Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

«Azərbaycan və türk diasporları birgə fəaliyyət göstərməlidir”

«Azərbaycan və türk diasporları birgə fəaliyyət göstərməlidir”
Bölmə :
KİVDF
Yayım tarixi :
7/1/2016 [00:40]
Baxılıb :
1137 dəfə
Elvin Ağayev: “Türkiyədən Azərbaycana işləmək üçün gedənlərin sayı tələbələrin sayından daha çoxdur”
“Dünyada Azərbaycan və Türkiyə qədər həm mədəni, həm dil, həm də adət-ənənə olaraq bir-birinə yaxın ikinci bir örnək yoxdur”

Azərbaycan-Türkiyə münasibətləri, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq, qardaş xalqların bir-birinə daha da yaxınlaşması üçün atılan addımlar və görülməli olan tədbirlər, həmçinin digər mövzular ətrafında “Bizim Yol”un suallarını, Türkiyədə qurulan Türkiyə Azərbaycan Tələbə Birliyinin (TATB) sədri, qurulma mərhələsində olan Azərbaycan Gənclər və Təhsil Dərnəyinin (AGE DER) yaradıcısı və rəhbəri, Hacəttəpə Universitetinin elmi işçisi Elvin Ağayev cavablandırır: 

- Elvin bəy, Türkiyə-Rusiya gərginliyi və Moskvanın türk şirkətlərinə qarşı sanksiya tətbiq etdiyi dövrdə Azərbaycan Türkiyə üçün yeni qapılar açdı. Bu addım qardaş ölkədə necə qarşılandı? 

- Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin yaxınlığından, iki ölkənin qardaşlığından ətraflı danışmağa ehtiyac yoxdur. Çünki ölkələr arasındakı əməkdaşlıq və qardaşlıq münasibətləri illərdir davam edir. Türkiyə-Rusiya gərginliyindən sonra Azərbaycanın Türkiyəyə dəstək verməsi Türk xalqı və xüsusilə akademik mühitdə müsbət qarşılandı. Məni sevindirən əsas məqam isə çoxlarının "Onsuz belə də olmalıdır, qardaşlarımızdan bunu da gözləyirdik" fikirləri oldu. Son hadisələrdən sonra Türkiyə baş nazirinin Azərbaycan səfərindən sonra səsləndirdiyi fikirlər çox önəmliydi. Cənab Davudoğlu "Azərbaycan hər nə hal olursa olsun, nə şərtlər olursa olsun, qardaş Türkiyə Cumhuriyətinin yanındayıq deyərək, dosta, düşmənə dostumuzun kim olduğunu və mövqeyinin nə olduğunu göstərdi" demişdi. Bu fikirlər bizdə olduğu kimi Ankarada da müsbət qarşılandı və məncə Azərbaycana olan rəğbəti daha da artırdı. 

- Ümumiyyətlə, Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı durumu oradan necə görünür? 

- Son hadisələr də göstərdi ki, ölkələr arasında hər şey xalqların istədiyi səviyyədədir. Bu hal çox önəmlidir, çünki hökumətlər arasında münasibətlər dəyişkən ola bilər bəzən, ancaq xalqlar arasında münasibət həmişə isti olub və elə də qalacaq. Mən ümumiyyətlə işim və fəaliyyətlərimə əsaslanaraq deyə bilərəm ki, Türkiyə xalqı ümumilikdə Azərbaycana qarşı isti münasibət bəsləyir. Ancaq bu, təəsüflər olsun ki, istənilən səviyyədə deyil. Bizdə Türkiyə incəsənətinə, mətbuatına, əlamətdar günlərinə olan maraq daha çoxdur. Az da olsa Azərbaycanın bayrağını, Qarabağ, Xocalı faciəsi kimi həssas problemlərini bilməyənlər də mövcuddur. Bu məsələdə isə mən birbaşa xalqı yox, mətbuatı təqsirli sayıram. İki qardaş ölkənin diasporlarının birgə fəaliyyət göstərməsinə baxmayaraq, hələ də bəzi əskikliklər mövcuddur. Ümumilikdə isə ölkələr arasındakı münasibətlər qardaş ölkə xalqı tərəfindən alqışla qarşılanır.

- Hazırda qardaş ölkədə nə qədər azərbaycanlı tələbə təhsil alır və daha çox hansı ixtisaslar bizim tələbələri cəlb edir? 

- Bildiyiniz kimi mən Hacəttəpə Universitetində təhsil almışam. Hacəttəpə Universitetində Beynəlxalq Tələbə Assosiasiyasına rəhbərlik etmişəm. Eyni zamanda Türkiyə Azərbaycan Tələbə Birliyinin (TATB) də sədri olmuşam. Hal hazırda yeni qurulacaq Azərbaycan Gənclər və Təhsil Dərnəyi (AGE DER) ilə də fəaliyyətimizə davam edirik. Tələbələrlə hər zaman təmas qurub, birgə hərəkət etməyə çalışırıq. Son məlumatlara görə, Türkiyədə təxmini 11 min azərbaycanlı gənc təhsil alır. Bir neçə il əvvəl bu say 5-6 min səviyyəsində idi. Lakin son zamanlarda Türkiyə universitetlərinin xarici tələbə siyasətindəki dəyişiklik sayın artmağına səbəb oldu. Belə ki, öncəki illərdə qəbul üçün yalnız bir mərkəzləşmiş imtahan şərti var idi, indi isə hər universitet öz qəbul şərtlərini müəyyənləşdirir. Bu da köklü universitetlər xaricindəki kiçik universitetlərə attestatla qəbul olmaq şansı da yaratdı. Məhz bu dəyişikliklərdən sonra tələbələrimizin sayı sürətlə artdı. İndi demək olar ki, bütün şəhərlərdə azərbaycanlı tələbələr mövcuddur. Tələbələrimizin böyük əksəriyyəti isə Ankara, İstanbul, İzmir və Sakarya kimi şəhərlərdə təhsil alırlar. Ümumilikdə tələbələrimiz burda təhsildə fərqləniblər, son zamanlarda kəmiyyətin artması təbii ki, keyfiyyətə də təsirsiz ötüşmədi. Seçilən ixtisaslara gəldikdə isə, əsasən tibb, mühəndislik və iqtisadiyyat sahələri tərcih edilir. Bununla yanaşı tibb təhsilini ölkəmizdə bitirib Türkiyəyə rezidentura üçün gələnlərin sayı da kifayət qədər çoxdur. 

- Türkiyədə təhsil alan tələbələrimiz sonradan hansı seçimə üstünlük verirlər: orda qalıb işləmək, Azərbaycana qayıtmaq, yoxsa...?

- Türkiyəyə gələn tələbələr arasında magistratura, doktorantura və rezidentura pillələrinə gələnlərin də sayı bakalavr pilləsinə gələnlərdən az deyil. Məhz bu tələbələrimizin əksəriyyəti Türkiyədə qalmağı və ya burdan da Qərbə doğru üz tutmağı hədəfləyirlər. Özümdən bir misal verə bilərəm. Mən hal-hazırda Türkiyənin ən prestijli universitetlərindən biri olan Hacəttəpə universitetində elmi işçi kimi fəaliyyət göstərirəm. Bundan öncə isə ölkəmizin nüfuzlu ali məktəbi olan Ali Neft Məktəbindən gələn təkliflə Bakıya qayıtmağı düşünmüşdüm. Ali məktəbin rektoru ilə ilk görüşümüz uğurlu keçmişdi və hər şey razılaşdırılmışdı. Lakin təəssüf ki, daha sonra anlaşılmaz işlər oldu və mən gözləməyib Türkiyəyə döndüm. Bu hadisədən sonra isə Hacəttəpə Universiteti məni qəbul etdiyini açıqladı. Nəticə olaraq hal-hazırda buradayam və burada da fəaliyyətimi davam etdirməyi düşünürəm. Gənclərimizin də xarici ölkələrdə qalmaq istəkləri bu kimi hadisələrdən sonra formalaşır. Əgər vətənimizdə həqiqətən yetişmiş yerli mütəxəssislərə lazımi dəyər verilərsə, o zaman xaricə axan beyin köçünün qarşısını almaq mümkün olacaqdır. Türkiyədə isə öz mütəxəssislərinə üstünlük verilir. Xarici bir vətəndaşı işə götürmək və ya çalışdırmaq prosedurları çox çətindir. Bizdə isə təəssüflər olsun ki, xarici mütəxəssislərə həm maddiyat, həm də rahatlıq cəhətindən daha artıq qiymət verilir. Bu da bayaq da qeyd etdiyim kimi, beyin köçünə səbəb olur. 

- Türkiyədən Azərbaycana təhsil almağa gələn tələbələrin göstəricisi nə qədərdir, bizim hansı sahələrimiz türk tələbələri üçün cəlbedicidir? 

- Türkiyədən Azərbaycana təhsil almaq üçün gedən tələbələr əks istiqamətə görə daha azdır. Onlar əsasən tibb və dəqiq fənnləri seçirlər. Buradan Azərbaycana gedən tələbələr adətən buradakı qəbul imtahanlarının nəticəsində istədiyi ixtisas və ya universitetə qəbul ola bilməyənlər olur. Sadəcə tibb və ya dəqiq fənnlər yox digər ixtisasları seçənlər də mövcuddur. Lakin bunların sayı azdır. Buradan Azərbaycana işləmək üçün gedənlərin sayı tələbələrin sayından daha çoxdur. Səbəbini isə bir öncəki suala cavabımda qeyd etmişəm. 

- Bu iki qardaş ölkə arasında əlaqələrin daha da sıxlaşması üçün nələr təklif edərdiniz? 

- Əvvəla onu deyim ki, Azərbaycanda kifayət qədər Türkiyə əsilli şirkət fəaliyyət göstərir. Yaxşı olardı ki, Türkiyədə də bizim şirkətlərin fəaliyyəti genişlənsin. Bunun üçün lazımi addımlar atılsın. Eyni zamanda Türkiyə mətbuatı bizim məsələlərə daha həssas yanaşmalıdır. Bizim mətbuat qədər olmasa da, ən azından bəzi önəmli hadisələrimizi yaxşı işıqlandıra bilərlər. Çünki mətbuat hal-hazırda ən önəmli reklam və təqdimat vasitəsidir. Səhiyyə sektorundakı əməkdaşlığa ciddi nəzarət lazımdır. Eyni zamanda ölkələrin vətəndaşlarına olan qarşılıqlı güzəştləri artmalıdır. İşləmə və ya iş qurmaq prinsipləri uyğunlaşdırılmalıdır. İki ölkə diasporları məsələləri sadəcə öz aramızda yox, digər ölkələrdə və ya digər ölkə vətəndaşlarına çatdırmaq üçün çalışmalıdırlar. Məsələn, hər il bizim tərəfimizdən, müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatları tərəfindən 20 Yanvar, Xocalı faciəsi, Qarabağ münaqişəsi ilə bağlı onlarla tədbir təşkil olunur. Lakin bu tədbirlərin auditoriyası hər zaman eyni olur. Biz TATB olaraq keçən il təşkil etdiyimiz Xocalı faciəsi ilə bağlı tədbirdə yeniliyə imza atdıq. Dəvət etdiklərimiz arasında 11 fərqli ölkədən tələbələr var idi. Məncə əgər biz səsimizi dünyaya çatdırmaq istəyiriksə, onda auditoriya olaraq dünyanı qəbul etməliyik. Mən ən sonda bunu da qeyd etmək istəyirəm ki, hər nə olursa olsun, bu iki qardaş xalq arasındakı birlik pozulmayacaq və tam tərsi güclənərək davam edəcək. Dünyada Azərbaycan və Türkiyə qədər həm mədəni, həm dil, həm də adət-ənənə olaraq bir birinə yaxın ikinci bir örnək yoxdur. Fürsətdən istifadə edib, burda təhsil alan gənclərimizi də bu yolda bu hədəfdə hər zaman fəal olmağa çağırıram. 

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]