Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Paytaxtda torpaq sürüşmələri yenidən fəallaşıb

Paytaxtda torpaq sürüşmələri yenidən fəallaşıb
Bölmə :
KİVDF
Yayım tarixi :
14/12/2015 [23:36]
Baxılıb :
859 dəfə
Sadiq Əmiraslanov: “Təbii və texnogen amillər nəticəsində yaranan sürüşmə prosesinin aktivləşməsinə sonradan yağan atmosfer yağıntıları da təsir göstərir”

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Suraxanı rayonunun Zığ, Abşeron rayonunun Masazır qəsəbəsində, Bakı-Ağsu magistral avtomobil yolunda, Bakı-Şamaxı yolunun 106, 109 və 111-cı kilometrliklərində, Ələt-Astara yolunda, Şamaxı rayonunun Muğanlı ərazisində olan sürüşmə sahələrində monitorinqlər aparır. Bunu "Report"a açıqlamasında nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, hazırda Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında yolda baş verən sürüşmə ərazisində monitorinq aparmaq mümkün deyil: "Çünki qeyd olunan ərazidə texnika işləyir, bərkitmə işləri aparılır. Hazırda ərazidə olan sürüşmə sahəsində sabitlik yaranıb".

Geoloqun sözlərinə görə, Azərbaycan ərazisində yerləşən sürüşmə sahələrində bu gün üçün qrupla, irimiqyaslı aktivləşmə müşahidə olunmur və il ərzində belə hal qeydə alınmayıb: "Azərbaycanda yeni sürüşmə ocaqları yoxdur. Səbail rayonu ərazisində - Bayıl və Badamdar sürüşmə sahələrində isə bərpa işləri aparılır deyə sabitləşmə müşahidə olunur".

Ələmdar Piriyev sürüşmələrin müxtəlif səbəblərdən yarandığını bildirib. O qeyd edib ki, sürüşmə sahələrinin bəziləri texnogen proseslərlə, antropogen amillərin təsiri ilə əmələ gəlir: "Antropogen amillər dedikdə, yəni insanların fəaliyyəti nəticəsində əmələ gələn, çirkab, kanalizasiya sularının buraxılması, suvarma işlərinin aparılması nəzərdə tutulur. Belə ərazilərdə atmosfer çöküntüləri nəticəsində fəallaşma daha da artır. Masazır qəsəbəsində baş verən sürüşməni buna misal göstərmək olar. Sürüşmələrin digər qismi isə tektonik proseslər, atmosfer çöküntülərinin intensivləşməsi nəticəsində baş verir".

Mütəxəssis həmçinin qeyd edib ki, Bakı ətrafında Zığ, Günəşli, Bayıl, Badamdar, 9-cu mikrorayon ərazisində olan yamaclarda antropogen müdaxilə nəticəsində sürüşmə prosesi artır və genişlənir: "Həmin ərazilərdə ağaclar, kolluqlar, yaşıllıqlar salınması daha məqsədəuyğundur. Amma təəssüf ki, qeyd olunan ərazilərə çirkab və kanalizasiya suları axıdılır".

Sürüşmənin səbəbləri

"Sürüşmələrin baş verməsinin bir neçə səbəbi var. Bura həm təbii proseslər, həm də texnogen, yəni insan fəaliyyəti ilə bağlı olan proseslər daxildir. Bundan əlavə, istər təbii, istərsə də texnogen amillər nəticəsində yaranan sürüşmə prosesinin aktivləşməsinə sonradan yağan atmosfer yağıntıları da təsir göstərir".

Bunları isə "Bizim Yol"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov söyləyib. Onun sözlərinə görə, sürüşmə prosesi əsasən maili bölgələrdə, yəni Respublikanın dağlıq bölgələrində sürüşmə prosesi müşahidə olunur: "Bu ərazilərdə yağıntıların çoxluğu da sürüşmə proseslərinin intensivləşməsinə səbəb olur. Sürüşmə prosesləri, əsasən Böyük Qafqazın cənub-şərq qurtaracağı, şimal-şərq, cənub yamacları, Kiçik Qafqaz və Dağlıq Talış bölgələrində daha geniş inkişaf etmişdir. Bir çox dağlıq və dağətəyi rayonlarda sürüşmə proseslərinin neqativ təsirinə  məruz qalmış obyektlər sırasına qəsəbələr və kəndlər də daxildir".  

Nazirlik rəsmisi qeyd etdi ki, əgər bir ərazidə sürüşmə baş verdisə, demək həmin ərazi kövrək ərazi sayılır: "Yəni bundan sonrakı dövrlərdə istənilən təbii və texnogen hadisə, yağıntı orada yenidən sürüşmə təhlükəsi yarada bilər. Bu fakt ona bənzəyir ki, sağlam insanın orqanizmində kənar təsirlər daha az fəsada səbəb ola bilər, lakin ağır xəstəlikdən halsız çıxmış insan hər an hansısa kənar təsir nəticəsində yenidən xəstələnə bilər. Yəni hansısa ərazidə sürüşmə baş veribsə, o yer artıq xəstələnib. O ki qaldı başqa ərazilərdə sürüşmələrin baş verməsinə, meylliliyi olan və normadan artıq atmosfer yağıntılarına məruz qalan istənilən ərazidə sürüşmə prosesi baş verə bilər". 

Sürüşmə prosesinin yaratdığı təhlükələr

Sadiq Əmiraslanovun dediyinə görə, sürüşmə prosesi insanların çox məskunlaşdığı ərazilərdə infrastruktura zərbə vurur, evləri uçurur, təsərrüfatlara ziyan vurur, yaxud qəzalı vəziyyətə salır, yollarda baş verərsə, dərin çatlar meydana çıxarır: "Ümumilikdə, yerin relyefinə təsir göstərir. Yer kürəsinin mövcud olduğu bu günədək, Yerin relyefinin dəyişməsində sürüşmələrin böyük rolu olub. Azərbaycanın dağlıq ərazilərində də belə dəyişmələr müşahidə olunub. Bununla yanaşı, son dövrlərdə Respublikamızda ciddi dəyişikliklərə səbəb olacaq qlobal əhəmiyyətli sürüşmə prosesi baş verməyib. 

Sürüşmə prosesinin baş verdiyi ərazidə məskunlaşan insanlara ilkin olaraq özlərinə ev tikərkən, hansısa tikinti işi apararkən diqqətli olmaq tövsiyə olunur. Yəni yamaclarda, maili bölgələrdə, sürüşməyə meylli sahələrdə bu cür tikintilərin aparılmaması məsləhətdir. Çünki həmin ərazilərdə təbii meylliliyə texnogen amillər də təkan verdiyi üçün, sürüşmə təhlükəsi artır. Bununla yanaşı, əhali özü də ekstremal vəziyyətlərə hazır olmalı, bu vəziyyət yarandıqda, necə hərəkət etməli olduğunu bilməli, yaxınlarına, digər zərərçəkmiş insanlara ilkin tibbi yardım göstərməyi bacarmalıdır. Bu isə əhali ilə daim aparılan praktik işin nəticəsi kimi ortaya çıxır".

Xəbərdarlıq!

Qeyd edək ki, torpaq sürüşmələri ümumiyyətlə yavaş inkişaf edən təbii fəlakətlərdəndir. Ancaq çox dik yamacların üzərində tikilən və yamacların altındakı fərdi yaşayış evləri ani inkişaf edən torpaq sürüşmələrinə məruz qala bilər. Aidiyyəti dövlət qurumları və mütəxəssislər sürüşmə ilə bağlı bir sıra tövsiyə və xəbərdarlıqlarını ictimaiyyətə açıqlayıblar. Məsələn:

Sürüşmə təhlükəsi haqqında məlumat alan kimi elektrik və qaz cihazlarını söndürün, suyu bağlayın, əvvəlcədən müəyyən edilmiş plan üzrə təcili təxliyəyə hazırlaşın. Əlaqədar təşkilatlardan verilən məlumatda göstərilənlərə müvafiq  hərəkət edin. Sürüşmənin sürəti aşağıdırsa (ayda bir metr), imkanlarınıza müvafiq şəkildə hərəkət edin (əvvəlcədən hazırlanmış məkana daşının). Sürüşmənin sürəti gün ərzində 0,5 - 1,0 m - dən çoxdursa, əvvəlcədən hazırlanmış plana uyğun olaraq hərəkət edin. Təxliyə zamanı özünüz ilə sənədlərinizi, qiymətli əşyalarınızı və müvafiq orqanların göstərişlərinə uyğun olaraq, isti geyim və ərzaq götürün. Təcili olaraq təhlükəsiz əraziyə təxliyə edin. Lazım gələrsə, xilasedicilərə yardım edin.

Sürüşmənin mümkün yerləri və təqribi sərhədləri haqqında məlumatı öyrənin, sürüşmə haqqında siqnalı və bu siqnal zamanı hərəkət ardıcıllığını yadınızda saxlayın. Hərəkətə gələn sürüşmənin ilk əlamətləri sürüşmə kütlələri üzərində çatların əmələ gəlməsi, binaların qapı və pəncərələrinin sıxılması, sürüşmə təhlükəli ərazilərdə su sızmasıdır. Sürüşmənin əlamətlərini müşahidə edən kimi yaxınlıqda yerləşən sürüşmə stansiyası postuna və ya fövqəladə hallar komissiyasına, yerli idarəetmə və özünüidarə orqanlarına xəbər verin, oradan məlumat gözləyin və şəraitdən asılı olaraq hərəkət edin.

Sürüşməyə meylli sahələrdə yaşayış binaları inşa etməyin. Belə əraziləri eroziya və sürüşmələrdən qorumaq üçün ağaclar əkin, terraslar yaradın. Belə sahələrə yaxın yerdə məskən salmışsınızsa, yamacların bərkidilməsi üçün tədbirlərin həyata keçirilməsinə nail olun və bu işlərdə yardımçı olun.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]