Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Biz digər cəmiyyətlərə inteqrasiya olmaq üçün can atırıq, amma”¦”

“Biz digər cəmiyyətlərə inteqrasiya olmaq üçün can atırıq, amma”¦”
Bölmə :
KİVDF
Yayım tarixi :
12/1/2016 [22:45]
Baxılıb :
1049 dəfə
Orxan Musabəyli: “Türkiyədə mənzillərin pəncərəsindən asılmış Azərbaycan bayraqlarını görmək olur”

Azərbaycan və Türkiyə cəmiyyətlərinin bir-birinə yaxınlığı, qardaş xalqlar arasında oxşar düşüncə və həyat tərzi, fərdlər və millətlər arasında inteqrasiya, azərbaycanlı tələbələrin Türkiyədə və türkiyəli tələbələrin Azərbaycanda təhsil alması, həmçinin digər mövzular ətrafında "Bizim Yol"un suallarını Ərzurum Atatürk Universitetinin Kommunikasiya fakültəsinin İctimai əlaqələr və reklam ixtisası üzrə 3-cü kurs tələbəsi Orxan Musabəyli cavablandırır.

- Hər il Azərbaycandan xeyli sayda tələbə təhsil almaq üçün xarici ölkələrə üz tutur. Bu proses daha çox hansı proqramlar üzrə baş tutur?

- Gələcəyini vətənində qurmaq və davam etdirmək istəyən gənclər TQDK-nın təşkil etdiyi qəbul imtahanından keçməli olurlar. Amma bu imtahanı uğurla keçə bilməyənlər, imtahandan müəyyən bal qazansalar da, nəticəsinin Azərbaycanda həqiqi təhsil almaq üçün kifayət etməyəcəyini düşünənlər və digər bir çox səbəbdən xaricdə təhsilə üz tutan gənclərimizin sayı hər il artmaqdadır.

TQDK-dan alınan bal Kipr Universitetlərinin yay endirimlərində keçərli olur. Kiprdəki universitetlər TQDK-dan 400 və üstündə bal alan tələbələrə 25-50 faiz endirimlər edir. Eyni üsuldan Türkiyənin özəl üniversitetləri də istifadə edərək öz xarici tələbə ehtiyaclarını qarşılamağa çalışırlar. Türkiyənin dövlət universitetlərində təhsil almaq üçün 3 seçim var ki, onlardan birincisi TQDK imtahanından alınan yüksək balla müraciət etmək, ikincisi Türkiyənin xarici tələbələr üçün tətbiq etdiyi, TQDK imtahanlarının sadələşdirilmiş forması olan YÖS (Yabancı Uyruklu Öğrenci Sınavı) imtahanından yüksək bal almaq və üçüncüsü Azərbaycanda "alınan" attestat qiymətlərini müəyyən sənədlərlə birgə notariusda təsdiqlədərək Türkiyədə təhsil almaq üçün tələb olunan bal sisteminə uyğunlaşdırmaqdır.
Gürcüstan və Ukrayna kimi daha aşağı təhsil verən ölkələr isə rus dili imtahanı və vasitəçi şirkətlərə ödənən müəyyən qədər pul qarşılığında xarici tələbə qəbul etməkdədir. Almaniya DAAD imtahanı, İngiltərə və digər Avropa ölkələri isə TOEFL və IELTS imtahanları ilə xarici tələbələrə ölkənin qapılarını açırlar.

Amma çox təəssüf ki, Azərbaycanın Almaniya münasibətlərindəki soyuqluq, bu ölkədə təhsil almaq istəyində olan gənclər üçün maneə yaradır. Digər Avropa ölkələrində də maddi səviyyədə yüksək məbləğlər, təhsil almaq istəyənləri müəyyən maneələrlə qarşı-qarşıya qoyur və tələbələr SOCAR-ın xaricdə təhsil proqramı və dövlət proqramı əsasında getməyə məcbur olurlar. Bu proqramlar da yenə öz içərisində bəzi sərhədlər daşıyır. Tələbələr müəyyən çərçəvəyə alınmış ölkələrdə və üniversitetlərdə məhdudlaşdırılmış ixtisas siyahısından seçim etməyə sövq edilirlər. Xüsusilə qeyd edim ki, ölkədən kənarda təhsil almağa gedən tələbələrin seçimləri ən çox tibb, menecment, maliyyə, beynəlxalq münasibətlər və turizm ixtisasları ilə bağlı olur.

- Bu gün dünyanın ən müxtəlif ölkələrində azərbaycanlı tələbələr təhsil alırlar. Belə gənclərimizdən biri olaraq, necə görürsünüz: bizim digər cəmiyyətlərə inteqrasiya olunmağımız çoxmu çətindir?

- Ölkədən kənarda sadəcə 1 həftə belə yaşamaqla görə bilərik ki, bizim digər cəmiyyətlərə inteqrasiyamız həqiqətən çox çətindir, amma mümkünsüz deyil. Xüsusilə qeyd edim ki, sadəcə xaricdə oxuyan tələbələrimizi deyil, bütöv bir milləti buna cəlb etmək lazımdır. Çünki, xaricdə təhsil alan tələbələrimiz ölkəyə qayıtdıqları zaman da müəyyən səbəblərdən ictimai qınaq obyektinə çevrilirlər. Məhz buna görə çox çətin olacağını düşünürəm.

Sizə nümunələrlə açıqlamaq istəyirəm ki, xarici tələbələrimizin müəyyən qismi də ölkədən kənara uyğunlaşmaqda çətinlik çəkir. Çünki onların hamısı təhsil almaq niyyəti ilə getmirlər. Ukrayna və Gürcüstan kimi ölkələrdə də Azərbaycandakı təhsilin nümunələri var. Müəyyən məbləğ ilə qiymət yazdırmaq, imtahan keçmək halları baş verdiyindən və xüsusilə gecə həyatının bu ölkələrdə daha aktiv olması səbəbindən, oğlanların böyük bir qismi bu ölkələri seçməkdədir. Digər ölkələrə gedən tələbələrin əksəriyyəti təhsil almaq məqsədilə gedir, çünki o ölkələrdə hər hansı miqdarda məbləğ ödəyərək təhsillərini başa vura bilməyəcəklərini bilirlər. Xarici ölkələrə tez uyğunlaşanlar, tətildə belə ölkəyə qayıtmaya bilirlər, amma uyğunlaşa bilməyənlər ən gec 2-ci kursda Azərbaycandakı hər hansı universitetlərə ödənişli mübadilə yolunu seçirlər və ölkəyə qayıdırlar.

Biz digər cəmiyyətlərə inteqrasiya olmaq üçün can atırıq. Bəs biz cəmiyyət olaraq formalaşmışıqmı? Bizim cəmiyyətimizin müəyyən dəyərləri var, müəyyən yazılmamış "əxlaq" normaları var və bunlara zidd olanlara qarşı da "qınaq" adlı silahları var. Amerika, Avropa demirəm, ən yaxın - qardaş ölkəni müqayisə üçün götürək. Bizim cəmiyyət Türkiyəyə belə, uyğunlaşmaqda çətinlik çəkir. Çox sadə nümunə: xaricdə təhsil alan tələbələrimiz oradakı geyim tərzini, danışığını, yerişini, duruşunu - qısası heç nəyini Azərbaycana gətirə bilmir, gətirsə də tətbiq edə bilmir. Əgər tətbiq etməyə cəhd etsə, cəmiyyətin qəzəbinə tuş gələcək.

- Konkret olaraq tələbələrimiz təhsil aldıqları əcnəbi mühitlərə uyğunlaşması üçün hansı baryerləri aşmalıdır?

- Oraya getmədən əvvəl özlərinə doğru niyyət, gerçək hədəf seçərək getməlidirlər. Əks halda, uyğunlaşmaqda çox çətinlik çəkəcəklər və ya heç uyğunlaşmadan geri qayıdacaqlar. İkinci amil olaraq, ailələr də övladlarına qərarlarında azad seçim şəraiti yaradaraq dəstək olmalıdırlar. Misalçün; tatuaj, xaricdə "baxımlı olmaq üçün edilən", amma cəmiyyətimizdə qınağa səbəb olan qaş almaq və ya bədənə tətbiq olunan epilyasiya, saç-saqqal və geyim formasında dəyişiklik və daha bir çox səbəbdən gənclər cəmiyyətdə müəyyən iradlara tuş gəlirlər. "Ayıbdır, olmaz" kimi qadağalarla əks təsir yaradaraq gəncləri daha ağır səhvlər etməyə sövq edə bilərlər. Nəzərə alaq ki, cəmiyyətin də müəyyən qismində "artıq ayıb deyilən şey qalmayıb" fikri Avropa oyunlarından sonra formalaşmağa başlayıb. Bu artıq başqa müsahibənin mövzusu olacaq.

Konkret olaraq, əgər əcnəbilərə uyğunlaşmaq mövzusu varsa, xaricə gedən tələbələrdən əvvəl cəmiyyətimiz beynindəki "əcnəbi" sərhədini qaldırmalı və formalaşmaq üçün çox baryer aşmalıdır. Cəmiyyət formalaşmasa, xaricdən gələn tələbənin nə söz haqqı olacaq, nə də ətrafı qalacaq.

- Xaricdə təhsil alan tələbələrimiz təhsillərini başa vurduqdan sonra, daha çox hansı seçimə üstünlük verirlər - vətənə qayıtmaq, orda qalıb çalışmaq, yoxsa daha böyük dünyanı görmək məqsədilə, oradan da başqa ölkələrə üz tutmaq?

- Azərbaycandan kənarda təhsil alan gənclərimizin böyük bir qismi ailələrinin seçimlərinə uyğun hərəkət etməli olurlar. Qızların böyük bir qismi vətənə qayıdır, çox az qismi təhsillərini xaricdə davam etdirir və ya o ölkədə yaşamaq şansına sahib olur. Oğlanların isə seçimlərində qismən azadlığı olur. Vətənə qayıdanların müəyyən qismi sadəcə əsgərlik üçün qayıdır. Amma daha çox gənclərimiz təhsilini xaricdə davam etdirir, hətta orada qalıb yaşamağa üstünlük verir.

- Türkiyədə təhsil alırsınız - qardaş ölkədə. Qardaşlığımız, həqiqətən deyildiyi kimidirmi?

- Qardaşlıq deyildiyi kimidir. Ölkəmizə hər zaman dəstək olacaqları düşüncəsindədirlər. Təbii ki, xarici siyasətdə, dövlətlərarası hansısa məsələlərdə müəyyən fikir ayrılıqları var. Bunu həm Azərbaycanda, həm də Türkiyədə müşahidə etmək mümkündür. Ayrıca, türklər viza mövzusu ilə bağlı narahatlıqlarını dilə gətirirlər. Dediyim kimi, bu cür fikir ayrılıqları, fərqliliklər var. Lakin əsas odur ki, hər iki xalqın ümumi problemləri, ümumi hədəfləri və bir-birilərinə böyük sevgiləri var.
 
- Böyük qardaşın övladları kiçik qardaşın övladlarının problemlərini, uğur və çətinliklərini yetərincə bilirlərmi?

- Çox təəssüf ki, bu məsələdə o qədər də nikbin cavab verə bilməyəcəm. Azərbaycanı sadəcə uğurlarından və problemlərindən dolayı tanıyanların sayı az olsa da, bayrağımızı və onun rənglərini bilənlər kifayət qədərdir. Bir məsələni də qeyd edim ki, Azərbaycan bayraqlarını Türkiyənin şəhərlərində, mənzillərin pəncərəsindən asılı vəziyyətdə görmək olur. 

- Türkiyə qardaş ölkə olsa da, maraqlıdır: orada Azərbaycan diasporu varmı və varsa, fəaliyyətləri əsasən nədə hiss olunur?

- Türkiyədə Ankara, İstanbul kimi böyük şəhərlərdə Azərbaycan diasporunun varlığı bütün gündəm mövzularında, ictimai fəaliyyətlərdə müşahidə olunsa da, təəssüf ki, digər şəhərlərin bəzilərində sadəcə "Xocalı faciəsi" yad edildiyi zaman gün üzünə çıxırlar.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]