Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Leşyeyən kərkəzin ölkə ərazisindəki populyasiyası araşdırılıb

Leşyeyən kərkəzin ölkə ərazisindəki populyasiyası araşdırılıb
Bölmə :
KİVDF
Yayım tarixi :
28/12/2015 [23:18]
Baxılıb :
1265 dəfə
7 aktiv yuva, 9 təxmin olunan yuva və müxtəlif ərazilərdə uçan leşyeyən kərkəzin olduğu müəyyənləşib

(Əvvəli ötən sayımızda)

Ekoturizm anlayışı son illər çox geniş yayılmışdır, özündə həm ekoloji, həm iqtisadi, həm də sosial mənaları ehtiva edir. Ekoturizm dedikdə artıq əvvəllər mövcud olan "dəniz, qum, günəş üçbucağı"ndan daha geniş anlayış nəzərdə tutulur.

Azərbaycan Ornitoloji Cəmiyyətinin (AOC) mətbuat xidmətindən "Bizim Yol"a verilən məlumata görə, hazırda ekoturizm ifadəsinə tez-tez təsadüf edilir: "Bu, təbiət turizmidir. Əslində ekoturizm mənasını verən təbiət turizmi anlayışı ötən əsrin 80-ci illərindən geniş istifadə olunmağa başlayıb. Ekoturizm ilk olaraq ucqar, mənzərəli, təkrarı olmayan yerlərə səyahətlə bağlı idi. Yəni təhsil elementləri dinləyici üçün vacib və ya tələb olunan şərt deyildi. Daha sonralar inkişaf etdikcə bu elementlərin də paralel olaraq inkişaf etdirilməsi qaçılmaz oldu. O vaxtdan ekoturizm planlaşdırma metodlarını, idarəetmə metodlarını və iqtisadi yönləri özündə birləşdirməklə inkişaf etmişdir. Ərazi haqqında məlumatdan əlavə ətraf mühitin qorunması, təhsil, iqtisadi və sosial mənfəət və ictimaiyyətin cəlb olunması onu daha da qiymətsiz edir.

Vətənimiz Azərbaycan özünəməxsus gözəllikləri ilə zəngin bir ölkədir. Respublikamızın gəzməli-görməli yerləri həmişə turistlərin diqqətini cəlb etmişdir. Azərbaycan özü kimi vüqarlı uca dağları, dərin qobuları, laləzar vadiləri, mənzərəli düzənlikləri, alp çəmənlikləri, qızıl qumlu çimərlikləri, gur sulu çayları, mavi gölləri, füsünkar meşələri, yaşıl ormanları, memarlıq, təsviri incəsənət abidələri, tətbiqi xalq sənəti, ədəbiyyat, musiqi və teatr mədəniyyəti, faydalı qazıntıları, palçıq vulkanları, rəngarəng flora və faunası, subtropik zonası ilə tanınan diyardır. Bu diyara təşrif buyuranlar, onu səyahətə çıxanlar hər zaman səmimi mehribanlıqla, əsl qonaqpərvərliklə qarşılanır, unudulmaz, ömüruzadan günlər yaşayır, özlərinə sədaqətli dostlar qazanırlar.

Zəngin təbii potensiala malik ölkələr sırasında olan Azərbaycanda da turizmin bu sahəsini inkişaf etdirmək üçün hər cür imkan var. Bu baxımdan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoturizmin inkişafı çərçivəsində milli parklara turist səfərləri təşkil etmək təşəbbüsü təqdirəlayiqdir. Bu gün ölkədə altı milli park, 14 dövlət təbiət qoruğu və 20 xüsusi mühafizə olunan zona mövcuddur. Təbiət turizmi turistlərin nəinki dincəlməsinə, eyni zamanda Azərbaycanımızı daha yaxından tanımağa imkan verəcəkdir".

"Leşyeyənin Azərbaycanın kiçik Qafqaz hüdudlarında mühafizəsi"

Azərbaycan Ornitoloji Cəmiyyəti ekoloji maarifləndirmə ilə bağlı bir sıra tədbirlər həyata keçirir. Cəmiyyətin mətbuat xidmətindən bildirildi ki, AOC "Leşyeyənin Azərbaycanın kiçik Qafqaz hüdudlarında mühafizəsi" layihəsinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib: "Konfransda Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru Elçin Sultanov, Azərbaycan Ornitoloji Cəmiyyətinin elmi katibi Tahir Kərimov, Layihənin koordinatoru Guler İsayeva və layihə əməkdaşı Emin Məmmədov iştirak etdi. Konfransda "Leşyeyənin Azərbaycanın kiçik Qafqaz hüdudlarında mühafizəsi" layihəsinin ümumi nəticələri haqqında media nümayəndələrinə məlumat verildi. Aparılan tədqiqatlar Azərbaycanın Kiçik Qafqaz hüdudlarında (Daşkəsən, Gədəbəy, Samux) leşyeyən kərkəzə aid 7 aktiv yuva, 9 təxmin olunan yuva və müxtəlif ərazilərdə uçan leşyeyən kərkəzin olduğu tədqiq edildi, lakin bu rəqəmlər həqiqətdə olduğundan hələ xeyli azdır, çünki bütün ölkə ərazisində tədqiqatlar hələ başa çatmamışdır və son 2 ildə alınan nəticələr leşyeyən kərkəzin Azərbaycanda yuvalama populyasiyasını təqribən 96 cüt sayında qiymətləndirməyə imkan verir".

Ətraf mühitin idarəedilməsi üzrə təlimlər

Azərbaycan Ornitoloji Cəmiyyəti Ətraf mühitə təsirin qiymətləndirilməsi və Ətraf mühit İdarəçilik Planının hazırlanması üzrə Bakı (3-8 dekabr, 2012) və Naxçıvan (10-15 dekabr, 2012) şəhərlərində yerli və xarici ekspertlərin iştirakı ilə təlimlər həyata keçirmişdir. Təlimlər Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Dünya bankının dəstəyi ilə həyata keçirdiyi Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi çərçivəsində həyata keçirilir.

Ekoloji oyunlar

Azərbaycan Ornitoloji Cəmiyyətinin əməkdaşları Ağcabədi rayonuna ekspedisiyaya getmişdilər. Ekspedisiyanın məqsədi ağ leyləyin yuvalama yerlərini və yuvalarını tədqiq etməklə yanaşı həm də Ağcabədi rayonunda yerləşən məktəbdə tədbirin keçirilməsi idi: "Ekspedisiya ərzində yol boyu elektrik dirəklərində olan leylək yuvaları və orada olan balaların sayı qeydə alındı. Sonra isə çöl tədqiqatı ilə yanaşı, həm də Ağcabədi rayonu 12 saylı orta məktəbdə müəllimlər və şagirdlər üçün tədbir keçirildi. Bu tədbirdə məktəbin fəal şagirdləri maraqla iştirak edirdilər.

Tədbiri AOC-nin direktoru Elçin Sultanov açdı. O Azərbaycan Ornitoloji Cəmiyyətinin yaranma tarixi və fəaliyyətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. AOC-nin digər əməkdaşları internet saytımız, nəşrlərimiz, keçirdiyimiz tədbirlər və digər maraqlı məlumatlar haqqında ətraflı məlumat verdilər.

Şagirdləri əyləndirmək və düşündürmək üçün əməkdaşlarımız tərəfindən müxtəlif ekoloji oyunlar keçirildi. Bununla şagirdlərin bacarıqlarını və biliklərini daha da artırmağa müvəffəq olduq. Oyunun qalibləri xüsusi hədiyyələrlə mükafatlandırıldı. Tədbirin sonunda ənənəmizə sadiq qalaraq tədbirin bütün iştirakçılarına AOC-nin nəşrlərindən olan, müxtəlif plakatlar, lifletlər, kitablar, broşurlar və qəzetimiz hədiyyə olundu".

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]