Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“ABŞ-Azərbaycan münasibətlərindəki soyuqluq Vaşinqtonun davranışlarından qaynaqlanır”

“ABŞ-Azərbaycan münasibətlərindəki soyuqluq Vaşinqtonun davranışlarından qaynaqlanır”
Bölmə :
KİVDF
Yayım tarixi :
18/1/2016 [22:59]
Baxılıb :
927 dəfə
İlqar Orucov: “Bizim xarici siyasətdə öz seçimimiz var: bizimlə dost olan bütün dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsi”

Cənubi Qafqazın Yaxın Şərq, Avropa və Asiya arasında qovuşma nöqtəsində yerləşdiyini, əlverişli geosiyasi mövqeyə malik olduğunu nəzərə alaraq, onu həyati əhəmiyyətə malik olan bir region kimi xarakterizə etmək olar. Tarix boyu hegemon güclər bu regionu qonşu ərazilərdə öz nüfuz dairələrini yaymaq məqsədilə baza qismində nəzərdən keçirmişlər.

Qafqazın geosiyasi önəmi həmçinin mühüm enerji ehtiyatlarının olması ilə əlaqədardır. Regionun əhəmiyyəti Qərbin yanacaq istehlakçısı olan dövlətlərinin Rusiya və Yaxın Şərqin enerji resurslarından asılılığının azaldılması və aradan qaldırılması niyyətindən sonra daha da artdı. Lokal, regional və qlobal güclər arasında gərginlik və münaqişələr, separatçı regionların mövcudluğu, mütəşəkkil cinayət Cənubi Qafqazda qeyri-sabitliyin mənbəyi və lokal və regional aktorların geosiyasi statusunun formalaşmasına təsir edir.

Bu bölgə, xüsusilə yeraltı sərvətlərlə zəngin olan Azərbaycan daim supergüclərin maraq dairəsində olub. Məsələn, ABŞ Qafqazı vahid qərbyönümlü federasiya və ya konfederasiya kimi görmək istəyir. Rusiya Qafqazı özünün ənənəvi təsir dairəsi kimi qəbul etdiyindən digər ölkələrin regional işlərə müdaxiləsinə qarşı çıxır. Həmçinin Rusiya Vahid Qafqazdansa üç müstəqil Cənubi Qafqaz dövlətindən ibarət vahid zonanın yaradılmasında maraqlıdır. Avropa İttifaqı Cənubi Qafqaza Xəzər dənizinin enerji resursları üçün tranzit region kimi baxır. Xəzərin neft və qaz ehtiyatları Avropa üçün Rusiya yanacağına alternativ mənbə qismində nəzərdən keçirilir. Avropa Rusiyanın Cənubi Qafqazda mövqeyinin zəifləməsində maraqlıdır.

Cənubi Qafqaz, əsasən də Azərbaycan ABŞ-ın xarici siyasətində mühüm yer tutur və burada Rusiya və İran amilləri mühüm yer tutur. Bu mənada Azərbaycanın müstəqillik qazandıqdan sonra Qərbə inteqrasiya yolunu tutması, mühüm neft-qaz layihələrinin icrasına başlanması ABŞ və Avropa Birliyi tərəfindən olduqca müsbət qarşılandı və ölkəmizin önəmi onlar üçün daha da artdı.
Bununla yanaşı, Azərbaycan region ölkələri ilə münasibətlərin korlanmaması xəttinə də böyük önəm verir və balanslaşdırılmış xarici siyasət yürüdür. Və təbii ki, istənilən siyasi kursdan doğan problemlər olur. Dövlətin siyasi çevikliyi isə həmin problemləri daha az zərərlə həll etməkdir.
Beləliklə, bölgəmizdə və dünyada yaşanan proseslər, Azərbaycanın xarici siyasətinin prioritetləri, dünya dövlətləri və beynəlxalq təşkilatlarla münasibətlər mövzusunda "Bizim Yol"un bu dəfəki həmsöhbəti, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovdur. Müsahibəni təqdim edirik:

- İlqar bəy, Azərbaycan xarici siyasətdə seçimə sürüklənir sanki. Bir tərəfdə təhlükəli qonşular Rusiya və İran, digər tərəfdə güclü Qərb dünyası və qardaş Türkiyə. Bizim yolumuz nə olmalıdır?

- Dövlətin müstəqilliyini şərtləndirən vacib elementlərdən biri də beynəlxalq əlaqələrini necə qurması ilə bilavasitə bağlıdır. Bildiyimiz kimi, Azərbaycan çox gənc dövlətdir, müstəqillik əldə etməyimizin tarixi qısa zamana - 24 ilə dayanır. Və şübhəsiz ki, biz beynəlxalq güclərlə, beynəlxalq qurumlarla, böyük dövlətlərlə və eyni zamanda qonşularımızla münasibətlərdə ilk növbədə balansı qorumalıyıq. Əlbəttə bu balans bizim milli dövlətçiliyimizin qorunmasına, onun inkişafına xidmət etməlidir. 

Ölkəmizin yerləşdiyi olduqca strateji geosiyasi məkan, son illərdə ölkəmizin regionda iqtisadi gücə, siyasi və mədəni mərkəzə çevrilməsi istiqamətində çalışmalarımız təbii ki, dövlətimizə olan maraqları daha da artırmaqdadır.  Beynəlxalq münasibətləri böyük supergüclərin maraqları formalaşdırır. Dünyadakı qütblülüyü də, standartları da müəyyən edən bu güclərdir. Əslində bu, mürəkkəb bir oyundur və bu oyunda dünyada gedən siyasi proseslər, kataklizmlər, gərginliklərin artması fonunda Azərbaycanın yeri, Azərbaycanın maraqları, mövqeyi, əlbəttə ağıllı seçim edə bilməyi tələb edir.  Azərbaycanın xarici siyasətində başlıca xətt dövlətin və xalqın maraqlarının təmin olunmasından keçir və dövlət başçımız məhz xarici siyasətimizi bu istiqamətdə qura bilmişdir. 

Rusiya, İran və Türkiyə bizim qonşularımızdır və qonşu dövlətlərlə dost və sağlam münasibət bizim üçün olduqca vacibdir. Bizim qonşu dövlətlərlə münasibətimiz yalnız qarşılıqlı maraqlar və əməkdaşlığa söykənir. Və bizim xarici siyasətdə öz seçimimiz var: biz yalnız öz yanımızdayıq, öz yerimizdəyik və bizimlə dost olan bütün dövlətlərlə dostluqda, əməkdaşlıqda maraqlıyıq. Hesab edirəm  zaman-zaman ölkəmizə qarşı yönələn təhdidlər və təsirlər də məhz Azərbaycanın dövlət olaraq sərbəst və müstəqil xarici siyasət aparmasından irəli gəlir. Və düşünürəm bu doğru yoldur, bu yolla da biz getməliyik. 

- Son zamanlarda Azərbaycanla ABŞ arasında soyuq savaş yaşanırdı. Və bu günlərdə Barak Obama azərbaycanlı həmkarı İlham Əliyevi Vaşinqtonda keçiriləcək Qlobal Təhlükəsizlik Sammitinə dəvət etdi. Sizcə, bu jest idimi və nəyə hesablanıb? 

- ABŞ-Azərbaycan münasibətlərinə ölkəmiz həmişə qarşılıqlı maraqlar baxımından yanaşmışdır. Və son zamanlar müşahidə olunan soyuqluq da Azərbaycan tərəfdən yaranmamışdır, bunun mənbələri uzaq qitəyə gedib çıxır. Azərbaycan heç bir dövlətə özünün daxili işlərinə qarışmaq imkanı vermir və verməyəcək də. 1992-ci illərin əvvəllərində qurulmuş Azərbaycan-ABŞ münasibətləri ikitərəfli strateji əməkdaşlıq, ümumi iqtisadi, siyasi maraqlar üzərində qurulub və çox düzgün olaraq Azərbaycan bütün maraqların fövqündə ilk növbədə əsas kimi milli maraqları götürmüşdür. Biz heç bir dövlətin istəyinə və ya diktəsinə müvafiq olaraq xarici siyasətimizi istiqamətləndirmirik və eləcə də ABŞ-ın Cənubi Qafqazdakı siyasətinə də milli maraqlar kontekstindən irəli gələn siyasətimizlə cavab veririk. 

Ölkələr arasında ən yüksək siyasi dairələr səviyyəsində intensiv və qarşılıqlı hörmətə əsaslanan, transmilli  tərəfdaşlığa söykənən siyasi əməkdaşlıq mövcuddur və istər dövlətlərarası  münasibətlərdə, istərsə də beynəlxalq müstəvidə hər iki dövlətin maraqları üst-üstə düşür. Yəni görünən odur ki, Azərbaycan münasibətlərin gərginləşməsində deyil, inkişafında maraqlıdır və siyasətini də bu istiqamətdə qurmuşdur. 

Son zamanlar ABŞ-Azərbaycan münasibətlərindəki soyuqluq bilavasitə ABŞ siyasi dairələrindən ölkəmizə qarşı yönələn baxışlarla bağlı idi və hesab edirəm Azərbaycan qəti və prinsipiallığını ortaya qoyaraq bir daha nümayiş etdirdi ki, siyasi-iqtisadi gücündən asılı olmayaraq, heç bir dövlət bizi milli maraqlarımıza uyğun gəlməyən siyasi proseslərə cəlb edə bilməz. Ölkəmizin beynəlxalq siyasətində Azərbaycan - ABŞ münasibətlərinə xələl gətirməyə, münasibətləri gərginləşdirməyə yönəlmiş  və ABŞ-ı narahat etməli olan heç bir element yoxdur. Əksinə, Cənubi Qafqazın əsas güc mərkəzinə çevrilmiş Azərbaycan dövlətlərarası münasibətlərin inkişafında maraqlıdır. Amma biz bunu ABŞ-dan görmürük və zaman-zaman ikili standartlar, ABŞ-ın supergüc olaraq iradəsini zorla diktə etməyə çalışmasını hiss edirik. Məlumdur ki, ABŞ və Rusiya arasında olan siyasi gərginlik, neftin qiymətlərinin süni şəkildə məqsədli olaraq aşağı salınması, bu proseslərdən ziyan çəkən dövlətlər sırasında Azərbaycanın da olması onu deməyə əsas verir ki, ABŞ ikitərəfli münasibətlərdə qarşılıqlı etimada əhəmiyyət vermir, onu kobud şəkildə pozur və dünyanın nizamını pozmaq gücünü nümayiş etdirir. 

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]