Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Təhsil Nazirliyinin oğurladığı talelər - Nadir İsrafilov

Bölmə :
Köşə
Yazar :
Nadir İsrafilov
Təqdimat :
Təhsil eksperti
Yayım tarixi :
10/7/2012 [10:55]
Baxılıb :
2296 dəfə

Təhsil naziri Misir Mərdanovun başının üzərində “qara buludlar” sıxlaşmaqdadır. Ölkə prezidentinin məktəb tikintisində və bağçalarda baş alıb gedən əyintilər haqqında sərt açıqlamaları, TQDK-nın tələbə köçürmələri və dərsliklərlə bağlı rəsmi məlumatları, Orxan Kərimov məsələsi, Bakı Şəhər Təhsil İdarəsindəki talançılqlar barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaydığı bəyanat vəziyyətin son dərəcədə kritik olduğunu göstərir. Üstəlik, də TQDK sədri Məleykə Abbaszadənin APA-ya verdiyi son müsahibə. 

Bütün bunları tufan öncəsi şaqqıldayan ildırım kimi də qəbul etmək olar. Sadəcə olaraq ildırımın hara düşəcəyi və onun “fəsadlarının” nə olacağı maraq doğurur”¦

Qəribədir, bu müsahibəyədək Misir Mərdanov çox sakit görünür, istənilən halda heç nə olmamış kimi, müvazinatını saxlamağa çalışırdı. Bəzən adama elə gəlirdi ki, bir belə tənqid, fakt, sübut onun üçün heç milçək vızıltısı da deyil. Əslində onun davranışı içtimai rəyi vecinə almayan məmur mənəm-mənəmliyinin “xrestomatik” bir nümunəsi idi. Nəhayət ki, müvazinat pozuldu, özü də indiyədək Azərbaycanın dövlət idarəçiliyində görünməmiş formada. Zarafat deyil, nazir səviyyəli bir məmur komissiya sədri səviyyəsində olan başqa bir məmuru az qala müxalifətə işləməkdə suçlayır. Buyurun, nazirliyin bəyanatındakı bir cümləni diqqətlə oxuyun: “Son aylar müxalifət mətbuatının əsas qəhrəmanına çevrilmiş iqtidar nümayəndəsi Məleykə Abbaszadənin Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı verdiyi müsahibələrindəki məlumatlar araşdırılaraq onların əsassız, qərəzli və böhtan olduğu müəyyən edilmişdir”.

Qəribədir, TQDK sədri statistik məlumatları bir-bir sadalayır, fakt ortaya qoyur, Mərdanovun komandası isə köhnə mərəzinə uyğun olaraq onu qərəzkar və böhtançı adlandırır. Bu bəyanatdan sonra adamın ağlına istər-istəməz bir sual gəlir: Təhsil Nazirliyinin fəaliyyətini prezident, Ramiz Mehdiyev, prokurorluq, deputatlar, xalq yazıçıları, ekspertlər, vətəndaşlar”¦ tənqid edir, daha kimlər tənqid eləməlidir ki, bu komanda gördüyü işin zibil olduğunu anlasın?! Bəlkə bunlarda da anlamazlıq istedadı var?..

Dünənki “Yeni Müsavat”da tanınmış təhsil eksperti Əlövsət Osmanlı məsələ ilə bağlı maraqlı bir fakt da açıqlayıb. Sən demə, bu il 11-ci sinfi bitirən şagirdlərin sayı 1-ci sinfə gedəndə nə az, nə çox, düz 133 min nəfər olubmuş. Amma TQDK-nın statistikasından məlum olur ki, bu il buraxılış imtahanlarında 78 min şagird iştirak edib, onların da 70 mini (53 faizi) attestat alıb. Deməli, Mərdanovun rəhbərlik etdiyi təlim-tərbiyə sistemi 11 il ərzində 63 min Azərbaycan gəncini heç olmasa, attestat alacaq səviyyəyə qədər də yetişdirə bilməyib. Sovet dönəminin terminologiyası ilə desək, nazirliyin buraxdığı məhsulun 47 faizi heç “texniki nəzarət”dən də keçməyib, özü də dünyada misli bərabəri olmayan yüngül şərtlər daxilində - yalnız ana dili və riyaziyyatdan sadələşdirilmiş imtahan verməklə. Elə ona görə də ekspert Əlösət Osmanlı haqlı olaraq soruşur: “Bu, Azərbaycanda təhsilin olmamasının göstəricisi deyilmi?”.

Amma görünən odur ki, bu, təkcə təhsilin olmamasının yox, həm də çox şeylərin olmamasının göstəricisir. O şeylərdən bəziləri olsaydı, Azərbaycan təhsilini ağlar günə qoyan Mərdanov və komandası nazirlikdə yox, tamamilə fərqli məkanda oturardı...

“Olsaydı”, dediyimiz şeylərdən biri də ziyalı ləyaqəti anlayışıdır. Ölkənin elmi ictimaiyyətinin gözləri qarşısında Təhsil Nazirliyinin üç vəzifəli şəxsi - nazirliyin şöbə müdiri, ADPU-nun dekanı və lisey direktoru heç bir abır-həya hissi keçirmədən başqalarının əsərlərini oğurlayıb öz adlarına çap etdirir, sistemdə at oynadırlar, amma Mərdanovdan, onun dilmancı Bayram Hüseynzadədən səs çıxmır ki, çıxmır. Siz heç eşitmisinizmi ki, cinayət başında yaxalanmış hansısa oğru qəhrəmanlıq edibmiş kimi döşünü şəstlə qabağa verib “mən hər şeyi yox, olanların yarısını oğurlamışam!” - desin? Əslində bu, həm də Azərbaycanın təhsil sisteminə daraşmış bəzi gəmiricilərin həyat fəlsəfəsidir: “Biz hər şeyi yox, olanların yarısını oğurlamışıq!”.
Oğurlanan həm də 63 min azərbaycanlı gəncin taleyidir...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]