Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Qaçqınlar və məcburi köçkünlər üçün 90 milyon manat ayrılıb

Qaçqınlar və məcburi köçkünlər üçün 90 milyon manat ayrılıb
Bölmə :
KİVDF
Yayım tarixi :
29/1/2013 [10:58]
Baxılıb :
1354 dəfə

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2004-cü il büdcəsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısı çərçivəsində, hansı işlərin görülüb? Dövlət bu təbəqədən olan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması məqsədilə nə kimi tədbirlər həyata keçirib. Bu suallara cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən aşağıdakı məlumatı əldə etdik.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin normativ hüquqi əsaslarını təkmilləşdirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin .
3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri , “ І “fevral 2005-ci il, N 187


Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2004-cü il büdcəsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2004 cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Saatlı, Sabirabad rayonları ərazisində çadır düşərgələrində və İmişli rayonu ərazisində dəmir yolu üzərindəki yük vaqonlarında müvəqqəti məskunlaşmış 4179 məcburi köçkün ailəsinin mənzil məişət - şəraitin yaxşılaşdırılması, Saatlı, Sabirabad rayonları ərazisindəki çadır düşərgələrinin ləğv edilməsi, habelə Naxçıvan Muxtar Respublikasında 100 qaçqın və məcburi köçkün ailəsinin məişət - şəraitin yaxşılaşdırılması üzrə tədbirlərin 2004-cü ildə başlanmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2004 -cü il üçün təsdiq olunmuş büdcəsinin xərcləri çərçivəsində Naxçıvan Muxtar Respublikasında 100 fərdi evin inşasına başlanması və Biləsuvar, Füzuli, Ağdam, Ağcabədi rayonları ərazisində 4179 məcburi köçkün ailəsi üçün elektrik enerjisi, su təchizatı, təhsil, səhiyyə və digər zəruri sosial-texniki infrastrukturu olan yeni qəsəbələrin salınması üzrə layihə- smeta sənədlərinin hazırlanması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi təmin edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondu haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 2001 ci il sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları” nın 5. 4. 1-ci və 5. 4. 2-ci bəndlərinə uyğun olaraq və Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı Direktorunun vəsatətini və Müşahidə Şurasının rəyini nəzərə alaraq, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2004 -cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 mart tarixli 45 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvaericilik Toplusu, 2004-cü il, N3, maddə 146) 3-cü bəndindəki cədvəlin 1-ci sıra nömrəsi aşağıdakı redaksiyada verilsin:

1. «Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma problemlərinin həllinə dair Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli , 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli, 2002-ci il 13 may tarixli 700 nömrəli Fərmanlarının, 2004-cü il 4 fevral tarixli 80 nömrəli Sərəncamının icrası. habelə, Naxçıvan Muxtar Respublikasında 100 qaçqın və məcburi köçkün ailəsi üçün fərdi evlərin layihələndirilməsi və tikintisi, və Biləsuvar, Füzuli, Ağdam, Ağcabədi rayonları ərazisində 4179 məcburi köçkün ailəsi üçün yeni qəsəbələrin salınması üzrə layihə- smeta sənədlərinin hazırlanması ilə bağlı xərclər 90 000,0 

Azərbaycan Respublikası Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, “ 1 “ oktyabr 2004-cü il
N132


"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq olunmasını təmin etmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində: 1.1. qüvvədə olan qanunvericilik aktlarının "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təklifxlərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafxiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin: 1.3. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin doqquzuncu hissəsində nəzərdə tutulmuş "müvafxiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanına dair təklifxlərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 1.4. öz səlahiyyətləri daxilində "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin. 2. Müəyyən edilsin ki, "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin yeddinci hissəsində və 21-ci maddəsinin birinci hissəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş "müvafxiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafxiə Fondu həyata keçirir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 yanvar 2005-ci il â„– 176


"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki, "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin doqquzuncu hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası həyata keçirir.
2. Bu Fərman imzalandığı gündən qüvvəyə mini

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyun 2005-ci il

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə»yə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları»na uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin gəlirləri 1 555 739,6 min manat, xərcləri 977 066,9 min manat məbləğində təsdiq edilsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Sıra â„– Gəlir mənbələri Gəlirlərin məbləği (min manat)
1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 1 429 724,2

2. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər 5 561,6

3. Neft və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 14 620,0

4. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar) 17 200,0

5. Digər gəlirlər və daxilolmalar 200,0

6. Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 55 067,4

7. Azərbaycan Respublikasında istehsal edilən və ixrac olunan xam neftin kontrakt qiyməti ilə ölkədaxili topdan satış qiyməti arasındakı fərqd
CƏMİ 1 555 739,6

3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2007-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
Sıra â„– Xərc istiqamətləri Xərclərin məbləği (min manat)
1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi 124 161,0

2. Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinə transfert 585 000,0

3. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi 183 620,0

4. Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi 76 900,0

5. Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 7 385,9
CƏMİ 977 066,9
4. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2006-cı il.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]