Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Dədəm Qorqudun Zamanı”ndan seçmələr…

“Dədəm Qorqudun Zamanı”ndan seçmələr…
Bölmə :
Mədəniyyət
Yayım tarixi :
18/12/2015 [23:06]
Baxılıb :
1825 dəfə
“Dədə Qorqud” dastanında temporal zaman kateqoriyasına həsr olunmuş ilk monoqrafiya

Kitab bilik mənbəyidir. Bəli, həqiqətən də belədir. Hər bir kitab bilik mənbəyidir. Lakin kitab da var, kitab da... elə kitab var ki, onda bilik çoxdur, eləsi də var ki az. Səməd Vurğun demiş “Kitab da növ-növdür insanlar kimi”. Əzizxan Tanrıverdinin “Dədəm Qorqudun Zamanı” kitabını oxuyub qurtaranda ilk təəssüratım məhz bu cür oldu.

Xalqımızın möhtəşəm abidəsi olan “Dədə Qorqud” dastanının öyrənilməsinə indiyədək yüzlərlə kitab həsr olunsa da, onun zəngin xəzinəsi hələ də tam mənimsənilməyib. Onun mövzuları, inciləri tükənmir ki, tükənmir. Türkoloq-alimlər “Kitabi Dədə Qorqud” dastanını tədqiq edə-edə həm dastanı tanıtmış və sevdirmiş, həm elm aləminə yeniliklər gətirmiş, həm də özləri də biliklənmiş, zənginləşmişlər. Necə deyərlər, elm  “Dədə Qorqud”a, “Dədə Qorqud” da elmə - onun inkişafına xidmət göstərib. 

Professor Ə.Tanrıverdinin “Dədəm Qorqudun Zamanı” kitabı məhz bu iki cəhəti özündə birləşdirən bir tədqiqatdır. Təkcə onu demək kifayətdir ki, əsər bütövlükdə “Dədə Qorqud” dastanında temporal zaman kateqoriyasına həsr olunmuş ilk monoqrafiyadır. Əsərin birinci bölməsində müəllif düzgün olaraq dastandakı zaman məsələsi ilə bağlı ayrı-ayrı alimlərin fikirlərini vermişdir. Daha sonra “Kitab”ın dilində zamanın leksik, morfoloji və sintaktik vasitələrlə ifadəsini dərindən və hərtərəfli tədqiq etmişdir.

“Temporallığın leksik vahidlərlə ifadəsi”  bölməsində zaman mənalı sözlərin dastanda işlənməsi vəziyyəti göstərilmişdir. Həmin bölmədə nitq hissələrinə aid sözlər müəyyən sistemdə nəzərdən keçirilmişdir. Zaman mənalı zərflər, isimlər, sifətlər, qoşmalar, bağlayıcı sözlər və frazeoloji vahidlər tarixi linqvistik baxımdan araşdırılmışdır. Sözlərin etimologiyası orijinallığı və həqiqətə uyğunluğu ilə diqqəti cəlb edir. Temporal zərflər (zaman zərfləri) keçmiş, indiki və gələcək zaman kateqoriyasında tədqiq olunmuşdur. Dastandakı “anda” (onda), “baya” (bayaq), “dün” (dünən), “şimdi” (indi), “tanla” ( sabah, yarın) və s. sözlərin işlənmə tezliyi müəyyən edilmiş, həmçinin onların necə yaranması haqqında maraqlı və qiymətli fikirlər irəli sürülmüşdür. Temporal isimlərdən “gündüz”, “gecə”, “yaz”, “güz” və s. sözləri, temporal sifətlərdən “ağlı-qaralı”, “ötəki” sözləri, temporal qoşmalardan “bəri”, “sonra” sözləri və s. yüksək elmi səviyyədə izah olunmuşdur.
Bu bölmədə fəsil adlarından bəhs edən müəllif “güz” sözünün ədəbi dilimizə qaytarılması fikrini irəli sürüb ki, bu da düzgün təklifdir. Müəllif “payız” sözünün əvəzinə “güz” sözünün işlədilməsini konkret faktlarla əsaslandırıb.

“Temporallığın qrammatik şəkilçilərlə (morfoloji vasitələrlə) ifadəsi  bölməsi də dolğun elmi məzmuna malikdir. “Dədə Qorqud” dastanındakı hər bir dil faktına dərin maraq və övlad məhəbbəti ilə yanaşan müəllif müxtəlif zamanların (keçmiş, indiki və gələcək) morfoloji göstəricilərini bir-bir nəzərdən keçirmişdir. Bu bölmədə “-dı4”, “-mış4”, “-ıb4”, “-dıq4”, “-anda2”, “-an2” və s. şəkilçilərin necə formalaşması haqqında qiymətli fikirlər söylənilmişdir. 

“Temporallığın sintaktik vahidlərlə ifadəsi” bölməsində “Dədə Qorqud” dastanında işlənmiş zaman anlayışlı söz birləşmələrindən bəhs olunur. Həmin bölmədə də müəyyən sistem və ardıcıllıq özünü göstərir. Müəllif dastanın dilindəki söz birləşmələrini ismi birləşmələr (I, II  və III növ təyini söz birləşmələri) və feli birləşmələr başlığı altında şərh etmişdir. 

Xüsusi qeyd etmək istərdim ki, “Dədə Qorqud”un dilindəki zaman mənalı söz və ifadələr dilçiliklə yanaşı, coğrafiya, astronomiya, etnoqrafiya, fəlsəfə elmləri ilə əlaqəli şəkildə araşdırılmışdır. Bu isə müəllifin ensiklopedik biliyə, yüksək erudisiyaya sahib olduğunu göstərir. Məsələn, “yaz”, “yay”, “güz” (payız), “qış” sözlərinin izahları buna sübutdur. Həmin sözlərin yaranması Günəşin ekvatordakı vəziyyəti ilə, onun hərəkət trayektoriyası və düşmə bucağı ilə əlaqəli şəkildə tədqiq olunmuşdur. Monoqrafiyanın 65-ci səhifəsində qeyd olunduğu kimi, fəsil adlarının yaranma səbəbləri indiyədək yuxarıda göstərilən elmlərin sintezi kontekstində araşdırılmamışdır. Beləliklə, Ə.Tanrıverdi ilk dəfə olaraq problemə kompleks və sistemli yanaşaraq il və fəsil adlarının yaranma səbəbləri haqqında mülahizələr irəli sürmüş, türkologiyaya yenilik gətirmişdir.

Müəllif öz kitabında O.Ş.Gökyayın “erkən” sözünün “Dədə Qorqud”da ayrılıqda yox, birləşmə şəklində işlənməsi ilə razılaşmamış, “erkən” (erken) sözünün dastanda müstəqil söz kimi işləndiyini əsaslandırmışdır. Ə.Tanrıverdi qorqudşünaslıqda mövcud olan mühüm bir fikrə qarşı çıxaraq yazır: “Qorqudşünaslıqda kitab bəzən yazılı ədəbiyyat nümunəsi kimi qeyd olunur. Əslində isə “Kitab”, hər şeydən əvvəl, şifahi ədəbiyyat nümunəsidir. “Kitab”dakı yazılış şəkillərinin bir qismi müasir Azərbaycan dilinin orfoqrafiyası yox, orfoepiyası ilə səsləşir” (səh. 187).

Yuxarıda qeyd etdiyimiz kimi, kitabı oxuduqca müəllifin hərtərəfli biliyə, geniş mütaliəyə malik olduğunu yəqin edirsən. Həm də başlıca cəhət budur ki, müəllif öz zəngin bilik və məlumatını məharətlə tətbiq etməyi, onlardan səmərəli, məqsədyönlü, təsirli, sistemli şəkildə istifadə etməyi bacarır. Bu isə monoqrafiyanın maraqla oxunmasını təmin edir.  Belə ki, müəllif şərh verdiyi hər hansı bir sözlə bağlı şair və yazıçılardan elə bir cümləni, elə bir misranı misal gətirir ki, bu da yerinə düşür, mətnin təsirini artırır. Məsələn, o, “gecə” sözünün “keçmək” sözündən yarandığını izah edəndə yazıçı  Ə.Məmmədxanlının belə bir cümləsini nümunə gətirir: “Otağındakı işığı keçirəndə xəfif, qırmızı bir parıltının pəncərə şüşəsində titrədiyini gördüm ” (səh. 58). Bu cür kiçik misallar - cümlə və misralar kitabda çoxdur. Bunlar kitabın bəzəyinə çevrilir, həm də onun möhkəmliyinə xidmət edir.

Monoqrafiyada zaman anlayışının adlıq cümlələrlə, həmçinin tabesiz və tabeli mürəkkəb cümlələrlə ifadəsi ilə bağlı fikirlər də diqqət cəlb edir. Kitabın son hissələrində bəzi fellərin semantikasına dair izahlı lüğət şəklində bir hissə vardır ki, bu da çox faydalıdır. Burada bir sıra arxaik fellərin, məsələn “ayıtma”, “aytışma”, ”dərləmək”  və s. fellərin izahı verilir.

Ə.Tanrıverdi öz kitabını yüksək vətənpərvərlik hissi ilə yazmışdır. Onun hər bir izahatında dilimizə, ədəbiyyatımıza və mədəniyyətimizə dərin məhəbbət hissi özünü göstərir. Müəllif, yeri gəldikcə, “Dədə Qorqud” dastanının daha çox xalqımıza məxsus olduğunu vurğulayır. Məsələn, o, “-ıb” şəkilçisindən bəhs edərkən yazır ki,  bu şəkilçi Türkiyə türkcəsində işlənmir, türkmən dilində “-ip”, Azərbaycan dilində “-ıb” şəklində sabitləşib. Kitabdakı forması isə belədir: -ub, -üb. Deməli, “Kitab”dakı (yəni “Dədə Qorqud” kitabındakı)  -ub, -üb forması yalnız müasir Azərbaycan ədəbi dili üçün səciyyəvidir. Bu da “Kitab”ın məhz Azərbaycan dilində yazıldığını arqumentləşdirən ən tutarlı faktlardan hesab oluna bilər (səh. 104).

Monoqrafiyanın elmi siqləti yüksəkdir. Oxucu bu kitabda müəllifin dəyərli, orijinal fikir və mülahizələri ilə yanaşı, neçə-neçə türkoloq alimin də elmi fikirləri ilə tanış olur, onları öyrənir.  Bütün bunlar “Kitab Bilik Mənbəyidir” müdrik kəlamını doğruldur. Beləliklə, mütəxəsisslərlə yanaşı, adi oxucular da  bu elmi əsərdən çox maraqlı və lazımlı biliklər əldə edə bilərlər.

Sərvər Şirinov | ADPU-nun magistrı
[email protected]

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]