Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Günün diqtəsi

Bölmə :
Köşə
Yazar :
Qorxmaz İbrahimli
Yayım tarixi :
18/1/2016 [22:46]
Baxılıb :
1036 dəfə

Təqribən bir il əvvəl müxalifətlə iqtidar arasında bir dialoq başlandı. Dialoqda bir tərəfdən Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, ictimai-siyasi şöbənin müdiri Əli Həsənov, digər tərəfdən isə müxalifətdə olan bir qrup partiyaların liderləri iştirak edirdi. Çox hörmətli sədrimiz Qulamhüseyn Əlibəyli də Aydınlar Partiyası təmsilçisi olaraq öndə olan fiqurlardan idi. Bir ara intensiv davam edən bu görüşmələr uzun illərdən bəri davam edən soyuq iqtidar - müxalifət münasibətlərinin isinəcəyinə ümidlər yaratmağa başlamışdı. 

Lakin ümidlə başlanan bu proses təəssüf hissi ilə yekunlaşdı. Çünki parlament seçkiləri ərəfəsində belə bir danışığın durdurulması xoş bir şey vəd etmirdi. Həqiqətən də seçkilərdə iştirak edən bu partiyalardan bir nəfərin də olsa Parlamentə seçilə bilməməsi üzücü hal oldu. O vaxtdan iqtidarla müxalifət arasında heç bir nəzərə çarpan danışıqlar olmadı. Yəqin bir də növbəti görüşlər ya hansısa bir seçki ərəfəsində başlanacaq, ya da beynəlxalq təşkilatlardan birinin araçılığı ilə davam edəcək.
Oysa, yaşadığımız son olaylar ilk növbədə iqtidarı, ardından da müxalifəti yeni dönəmlə bağlı millətimizə və dövlətimizə faydası olacaq, manatın gözlənən ağır sarsıntılarından az itkilərlə çıxmasına yardımçı qalmaq üçün bir araya gəlməyi tələb edir. Məncə bir - birimizə qarşı nə qədər küskün və kinli olsaq da, ümummilli məsələlər firqə və şəxsi maraqları arxa plana atmağı tələb edir, gərəkdirir.

Bir müddət əvvəl yaşadığım bir olayla bağlı daxili işlər naziri Ramil Usubova "Bizim Yol" qəzeti vasitəsilə məktub ünvanlayaraq görüş istədim. Qəzetdə yayımlandıqdan az sonra cənab nazirin tapşırığı ilə mənimlə görüşdülər və ətraflı məlumat verməyimi istədilər. Hadisə haqda geniş bilgi verərək nazirlə görüşmək istəyimin səbəbini bildirdim. Son beynəlxalq krizis və onun Azərbaycana təsiri haqda da danışdıq. Bu zamanlarda polis - vətəndaş münasibətlərinə xüsusi diqqət yetirməkdən və s. ətraflı danışdıq. Sonda Ramil müəllimlə görüşəcəyimə ümüd etdiyimi bildirdim, təşəkkür edərək ayrıldım. Görüş il sonuna düşdüyündən yüksək vəzifəli generalla görüşüm haqda dəyərli oxucularımıza bilgi vermək imkanı olmadığından, tətil sonrası yazmağa qərar verdim.

Daxili işlər nazirinə yazdığım o məktuba gələn operativ reaksiya məndə yenidən iqtidar - müxalifət görüşlərinin bərpası üçün təşəbbüs göstərmək düşüncəsini yaratdı. Niyə də olmasın? Bu günə qədər yüz illər boyu müxtəlif imperiyaların tapdağı altında əzilərkən, mənəviyyatımız, dinimiz, dilimiz, milli qürurumuz əldən gedərkən nə etdik ki...? Sovet hökuməti necə nəhəng aydınlarımızı məhv etdi, milyardlarla dəyərdə zərər vurdu, ancaq bu gün varisi olan Rusiyadan hər hansı bir təzminat tələb edirikmi? Yox. Çünki dünyada olub-keçmiş bəzi şeyləri unutmaq daha yaxşıdır. Eyni zamanda bu günkü iqtidarı bizim qəbul edib - etməməyimizdən, sevib - sevməməyimizdən asılı olmadan hakimiyyətlərini qoruyub saxlaya bilmişlər. Yadellilərdən gördüklərimizi unuda biliriksə, demək bu iqtidar öz millətimizdən olduğu üçün onunla da barışa bilərik.

Bu mənada olub-bitənləri unudaraq və ya bir tərəfə qoyaraq qarşıdan gələn böhranlardan dövlətimizi itkisiz və ya az itki ilə çıxarmanın yollarını aramaq lazımdır. Arayarkən, ilk olan barış ortamını yaratmaqdır. Barışmaq üçün isə çox böyük əsas var. Bu əsas bizlərdən çıxış yolunu gözləyən uca millətimizdir. Millətimizi və dövlətimizi qorumaq və gələcəyə daşımaqsa, hər birimizin ümdə vəzifəsidir.

İlk növbədə müxalifətdən olan partiya rəhbərləri bir araya gəlməli və hakimiyyətlə görüşləri bərpa etmək və danışıqlara başlamaq üçün öz işçi qrupunu formalaşdırmalıdır. Bundan sonra isə qarşı tərəfə yazılı və elektron mediada yayımlanmaq şərti ilə müraciət ünvanlanmalıdır. Hesab edirəm, hakimiyyət yetkililəri də bu təşəbbüsü qulaqardı edib arxivə atmamalı, olumlu reaksiya verməlidirlər. Çünki kin və təkəbbür yalnız və yalnız zərər gətirəndir. Bizim kinimiz gələcək Azərbaycan dövlətinə və gələcək nəsillərə üzülmüş bir dövlət buraxar. Bununsa əzabını bizdən sonrakı nəsillər onillərlə çəkməli olarlar. 

Düşünürəm ki, hörmətli Ramil Usubovun mənə qarşı atdığı addım bir iqtidar - müxalifət danışığı üçün barış nöqtəsi olar və yeni bir gəlişmənin əsasını qoyarıq. Hər zaman 31 dekabrı Həmrəylik Günü kimi qeyd edib keçiririk. Ancaq son hadisədən sonra bu günümüzü davamlı edə biləcəyimizə inamım artıb. Gəlin hamılıqla buna inanaq və hərəkət edək.

Həmrəylik Günü ərəfəsində Respublika Prezidentinin əfv fərmanı oldu. Buna sevinənlərdən oldum. Amma bir çox dostlarımızdan heç birinin adını bu siyahıda görməməkdən də üzüldüm. Sonradan beynəlxalq basqı ilə əfv olmayacağı bəyanatı verildi. Hər kəs özünəməxsus mövqe qoydu. Mən belə bir seçənəyi bəyənməsəm də, hörmət edirəm. 

Ölkədəki siyasətçilər və tanınmış aydınlarımız araya girərək, Prezidentə müraciət edə və bu adamların azad olunmasını xahiş edə bilərlər. Keçmişdə belə bir təcrübə olduğunu sizlər də bilirsiniz. Millət vəkilləri, Xalq şairi Bəxtiyar Vahabzadə, Xalq şairi Məmməd Araz, Xalq yazıçısı Anar, elm aləminin tanınmış alimləri həbsdə olan bəzi tanınmışların azad olunması ilə bağlı mərhum prezident Heydər Əliyevə müraciət edərdilər. Çox zaman bunlara olumlu yanıt gələr, həbsdə olan şəxs və ya şəxslər azad olunardılar. Məncə, iqtidarla görüşülməli birinci məsələ budur.

Ardından günümüzün iqtisadi problemi, neftin ucuzlaşması, inhisarçılığın yan təsirləri, siyasi islahatlar və s. müzakirə obyekti ola bilər. Birgə müzakirə olunmalı əsas məsələ isə dəyərini itirməkdə olan Milli Valyutamızın - manatın aqibəti və vətəndaşımıza ağır təsiri, onun aradan qaldırılması üçün addımların atılmasıdır. Millətin bədbinləşməsi xoş bir şey vəd etmir. Bunu seyr etmək, qarşıdan sarsıdıcı problemlərin gələcəyini gözləməksə, ən yaxşı halda vicdansızlıqdır. Məncə gecikmədən hərəkətə keçmənin vaxtıdır, cənablar...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]