Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Əhaliyə 59 milyon manat məbləğində müavinət ödənilib

Əhaliyə 59 milyon manat məbləğində müavinət ödənilib
Bölmə :
KİVDF
Yayım tarixi :
2/2/2013 [10:53]
Baxılıb :
1121 dəfə
Ötən il pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün DSMF tərəfindən 2404,2 milyon manat vəsait yönəldilib

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2012-ci ildəki fəaliyyətinin yekunları barədə operativ məlumat təqdim edib. DSMF-in saytında yerləşdirilən məlumatda deyilir:


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri üzrə proqnozların icrasının təmin olunması, sığorta-pensiya sisteminin inkişaf etdirilməsi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi 2012-ci ildə Fondun fəaliyyətinin əsas istiqamətlərini təşkil etmişdir. Operativ məlumatlara əsasən (Dövlət Sosial Müdafiə Fondu üzrə ilin yekunu üçün hesabatların təqdim olunma müddəti 2013-cü ilin fevral ayına təsadüf etdiyindən hazırkı məlumatlar operativ xarakter daşıyır) 2012-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2474,9 mln. manat təşkil etmişdir ki, bu da 2011-ci ilə nisbətən 354,6 mln. manat və ya 16,7 faiz çoxdur.

2012-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilə nisbətən 16,1 faiz və ya 197,3 mln. manat artaraq 1424,1 mln. manat təşkil etmiş, proqnoz 101,2 faiz icra olunmuşdur. 2012-ci ildə sosial sığorta haqlarının 61,6 faizi və ya 877,3 mln. manatı qeyri-büdcə sektorundan daxil olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 22,1 faiz və ya 158,9 mln. manat yuxarı olmaqla proqnozun 113,9 faiz icra edildiyini göstərir.

Hesabat dövründə həm fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi işləri gücləndirilmişdir. Nəticədə, keçən ilin müvafiq dövrü ilə müqayisədə fiziki şəxslərdən daxilolmalar 26,5 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 44,7 faiz artmışdır.

Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 546,8 mln. manat təşkil etmişdir. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqlarıəvvəlki ilə nisbətən 7,6 faiz və ya 38,4 mln. manat artmış, proqnoz 85,8 faiz icra olunmuşdur. Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 6,5 mln. manat təşkil etmişdir.

Hesabat dövründə 1044,3 mln. manat dövlət büdcəsinin transferti tam məbləğdə Dövlət Sosial Müdafiə Fondunun hesabına daxil olmuşdur. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir. 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2457,3 mln. manat olmuşdur. Həmin dövrdə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2404,2 mln. manat vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilə nisbətən 337,5 mln. manat və ya 16,3 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilə nisbətən 16,6 faiz və ya 334,5 mln. manat artaraq 2345,3 mln. manat təşkil etmişdir.

2012-ci ildə əhaliyə məcburi dövlət sosial sığortası hesabına 58,8 mln. manat məbləğində müavinət ödənilmişdir ki, bunun da 32,6 faizi hamiləliyə və doğuma görə, 28,7 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 15,6 faizi dəfn üçün, 23,1 faizi isə digər müavinətlərin payına düşür.

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 53,1 mln. manat (o cümlədən Dövlət Sosial Müdafiə Fondunun aparatının və yerli orqanlarının saxlanılmasına 18,8 mln. manat (bütün xərclərin 0,8 faizi qədər), pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinə 17,1 mln. manat, sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclərə 15,7 mln. manat, beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərclərinə 38,9 min manat, “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclərə 0,5 mln. manat, sair xərclər 1,0 mln. manat ) təşkil etmişdir ki, bu da 2011-ci ilin göstəricisindən 5,3 mln. manat və ya 9,1 faiz azdır.

Ölkə üzrə əmək pensiyaçılarının sayı ilkin məlumatlara görə 2012-ci ilin əvvəlinə 1277,6 min nəfər olmuş və il ərzində 7,6 min nəfər və ya 0,6 faiz azalaraq (o cümlədən yaşa görə 13,4 min nəfər, ailə başçısını itirməyə görə 0,2 min nəfər azalmış, əlilliyə görə 6,0 min nəfər artmışdır) ilin sonuna 1270,0 min nəfər təşkil etmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunmuşdur. Bu artımın əvvəlki illərdə həyata keçirilən artımlardan fərqi daha böyük kontingenti əhatə etməsidir. Belə ki, ötən il həyata keçirilən islahat nəticəsində 2011-ci il iyulun 1-nə qədər indeksləşmədən kənarda qalan, 85 manat pensiya almış 482 min nəfərin pensiyasının sığorta hissəsi formalaşdırılmışdır ki, bu da onlara cari ildə aparılan indeksləşmə prosesindən yararlanma imkanı vermişdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının 01 oktyabr 2012-ci il tarixli 432-IVQD nömrəli Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən Böyük Vətən Müharibəsi iştirakçılarının əmək pensiyalarının baza hissəsi 34 manat artırılmışdır. Əmək pensiyalarının orta aylıq məbləği 2012-ci ilin əvvəlinə nisbətən 4,5 faiz artaraq 152,0 manat olmuş, o cümlədən yaşa görəəmək pensiyasının orta aylıq məbləği 168,0 manat təşkil etmişdir.

Azərbaycan Respublikasında aparılan islahatlar nəticəsində qurulmuş sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi tədbirləri Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli 111 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun davam etdirilmişdir.

Sığorta-pensiya sisteminin aktuar təhlili işinin təşkili məqsədilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Amerika BirləşmişŞtatlarının Ticarət və İnkişaf Agentliyi arasında “Pensiya islahatları layihəsi üzrə texniki yardım üçün nəzərdə tutulan Qrant haqqında Saziş” çərçivəsində demoqrafik, makroiqtisadi və bilavasitə sığorta-pensiya sisteminin fəaliyyətini səciyyələndirən göstəricilərin kompleks təhlili aparılmış, ölkəmizin sığorta-pensiya sisteminin gələcək inkişafıüzrə təkliflər hazırlanmışdır.

Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və vətəndaşlara əlavə pensiya təminatını nəzərdə tutan qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də qeyd olunan sahələrdə qanunvericilik bazasının hazırlanması məqsədilə Dövlət Sosial Müdafiə Fondu tərəfindən Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində hazırlanmış tvinninq layihəsi Avropa Komissiyası tərəfindən təsdiq edilərək icrasına başlanılmışdır.

Pensiyaların plastik kartlar vasitəsilə ödənilməsi sisteminin təkmilləşdirilməsi, o cümlədən xidmətin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə şəffaflığın daha da artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondu ölkənin bütün ödəniş təşkilatları arasında açıq tender keçirmişdir. Bu sahədə səmərəliliyin artırılması tədbirlərinin davamı kimi plastik kartların pensiyaçılara bilavasitə bankların filialları tərəfindən verilməsi təşkil edilmişdir. 2013-cü ilin 1 yanvar tarixinə pensiya ödənişi aparılan kənd yerlərində yaşayan pensiyaçıların 99 %-nin, şəhərlərdə yaşayan pensiyaçıların 100%-nin, ümumilikdə isə 99,4 %-nin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunmuşdur. Bu məqsədlə ümumilikdə 662, o cümlədən kənd və qəsəbələrdə 151 bankomatın istifadəsi təmin edilmişdir.

Sığortaolunanların fərdi uçot sisteminin qurulması tədbirləri davam etdirilmişdir. 2012-ci ilin sonuna 2 milyon 266 mindən çox sığortaolunana sosial sığorta nömrəsi verilmiş, onlar üçün fərdi hesab açılmışdır. Fərdi uçota alınanların sayı ilin əvvəlinə nisbətən 300 min nəfərə yaxın artmışdır. Eyni zamanda, sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqlarıüzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesi aparılmışdır. Hər bir işləyən şəxsin gələcək pensiya təminatıüçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsində maraqlı olması, beləliklə, inzibati nəzarətin daha səmərəli ictimai nəzarətləəvəzlənməsi məqsədilə Fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidməti təşkil olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]