Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Sivilizasiyanın sərgərdan mərkəzi

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
17/12/2015 [00:19]
Baxılıb :
1086 dəfə

Yazının başlığı əntiqə bir romanın süjeti ola bilərdi. Tarixi, avantürist, macəra romanı yazmaq istəyənlər üçün yer üzündə, zaman çərçivəsində avara-sərgərdan dolaşan sivilizasiyanın gah orda, gah burda parlayıb sönən mərkəzi barədə birnəfəsə oxunacaq bir kitab olardı. Bu mərkəz gah Misirdə, gah Romada, gah da İrusəlimdə peyda olur. Ya Eyfel qülləsinin başına dırmaşıb heç orada da çox ayaq saxlamır. Hansısa məqamda qəhrəman Mayakovski sayağı ayaqlarını aralı qoyub "Yer kürəsi, məlum olduğu kimi, Kremldən başlayır" deyərdi. Mayakovski həqiqətən belə düşünürmüş və eynən belə də deyirdi. 

Özümüzü bir süjet bələdçisi kimi aparaq və görək ki, qəhrəmanımız, yəni sivilizasiya daha haralarda və hansı dövrlərdə peyda olur, kimlərlə görüşür, nələri doğurur, hansı meyarları məhv edir. Ensiklopedik dərgilər yazır ki, sivilizasiya doğulması, ölməsi, inkişafı və törəmələrinə rəğmən canlı orqanizmdir. Bəzən sivilizasiyanı mədəniyyət sözünün sinonimi kimi işlədirlər. Sənətşünaslar bəşər tarixini dövrlərə bölüb ölkələr üzrə, coğrafi ərazilərlə təsnifat verməyi sevir. Vaxt vardı insanın dindən kənarda sivil şəkildə yaşamaq şansı yox idi. Kilsədən qopara da bilərdilər, daşqalaq edib öldürə də. Körpəni ananın qarnında öldürmək də, qız uşaqlarını diri-diri basdırmaq da nə vaxtsa sivil addım sayılırdı.  


Hal-hazırda sivilizasiya insanı yaşayış komfortu ilə təmin edir. Bunun sayəsində insan texniki kollektivlə o qədər çulğalaşır ki, mədəni olmağa halı qalmır. Yəni insan sivil olmaqdan da, hətta mədəni olmaqdan da şüurlu surətdə imtina etmək istəyir. Sivilizasiya artıq keyfiyyətli həyat tərzindən savayı heç nə vermir və insanın mənəvi tələbatını ödəyə bilmir. Müasir sivilizasiya, onun nəzəri bazası xalqları kütlə kimi qavrayaraq fərdlərə individ kimi baxmır. Hamımız biokütlə sayılırıq və nə vaxtsa ölüb gedəndən sonra torpağı gübrələyəcəyik. 

Yeniyetmələrdən sivilizasiya sözünün mənasını soruşanda yəqin ki, ağlına ilk gələn eyniadlı kompüter oyunu olacaq. Bu virtual oyuncaq daş dövründən başlayaraq bu günümüzə qədər inkişaf etmək imkanı verən nəhəng strategiya oyunudur. Keçən əsrin 90-cı illərindən start almış bu oyun bir neçə nəsil insanın yetişməsində rol oynayıb. İrreal dünyada hərənin öz dünyası, öz sivilizasiyası, öz maraqları və onun həlli yolları vardı. 

Məşhur Amerika bəstəkarı Gerşvinin "Porgi və Bess" operasında məşhur ariyanın sözləri belə başlayır: "Mənim sevgilim var, Tanrım və bir də mahnılarım". Bir tək bu fikri tamaşaçıya çatdrımaq üçün nə boyda avadanlıq, opera teatrı, simfonik orkestr, bəstəkar, sadaladıqlarımızın birgə çalışması, üstəlik bəstəkarın ağlına bu fikri yeridəcək mühit və s. mütləq komponentlər lazımdır. Amma 5-6 min il bundan qabaqkı insanın yem axtarmaqdan qalan vaxtı, ola bilər uca bir qayanın başında oturanda küləklər qayçı dəyməmiş saçını tumarlayarkən dedikləri elə bu deyildimi? Bu fikrə qayıtmaq üçün insan mütləq minilliklər boyu çəkişmələrdən, mərhumiyyətlərdən, ayrılıqlardan keçməli idi? İnsanın keçdiyi bu dövrə ötəri nəzər salsaq elə bilərik ki, bəşəriyyət qızıl kimi vaxtını göyə sovurub. 

Əgər okeanın o tayında yaşayan bir bəstəkarın operası not, ya da ideya şəklində biz tərəflərə gələ bilirsə, italyan və alman sənətkarlarının yaratdığı və təkmilləşdirdiyi  musiqi alətlərində çalan simfonik orkestr ifaçılarını bir yerə toplaya bilirsə, belkanto məktəbini keçmiş vokalçıların ifasında üstəlik zənci folkloru olan caz intonasiyalarını birgə səsləndirirsə, deməli opera da bir sivilizasiyadır. Nə olsun ki, opera teatrında lampalar Çin, ifaçıların cibində söndürülmüş telefonlar yapon malıdır. Deməli, xarici dövlətlərlə, səfirlərlə dil tapmaq mümkün deyilsə, sivilizasiyanın gizli yolları ilə irəliləmək lazımdı. Pulu, sərmayəni də silahlara, bomba daşıyan təyyarələrə yox, mədəniyyətə və incəsənətə yönəltmək lazımdı. Musiqimizlə "silahlanmış" desantlar aqressiv qonşuları, eləcə də təcavüzkarları bir göz qırpımında tərkisilah edə biləcək. 

Müasir zamanın sənətşünasları əlbəttə ki, qədim dövrlərin təcrübəsinə arxalanaraq deyir ki, sivilizasiyanın mərkəzi indi müasir insanın qəlbinə köçüb. Onu artıq hansısa mədəniyyətin təzahüründə, mədəni abidələrdə, bədii əsərlərdə axtarmaq düzgün deyil. Artıq elə zamandır ki, rus alimi sanskriti oxuyub tərcüməsiz anlaya bilir. Ya da ingilis muğamlarımızı dinləyərək nə qədər yaxın olduğumuzu başa düşür. Şumer gil kitabələrinin mixi yazıları açıldıqca hamı qohumluq dərəcəsini dərk etməyə başlayır. Sən demə nağıllarımız da, əfsanələrimiz də, miflərimiz də qohum imiş. 

Yaxşı ki, Hollivud ssenaristləri qəzetimizi oxumur. Yoxsa süjeti dərhal oğurlayıb bestseller yaradardı və əlbəttə ki, titrlarda adımızı yazmazdılar. Yazının baş qəhrəmanı, yəni sivilizasiya əlbəttə, tamam yoxa çıxmayıb. O, arabir, ani olaraq peyda olur. Hərdən opera, teatr səhnəsində 2-3 saatlıq görünür, bəzən asılqandan fırlanıb geri qayıdır. Onu artıq qocaların saçının ağlığında, sifətinin qırışında, bəzən körpələrin təbəssümündə, sevgililərin nəvazişində  axtarmaq cəhdləri də etməyə məcburuq. Çünki sonuncu dəfə onun sorağı çox-çox uzaqlardan gəlib.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]