Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Təhsilimizin fəlsəfəsində iz qoyan tərcümə...

Bölmə :
Köşə
Yazar :
Nadir Israfilov
Təqdimat :
Ekspert
Yayım tarixi :
17/12/2015 [23:23]
Baxılıb :
1217 dəfə
“Oxumaq, oxumaq, yenə də oxumaq”

Hörmətli professorumuz Şahlar Əsgərovun "Bu düşüncəni dəyişsək, məktəb də dəyişəcək" adlı diqqətçəkən yazısında toxunulan təhsillə bağlı fəaliyyətimizdə istifadə etdiyimiz terminlərin bəzilərinin dövrün tələblərinə cavab verməməsinə dair maraqlı fikirləri, sözügedən məsələ ilə bağlı mənim də bəzi düşüncələrimi təzələmiş oldu. "Oxumaq savad sayılmır, bilmək savad sayılır, inkişaf etmiş ölkələrdə bu prosesləri ifadə etmək üçün oxumaq yox, öyrənmək sözündən istifadə edirlər" deyən professor bu tezisə inanmaq üçün rus və ingilis dillərində bu sözləri müqayisə etməyi tövsiyə edir, ilk baxışda kiməsə böyük görünməyən bu kiçik fərqin dərindən düşünəndə böyük təsiri olduğunu konkret faktlarla əsaslandırır. Çıxarılan nəticə isə ondan ibarətdir ki, fəlsəfi baxımdan oxumaq vasitədir, öyrənmək isə məqsəddir. "Vasitə məqsəd kimi bizim şüurumuza yerləşdirilib. Çox təəssüf ki, bizim şagirdlərimiz məktəblərdə oxuyurlar, öyrənmirlər".  

Yəqin ki, yaşlı və orta nəslin nümayəndələri xatırlamamış olmazlar ki, hələ məktəbə qədəm qoyduğumuz ilk gündən proletariatın dahi rəhbəri, Sovetlər birliyinin qurucusu kimi tanıdığımız V.İ.Leninin "Oxumaq, oxumaq, yenə də oxumaq" vəsiyyətinin təsiri altında təhsilimizi başa vurub, müstəqil həyata qədəm qoymuşuq. Başqa cür ola da bilməzdi. Dillər əzbərinə çevrilən bu ruhlandırıcı şüar bütün təhsil müəssisələrınin foye və dəhlizlərinin bir nömrəli atributu idi. Yeniyetməliyindən, gəncliyindən və yaşlılığından asılı olmayaraq hamı oxuyurdu. Böyük və qüdrətli bir ölkənın hər bir vətəndaşı üçün təhsilin əyani, qiyabi, axşam, fezo, fəhlə və gənclər məktəblərindən ibarət geniş şəbəkə yaradılmışdı. 

Maraqlı olan və diqqətçəkən məqam nə idi və nədir? Yarım əsrdən artıq bir müddətdə Leninin "Uçitsya, uçitsya, yeşo raz uçitsya" çağırışı tərcümədə dilimizdə "Oxumaq, oxumaq, yenə də oxumaq" kimi assosiasiya olunub. Halbuki "uçitsya" anlayışı rus dilində oxumaq deyil, öyrənmək mənasını verir. Oxumaq isə rus dilində "çitat", "proçitat" anlamına gəlir. Məsələn, çitat vslux (ucadan oxumaq), proçitat stixotvoreniye (şer oxumaq) və s. Uçenik (şagird), uçitel (müəllim), uçyonıy (alim) sözləri "uçit" (öyrətmək) kökündən götürülüb. Elə qardaş türk dilində də şagirdə öyrənci, müəllimə öyrətmən deyilir. Əslində dilimizdə oxumaq sözü əsasən hər hansı bir mahnı və ya şeir oxumaq kimi başa düşülür. Dərsi isə oxumaq deyil, öyrənmək tələb olunur.  

Çox ehtimal ki, hüquq təhsilinə malik olan Lenin indiki terminologiya ilə desək, "uçitsya" mesajını verərkən "oxumaq" və "öyrənmək" anlayışlarının fərqində olmamış deyildi. Bununla belə tam əminliklə hökm də vermək düzgün olmaz ki, Lenin bu fikri irəli sürərkən özlüyündə oxumağı, yoxsa öyrənməyi nəzərdə tutub. O da inandırıcı görünmür ki, rəhbərin bu fikirlərinin düzgün açıqlamasında tərcümə xətalarına yol verilib. Ən əsası ona görə ki, o dövrlərdə ölkəmizdə rus dili bilicilərinin və peşəkar tərcüməçilərin sayı indikindən qat-qat artıq idi və hansısa dərslikdə məsələn, "tut ağacı"nın "derji derevo" (ağacı tut) kimi tərcümə olunmasına qətiyyən yol verilə blməzdi. 

Çox ehtimal ki, belə bir tərcümə o vaxtlar oxumağın attestat, diplom almaq xatirinə deyil, elə məhz öyrənmək, bilik əldə etmək məqsədinə xidmət etməsindən irəli gəlib. Bizlər məktəbə gedərkən yalnız 9-10-cu siniflərdə bilmişik ki, sən demə bizə məktəbi bitirməyimizlə bağlı kamal attestatı adlı hansısa bir sənəd veriləcək. İnstitut və ya universitetə daxil olmaq da diploma görə deyil, ali təhsil almaq, mükəmməl bir peşəyə yiyələnmək arzumuzdan irəli gəlib. Dərsdən kənar qalmaq, təhsildən yayınmaq kiminsə ağlına belə gələməzdi. Arada bir müəyyən "üzrlü" səbəblərdən dərsdən qaçmağımızla və ya qripə tutulmağımızla bağlı bir-iki gün məktəbə getməməyimizə görə müəllimin və ya sinif rəhbərinin evimizə gəlməsi bizim üçün ən sərt cəza sayılardı, proqram materialından geri qalmamaq üçün əlavə ev tapşırıqlarını yerinə yetirməli olardıq və s. Nə isə...

Əgər hesab etsək ki, Leninin "Uçitsya, uçitsya, yeşo raz uçitsya" lozunqunun 70 il ərzində bizə "Oxumaq, oxumaq, yenə də oxumaq" kimi təqdim olunması tərcümə xətası idisə, bəs onda  orta məktəblərimizin 5-ci sinifləri üçün nəzərdə tutulmuş "Azərbaycan tarixi kursu"nu "Ata yurdu" adlandırmağımızı nə ilə izah etmək olardı? Bəlkə, ideya təşəbbüsçüləri  kursun adını dəyişərkən "Oteçestvo" sözü ilə "Otçestvo" sözünü qarışıq salıblar? Bəlkə hesab ediblər ki, rus qonşularımızın "Oteçestvennaya istoriya" adlandırdığı tarix "Otes" (ata) sözündən götürülüb? Əslində, bəlkə də bu ideya müəlliflərini "qınamaq" da ədalətsizlik olardı. Çünki bu rusların dilində elə, qəribəliklərmi deyək, incəliklərmi deyək var ki, bundan da hər adamın baş çıxarması müşkül məsələdir. Gəl indi bu "Oteçestvo" (Vətən) ilə "Otçestvo" (ata xətti ilə soyad) arasındakı bir hərf fərqinə görə baş sındır. 
Hər halda "ziyanın yarısından dönmək də bir xeyirdir" deyiblər böyüklərimiz. Nə yaxşı ki, dərsliklərimizdə və digər tədris vəsaitlərində  rus dilinə əsaslanıb "oteçestvennaya voyna" sözünü "ata müharibəsi", "za oteçestvo" sözünü "ata uğrunda", "rodina mat zovyot" sözünü "ata vətən çağırır" kimi ifadə etməmişik, yoxsa aləmə biabır olardıq. Bir də ki, yeri gəlmişkən, ana vətən, ana torpaq deyə-deyə, birdən yurdumuzu ata mülkiyyətinə çevirib "özəlləşdirməyimizə" nə ehtiyac vardı?

Keçək sözün "mustafasına". Professorun haqlı, həyəcan xarakterli iradına əsasən indi oxumağın mahiyyəti dəyişib. Oxuma prosesinin arxasında mənimsəmə durmur, halbuki, oxumağa yox, mənimsəməyə qiymət qoymaq olar. Bəli, inkişaf etmiş ölkələrdə bu prosesləri ifadə etmək üçün "oxumaq" yox, "öyrənmək" sözündən istifadə edirlər. Məhz, öyrənməyi öyrətməyin vaxtı çoxdan yetişib. Artıq biz təhsil alanlardan nəinki biliklərə yiyələnməyi, eyni zamanda  bu bilikləri anlamağı da tələb etməliyik. Bunun üçün isə ilk növbədə, bu kimi vərdişləri təhsil alanlarımıza aşılamağa  özümüzü borclu hesab etməliyik, oxumağa yanaşma tərzimizi dəyişməliyik.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]