Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Azərbaycan-Ukrayna münasibətlərində yeni dönəm başlaya bilər”

“Azərbaycan-Ukrayna münasibətlərində yeni dönəm başlaya bilər”
Bölmə :
KİVDF
Yayım tarixi :
12/1/2016 [01:29]
Baxılıb :
2412 dəfə
Anar Ağayev: “Pyotr Poroşenkonun Bakıya mühüm təkliflərlə gələcəyi gözlənilir”

Azərbaycan xalqı ilə Ukrayna xalqları arasında sıx münasibətlər mövcuddur. Bu münasibətlər tarixən mövcud olub və bu gün də davam edir. Azərbaycan xalqını Ukrayna Respublikasının Krım yarımadasında yaşayan türkdilli xalq-Krım tatarları ilə daha sıx tellər bağlayır. Krım türklərindən olan İsmayıl Qaspiralı, Mustafa Krımoğlu və s. Azərbaycanda hörmətlə yad edilir. Çar Rusiyası zamanı imperiya ərazisindəki bütün türkdilli xalqlar, o cümlədən azərbaycanlılar da rəsmi sənədlərdə Tatar adlandırılıb. Lənkəranda kazaklara abidə ucaldılıb. Ukraynalı ataman A.Qolovatı 1795-ci ildə Azərbaycanın cənub sərhədlərini qorumaq məqsədi ilə Azərbaycana gəlib və burada vəfat edib. 200 ildir Azərbaycan xalqı onun məzarını qoruyur. 1930-cu illərdə ukraynalılar da Azərbaycan xalqı kimi Stalin rejiminin repressiyalarına məruz qalıb. Ukraynada təxminən 500 min azərbaycanlı yaşayır. Bu ölkədə güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Onlar ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Azərbaycanlılar rəhbər vəzifələrdə də təmsil olunublar.

Post-sovet məkanında Azərbaycanın əsas strateji müttəfiqlərindən biri Ukraynadır. Azərbaycanla Ukrayna arasında nə dəniz, nə də quru sərhədlərin olmamasına baxmayaraq, iki ölkə arasındakı strateji müttəfiqlik münasibətləri durmadan möhkəmlənir və genişlənir. Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 31 yanvar 1992-ci ildə qurulub. Hər iki dövlət bir-birinin müstəqilliyini qısa müddətdə tanısa da, diplomatik nümayəndəliklərin açılması bir qədər sonraya təsadüf edir. Ukraynanın Azərbaycandakı səfirliyi 1996-cı il mayın 5-də fəaliyyətə başlayıb. Azərbaycanın Ukraynadakı səfirliyi isə 1997-ci il martın 17-də açılıb. Ölkələr arasındakı münasibətlər sürətlə inkişaf edib. 

1995-ci il iyulun 26-da Ukrayna Respublikasının Prezidenti Leonid Kuçma rəsmi səfərlə Azərbaycana gəlib. Səfər zamanı Leonid Kuçma Azərbaycan Prezidenti Heydər Əliyevlə birlikdə qaçqın düşərgəsində olub, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə görüşüb. Leonid Kuçma Heydər Əliyevlə birlikdə Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşüb və Bakkondisioner İstehsalat Birliyi əməkdaşları ilə görüşdə çıxış edib. 
Heydər Əliyevin cavab xarakterli rəsmi səfəri isə 1997-ci il martın 24-25-də baş tutub. Səfər zamanı Azərbaycan Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti Leonid Kuçma ilə təkbətək görüşü olub. Görüşdə Ukrayna-Azərbaycan münasibətlərinin perspektivi ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi də müzakirə olunub. Ukrayna Prezidenti Leonid Kuçma bir daha Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib. 1997-ci il oktyabrın 10-da Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova prezidentləri GUAM adlı birliyin yaradılması haqda bəyannamə imzalayıblar. 
Azərbaycan-Ukrayna münasibətlərinin intensiv dinamikası İlham Əliyev prezident seçildikdən sonra da davam edib. Təsadüfi deyil ki, İlham Əliyevin prezident seçildikdən sonra keçirdiyi ilk görüşlərindən biri məhz Ukraynanın Baş naziri Viktor Yanukoviçlə olub. Görüş zamanı İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edən Viktor Yanukoviç Ukraynanın Azərbaycanla sıx tərəfdaşlıq münasibətlərini əvvəlki illərdə olduğu kimi saxlamaq istədiyini deyib. Öz növbəsində prezident İlham Əliyev də münasibətlərin artan xətlə inkişaf edəcəyini deyib.
2004-cü il iyunun 3-də Prezident İlham Əliyev Ukraynaya rəsmi səfər edib. Səfər zamanı o Ukrayna Prezidenti Leonid Kuçma ilə, Baş nazir Viktor Yanukoviçlə, Ukrayna Ali Radasının sədri Vladimir Litvinlə görüşüb. Prezident İlham Əliyevin Leonid Kuçma ilə keçirdiyi görüşdə ticarət-iqtisadi əməkdaşlıq, o cümlədən neft sahəsində və enerji daşıyıcılarının Avropaya nəqli sahəsində işbirliyi məsələləri ətraflı müzakirə edilib, beynəlxalq problemlər, GUAM çərçivəsində əməkdaşlıq məsələləri, Avropa Birliyi və NATO ilə qarşılıqlı əlaqələr, hər iki ölkədə siyasi, sosial-iqtisadi vəziyyət barədə fikir mübadiləsi aparılıb. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunublar. 

2009-cu il aprelin 4-də Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycanda səfərdə olub. Səfər zamanı Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü, Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ilk iclası keçirilib. Səfər çərçivəsində Azərbaycan və Ukrayna arasında ikitərəfli sənədlərin imzalanma mərasimi olub. "2009-2010-cu illər üçün Azərbaycan-Ukrayna əməkdaşlığına dair tədbirlər planı"nı Azərbaycan Prezidenti İlham Əliyev və Ukraynanın Prezidenti Viktor Yuşşenko imzalayıblar.

Hazırda Rusiya və Ukrayna müharibə şəraitindədir. Bu savaşda Ukraynada yaşayan azərbaycanlılar birmənalı olaraq Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək verdilər. Ayrıca, Azərbaycan dövləti də, Rusiya ilə yaxşı münasibətlərinin olmasına baxmayaraq, Ukraynanın ərazi bütövlüyünü dəstəklədi və bu mövqe dost ölkədə çox müsbət qarşılandı. Beləliklə, Ukrayna-Azərbaycan münasibətləri, orada yaşayan soydaşlarımızın fəaliyyətləri, həmçinin yaxınlarda Azərbaycana gəlməsi gözlənilən Ukrayna prezidenti Pyotr Poroşenkonun səfəri ətrafında "Bizim Yol"un suallarını, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Odessa Vilayət təşkilatının sədri Anar Ağayev cavablandırır:


- Anar bəy, Ukrayna böhranı hələ də həllini tapmır. Bu münaqişə orada yaşayan azərbaycanlılara necə təsir edir?

- Ukraynadakı hal-hazırda olan durum, təbii ki, hamıya təsir etdiyi kimi, azərbaycanlıların da durumuna təsir etməmiş deyil. Amma ötən ilin müvafiq dövrünə nisbətən siyasi böhranın çəkisi iqtisadi böhrandan daha artıqdır. Soydaşlarımız müxtəlif sahələrdə, hətta dövlət strukturlarında çalışsalar belə, bu durumun onların vəziyyətinə o qədər də ciddi təsiri yoxdur. Çünki Ukraynanın daxili və xarici siyasətinin müəyyənləşməsində azərbaycanlılar, digər Qafqaz xalqları nümayəndələrinin əksinə olaraq, önəmli rol oynamırlar.

Bununla yanaşı, azərbaycanlılar Ukraynanın ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Müxtəlif vilayətlərdə həm ali təhsil ocaqlarında, həm hüquq-mühafizə sistemində, həm özəl sektorda xeyli dəyərli həmvətənlərimiz fəaliyyət göstərirlər. Müxtəlif vilayətlərdə həmvətənlərimiz həm şəhər, həm vilayət səviyyəsində müxtəlif önəmli postlar tuturlar.

- Azərbaycan Rusiya ilə yaxınlığını sürdürsə də, Rusiya ilə düşmən olan Ukrayna ilə münasibətlərini də qoruyub saxlayır. Bu siyasət oradan necə görünür?

- Bu sualın bir neçə cavabı var. Dövlət nümayəndəsindən soruşsanız, "hər bir ölkə qonşularla siyasətini özü müəyyənləşdirir, amma biz bundan narahatıq" deyər. Rusyönümlü vətəndaşdan soruşsanız, "əcəb eləyir" deyər. Ukrayna millətçisindən soruşsanız, bunu dostluq münasibətlərinə bir xəyanət kimi dəyərləndirər. Həm də Ukrayna dövləti Qərbin və NATO-nun çıxarları üçün çalışmağın bədəlini indi ödəyib, amma kifayət qədər də dəstək görüb. Biz isə bu bədəli 20 il bundan qabaq ödəmişik və bir çox faktorlar üzündən kifayət qədər dəstəyimiz olmayıb. İstənilən halda, Azərbaycanın xarici siyasətdə hansı addımları atması onun sərbəst seçimidir və bu günkü xarici siyasət balanslaşdırma prinsipinə söykənib.

- Ukrayna Prezidenti Pyotr Poroşenkonun Azərbaycana gələcəyi deyilir. Necə düşünürsünüz, Poroşenkonun çantasında nələr olacaq?

- Poroşenkonun çantasında ümid edək ki, yaxşı şokoladlar olacaq. Ukrayna Prezidenti yəqin ki, rəsmi Bakıya "Möhkəm durun, nicat yolu Qərbə doğru istiqamətdir, Rusiyaya bel bağlamaq olmaz. Lazım gəlsə, Gürcüstandan keçmək şərti ilə dəniz yolu ilə ciddi ticari əlaqələr qurarıq" və s. deməyə gedəcək. Onsuz da Rusiya artıq Ukraynaya gedən və gələn malların hətta tranzitinə belə qabağa qoyub. Bununla belə digər variantlardan istifadə etmək üçün şanslar var. Məsələn, Bakı Batumi Odessa - Avropa dəmir yol xəttinin tikintisini sürətləndirmək və nəqliyyat daşımalarında asılılıqdan yaxa qurtarmaq olar. Çünki Azərbaycanın da yüngül və yeyinti sənayesi sektoruna baş vursaq, Ukraynanın ciddi idxal tərəfdaşı olduğu açıq-aydındır. Və Azərbaycanda ticarət sahəsində islahatların aparılması, bu payın daha da artacağı ilə nəticələnəcək. Çünki Ukraynanın qida sektoru malları həm keyfiyyətli həm də qiymətcə münasibdir. Nəticədə Azərbaycan-Ukrayna münasibətlərində yeni dönəm başlaya bilər.

Bundan başqa ölkələrimiz arasında hərbi sənaye sahəsində əməkdaşlıq da illərdir uğurla davam edir. Ukrayna - Azərbaycan münasibətlərinin daha da istiləşməsi üçün daha bir zəmin Ukrayna ilə münasibətləri çox isti olan qardaş Türkiyənin Rusiya ilə münasibətlərinin gərginləşməsidir. "Dostumuzun qardaşı bizim də dostumuzdur" prinsipi ilə yanaşsaq və ölkəsi daxilində Rusiya tərəfindən torpaq ilhaqı ilə üzləşən Poroşenko Bakıda Qarabağ münaqişəsinin tənzimi ilə əlaqədar çox sərt bəyanatlar da verə bilər!

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]