Neft, elektrik xətləri və təyyarələr quşlar üçün əsas təhlükə mənbələridir
(Əvvəli ötən sayımızda)
Azərbaycan Ornitoloji Cəmiyyətinin (AOC) mətbuat xidmətindən “Bizim Yol”a verilən məlumata görə, ölkəmizdə qeydə alınan bəzi quş növlərinin nəsli kəsilmək təhlükəsi var. Dünya və Azərbaycanda “Qırmızı kitab”lara salınmış qeyri-su bataqlıq quşları aşağıdakılardır:
Azərbaycanda xüsusi mühafizəyə ehtiyacı olan su-bataqlıq quşları isə bunlardır:
Quşlar üçün əsas təhlükələrə gəlincə: Neft və quşlar; Elektrik Xəttlər və quşlar; Başqa təhlükələr; Quşlar və təyyarələr.
AOC-dən bildirildi ki, elektrik xətləri bütün il ərzində quşlar üçün təhlükə törədir: “Yırtıcı, sərçəkimi, həşəratyeyən və qeyri sərçəkimi quşlar dirəklərə və yerə qonarkən, köç vaxtı ehtiyatsızlıq üzündən elektrik xətlərinə toxunmaq nəticəsində tələf olurlar. Digər cəld, ancaq zəif manevirli quşlar isə dumanlı, çiskinli və küləkli havada xətlərə çırpılma səbəbindən tələf olurlar. 1989-1990 illərdə aparılan tədqiqat nəticəsində 47,5 km EX və RX (rabitə xətləri) ilə toqquşma nəticəsində 11 dəstəyə, 29 növə mənsub 123 quşun ölməsi qeydə alınmışdır. Ən çox sərçəkimilər (22,5 %), qazkimilər (29 %), sığırçılar (15,5 %) məhv olur. Nadir və yox olmaq təhlükəsində olanlar 5 %, (qutan, bəzgək) ov quşları 51 %, xırda sərçəkimilər 6,5 %, yırtıcılar 2,4 faiz təşkil edir. Ən çox tələfat qışlama və miqrasiya dövründə baş verir. Xəzər sahilboyu keçən aşağı gərginlikli EX və RX -ləri daha təhlükəlidir. Xətlərin keçdiyi yol boyu leyləklərin yuvalamada sıxlığı hər km-ə 2,3 yuva təşkil etdiyi halda, qarğalarda bu 2-10 dəfə azdır. Tək yuvalama zamanı elektrik enerjisinin kəsilməsinin səbəbi üçdə iki halda quşların xətlə toqquşmasından baş verir”.
Azərbaycanda quşların həyatına təhlükə törədən digər amillər. Məsələn: qeyri-qanuni ov (brakonyerlik), göllərin quruması, meşələrin qırılması, həddən artıq mal-qara otarılması və s. ilə əlaqədar olaraq yaşayış sahələrinin itirilməsi. Yırtıcı quşlara aid qeydə alınan mənfi amillər: gəmiricilərə, həşəratlara qarşı işlədilən zəhərlərdən tələf olma, zəhərlərdən istifadə nəticəsində yem bazasının azalması, həmçinin yırtıcı heyvanlara qarşı qoyulmuş tələlərdəki zəhərli cəmdəkdən və ya onun hissələrindən istifadə zamanı tələf olması, "zərərli" quş hesab edilərək öldürülməsi, eyni zamanda yuvalarının dağıdılması, balalarının yuvadan götürülməsi, özlərinin və müqəvvalarının zoomağazalara, kiçik heyvanxanalara, istirahət yerlərinə satılması və s. ibarətdir. Belə mənfi halları aradan qaldırmaq məqsədilə yırtıcı quşların xeyirli (siçanabənzər gəmiricilər, zərərli böcəklər və çəyirtkələrlə qidalanmaqla xeyir verirlər) olması barədə, quşun yuvaladığı ərazilərdə yerli əhali arasında ekoloji maarifləndirmə işləri aparılmalıdır.
(Davamı gələn sayımızda)
ÜMİD