Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və SOCAR dekabr 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakət nəticəsində itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların vertolyotlar vasitəsi ilə axtarış işlərində iştirakını təmin etmək qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Qeyd olunub ki, dekabrın 29-da itkin düşənlərin hərəsinin 1 (bir) nəfər ailə üzvü axtarış briqadası ilə birlikdə bu işlərə cəlb olunacaqdır.