Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Son neft axıntıları Xəzərin suyunu çirkləndirməyib”

“Son neft axıntıları Xəzərin suyunu çirkləndirməyib”
Bölmə :
KİVDF
Yayım tarixi :
21/12/2015 [23:58]
Baxılıb :
959 dəfə
Ekoloji monitorinqin nəticələri açıqlandı, ekspertlər dənizdə ekoloji vəziyyətin təhlükəli həddə çatmadığını bildirirlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) “Günəşli” platformasında baş vermiş yanğının ətraf mühitə təsiri ilə bağlı aparılan monitorinqlərin ilkin nəticələrini açıqlayıb. Bununla bağlı ötən həftə keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova təşkil olunan qrupun hazırda hadisə yerində işlədiyini deyib.

“Yataqda 28 neft quyusu fəaliyyət göstərib. O quyular qaz-lift üsulu ilə işləyirdi. Hadisədən sonra o quyulara qazın verilişi dayandırıldı və quyular fəaliyyətsiz formaya gətirildi. Bu gün orada heç bir yanğın və neft və ya qaz axıntısı yoxdur. Çirkləndirici maddələrə nəzarət üçün operativ ekspedisiya qrupu yaradılıb və hazırda orda iş aparılır”, -deyə ETSN rəsmisi bildirib.

Onun sözlərinə görə, “Günəşli” yatağının 10-cu stasionar özülündə iki qaz quyusunda yanğın söndürülüb, üçüncü quyuda isə söndürülmək üzrədir. Digər 4 qaz quyusunda isə yanğın davam edir. Hazırda orada neft quyularında yanğın yoxdur.

10 saylı özül yaxınlığında monitorinq aparan Ətraf mühitin mühafizəsi Departamentinin sektor müdiri Mirsalam Qəmbərov aparılan monitorinqlərin nəticəsini açıqlayıb: “Hadisə baş verən ərazidə 28 quyu olub, onlardan 7-si qaz quyusudur. Onlarda kondensat olub. Əmələ gələn kondensat yanır, atmosfer çirklənməyə məruz qalır. Lakin dəniz suyu çirklənmir. Sudan götürülən nümunələrin laborator müayinəsi aparılır. Müayinələrin nəticələrinə əsasən deyə bilərik ki, neft Xəzərin suyunu çirkləndirməyib. Xəzərin çirklənməsinin qarşısını almaq üçün lazımi tədbirlər görülür".

Mətanət Avazova əlavə edib ki, hazırda ərazidə neft axıntısı yoxdur. Lakin yanğın söndürüləndən sonra hansı prosesin müşahidə ediləcəyini heç kim deyə bilməz: “Qazın yanması nəticəsində 100-ə yaxın karbohidrogen birləşmələr ayrılır. Yanma prosesində onların hamısı sona qədər yanacaq. Bugünkü günə olan məlumata görə, dənizin faunasına heç bir ziyan dəyməyib. Yataq yaxınlığından götürülmüş su nümunələrində çirklənmə normaya uyğundur”.

M.Avazova vurğulayıb ki, yanğın baş verən ərazidən hava nümunəsi götürməyə şərait yoxdur. O platformaların üzərində analizatorlar qoyularsa, biz atmosferdən nümünə götürə bilərik. Yanğının atmosferə təsiri ilə bağlı dəqiq rəqəm demək üçün ərazidə stasionar məntəqəmiz yoxdur. Dənizdə güclü külək olduğundan yanma nəticəsində havaya atılan maddələr qısa zamanda ətrafa dağılır. Hazırda ərazidə monitorinq aparmaq üçün şərait yoxdur”.

“Müxtəlif qiymətləndirmələrə görə, Xəzər dənizində neft ehtiyatları 20 milyard tona çatır. Təbii şəraitin rəngarəngliyi bir çox nadir fauna və flora növlərinin Xəzər dənizində bu günədək qalmasına səbəb olmuşdur. Dənizin Azərbaycan akvatoriyasında 434 növ fitoplankton (yosun), 167 növ zooplankton, 258 növ fitobentos, 91 növ makrozoobentos və 14 fəsiləyə aid 80 növ və yarımnöv balıqlar məskunlaşmışdır. Xəzərin florası 728 növdən ibarətdir”.

Bunları “Bizim Yol”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin (XKEMİ) rəis əvəzi Nadir Cahangirov səsləndirib. Azərbaycanın yataqlarının birgə istismarı ilə əlaqədar "Əsrin müqaviləsi" (1994) sazişinin imzalandığını xatırladan N.Cahangirovun sözlərinə görə, dünyanın məşhur neft korporasiyalarının qoşulduqları saziş, Azərbaycanın xam neftini dünya bazarına çıxarmaq məqsədi güdür: “Regiondakı digər neft istehsalçıları da eyni maraqdan çıxış edirlər. Qazaxıstan və Türkmənistanda da Abşeronda olduğu kimi neft-qaz istehsalı mərkəzləri açılıb. Bu regionların ekoloji durumu respublikamızla müqayisədə heç də yaxşı deyil. Çünki burada çıxarılan neftin tərkibində merkaptanların miqdarı çox, kükürdlü birləşmələr daha artıqdır. Belə nefti xüsusi yolla təmizləmək lazım gəlir ki, bu da əlavə problemlər yaradır. Bu prosesdə ekoloji standartlar mütləq nəzərə alınmalıdır, əks halda Xəzərin bütün akvatoriyası pis hala düşə bilər”.

ETSN rəsmisi əlavə etdi ki, Xəzərin ekoloji problemləri onun səviyyəsinin vaxtaşırı dəyişməsilə də əlaqədardır: “1978-ci ildən tranqressiv mərhələyə keçən dənizin səviyyəsi tədricən qalxaraq ciddi təhlükəyə səbəb olmuşdur. Belə ki, suyun səviyyəsinin 2,5 m qalxması sahil zonasının il ərzində 1-2 km sahəsinin dənizin altında qalması ilə nəticələnmişdir. Məsələn, 10-15 il əvvəl ölkəmizin cənub bölgəsindəki (Lənkəran-Astara) sahil zolağında yerləşən bir çox yaşayış məntəqələri və təsərrüfat sahələri həmin fəlakətlə üzləşdi, əhaliyə, dövlətə xeyli ziyan dəydi. Ulu babalarımız heç vaxt hövzə kənarında daimi məskunlaşmayıblar. Yalnız mövsümi xarakter daşıyan fəaliyyətlə məşğul olublar. Çünki onlar haçansa yarana biləcək təbii hadisələri çox düzgün qiymətləndiriblər. Müasir dövrün insanları isə keçmişdən öyrənmək əvəzinə, sanki təbiəti ram edirmişlər kimi dənizin düz qırağında möhtəşəm sənaye obyektləri, neft-qazçıxarma qurğuları, çoxmərtəbəli yaşayış binaları inşa edir, fermer təsərrüfatları salırlar. Hesab edirlər ki, onları həmişəlik sahildə saxlamaq mümkündür. Təəssüf ki, bu belə deyil. Təbiət özü şıltaq olsa da, şıltaqları sevmir”.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]