Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“ABŞ tələblərindən əl çəkərsə, Bakı-Vaşinqton münasibətləri normal məcrasına qayıda bilər”

“ABŞ tələblərindən əl çəkərsə, Bakı-Vaşinqton münasibətləri normal məcrasına qayıda bilər”
Bölmə :
KİVDF
Yayım tarixi :
15/1/2016 [10:17]
Baxılıb :
1101 dəfə
“Hazırkı çətin şəraitdə belə, QHT-lərimiz faydalı beynəlxalq əməkdaşlıqlar qurur və onun ciddi nəticələrinin şahidi oluruq”

Məlum olduğu kimi, ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevi Vaşinqtonda keçirilən dördüncü nüvə təhlükəsizliyi sammitinə dəvət edib. Bu barədə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov özünün Twitter bloqunda yazıb.

N.Məmmədov bildirib ki, 3 dekabr 2015-ci il tarixdə ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib: "Məktubda Prezident Obama Azərbaycan Prezidentini 2016-da Vaşinqtona IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib". N.Məmmədovun sözlərinə görə, B.Obama öz məktubunda Azərbaycanın qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirdiyini qeyd edib.

Nüvə təhlükəsizliyi sammiti aprelin 12-13-də keçiriləcək. Sammitə dünyanın 40-dan artıq ölkəsinin prezidentinin dəvət ediləcəyi gözlənilir. MDB ölkələrindən artıq Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sammitə dəvət aldığı məlumdur. ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Mayk Hammer deyib ki, sammitdə İran və Şimali Koreyanın nüvə proqramları ilə bağlı məsələlər müzakirə olunacaq.

Azərbaycan-ABŞ, Azərbaycan-Qərb münasibətləri, hazırki mürəkkəb geosiyasi mərhələdə rəsmi Bakının xarici siyasətini vektorları və digər mövzular ətrafında "Bizim Yol" əməkdaşı, Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü ilə həmsöhbət olub.

- Mübariz bəy, Azərbaycan Prezidenti amerikalı həmkarı Barak Obama tərəfindən Qlobal Təhlükəsizlik Sammitində iştirak üçün Vaşinqtona dəvət alıb. Bu dəvət iki dövlət arasında son zamanlar yaranan soyuqluğu aradan qaldıra bilərmi? 
- Belə bir dəvəti mən çox müsbət qiymətləndirirəm. Təbii ki, dünyanın ən güclü dövlətlərindən, hətta mən deyərdim ki, ən güclü dövlətindən birinin başçısı tərəfindən mötəbər tədbirə dəvət almaq ciddi bir amildir. Mən eyni zamanda Antaliyada keçirilən G-20 sammitində prezident İlham Əliyevin iştirakını da çox müsbət qiymətləndirirəm. Bu, Azərbaycanın bölgədəki nüfuzu, dövlət başçısının yürütdüyü düzgün siyasətlə bağlıdır. Gələcəkdə də bu tendensiyanın davam edəcəyini gözləyirəm. 
Amma əgər ABŞ tələblərində israr edəcəksə, bu dəvət də, bundan sonrakı dəvətlər də soyuqluğu aradan qaldıra bilməyəcək. Amma həmin tələblərdən əl çəkərlərsə, iki dövlət arasındakı münasibətlər normal məcrasına qayıda bilər. Çox istərdim ki, iki dövlət arasındakı soyuqluq aradan qalxsın. Çünki soyuqluğun, gərginliyin mövcud olması Azərbaycana sərf etmir. Açıq desək, qlobal güc olan ABŞ-la soyuq münasibət, ona qarşı çıxmaq bizə sərf etməz. Əlbəttə bu o demək deyil ki, biz Amerikanın hər tələbinə boyun əyməliyik. Amma ABŞ-la anlaşmaq, onun dəstəyini əldə etmək, münasibətləri sıxlaşdırmaq, onun bütün müsbət təcrübələrini əxz edib tətbiq etmək lazımdır. İnkişaf bundadır, əks təqdirdə ciddi problemlər yaşaya bilərik. 

- Ümumiyyətlə, bu gün Azərbaycanın Qərb ölkələri və beynəlxalq təşkilatlarla münasibətləri hansı səviyyədədir?

- Zaman-zaman bu məsələdə problemlər yaşanır, sonra normal axar bərpa olunur. Bu təbiidir, çünki hər bir tərəf istəyir ki, məhz onun dedikləri olsun, onun şərtləri əsas kimi götürülsün. Fikrimcə, hazırkı mərhələni problemli dövr kimi xarakterizə etmək olmaz. Bəzən Qərb ölkələrinin Dağlıq Qarabağ probleminin həlli məsələsində ikili standartları ilə qarşılaşırıq. Eyni zamanda demokratiya, siyasi məsələlər və s. mövzularla bağlı anlaşmalarda da ciddi problemlər müşahidə olunur. Lakin hazırda durum normaldır. Ümumiyyətlə isə biz çalışmalıyıq ki, Qərblə münasibətlər normal səviyyədə olsun. Çünki torpaqları Rusiyanın dəstəklədiyi Ermənistan tərəfindən işğal edilmiş bir ölkə olaraq Qərblə problemlərimizi artırmaq yox, azaltmaq və anlaşmaq yolunu seçməliyik. Nəzərə almaq lazımdır ki, Azərbaycan Qərbə inteqrasiya kursu götürüb, Avropa Şurasının üzvüdür və gələcəkdə də Avropa Birliyinə üzv olmağı hədəf kimi qarşısına qoyub. 

- Regionda yeni gəlişmələr yaşanır. Sizcə, rəsmi Bakı hazırkı gərgin situasiyadan az zərərlə çıxmaq üçün hansı addımları atmalıdır? 

- Regionda vəziyyət çox gərgindir. Ən pisi də budur ki, ötən hər gündə bu gərginlik azalmaq əvəzinə, daha da artır. Şəxsən mən hesab edirəm ki, regionda söz sahibi olan dövlətlər və dünyadakı qlobal güclər ötən hər gündə bu gərginliyin azalması üçün deyil, artması üçün çalışırlar. Baş verən hər bir hadisədə böyük dövlətlərin iştirakı və əli var. Kiçik bir misal: hər gün xəbər oxuyuruq ki, İŞİD adlanan və məhz Qərbin dəstəyi ilə meydana gələn terror təşkilatı filan ərazini tutdu, təbliğat üçün çoxsaylı saytlar yaratdı, nüvə silahı əldə etmək istəyir və s. Siyasətlə maraqlanmayan sadə bir şəxsə də bəllidir ki, İŞİD bunları böyük dövlətlərin razılığı və planıyla icra edir. 

Burdan belə bir nəticəyə gəlmək olar: Pessimist rəy də olsa, fikrimcə, hər şey böyük dövlətlər, xüsusilə də Qərb necə istəsə, elə də olacaq. Amma bunu əsas götürüb əlimizi yanımıza salıb durmamalıyıq. Hər bir təhlükədən daha az zərərlə çıxmaq üçün xalqla hakimiyyət arasında yaranmış uçurumu və gərginliyi aradan qaldırmaq lazımdır. Bunun üçün ölkənin iqtisadi, siyasi, hərbi qüdrətini daha da artırmaq, qanunları işlək hala gətirmək, rüşvətxorluğun kökünü kəsmək, iqtisadi azadlığı artırmaq, ən əsası isə təhsilə böyük sərmayə qoymaq, məncə, daha düzgün olar. Bəlkə də məhz bu bizi daha pis durumlardan qoruya bilər. Belə olmasa, sabah kənar qüvvələr vəziyyətdən sui-istifadə edib ölkəmizdə çox ciddi qarışıqlıq yarada bilərlər. 

- Gənclərimiz son 20 ildə dünyaya inteqrasiya yolunda nə qədər məsafə qət ediblər? 

- Son 20 ildə gənclərimiz çox böyük işlər görüblər. Vətənini, millətini sevən hər bir gənc bacardığı qədər fayda verməyə çalışıb və bunun da nəticələrini zaman-zaman hiss edirik. Bu nəticələr bizi tam olaraq qane etməsə də, hər şeyi inkar etməyimiz də düz deyil. Azərbaycanın haqq səsini dünyaya çatdıran, xarici ölkələrdə təhsil alaraq, işləyərək ölkəmizi təmsil edən, beynəlxalq tədbirlərdə və aksiyalarda layiqincə təmsil olunan və s. çoxsaylı gənclərimiz var. Onların gördüyü işlər danılmazdır. Amma hələ görüləsi çox iş var. Çünki torpaqlarımız işğaldan azad olunmayıb, beynəlxalq aləmdə Azərbaycana qarşı ikili standartlar tam olaraq aradan qalxmayıb, xaricdəki diaspor təşkilatlarımızın işlərində effektivliyi artırmaq lazımdır və s. Əlbəttə hər şeyi gənclərdən gözləmək və tələb etmək də düzgün deyil. Çünki biz onlara bəzən verdiklərimizdən daha çox almağa çalışırıq. Ona görə də fikir bildirərkən, məncə, diqqətli və ədalətli olmalıyıq. 

- Konkret olaraq türk ölkələrinin gəncləri ilə azərbaycanlı gənclər arasında hansısa əməkdaşlıqlar varmı? 

- Əlbəttə var. Ötən hər ildə bu əməkdaşlıqlar daha da genişlənir. Bütün xarici və daxili maneələrə baxmayaraq bu, inkişaf edir və daha da inkişaf edəcək. Çünki bu əməkdaşlıq təbii bir əməkdaşlıqdır. Dili, soykökü, mədəniyyəti, tarixi bir olan bir millətin gənclərinin əməkdaşlığından təbii nə ola bilər? Bu məsələnin sistemli olması üçün fikrimcə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının nəzdində türk ölkələrinin gənclərini və onların təşkilatlarını koordinasiya edə biləcək qurumun yaradılmasına ciddi ehtiyac var. Bundan başqa, Azərbaycan və Türkiyədəki gənclər təşkilatları öz aralarında əməkdaşlıqlar həyata keçirməklə yanaşı, birgə şəkildə Orta Asiyadakı türk gəncləri ilə layihələr və tədbirlər gerçəkləşdirməlidirlər. Fikrimcə, gənclər arasındakı əlaqələrin səviyyəsini yüksəltmək üçün ali məktəblər arasındakı münasibətləri qurmaq və inkişaf etdirmək, müntəzəm olaraq tələbə mübadiləsi həyata keçirmək, qarşılıqlı olaraq diplomların tanınmasına nail olmaq lazımdır. 

- QHT-lərimiz nə kimi beynəlxalq əlaqələrə malikdir?

- Çox ciddi beynəlxalq əməkdaşlıqlara malik QHT-lərimiz mövcuddur. Fürsətdən istifadə edərək Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının da bu əməkdaşlığın genişləndirilməsindəki xüsusi rolunu qeyd etmək istəyirəm. Artıq ölkə QHT-ləri həm xaricdə, həm də Azərbaycanda çox möhtəşəm beynəlxalq konfranslar, görüşlər, layihələr həyata keçirirlər. Dövlət qurumlarının və diplomatik təmsilçiliklərimizin müdaxilə etməkdə çətinlik çəkdiyi bir sıra mövzularda QHT-lərimiz sözlərini deyə bilirlər. Təbii ki, bu bütün QHT-lərə, xüsusən də adı olub, özü olmayan təşkilatlara aid deyil. Amma hazırkı çətin situasiyada, könüllülük işinin çox çətin olduğu bir şəraitdə QHT-lərimizin bir çoxlarının faydalı beynəlxalq əməkdaşlıqlarının və onun ciddi nəticələrinin şahidi olmaqdayıq. İşlərin daha da peşəkarcasına görülməsi üçün ciddi maddi dəstəyə ehtiyac var. Çünki peşəkar çalışan kadrlara gərək yaxşı da maddi təminat verilsin. Bu, çətinliyi artıran məqamlardandır və arzu edirəm ki, gələcəkdə bu kimi çətinlikləri də aradan qaldırmaq imkanları yaransın. 

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]