin diqqəti, ilgini göstərə bilmir. Üstəlik yuxarıda qeyd etdiyimiz kimi, cəmiyyətdəki sıxıntıları, depressiv prosesləri nəzərə alsaq, övladlara xüsusi diqqətin nə qədər vacib olduğunu anlayarıq. İntiharların əsas səbəblərindən biri uşaqların özlərini tənha hiss etmələridir. Fikrini bölüşməyə adam tapa bilmir, özünü cəmiyyətə yad kimi hiss edir, nəticədə bu tənhalıqdan qurtulmaq qərarına gəlir. Səbəb də, sovet dövründən fərqli olaraq, hazırda diqqətsizlik, məşğuliyyətsizlik və cəmiyyətdə yaranan boşluqdur.
- Amma sovet dövründən fərqli olaraq, bu gün din var. Din də həmin boşluğu doldura bilmir?
- Təəsüf ki, indi dinin 90 faizi yanlış istiqamətə yönləndirilir. İnsanı yalnız qorxu altında saxlayırlar, onu yönləndirmək əvəzinə qorxudurlar. Xüsusilə, vəhhabilər, sektantlar çox fəallaşıblar.
- Siz çox xarici ölkələrdə olmusunuz. Bizim cəmiyyətimizdə yaşanan gərginlik, aqressiya kimi sıxıntılar oralarda da müşahidə olunurmu?
- Əslində, həmin məsələdə Azərbaycanı dünya ölkələri ilə müqayisə etsək, durumumuz o qədər də bərbad deyil. Məsələn, hər bir şəraitlə təmin olunmuş Amerika cəmiyyətində, yaxud Avropa ölkələrində intiharların səviyyəsi bizdən qat-qat çoxdur. Çünki insanların ruhu acdır, mənəvi təminat zəifdir.
- Hazırki mənəvi problemləri qloballaşmanın nəticəsi də saymaq olarmı?
- Bu amil də var. Çünki qloballaşma təbii həyat qanunlarını, kənd həyatını sıradan çıxarır. Halbuki tarixən ən böyük şəxsiyyətlərin, yazarların, alimlərin əksəriyyəti kənd həyatından çıxmış insanlar olub. Yaşadıqları ortam təmiz, sakit olduğu üçün, öz potensiallarını aça bilirdilər, ruhları dincəlirdi. İndiki proseslər, tələm-tələsik yaşam isə sadəcə sıxıntı və süniliyə doğru gedir.
- Qloballaşmadan danışdıq, ağlıma əsrin bəlası sayılan xərçəng xəstəliyi gəldi. Bu nə sirrdir ki, hələ də tibb elmi onun səbəblərini tapa bilməyib?
- Bu yaxınlarda etiraf olundu ki, bu xəstəlikdə helikobakter tapılıb və xəstəlik virus mənşəlidir. Helokobakter - yəni orqanizmdə zəifləmə. Ümumilikdə, bütün xəstəliklərin, o cümlədən xərçəngin mənbəyi onun fikirləri, beynindəki dərd-səri, sıxıntıları ilə bağlıdır. Bu xəstəlik hansısa zədədən (tutalım başı harasa dəyib zədələnib) də yaranır. Biz xərçəngi belə görürük ki, insan aurasındakı rəngli təbəqənin üstünə qara bir nöqtə çöküb və get-gedə həmin qara nöqtə böyüyərək, içəri hopur. Nə zamansa bu bəlanın da tam çarəsi tapılacaq. Bununla belə, indi də onun qarşısını almaq olur, amma baxır kim, harada və necə. Məsələn, xəstələrin iradəsi və mənim metodlarımla bu xəstəliyi sıradan çıxardığımız vaxtlar olub. Burada ən önəmli məqam xəstənin iradəsi və immun sisteminin möhkəm olmasıdır. Zəif iradəli insan bəzən xərçəngdən yox, ondan yaranmış depressiyadan dünyasını dəyişir.
- Hansısa xəstənizlə bağlı yaşadığınız və yaşatdığınız maraqlı anı bölüşə bilərsiniz?
- (Bir qədər düşünür -müəl.) Bir neçə il öncə yanıma bir oğlan gəlmişdi. Ürəyi ilə bağlə bir problemi vardı. Uzun zaman nə qədər çalışsam da, ən müxtəlif metodlardan istifadə etsəm də, nəticə olmurdu. Oğlanın nə xəstəliyi keçir, nə də ağrısı azalırdı. Bir dəfə onunla bağlı içimə qəribə bir hiss doldu və tez çağırıb dedim ki, sənin atanla bağlı problemin var, get onu həll et, problem həll olundu. Üstündən bir müddət keçmiş oğlan yanıma gəldi və təəccüblə üzümə baxıb dedi: “Tünzalə xanım, həqiqətən atamla uzun illərdi küsülü idik. Siz deyən vaxt gedib barışdım və iki gündən sonra atam da rəhmətə getdi, xəstəliyim də aradan qalxdı”.
- Təxminən yarım saatdan çoxdur söhbət edirik. Mənim auramda nə hiss edirsiniz?
- Sol kürəyinizdə, çiyninizə doğru ağrı hiss edirsiniz...
- (Heyrətimi gizlədə bilmirəm -müəl.) Artıq Sizə sözüm yoxdur...

Tural TALEHOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]